27
Hüseyn (ə) şəhadət verir ki, Allahın müqəddəs zatından başqa məbud yoxdur. O, şəriksizdir. Şəhadət
verirəm ki, Məhəmməd Allahın bəndəsi və peyğəmbəridir. O haqq dini haqq (Allah) tərəfindən gətirdi. Behişt
və cəhənnəm haqdır. Qiyamət qətidir və Allah-təala bütün insanları qəbirdən qaldırar. Qardaşcan! Mənim
qiyamımın məqsədi şər, açıq-saçıqlıq, təkəbbür və qürur, fitnə-fəsad yaymaq, zülmə rəvac vermək deyil. Yalnız
ona görə qiyam qaldırmışam ki, cəddimin ümmətini islah edəm. Cəddimin ümməti arasında fəsad çoxalmışdır.
Mən bu fəsadları islah etmək istəyirəm. Yaxşılığa əmr etməklə cəmiyyətdə diqqəti xeyir və saleh əmələ
yönəltmək əsas məramımdır. Cəmiyyətdə pis iş rəvac tapdığından xalqı pis işdən çəkindirmək fikrindəyəm...”
İmam Hüseyn Kərbəla yaxınlığında olarkən xalqa buyurdu: “Məgər görmürsünüzmü ki, haqqa əməl olunmur
və batildən əl çəkmirlər?! Belə bir şəraitdə müvəhhid mömin Allah görüşünün iştiyaqında olmalıdır. Bu
səbəbdən də mən şəhadəti səadət görürəm və zalımlarla yaşamağı xəcalət sayıram.” Aşura günü də yaxşılığa
əmri və pisliyin qadağası imam Hüseynin (ə) məramı idi. Təkcə o yox, yoldaşları və qardaşları da yaxşılığın
əmri və pisliyin qadağası ünvanında xütbə və rəcəz oxuyurdu. Bizim dinimizdə yaxşılığa əmr və pisliyə qadağa
(əmr be məruf və nəhy əz münkər) cihaddan əfzəldir. Çünki cihad bünövrə məsələsidir. İmam buyurur:
“Cəddimin və atam Əli ibn Əbi-Talibin yolunu gedirəm. Mənim dəvətimi qəbul edən kəs Allah-təalanın
həqiqətən ən ləyaqətlisidir. Qəbul etməyənlər olsa səbr edərəm. (Səbr, yəni çətinliklərə qarşı müqavimət. ) O
vaxta qədər ki, Allah-təala mənimlə onlar arasında hökm etsin. O hökm edənlərin ən üstünüdür. Ey qardaşım,
bu mənim sənə vəsiyyətimdir. Allahın müqəddəs səbəbi olmasa, tövfiqim yoxdur. Ona təvəkkül edirəm, ona
yalvarıram.”1
İmam (ə) buyurur: “Cəddim və atamın, yolunda zəhmət çəkdiyi ayini görürəm. Yaxşılıq aradan çıxmış,
pislik rəvac tapmışdır. Mən yaxşılığı dirçəltmək, pisliyi aradan götürmək istəyirəm. Yolum babam və atamın
getdiyi yoldur.
Şəhadətdən xəbərdarlıq
Bəzən soruşulur ki, imam Hüseyn (ə) öldürüləcəyini öncədən bilirdimi? Qətiyyətlə deyə bilərik ki, bəli,
imam öz qətlgahına doğru getdiyini yaxşı bilirdi. Dünyaya gəldiyi gün, mövludundan öncə İslam peyğəmbəri
(s) və əvvəlki peyğəmbərlər onun şəhid olacağını bildirmişdilər.
Bunu Hüseyn ibn Əli özü də bilirdi. Əlbəttə ki, imam şəhadətə çatmaq üçün qiyam qaldırmamışdı. Onun
məqsədi Allah dininin yaşaması, Quranın hifzi, cəddinin və atasının yolunun davamı idi. Ölüm bahasına başa
gəlsə də, imam bu yolu gedirdi.
Bir şəxs imam Sadiqdən (ə) soruşdu: “İmam Hüseynin (ə) Mədinədən çıxması, bəzilərinin ona qoşulması,
bəzilərinin ona qoşulmaması necə izah olunur?” Həzrət buyurdu: “Bütün dediklərinə cavab olacaq bir cümlə
deyirəm. İmam Hüseyn (ə) ona qoşulmayan Bəni-Haşim dəstəsinə belə yazdı: “Sizdən kim mənə qoşulsa,
şəhadət onun yolunu gözləyir. Hər kəs mənə qoşulmasa fəth və qurtuluşa yetişməz.” İmam Hüseyndən (ə) sonra
Bəni-Haşimin vəziyyəti çox çətin oldu.
Yüklər bağlandı, gecə yarıdan keçən vaxt imam azsaylı karvan əhli ilə hərəkətə başladı. Bu karvanı Bəni-
Haşimdən kiçik bir qrup (17, 18 kişi və qadın-uşaq) təşkil edirdi. Hərəkətə hazır olan vaxt imamın mübarək
dodaqlarından Allahın Musa haqqında buyurduğu ayə eşidildi: “Musa Misir torpağından bir halda xaric oldu ki,
qorxurdu və deyirdi: “Pərvərdigara, məni sitəmkarların şərindən xilas et.”2
Karvandakı Bəni-Haşimilər arasında Əbül-Fəzl Abbas, Əqilin övladları, imamın qardaşları, Osman, Cəfər və
Abdullah vardı. Həcc üçün Məkkəyə gedən bir qrup Kufə əhli də bu karvana qatılmışdı. İmama yolda
qoşulanlar da oldu. Kiçik bir qrup Kufədən hərəkət edib özünü imama çatdıra bildi. Bu karvandakılar böyük
insanlardı. Onlara tay tapmaq mümkünsüzdür. Kərbəla hadisəsinədək Bədr və Ühüd əshabı ən böyük şəhidlər
sayılırdı. Bədrdə 313 müsəlman mindən çox müşrikin qarşısında dayanmışdı. Yəni düşmən müsəlman
qüvvələrindən üç qat artıq idi. Həmin vaxt peyğəmbər (s) öz dəstəsinə vəd etmişdi ki, Allah-təala mələklər
vasitəsi ilə onlara yardım edəsidir. Bəs Kərbəlada neçə nəfər vardı? Əksər şiə alimləri yazır ki, Kərbəlada 72
nəfər olmuşdur. Ən məşhur rəvayətdə düşmən qoşununun 30 min döyüşçüdən ibarət olduğu bildirilir. Əgər
Bədrdə düşmən müsəlmanlardan üç qat artıq idisə, bu nisbət Kərbəlada neçə idi? Otuz dəfəmi, yüz dəfəmi, üç
yüz dəfəmi?! Bədrdə mələklər köməyə gəldi və öz yardımını göstərdi. Kərbəlada isə imam Hüseyn (ə) yardıma
1
“Bihar”, c. 44, s. 329, 330
2
“Bihar”, c. 44, s. 332
28
gəlmiş mələklərə “sizin köməyinizə ehtiyac yoxdur” buyurdu. Bədrdə su problemi yox idi. Amma burada
şəhidlər təşnə halda can verdilər. Kərbəlada əslində bir nəfər 30 minə qarşı dayanmışdı. Çünki imamın
yoldaşları meydana tək-tək çıxırdılar. Düşmən isə həmin bir nəfərə toplum halda hücum edirdi.
Şuzəb və Abəs iki dost, iki şiə, Əli məktəbinin iki şagirdi, iki Quran qarisi istər Aşuradan öncə, istər Aşurada
ilahi sınaqdan alnıaçıq çıxdılar. Müslim ibn Əqil beyət almaq istədiyi vaxt Abəs ayağa qalxdı və dedi: “Mənim
Kufə əhli ilə işim yoxdur, öz tərəfimdən danışıram. Canım, malım, varlığım mövlam Hüseynin (ə) hədəfinə
fəda olsun! Nə qədər gücüm var, vuruşacağam və sizi tərk etməyəcəyəm. Təki Hüseynin (ə) cəddi qarşısında
üzüm ağ olsun!” O doğru deyirdi. Aşura günü öz dostuna dedi: “Nə etmək istəyirsən? Görürsənmi Müslim,
Həbib, Büreyr kimi dostlarımız getdilər.” Dostu dedi: “Canımızı fəda etməkdən başqa yol nədir?!” Şuzəb
imamdan meydan icazəsi istədi. Meydana çıxdı, bir dəstəni öldürüb, nəhayət yerə yıxıldı. Dostu Abəs imam
Hüseynlə (ə) birlikdə onun cənazəsini meydandan çıxardı. Sonra Abəs imamdan meydan icazəsi istədi. O
meydana çıxdı, Əşəs ibn Sədin sərkərdələrindən biri onu tanıyıb haray çəkdi: “Ey qoşun! Sizə doğru gələn
şirlər şiridir. Məbada kimsə onunla döyüşə çıxa!” Abəs meydanda rəcəz oxudu, təkbir dedi və fəryad çəkdi:
“Aranızda kişi yoxdurmu?” Hamı sakit dayanmışdı, cavab gəlmirdi. Ömər Səd dedi: “Əgər onunla meydana
çıxmağa cürətiniz yoxdursa, onu daşqalaq edin, oxlayın. Qoşun onun üstünə daş və ox yağdırdı. Abəs dedi:
“Məni ölümləmi qorxudursunuz?” O dəbilqəsini və zirehini çıxarıb atdı, qılıncını çəkib, zirehsiz bədənlə
hücuma keçdi. Bir şəxs Kərbəlada gördüklərini belə nəql edir: “And olsun Allaha, gözümlə gördüm ki, iki
yüzdən çox döyüşçünü keçi sürüsü tək pərən-pərən saldı. Qılıncının qarşısından başlar və qollar tökülürdü.
Ömər Sədin qoşunu sızıldayaraq onun qarşısından qaçırdı. Nəhayət, onu mühasirəyə ala bildilər. bəziləri qılınc,
bəziləri nizə ilə ona hücum etdi. Axır ki, taqətdən düşüb yerə yıxıldı. Onun başını bədənindən ayırdılar. Hər
tərəfdən “Onu mən öldürdüm” sədaları ucalırdı. Ömər Səd dedi: “Sakit olun, onu bütün qoşun öldürdü.”1
Bu böyük insan kim idi? O hədisçi, Quran qarisi, Əli məktəbinin şagirdi idi. Belə bir əzəmətlə Kərbəla
meydanına çıxmışdı.
Müsibət zikri
Nə qədər ki, imamın yoldaşları sağ idi, Əli övladlarına meydana çıxmaq üçün imkan vermədilər. Səhabələr
canlarını fəda etdikdən sonra növbə Əli, Həsən və Əqil övladlarına çatdı. Kərbəlada imam Həsənin (ə) üç oğlu
vardı. Onlardan biri imam Hüseynin (ə) yeznəsi olmuşdu. (Həsən ibn Həsən) Bu fədakar gənc Mədinədə
olarkən izdivac etmişdi. İmam Hüseyn (ə) ona buyurmuşdu: “Mənim iki qızım var və onlardan birini sənə ərə
vermək istəyirəm. Hansını seçirsən?” Həsən başını aşağı salmışdı. İmam buyurmuşdu: “Mən anam Fatiməyə
oxşayan qızım Fatiməni sənə ərə verirəm.” Həsən (ə) aşura günü meydana çıxdı, vuruşdu və nəhayət, yaralandı.
Ömər Sədin qoşunundakı sərkərdələrdən biri onun anasının dayısı idi. Bu şəxs “bacım oğlunu götürün” əmrini
verdi. Yaralı Həsəni meydandan çıxarıb Kufəyə apardılar. O, Kufədə 6 ay müalicə olundu. Bu məsələdən xəbər
tutan İbn-Ziyad dedi: “Əsma ibn Xarəcənin bizim yanımızda hörməti var, bacısı oğluna görə onu narahat
etmərik.”2 İkinci Həsən (imam Həsənin (ə) oğlu) Kərbəla hadisəsinin rəvayətçilərindən olmuşdur. İmam
Həsənin (ə) digər bir oğlu Abdullah idi. Onun 10-11 yaşı olardı. İmamın qətlgahda olduğu son saatlarda bir
zalımın imamı vurmaq istədiyini görən Abdullah hadisə yerinə yaxınlaşıb, həmin zalıma dedi: “Əmimi
öldürmək istəyirsən?” Həmin zalım qılıncını imamdan çevirib bu uşağın qoluna endirdi. Uşaq əmisinin
qucağına düşdü. İmam buyurdu: “Qardaşoğlu, səbr et, tezliklə baban və atana qovuşarsan. İmam Həsənin (ə)
üçüncü oğlu Qasim idi. İmam Hüseyn (ə) aşura gecəsi sabah hamının şəhid olacağını bildirdikdə bu azyaşlı
uşaq öz şəhadəti haqqında soruşur. Uşaq ayağa qalxıb dedi: “Əmican! Mən də şəhid olacam?” Həzrət buyurur:
“Ölüm sənin üçün necədir?” Uşaq deyir: “Əmican! Ölüm mənim üçün baldan şirindir!” Həzrət buyurur: “Bəli,
sən də şəhid olacaqsan.” Aşura günü Hüseyn oğlu Əlinin şəhid olduğunu görən Qasim irəli gəlib dedi: “İcazə
ver mən də meydana gedim.” Həzrət onu ağuşuna alıb üzündən öpdü. Qasim elə düşündü ki, əmisi ona icazə
vermək istəmir. Tarixçilər yazır: “O əmisinin əllərini öpür və yalvarırdı. İmam ona meydan icazəsi verdi. Onun
əynində döyüş paltarı yox idi. Qılınc götürüb meydana çıxdı. Kərbəla tarixçilərindən olan Həmid ibn Müslim
deyir: “And olsun Allaha, Qasim yadımdan çıxmır. Nəleyininin (ayaqqabısının) bağları açıq halda meydana
gəldi. O bir parça ay kimi işıq saçırdı. Hücum etdi, rəcəz oxudu. Düşmən onun qılıncının qarşısından qaçırdı.
1
“Bihar”, c. 45, s. 28
2
“Məqtəli-müqərrəm”, s. 306