Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə123/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   119   120   121   122   123   124   125   126   ...   138

285
Tarixdə bu gün
100 
illiyi
AZƏRBAYCAN DÖVLƏT SİRKİ 
1912
2012
Azərbaycanda  qədim  zamanlardan 
çövkən,  atsürmə  yarışları,  güləş  və  s. 
oyunlar,  eləcə  də  meydan  tamaşaları 
(kəndirbazlıq)  mövcud  olmuşdur.  Xalq 
şənlikləri  və  bayramlarda  təşkil  olunan, 
eləcə  də  ayin  və  mərasimlərlə  bağlı  ta-
maşalarda,  dərvişlərin  göstərdikləri  ov-
sunlarda,  məzhəkəçilərin  oynadığı  sati-
rik  səhnəciklərdə  sirk  sənətinin  bir  çox 
elementlərinə rast gəlinir.
Azərbaycanda  ilk  stasionar  sirk-
heyvanxana  XIX  əsrin  90-cı  illərində 
açılmışdır. Bakıda birinci sirk 1912-ci ildə 
açılmış, 1914-cü ildə kinoteatr avadanlığı 
ilə təchiz edilmişdir. 1916-cı ildə dağıdıl-
mış  sirk  binasının  yerində  Birja  (indiki 
Ü.Hacıbəyov) küçəsində yeni sirk binası 
inşa  edilmişdi.  1924-cü  ilin  dekabrında 
yanğın  nəticəsində  bina  dağılmış,  onun 
yerində yeni sirk binası tikilmişdir.
Azərbaycanda  Sovet  hakimiyyəti  qu-
rulduqdan  sonra  1920-ci  ildə  pərakəndə 
fəaliyyət  göstərən  sirk  artistləri  vahid 
qrupda birləşmişlər. 1938-ci ildə Mikayıl 
Cəbrayılov  respublikada  ilk  dəfə  olaraq 
“Sirk səhnədə” estrada proqramını hazır-
lamışdır.
1939-1945-ci  illərdə  Azərbaycan 
sirk  artistləri  ordu  hissələrində,  neft 
mədənlərində, fabrik və zavodlarda, hərbi 
xəstəxanalarda çıxışlar etmişlər.
1945-ci  ildə  Azərbaycan  sirk  kollek-
tivi  yaradılmışdı.  Kollektivin  özəyini 
Bakı  sirkinin  filialı,  Azərbaycan  Dövlət 
Estradasının  artistləri,  bədii  özfəaliyyət 
kollektivləri və dərnəklərinin iştirakçıları 
təşkil etmişlər. Azərbaycan sirk kollektivi-
nin ilk proqramı SSRİ Xalq artisti Üzeyir 
Hacıbəyov,  Azərbaycanın  Xalq  artistləri 
Soltan Dadaşov (rejissor), Səid Rüstəmov 
(bəstəkar), Əminə Dilbazi (baletmeyster), 
Azərbaycan  Xalq  rəssamı  Sergey  Mitro-
fanoviç Yefimenko və başqalarının iştira-
kı  ilə  yaradılmışdır.  “Azərbaycan  toyu” 
adlanan bu proqram 1946-cı ildə Bakıda 
və Moskvada, sonra isə keçmiş SSRİ-nin 
başqa şəhərlərində göstərilmiş və 1951-ci 
ilədək repertuardan düşməmişdir.
1950-ci  illərin  əvvəllərində  M.Cəbra 
yılov  sirk  proqramını  yeniləşdirmişdir. 
Milli rəqslər yeni quruluşda hazırlanmış, 
ona yeni musiqi tərtibatı və bədii tərtibat 
verilmişdir.
 1987-ci ildə “Azərbaycan işıqları” adlı 
tamaşası ilə yeni Azərbaycan sirk kollek-
tivi yaradılmışdı.
Azərbaycan  sirk  ustaları  müxtəlif 
proqramlarla  xarici  ölkələrin  bir  sıra 
şəhərlərində  çıxışlar  edirdilər.  Görkəmli 
sirk  ustası  Xosrov Abdullayev  dünyanın 
48 ölkəsində qastrollarda olmuş, onun çı-
xışları xarici ölkə tamaşaçıları tərəfindən 
rəğbətlə  qarşılanmışdır.  1967-ci  il  de-
kabr  ayının  27-də  Bakı  sirkinin  yeni  bi-
nasının təntənəli açılışı olmuşdur. Burada 
müxtəlif  vaxtlarda  görkəmli  sirk  ustaları 
Emil  Teodoroviç  Kio,  İqor  Emilyeviç 
Kio, V.Filatov, Vladimir və Yuri Durovlar, 
İrina  Buqrimova, V.Doveyko  və  b.  çıxış 
etmişlər. Azərbaycan sirkində Azərbaycan 
Respublikasının Xalq artisti, ekvilibrist və 
heyvan təlimçisi Tofiq Axundov, əməkdar 
artistlərdən musiqi ekssentriki Ə.Əsgərov, 
illüziyaçı L.Abdullayeva, həmçinin “Qa-
rışıq  ekzotik  heyvanlar  qrupu”  attrak-
sionunun  rəhbəri  Cəmilə  Şirvani,  hava 
gimnastları R.Nəzirov və F.Nəzirov, hava 
gimnastı  və  heyvan  təlimçisi  İ.İsrafilov 
A.Rzayevin rəhbərliyi ilə aktyorlar qrupu 
və b. fəaliyyət göstərmişlər.
Ə d ə b i y y a t
Xəlilzadə, F. Tamaşaçı 
sarıdan korluğu olma-
yan mədəniyyət ocağı 
[Mətn]: [Bakı Dövlət Sirki] 
/F.Xəlilzadə //Azərbaycan.- 
2006.- 6 avqust.- S.6.
İbrahimov, E. Fokus [Mətn]: 
Bunu siz də bacarırsınız 
/ E.H.İbrahimov; red. 
R.İsmayılov.- Bakı: Altun 
Kitab, 2008.- 127 s.
Sirk [Mətn] //Azərbaycan 
Milli Ensiklopediyası.- Bakı, 
2007.- S.817-819.


