Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə10/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   6   7   8   9   10   11   12   13   ...   99

Problemin tarixçiliyi 
Azərbaycan tarixçiliyi 
Qeyd  edildiyi  kimi,  problem  Voton  tarixçiliyində  indiyədək  ayrıca 
tədqiqat obyekti olmamışdır. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti 
dövrünün  ictimai-siyasi  xadimlərinin  və  Azərbaycan  tarixçilərinin 
əsərlərində araşdırılan dövrlə bağlı bir sıra əhəmiyyətli fakt və materiallara 
rast gəlmək mümkündür. 
Dövrün problemlərinin bu və ya başqa tərəflərinin araşdınimasına həsr 
edilmiş Azərbaycan tarix ədəbiyyatını mahiyyət, məsələyə yanaşma tərzi və 
dövrloşmə baxımından əsasən üç qrupa bölmək olar: Azərbaycan mühacirət 
ədəbiyyatı; 1920-ci ilin aprelindən müstəqilliyin bərpa edilməsinə qədərki 
dövrün Azərbaycan sovet tarix ədəbiyyatı; müstəqillik dövründə meydana 
çıxan araşdırmalar. 
Sovet  rejiminin  təqibləri  qarşısında  xarici  ölkələrə  mühacirət  etməyə 
məcbur  olmuş  milli  ziyalıların  və  cümhuriyyət  dövrünün  xadimlərinin 
əsərlərində problemlə bağlı məsələlər obyektiv tarixi gerçəklik baxımından 
araşdırılır.  Mühacirət  ədəbiyyatı  içərisində  tanınmış  ictimai-siyasi  xadim 
Miryaqub Mehdizadənin əsəri bu baxımdan diqqəti cəlb edir. Onun 1928-ci 
ildə İstanbulda Orxaniyyə məbəəsin- də çap edilən kitabında"' eyni zamanda 
1914-1918-ci illərdə Azərbaycan nefti uğrunda böyük dövlətlərin apardığı 
siyasətin mahiyyəti açılır. Kitaba ön söz yazan M. Ə. Rəsulzadə qeyd edirdi 
ki,  ümumi  cahan  petrol  hasilatında  Azərbaycan  Amerikadan  sonra  ikinci 
mövqeyi tutmaqdadır. Bu münasibətdə o, beynəlmiləl siyasət silsiləsində ən 
mühüm bir həlqəni təşkil edir"'. 
Yazıçı,  dramaturq,  publisist,  tənqidçi,  tarixçi  və  dövrünün  tanınmış 
siyasi və ictimai xadimi Mirzə Bala Məmmədzadənin əsərində'” araşdırılan 
problemlə bağlı maraqlı faktlara rast gəlmək mümkündür. Xüsusən, 1917-ci 
ildən  başlayaraq  Osmanlı  imperatorluğunun  Güney  Qafqaz  siyasəti, 
Brest-Litovsk,  Ərzincan  danışıqları,  Batum  sülh  konfransı,  Azərbaycanın 
istiqlalına  Türkiyənin  münasibəti  və  Almaniyanın  Azərbaycan  siyasəti 
barədə  qiymətli  faktlar  vardır.  Əsərdə  müharibənin  gedişində  Osmanlı 
dövlətinin  Rusiyanın  türk  və  digər  müsəlman  xalqlarını  müstəmləkə 
zülmündən  qurtarmaq  işində  Avropa  dövlətlərinin  dəstəyini  almaq  üçün 
göndərdiyi  nümayəndə  heyətlərinin  səfərlərinə  və  fəaliyyətinə  dair 
müəyyən faktları da görmək olar. 
Mühacirət  həyatı  keçirmiş  Hüseyn  Baykaranın  kitabının"“  bir  hissəsi 
birinci dünya müharibəsi illərində baş verən hadisələri, Azərbay 
29 


canın vəziyyəti, istiqlalın elan edilməsi, Türkiyə yardımı və s. məsələlərini 
öyrənmək baxımından əhəmiyyətli sayılmalıdır. 
Sovet dövründə çap edilən bütün əsərlər marksist-leninizm prinsipləri 
əsasında  partiyalı  və  sinfi  yanaşma  əsasında  kommunist  ideologiyası 
ruhunda yazıldığından Almaniya, Türkiyə və Böyük Britaniyanın regiona 
dair  siyasəti  bir  qayda  olaraq  “imperialist”  və  “işğalçı”  kimi  qələmə 
verilmişdir. Sovet sistemi çökdüyündən və marksist-leninçi ideologiya artıq 
tarixə  çevrildiyindən  müəllif  bu  dövrdə  yazılan  əsərlərin  hər  birinin 
qüsurlarını ayrı-ayrı göstərmək niyyətindən uzaqdır. Bu əsərlərdə bolşevik 
və  kommunist  hakimiyyətinə  sərfəli  olan  faktlar  və  materiallar  seçilərək 
verilmiş,  sərfəli  olmayanların  üstündən  sükutla  keçilmiş,  ya  da 
saxtalaşdırılmış  və  məsələlər  birtərəfli  qaydada  araşdırılmışdır.  Tarixi 
keçmişimiz  ağ  və  qaraya  bölünərək  öyrənilmiş,  tarixi  prosesin  bütün 
çalarları üzə çıxarılmamışdır. Problemə belə yanaşma heç şübhəsiz, sovet 
dövrünün siyasi konyukturası ilə bağlı olduğundan biz ayrı-ayrı tarixçilərin 
əsərlərini  artıq  gecikmiş  ittiham  etmək  fikrindən  imtina  edərək  onların 
bəzilərinə diqqət yetiririk. 
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) dosenti, tarixçi A. K. 
Hervaim  məqaləsi"''  Almaniyanın  strateji  planlarına  həsr  edilmişdir. 
Müəllif Almaniyanın Güney Qafqaza Türkiyənin köməyi ilə hücum etmək 
planlarının olduğunu xüsusi olaraq qeyd edir. 
İ. A. Hüseynovun məqaləsi"“ 1918-ci ildə ingilislərin Bakını tutması 
planlarına həsr olunmuşdur. 
Tarixçi  E.  A.  Tokarjevskinin  əsərləri'"  1918-ci  ildə  “Bakı 
bolşeviklərinin Azərbaycanda türk-alman və ingilis müdaxiləçilərinə qarşı 
mübarizəsi”  məsələlərindən  bəhs  edir.  On  yeddi  fəsildən  ibarət  olan 
monoqrafiyada türk,  alman  və  ingilis  siyasəti  marksist-leninçi  ideologiya 
nöqteyi-nəzərindən işğalçı kimi dəyərləndirilir. 
Z. İbrahimovun 1950-ci ildə çapdan çıxmış kitabı'" da sovet dövrünün 
ruhu  əsasında  yazılmışdır.  Tədqiq  etdiyimiz  problemin  1917-  1918-ci 
illlərinə aid bəzi məsələlərinə bu monoqrafiyalarda toxunulur. 
Bu  kitablarda  Türkiyə,  İngiltərə  və  bolşevik  Rusiyanın  məqsəd  və 
niyyətləri  marksism-leninçi  nöqteyi-nəzərindən  təhlil  olunur,  türk  ordu 
hissələrinin  Bakını  azad  etməsi  və  Azərbaycan  türklərini  və  bütün 
müsəlmanları soyqırımından qurtarması işğalçılıq kimi qiymətləndirilir. 
S.  S.  Əliyarovun  monoqrafiyası'"  birinci  dünya  müharibəsi  illərində 
neft inhisarlarının Azərbaycandakı fəaliyyətini öyrənmək üçün əhə 
30 


miyyətlidir.  Dörd  fosildon  ibarot  olan  monoqrafiyada  xarici  neft  şirkət- 
lorinin  fəaliyyətinin  araşdırılması  öyrənilən  problem  baxımından  da 
diqqətəlayiqdir.  Nobel  qardaşları,  Oyl,  Şell  və  b.  şirkətlərin  fəaliyyətini 
əslində birinci dünya müharibəsi illərində neft uğrunda mübarizənin tərkib 
hissosi  hesab  etmək  olar.  Birinci  dünya  müharibəsi  eyni  zamanda  enerji 
mənbələri uğrunda güc dövlətlərinin mübarizəsi idi. 
Sovet  imperiyasının  mövcudluğunun  son  illərindən  başlayaraq 
cəmiyyətdə baş verən siyasi yumşalma prosesində tariximizin qaranlıq və 
təhrif  edilmiş  tərəflərinin  araşdırılmasına  maraq  gücləndi  və  yeni-  yeni 
əsərlər  meydana  çıxdı.  Bu  əsərlərdə  tarixi  gerçəkliyin  obyektiv  əks 
olunması istiqamətində xeyli işlər görüldü. Bununla belə, sovet dövründə 
hakim  olan  marksist-leninçi  ideoloji  prinsiplərə  alternativ  olaraq  yazılmış 
kitablarda  populizmə  və  səthiliyə  yol  verilməsi  tarixi  həqiqətlərin  üzə 
çıxarılmasına vo tarix elmimizin inkişafına deyil, daha çox iki dünyabaxışın 
yersiz  mübahisələrinə  xidmət  edir.  Ən  azı  ona  görə  ki,  kommunist 
ideologiyası artıq tarixi keçmişə çevrilmişdir. Buna görə də indiki şəraitdə 
meydana çıxan tarixi əsərlərdə keçmişimiz iki rəngdə-ağ və qara ilə deyil, 
bütün  cəhətləri  ilə  kompleks  halda  araşdırmalı  və  gerçək  tariximiz 
yazılmalıdır.  Qeyd  etmək  lazımdır  ki,  indiyədək  müstəqillik  dövründə  də 
birinci  dünya  müharibəsi  illərində  böyük  dövlotlorin  Azərbaycan  siyasəti 
problemi ayrıca tədqiqat obyekti olmamışdır. 
A.  Balayevin  kitablarında'^^  Türkiyənin  Azərbaycan  siyasətinə  dair 
ayrı-ayrı  faktlara  rast  golmok  olar.  Lakin  monoqrafiyalarda  yalnız 
1917-1918-ci illərə aid olan faktlar araşdırma üçün əhəmiyyətli sayıla bilər. 
X.  Məmmədovun  monoqrafiyasının  üçüncü  fəsli  (s.  110-170)  və 
doktorluq dissertasiyası avtoreferatının bir hissəsi birinci dünya müharibəsi 
illorindo Azərbaycanda milli hərəkatın təkamülünə həsr edilmişdir'”. 
C.  Həsənovun  kitabının'”  birinci  və  ikinci  fəsillərində  (s.  25-158) 
araşdırılan problemlərlə əlaqədar 1917-1918-ci illərə aid ayrı-ayrı fakt və 
materiallara  rast  gəlinir.  Lakin  müəllifin  məqsədi  böyük  dövlətlərin 
Azərbaycan siyasətini araşdırmaq deyil, 1918-1920-ci illərdə Azərbaycanın 
beynəlxalq  münasibətlər  sistemində  tutduğu  yeri  öyrənməkdir.  Bununla 
belə, qeyd etmək lazımdır ki, müharibənin son ilində beynəlxalq vəziyyəti 
öyrənmək baxımından kitab əhəmiyyətli hesab edilməlidir. 
31 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə