Sənaye inqilabı
240
(şəkil 2.8). Vatt buxar maşının iş prinsipinin elmi əsaslarına yiyələnərək,
orada köklü dəyişiklik edir. Nyukomen buxarı silindrdə soyutmaq üçün
oraya əlavə su püskürdürdü. Silindrin soyuması nəticəsində enerji itkisi
baş verirdi. Bu nöqsanı aradan qaldırmaq üçün Vattın buxar maşınında
etdiyi yenilik kondesatorun tətbiqi ilə bağlı idi.
Şəkil 2.8. Vattın buxar maşını.
Buxarın kondensasiyası kənarda, daim soyuq saxlanılan çəndə baş
verirdi. Nəticədə silindrin qızıb soyuması aradan götürüldüyündən buxar
maşının effektivliyini artırmaq mümkün olmuşdur. Bundan əlavə Vatt
kondensatora daxil olan havanı və isti suyu xaric etmək üçün bir nasos
goşur. Bunun köməyi ilə kondensatorda həmişə aşağı təzyiq mövcud idi.
Nəticədə maşının işləmə qabiliyyəti əsaslı şəkildə yaxşılaşdırılmışdır.
Silindrin xüsusi, istilik keçirməyən materialla bürünməsi enerji itgisini
minimuma endirmişdir. Silindr kondensatorla boru vasitəsilə birləşdirilir
Sənaye inqilabı
241
və onların arasında ventil qoyulur. Burada silindr, atmosfer maşınından
fərqli olaraq hər iki tərəfdən qapalı hazırlanır (şəkil 2.9).
Şəkil 2.9. Vatta görə buxar maşının işləmə taktı.
Yuxarıdan silindrə buxar verilir. Bunun nəticəsində kolba aşağı
itələnir və özü ilə mancanağın ştokunu dartır. Kolbanın altında olan
soyumuş hava kondensatora verilir. Sonra silindrə verilən borular
yuxarıdan və aşağıdan qapanır. Nəticədə, oraya verilən buxar və oradan
axan hava kəsilir. Növbəti addımda, silindrin yuxarı və aşağı
kameralarını birləşdirən borunun ventili açılır. Yuxarı hissədə olan
buxar bu yolla kolbanın aşağı hissəsinə daxil olur və kolbanı taraz
vəziyyətə gətirməyə çalışır. Amma kolba ucunda ağırlıq olan
mancanaqla əlaqədə olduğundan yuxarıya dartılır. Bu taktın sonunda
silindrə yenidən buxar verilir. Beləliklə, proses təkrarlanaraq davam
edir.
Sənaye inqilabı
242
Buxar maşınının mədənlərdə, nasosların hərəkətə gətirilməsindən
başqa yeni sahələrdə tətbiqinə imkan verən mexanizm - planetar ötürmə
də Vatta aiddir. O, 1781-ci ildə aldığı patentində bu mexanizmin iş
prinsipini vermişdir. Kolbanın qolu çarx qolu və sürgü qolu vasitəsilə
fırlanan çarxla əlaqələndirilir. Bu mexanizm kolbanın irəli-geri
hərəkətini fırlanma hərəkətinə çevirir.
Şəkil 2.10. Toxuculuq fabrikində buxar maşınlarının tətbiqi.
Bu mexanizmin ixtirasından sonra buxar maşınları XVIII əsrin
sonundan etibarən tekstil istehsalında tətbiq olunmağa başlayır (şəkil
2.10).
Buxar maşınlarını nəqliyyatda tətbiq etmək üçün bir neçə mühəndis
tədqiqat işləri apararaq müxtəlif layihələr üzərində işləyirlər. 1814-cü
ildə ingilis mühəndisi Corc Stivenson, Riçard Trevitik və başqa
mühəndislərin apardıqları sınaqlara əsaslanaraq ilk dəfə praktikada
tətbiq oluna biləcək, buxar maşını ilə işləyən lokomotivi düzəldir (şəkil
2.11). Yalnız 1825-ci ildə bu lokomotivin Stokton və Dərlinqton (ingl.
Stockton, Darlington) məntəqləri arasında açılmış ilk ictimai qatar yo-
Sənaye inqilabı
243
lunda istifadəsi baş verir [2.10]. Stivensonun düzəltdiyi qatarın sürəti
təxminən 48 km/saat olmuşdur. Lokomotivlərin nəqliyyatda tətbiqi yeni
bir dövrün başlandığı demək idi. Bu, insanların və eləcə də yüklərin bir
məntəqədən başqa məntəqəyə daşınması vaxtı və xərcini aşağı salaraq
inkişaf etməkdə olan sənaye üçün vacib rol oynamışdır.
Şəkil 2.11. Stivensonun “Rocket” adlı lokomotivi.
Buxar maşınları, inkişaf etməkdə olan mexanikləşdirilmiş tekstil
sənayesi və bu sahənin səmərəli tətbiqi üçün əsas şərt sayılan maşınların
hazırlanmasına imkan verən maşınqayırma arasında bir tarixi münasibət
mövcud idi. Bu qarşılıqlı münasibətlə müşaiət olunan proses tarixdə
sənaye inqilabı adlanır.
İqtisadiyyatın inkişafı nəticəsində metal və dəmir hissələrinə olan
tələbatın artması, tekstil və buxar maşınlarında təkmilləşmə və
maşınların tətbiqinin daim artması mexaniki emal sahəsi qarşısında
böyük tələblər qoyurdu. Bu, bir tərəfdən lazım olan hissələrin sayının
Sənaye inqilabı
244
artması ilə, digər tərəfdən tətbiq olunan maşın elementlərinin
dəqiqliyinin artırılması ilə bağlı idi. Buna görə də, metal emalı getdikcə
ön plana keçməyə başlamışdır. Maşın hissələrinə qoyulan tələblər artıq
o
səviyyəyə
çatmışdır
ki,
əvvəllər onlara yalnız saatların
düzəldilməsində rast gəlmək mümkün idi. Bütün bunlar XV
ΙΙΙ
əsrin
sonunda maşınqayırmanın keyfiyyətcə dəyişilməsinə gətirib çıxarmışdır.
Dostları ilə paylaş: |