286
Siyasət. Hərbi iş
1100 
illiyi
YUSİF İBN ƏBU 
SAC DİVDAD 
912- 927
2012
Yusif ibn Əbu Sac Divdad 1100 il 
əvvəl Sacilər dövlətinin başçısı olmuş-
dur. IX əsrin II yarısında Azərbaycanda 
yaradılmış  feodal  dövlətləri  arasında 
ən möhtəşəmi Sacilər dövləti idi.
  Bu  dövlətin  təməlini  Sacilər 
sülaləsinin  banisi  “Afşin”  ləqəbli 
Əbu Sac Divdad qoymuş, böyük oğlu 
Məhəmməd  ibn  Əbu  Sac  Divdad 
isə  onun  iqtisadi  inkişafını  təmin  et-
mişdir.  Əbu  Sacın  kiçik  oğlu Yusifin 
hakimiyyət illəri Sacilər dövlətinin ən 
parlaq illəri sayılır. 
Güclü  ordu  hesabına  xilafətdən 
asılılığı ləğv etmiş, Bizans qoşunları-
nı geri atmış Yusif bütün Azərbaycanı 
öz hakimiyyəti altında birləşdirmişdir. 
Azərbaycandan  kənarda  olan  bir 
çox  ərazilər  də  onun  dövlətinə 
birləşdirilmişdir. 
Sacilər dövlətinin ən parlaq dövrü 
Məhəmməd ibn Əbu Sacın qardaşı Yu-
sif ibn Əbu Sacın adı ilə bağlıdır. 
Qardaşının 
vəfatından 
sonra 
hakimiy-yətə gələn Yusifin ordusu re-
gionun ən qüdrətli ordusu hesab edilir-
di. Sacilər dövlətinin hərb təşkilatı öz 
sadəliyi ilə seçilirdi.
Dövlət başçısı baş komandan vəzi-
fəsini icra edir, sərləşkər titulunu da-
şıyan sərkərdə əsgəri qoşun və isteh-
kam  qarnizonlarına,  hacib  ol-xass 
titulunu  daşıyan  sərkərdə  isə  qvardi-
ya  dəstələrinə  başçılıq  edirdi.  Sacilər 
dövlətinin  hərb  sənəti  bir  tərəfdən 
regionun  iqtisadi,  sosial  və  siyasi  in-
kişafından asılı olmuş, digər tərəfdən 
isə  ümum-müsəlman-ümumtürk  hərb 
sənəti ilə sıx bağlı olmuşdur. 
Buna baxmayaraq Sacilər ordusun-
da bu dövr Azərbaycan hərb sənətinə 
xas olan xüsusiyyətlər də vardı. Türk 
və  ərəb  hərb  sistemlərinin  on  yaxşı 
cəhətlərini öz qoşunlarında tətbiq edən 
Yusif döyüşlərdə parlaq qələbələr qa-
zanırdı. Yusif ibn Əbu Sac qısa müddət 
ərzində Azərbaycan ərazisində keçirdi-
yi əməliyyatlar nəti-cəsində iri feodal 
hakimlərini  özünə  tabe  edir,  dövlətin 
birləşdirilməsinə maneçilik törədənlər 
öldürülürdü. Beləliklə, Yusif ibn Əbu 
Sac Azərbaycan  torpaqlarını  ilk  dəfə 
vahid Azərbaycan dövləti hüdudların-
da birləşdirən hökmdar olur. 
Şimali  və  Cənubi  Azərbaycan 
əvvəllər  vahid  şəkildə  yalnız  ya-
delli  dövlətlərin  (Sasanilər,  Ərəb 
xilafəti)  tərkibində  olmuşdur.  Bütün 
Azərbaycanı  özündə  birləşdirən  ilk 
yerli  dövlət  isə  Sacilər  dövləti  ol-
muşdur.  Öz  qüdrətli  ordusu  ilə Yusif 
Azərbaycan  sərhədlərinə  yaxınlaş-
mağa  cəhd  göstərən  Bizans  xristian 
dövlətinin qoşunlarını geri oturdur. 
Azərbaycan kimi əhəmiyyətli coğ-
rafi  mövqeyə  malik  və  böyük  gəlir 
gətirən ölkənin əllərindən çıxmasından 
hiddətlənən və Yusifin güclənməsindən 
ehtiyat  edən  ərəb  xəlifələri  Sacilər 
dövlətini dağıtmağa çalışırlar. 
Onlar  müxtəlif  təxribatlar  törədir, 
quldur  dəstələri,  sui-qəsdlər  yolu  ilə 
Yusifi aradan götürməyə çalışırlar. Bü-
tün bu səylər puça çıxdıqda onlar hərbi 
gücə əl atmaq qərarına gəlirlər. Ərəb 
qoşunları  Azərbaycan  sərhədlərinə 
toplanmağa başlayır. 
Bu xəbər Yusifə çatan kimi sürətlə 
hərəkət edərək Rey, Zəncan, Əbhər və 
Qəzvin şəhərlərini tutur. O, sərkərdəlik 
Dövlət başçısı


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə