Respublika Uşaq Kitabxanası



Yüklə 13,81 Mb.
Pdf görüntüsü
səhifə139/146
tarix19.07.2018
ölçüsü13,81 Mb.
#56530
1   ...   135   136   137   138   139   140   141   142   ...   146

416 

 

Azərbaycanın tanınmış şəxsiyyətləri 



22 Dekabr – Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyi, 

(1918-1944) 

      Mehdi  Hənifə  oğlu  Hüseynzadə  22  dekabr  1918-ci 

ildə  Bakının  Novxanı  kəndində anadan olmuşdur. 1932-ci ildə 

o, Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olmuş, 1936-

cı ildə oranı bitirmişdir. 1937-ci ildə Leninqradda (indiki Sankt-

Peterburq) Xarici Dillər İnstitutunda təhsil almışdır. 1940-ci ildə 

yenidən 

Bakıya  qayıdıb, Azərbaycan  Dövlət  Pedaqoji 

İnstitutunda öz  təhsilini  davam  etdirmişdir.  Böyük  Vətən 

Müharibəsi başlandıqdan  sonra  1941-ci  ilin  avqustunda  Mehdi 

Qızıl  Orduya  çağrılmış,  1942-ci  ildə  Tbilisi  hərbi  piyada 

məktəbini  bitirdikdən  sonra  cəbhəyə  yollanmışdır.  Minomyot  tağımının  komandiri 

kimi Stalinqrad  döyüşündə  iştirak  etmiş,  1942-ci  ilin  avqustunda  Kalaç  şəhəri 

ətrafındakı  qanlı  vuruşmaların  birində  ağır  yaralanaraq,  almanlara  əsir 

düşmüşdür. Almaniyaya göndərilən  Mehdi Berlində  üçaylıq  tərcüməçi  kurslarında 

iştirak  etmiş  və alman  dilini öyrənmişdir.  1943-cü  ilin  sonlarında  Mehdi,  bir  dəstə 

azərbaycanlı  əsir  ilə  faşist  əsarətindən  qaçıb,  Yuqoslaviya  və  İtaliya  partizanlarına 

qoşuldu. Mehdi Qradnik adına 31-ci diviziyanın 9-cu qarışıq italyan-yüqoslav körpüsü 

qərargahının  xüsusi  təxribat-kəşfiyyat  dəstəsini  yaratmışdı.  Faşistlər  kino-filminə 

baxarkən  Mixaylo  öz  cəsur  kəşfiyyatçı  dəstəsi  ilə  birlikdə  Opçina  kinoteatrının 

binasını partlatmışdı. Bu əməliyyat zamanı 80 nəfər faşist məhv olmuş, 110 nəfərdən 

çoxu  ağır  yaralanmışdı.  Bundan  bir  az  sonra  Mixaylonun  rəhbərlik  etdiyi  dəstə 

Triestdə alman hərbi xidmətçilərinin aşxanasını partlatmışdı ki, bunun nəticəsində də 

100-dən  çox  alman  zabiti  ölmüş  və  yaralanmışdı. 1944-cü  il  noyabrın  16-da  Mehdi 

Hüseynzadə,  partizan  birləşməsi  qərargahının  tapşırığı  ilə  faşistlərin  böyük  hərbi 

ləvazimat  anbarını  partladıb  geri  qayıdarkən  faşist  keşikçiləri  ilə  üz-üzə  gəlmişdi. 

Qəhrəman döyüşçü, xeyli faşist öldürür. Lakin döyüşərkən ağır yaralanır. İgid partizan 

çoxlu  qan  itirərək  həlak  olur.  1957-ci  il  aprelin  11-də  SSRİ  Ali  Sovet  Rəyasət 

Heyətinin  Fərmanı  ilə  Böyük  Vətən  müharibəsi  illərində  faşist  işğalçılarına  qarşı 

mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadə ölümündən 

sonra  Sovet  İttifaqı  Qəhrəmanı  adı  verildi.  Azərbaycan  yazıçıları İmran 

Qasımov və Həsən  Seyidbəyli "Uzaq  sahillərdə"  povestində  Mehdi  Hüseynzadənin 

bədii  surətini  yaratmışlar.  Hər  iki  müəllifin  ssenarisi  əsasında  isə  çəkilmiş  "Uzaq 

sahillərdə"  bədii  filmi  isə  Mehdi  Hüseynzadənin  qəhrəmanlığından  bəhs  edir. 

Sloveniyalı  yazıçı  Peter  Amalietti  Mehdi  Hüseynzadəyə  həsr  edilmiş  “Mixaylonun 

təkbaşına  qisası”  (“Jeden  za  vse  Mihajlovo  Mascevanje”)  ikicildlik  romanını 

yaratmışdır.  Sumqayıt  şəhərində və Novxanıda Mehdi  Hüseynzadə adına  idman 

kompleksləri açılmışdır. 



İnternetdə:  

https://az.wikipedia.org/wiki/

 

 



417 

 

Yubilyar yazıçılar 



2 Dekabr – Şair Zeynalov Zeynalabdin İsmayıl oğlunun (Zeynal Vəfa) 80 illiyi, 

(1938) 

Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-də 

Naxçıvan  şəhərində  ziyalı  ailəsində  anadan  olub.  M.T.Sidqi 

adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra 

ADU-nun  (indiki  BDU)  filologiya  fakültəsində  (1957-1962) 

təhsilini  davam  etdirib.  İlk  əmək  fəaliyyətinə  1962-ci  ildə 

Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" 

qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və 

Radio  Verilişləri  Komitəsində  böyük  redaktor  (1963-1969)  və 

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 

redaktor (1969-1990) işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik 

ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında 

çalışıb(1980-1982). Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib. Sonra yenə 

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1982-1987), 

Yəmən  Ərəb  Respublikasında  tərcüməçi  (1987-1989),  "Aydınlıq"  qəzetində  baş 

redaktorun  birinci  müavini  (1990-1992),  "Meydan"  qəzetində  baş  redaktor  (1992-

1993) vəzifələrində çalışıb. 1990-1993-cü illərdə açıq fikirli cəsarətli yazılarına görə 

hakimiyyət  tərəfindən  ağır  təzyiqlərə  məruz  qalıb.  Evi  və  redaksiyası  dəfələrlə 

mühasirə halqasına düşüb. Zeynal Vəfa 1993-cü ildən Azərbaycan Respublikası Milli 

Məclisinin orqanı olan "Azərbaycan" qəzetində baş redaktorun müavini vəzifəsindədir. 

Mətbuatda uzun illər səmərəli fəaliyyətinə və yaradıcılıq uğurlarına görə 1995-ci ildə 

"Qızıl Qələm" mükafatına layiq görülüb. Respublika Prezidentinin 2005-ci il 21 iyul 

tarixli 924 nömrəli sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif edilib. 2007-ci ildə Milli 

Müdafiə  Nazirliyinin  ordu  quruculuğu  ilə  əlaqədar  keçirdiyi  "Ən  yaxşı  publisist 

yazılar" müsabiqəsində birinci dərəcəli mükafatın qalibi olub. 

Kitabları:  “Mənim  körpə  çinarım”,  “Qəlbimin  səsi”,  “Körpələrin  xatirinə”, 

“Beşiklərdən gələn səslər” və s. 



 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat 

kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.

 

 



 

 

 

 

 

 


Yüklə 13,81 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə