Sənaye inqilabı
338
məhsuldarlığı adilərdən 10 dəfə artıq idi [2.47]. 1888-ci ildə Qlasqoda
keçirilən sərgidə dəzgahda hazırlanmış, en kəsiyi 0,04
−
0,23 mm
arasında olan məftillər nümayiş etdirilmişdir.
X
Ι
X əsrin ikinci yarısında boru və böyük profillərin emalında tətbiq
olunan dartma texnikasında da dəyişiklik baş verir. Burada kolba və
zəncirlə işləyən dartma maşınları işlənib praktikada tətbiq edilir.
Maşınqayırmada tətbiq edilən boru və yastı profilli hissələrə artan
tələbat, dartma texnologiyasının inkişafında böyük rol oynamışdır.
Texniki tərəqqi döymə texnikasından da yan keçməmişdir. Yaymanın
sürətli inkişafı döymə texnologiyasını sıxışdırmağa başlamışdır. Buna
baxmayaraq, döymə inkişaf edərək maşınqayırmanın bir çox sahələrində
tətbiq tapmışdır. X
Ι
X əsrin ortalarında Nasmifin ixtira etdiyi çəkic
döymədə geniş tətbiq olunduğu halda, X
Ι
X əsrin ikinci yarısında
sənayedə yaranmış vəziyyət yeni çəkic konstruksiyalarının işlənməsinə
gətirib çıxartmışdır. Böyük hissələrin emalında düşən çəkiclərin tətbiqi
çətinliklər yaratdığına görə, mühəndislər yeni tip çəkic mexanizminin,
hidravlik preslər üzərində işləməyə başlamışlar. Hidravlik preslər
çəkiclərin tətbiqindəki çatışmamazlıqları aradan qaldırmışlar. İlk dəfə
olaraq hidravlik presslərin düzəldilməsi ideyasını ingilis mühəndisi
Brama vermişdir. Praktikada tətbiq oluna bilən ilk press isə 1820-ci ildə
T.Burr tərəfindən işlənmişdir. O, ilk dəfə olaraq bu yolla sənayenin
müxtəlif sahələri üçün hissələrin hazırlanmasının perspektivliyini
göstərmişdi. T.Burrun gördüyü işlərdən sonra tökmə sahəsində çalışan
mühəndislərin bu texnologiyaya marağı daha da artır.
Presslərin döymə və ştamplamada tətbiqi X
Ι
X əsrin ikinci yarısına
təsadüf edir. 1851-ci ildə Londonda, dünya sərgisində 4 silindrli press
nümayiş etdirilmişdir. 1859
−
1861-ci illərdə avstriyalı mühəndis Hasvell
qatar istehsal edən bir zavodda buxar lokomotivlərinin hissələrinin
hazırlanması üçün preslə işləyən ştamplama prosesini işləyir. Onun
pressi iki gedişli, diametri 1,2 m olan buxar maşını ilə hərəkətə gətirilən
nasoslardan vurulan su ilə işləyirdi. Bu pressin silindrinə su 400 kPa
təzyiqlə verilirdi. Hasvellin düzəltdiyi ilk çəkiclər 7, 10 və 12 MN gücü-
Sənaye inqilabı
339
nə malik idilər. Bu presslərdə kolba, yay, boyunduruq, çarx və b.
hazırlanırdı. X
Ι
X əsrin 80
−
90-cı illəri arasında hidravlik presslər daha
da təkmilləşdirilərək sənayedə geniş tətbiq olunur. Presslərin gücü
14000 t-na çatdırılır.
Hasvellin düzəltdiyi press yalnız lokomotiv hissələrinin istehsalında
tətbiq oluna bilirdi (şəkil 2.60). Böyük tökük blokların emal olunması
bu preslərdə mümkün deyildi. Hidravlik presslərin köməyi ilə tökük
blokların emal olunmasına 1862-ci ildə ingilis mühəndisi Qladhil (ingl.
Gladhill) cəhd göstərmişdir.
Şəkil 2.60. Hasvellin düzəltdiyi hidravlik press.
Bu üsul ilk dəfə olaraq ingilis mühəndisi Ceyms Vitvoz tərəfindən
Mançester şəhərində poladın döyülməsi və massiv metallik blokdan
topların hazırlaması üçün aparılan işlərdə tətbiq olunmuşdur. Hidravlik
pressin inkişafını aşağıdakı misaldan görmək olur. İngiltərənin Şeffelder
zavodunda 36,5 t ağırlığında metal blokdan topu döyməklə almaq üçün
50 t-luq pressdə 3 həftə vaxt və arada 33 dəfə qızdırmaq lazım gəlirdi.
37,5 t-luq bloku 4000 t gücünə malik hidravlik pressdə döymək üçün isə
4 gün vaxt və arada 15 dəfə qızdırmaq lazım idi [2.2].
Beləliklə, metal emalı sənayesi X
Ι
X əsrin ortalarında, sənaye inqilabı
ilə şərtlənən və geniş vüsətlə yayılmaqda olan sənayeləşmə üçün lazım
olan texniki imkanlara malik idi.
Sənaye inqilabı
340
2.5. Elektrik maşınlarının yaranması
XIX
əsrin ən böyük tarixi proseslərindən biri olan sənaye inqilabı
ilə bərabər elektrik enerjisinin texnikada tətbiqi müasir cəmiyyətin
yaranmasında əhəmiyyətli rol oynamışdır. Elektrik enerjisinin
maşınların işlədilməsində istifadəsi, onların texniki imkanlarını dəfələrlə
artırmışdır.
XIX əsrin ortalarında Avropanın bir çox ölkələrində baş verən
sənayeləşmə prosesi yeni enerji mənbələrinə əsaslanan maşınların
yaranması ilə müşaiət olunurdu. Bu baxımdan elektrik cərəyanının
təbiəti və onun texnikada tətbiqinə aid geniş işlər aparılmağa başlanır.
Bu tədqiqatların əsasında cərəyan haqqında XVI əsrdən məlum olan
biliklər dururdu.
Elektrik cərəyanı hələ bizim eradan təxm. 600 il əvvəl, yunanlara
məlum olmuşdur. Bu haqqda ilk bilik Falesə aid edilir. O dövrdə
insanlar kəhrəbanı yun parçaya sürtdükdən sonra, onun başqa
materialları özünə cəzb etməsini müşaiət etmişlər. Elektrik sözünün də
mənası buradan gəlir: “elektron” yunanca “kəhrəba” deməkdir. Yalnız
orta əsrlərdə Qalileo Qaliley tərəfindən fizika eksperimental bir elm
kimi tədqiq edildikdən sonra elektrik cərəyanın araşdırılmasına maraq
artmışdır. 1600-cü ildə ingilis fiziki Viliam Gilbert (1544
−
1603) “De
magnete” əsərində tək kəhrəba yox, başqa materialların da elektriklə
yüklənə bilməsini göstərmişdir. O, ilk dəfə olaraq “Elektrika” anlayışını
işlədir. XVII əsrdə statik elektrik ilə məşğul olan alman alimi Otto fon
Querike ilk dəfə olaraq elektrikləşdirmə maşınını, daha doğrusu
generatoru yaradır. O, iki eyni cür yüklənmiş cisimlərin bir-birini
itələməsi hadisəsini araşdırır. Ona qədər yalnız elektrik cərəyanı ilə
yüklənmiş cisimlərin bir-birini cəzb etməsi məlum idi [2.50].
XVIII əsrdə elerktrik cərəyanının xassələri və onu yaratmaq üçün
batareyaların düzəldilməsi üzrə əsas işlər görülmüşdür. Buraya əsasən
Pieter van Muşenbrök (Layden şüşəsi, 1745), Benyamin Franklin (mənfi
və müsbət qütblər, 1752), Luigi Qalvani (elektrokimyəvi enerji, 1770),
Dostları ilə paylaş: |