Redaktor: Korrektor: Cildin



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə40/119
tarix14.05.2018
ölçüsü2,78 Mb.
#44094
1   ...   36   37   38   39   40   41   42   43   ...   119

Zehin və Məntiq 

Məsələn,  "peyğəmbər"  anlayışı  bir  məfhumdur  və  bu  məfhumu 

ifadə edən "insan" və "vəhy olunan" məfhumlarmm cəmi də onım 

məzmunudur. 

Biz  təbiətlə  üzləşdiyimiz  zaman,  hiss  üzvləri  vasitəsilə 

zehnimizlə  təbiət  arasmda  rabitə  yaramr.  Bu  rabitə  hüsuli  idrakla 

təbiətdəki obyektlərin, varlıqlarm zehnimizdəki hissi surətlərindən, 

təsəvvürlərindən  ibarətdir.  Yoxsa  biz  təbiəti  qavraya,  dərk  edə 

bilmərik.  Bu  təsəvvür  edilən  obyektlərin,  əşyalarm  zehindəki 

inikası  əvvəlki  bəhslərdə  qeyd  etdiyimiz  hissi  və  xəyali 

"bilik"lərdən ibarətdir. Ağıl qüvvəsi bundan sonra, zehindəki fərdi 

xəyali  surətlərdən  ümumi  anlayışlar  düzəldir.  Yəni  əvvəlcə 

insanları  bir-bir  görən  zehində,  hissi  elm,  sonra  xəyali  elmlər 

formalaşır,  daha  sonra  xarici  aləmdəki  insanları  görən  zehin, 

onlarm hər birinə hökm ediləcək "insan" məfhumunu yaradır. Yəni 

zehində  olan  xəyali  surətləri  əsas  olmayan  cüzi  xüsusiyyətlərdən 

mücərrədləşdirərək ümumi bir məfhum yaradır. Məsələn, Kamil və 

Aqil  haqqmda  "Kamil  insandır",  "Aqil  insandır"  kimi  hökm  edə 

bilirik.  Bu  da  həmin  hökmlərdə  "insan"  sözünün  ümumi  bir 

məfhum olduğunu bildirir. 

Qeyd edək ki, mücərrədləşdirmə ağıl qüvvəsinin işidir və ağıl 

bunu  təfəkkür  formasırun  birinci  növü  olan  "mücərrədləşdirmə" 

vasitəsilə yaradır. 

Predmet 

(xarici  aləmdə)  -  Zehin  aləmindəki  surətin  xarici 

aləmdə  mövcud  olan  nümıməsinə  deyilir  və  bu  surətin  pred- 

metlərinin  cəmi 



həcm 

adlanır.  Məsələn,  "peyğəmbər"  məfhu- 

mımun predmetləri həzrət Adəm (ə), İbrahim (ə). Yusif (ə), həzrət 

Məhəmməd (s) və s.-dir. Həcmi isə bütün peyğəmbərlərin cəmidir. 

Başqa  bir  misal:  "İnsan"  məfhumu  zehrümizdədir,  amma  onun 

predmetləri cəmi, yaxud həcmi xarici aləmdə "mən", "sən", "Kamil" 

və "Aqil"dir. 

Qeyd edək ki, hüsuli idrakla yaranan hissi və xəyali surətlərin 

predmeti vahiddir. Çünki bu iki idrak zamam hər hansı bir 

143 



Məntiq ____________________________________________________________  

şeyin məhz özü zehində əks olunur. Məsələn, qarşmızdakı ki- tabm 

zehninizdəki hissi və xəyali surətləri kimi. 

Söz (yazılı və şifahi aləmdə) - Zehindəki məfhumları birbaşa və 

xarici  aləmdəki  varlıqları  dolayısı  yoUa,  zehindəki  məfhumlar 

vasitəsilə ifadə edən, onlara işarə edən səsdir. 

Beləliklə,  bu  deyilənlərdən  məlum  olur  ki,  xarici  aləmdəki 

varlığa,  yaxud  zehindəki  məfhuma  işarə  edən,  dəlalət  edən  "söz" 

milli xüsusiyyətə malikdir, yəni müxtəlif millətlər müəyyən varlığa 

müxtəlif  adlar  qoya  bilər.  Amma  hissi,  xəyali  surətlər  və  məfhum 

ümumi xarakter daşıyır. Yəni xarici aləmdəki varlığm hər bir insan 

zehnindəki  hissi,  xəyali,  əqü  forması  eynidir.  Məsələn,  xarici 

aləmdəki varlığm əqli formasma misal olaraq, "insan" dedikdə, bir 

azərbaycanimm zehnində formalaşan mənamn, "çelovek" dedikdə, 

bir rusun zehnində formalaşan məna ilə eyniliyini göstərmək olar. 

Bımım kimi hissi və xəyali formalar da aydmdır. Elə buna görə də 

dəlalət  bəhsində  də  dediyimiz  kimi,  "söz"ün  dəlalət  etməsi  şərti 

dəlalətdir. 

Aşağıdakı misala baxaq: 

1.

 

İnsan gözəllikləri sevir. 



2.

 

İnsarun sayı məlum deyil. 



3.

 

"İnsan"da beş hərf vardır. 



4.

 

"İnsan"da beş səs var. 



Yuxarıdakıları nəzərə alsaq, görərik ki, birinci cümlədə "insan" 

dedikdə, xarici aləmdəki predmet, ikinci cümlədə zehin aləmindəki 

məfhum, üçüncü cümlədə yazı aləmindəki söz, dördüncü cümlədə 

isə şifahi nitqdəki səslənmə formasıdır. 

Buna görə də insan təfəkkür zamanı səhvlərə düşməmək üçün 

məfhum  mövzusımu  öyrənməlidir.  Göründüyü  kimi,  yuxarıdakı 

misalda bir neçə cümlədə eyni söz ("insan") işlənmişdir, amma hər 

cümlədəki hökm ya xarici aləmdəki insana, ya zehindəki, ya yazılı 

aləmdəki, ya da şifahi aləmdəki insana aiddir. Bunları bir-birindən 

ayırmaq üçün də məfhum mövzusu araşdırılmalıdır. 

144 



Zehin və Məntiq 

 

SUALLAR: 



1.

 

Hissi,  xəyali  və  əqli  idrak  sayəsində  yaranan  surətlərə  misal 



çəkin. 

2.

 



Xarid və digər üç aləmdə olan mövcuda bir neçə misal göstərin. 

3.

 



Yazılı aləm xarid aləmdəki varlıqlar haqqında məlumat vermək 

üçündür.  Xarid  aləmdə  olmayan  şey  haqqında  xəbər  vermək  isə 

mümkün  deyil.  Buna  əsasən,  xarid  aləmdəki  şeylər  olduğu  halda, 

yazılı aləmə nə ehtiyac var? 

4.

 

Bu dərsə əsasən, hər bir şey dörd aləmdə qərarlaşmalıdır. Buna 



əsasən,  mürəkkəblə  yazılmış  "mürəkkəb"  sözü,  xarid  aləmin  foto 

şəkildəki və filmdəki görüntüləri bu dörd aləmdən hansına aiddir? 

5.

 

Eşitməyən  insanlara  mənaları  çatdırmaq  üçün  istifadə  edilən 



qaydadakı  "hərəkətlər"  həmin  mənaların  hansı  aləmdəki  formasıdır? 

Morze  əlifbası  necə?  Başqalarının  zehni  məlumatları  bizə  nisbətdə 

necə? Bu cümlənin kağız üzərində yazılması üçün istifadə olunan 

145 



Məntiq ^ __________________________________________________________  

rəng  necə?  "Buynuzlu  at"  və  filmlərdəki  "buynuzlu  at"  hansı  aləmdə 

mövcuddur? 

6.

 



Kölgə və ədəd məfhumunun predmeti hansı aləmə məxsusdur? 

7.

 



Kitab  hər  dörd  aləmdə  mövcud  olan  bir  varlıqdır.  Kitabı  bu 

aləmlərdə və qarşılıqlı olaraq iki-iki götürməklə hər birində işlədərək 

cümlə qurun. 

8.

 



Aşağıdakı cümlələrə diqqət edin: 

Qarşınızda olan kağız, kağız məfhumu üçün bir predmetdir. 

"İnsan  şairdir"  cümləsində  insan  şairin,  yoxsa  şair  insanın  pred- 

metidir? 

9.

 

Altından xətt çəkilmiş sözlərdə, məqsədin hansı aləm olduğunu 



müəyyənləşdirin. 

Qızıl dağı sarıdır, şöz sözdür, Abdulla Şaiqin sözləri Oulaməlidən 

çoxdur, Azərbaycan əlifbası 32 hərfdən ibarətdir, Azərbaycan əlifba- şı 

18  hərfdən  ibarətdir,  Azərbaycan  5  hissədən  ibarətdir,  Azərbaycan  4 

hecadan  ibarətdir,  qırmızı  rəngli  qələmlə  yazılan  "qırmızı  rəng"  və 

"yasıl rəng". 

10.

 

Məlumdur  ki,  "Allahın  şəriki"  məfhumu  zehin  aləmindədir, 



çünki Allahın həqiqətən də, şəriki yoxdur. Onda belə çıxır ki, Allahın 

zehin aləmində şəriki var. Bu haqda nə deyə bilərsiniz? 

11.

 

Məlumdur ki. Quran yazılarına dəstəmazsız əl vurmaq olmaz. 



Məsələn,  Quranda  hər  hansı  bir  "insan"  kəlməsinə  dəstəmazsız  əl 

vurmaq  olmaz,  amma  həmin  insan  kəlməsinin  xarici  aləmdəki  pred- 

metinə olar. Siz Qurandan elə bir sözü göstərin ki, "insan" kəlməsinin 

əksinə olaraq, həmin sözün xarici aləmdəki predmetinə də əl vurmaq 

qadağan olsun. 

12.


 

"Vərəq" sözü qarşmızdakı kitabın vərəqlərinin yazılı aləmdəki 

formasıdır. Başqa tərəfdən isə "vərəq" sözünün özü gördüyünüz kimi, 

qarşımzdakı  kitabın  üzərində  olduğundan  xarici  aləmdədir.  Elə  isə 

"vərəq"  sözü  həm  yazılı,  həm  də  xarici  aləmdədir.  Bu  ziddiyyət 

deyilmi? 

146 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə