Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə73/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   69   70   71   72   73   74   75   76   ...   99

niz  naziri  1915-ci  il  19  iyul  tarixli  çıxışında  erməni  druj  inalarının 
istismarçılara qarşı qəhrəmanlıqla döyüşdüyünü bildirdi*’. 
1915-
 
ci ildən başlayaraq Qafqazda yaranmış çətinlikləri görən və 
müsəlmanlara qarşı daha incə metodlardan istifadə edilməsinin zəruriliyini 
başa düşən imperator hökuməti siyasətində bəzi dəyişikliklər etdi. Qafqazda 
bir  sıra  kadr  dəyişiklikləri  edildi.  Kadr  dəyişikliyi  erməniləri  müdafiə 
etməkdən imtina olunması demək deyildi. Rus hakimiyyətini başlıca olaraq 
Rusiyanın  maraqlan  düşündürürdü.  Ermənilərdən  istifadə  yalnız  rus 
maraqlanna xidmət etməli idi. İmperatorun 
1915-
 
ci  il  23  avqust  tarixli  fərmanı  ilə  Vorontsov-Daşkovun  yerinə 
Qafqaz  canişini  Nikolay  Nikolayeviçin  təyin  edilməsi  ilə  ermənilər  xeyli 
sevindilər. “Mşak” qəzeti yazırdı ki, yeni canişin ermənilərin qəlbində yeni 
ümid  çırağı  yandırmalıdır.  Məhz  təcrübəli  ali  baş  komandanın  səyləri  ilə 
düşmənimiz Türkiyə əyiləcək, erməni xalqının bu cəlladı cəzasını alacaq və 
türk  Ermənistanı  azad  ediləcəkdir.  “Ori-  zon”  qəzeti  də  əzablı  türk 
Ermənistanının problemlərinin həll olunacağına ümid edirdi. “Arev” qəzeti 
Qafqazda milli münasibətlərin gərgin olmasına işarə edərək yazırdı ki, türk 
təhlükəsi  hələ  də  uzaqlaş-  mamışdır*'*.  Vorontsov-Daşkov  payızı 
keçirtmək üçün Tambov quberniyasının Novosemnikova kəndinə Bakıdan 
keçərək getdi**. 
Nikolay Nikolayeviç isə Tiflisə gedərkən Biləcəri stansiyasında onu bir 
sıra  şəxslərlə  yanaşı  azərbaycanlılar,  o  cümlədən,  H.  Z.  Tağı-  yev  də 
salamladı.  Canişin  Tağıyevin  əllərini  möhkəm  sıxaraq  təşəkkür  etdi.  O, 
Bakıdakı fransız, belçika və ingilis konsulları ilə görüşdü. 
Yeni canişin sentyabrın 23-də Tiflisə gələrək** məscidlərə və erməni 
kilsəsinə  baş  çəkdi,  Qafqaz  ordu  komandanı  general  N.  N.  Yu-  deniçlə 
görüşdü. Sentyabrın sonunda yeni canişin cəbhəyə getdi*’. 
1915-ci  ilin  payızında  da  erməni  dəstələrinin  hazırlanaraq  döyüşə 
göndərilməsi işi davam etdirildi. Oktyabrın 24-də Bakı quberniya jandarma 
axtarış  idarəsinin  rəisi,  polkovnik  Leontyev  6122  №li  məxfi 
məktub-hesabatında  yazırdı:  “Erməni-Daşnaksutyun  partiyasının  Bakı 
Mərkəzi komitəsi... hal-hazırda agenturanm göstərişə uyğun olaraq özünün 
başlıca  vəzifəsi  kimi  türklərlə  mübarizə  üçün  Türkiyə  ermənilərini 
silahlandırmaqdan  ötrü  pul  toplamağı,  həmçinin,  Qafqaz  cəbhəsində 
ordularımızla birgə hərəkət edən erməni dəstələrini könüllülərlə doldurmağı 
qarşısına  məqsəd  qoymuşdur”**.  Nəticədə,  aparılan  iş  sayəsində  1915-ci 
ilin sonunda sayı 5000 nəfər olan dörd erməni dəstəsi təşkil edildi. Onların 
başında Daşnaksutyun partiyasının üzvləri 
216 


dururdular.  Canişinin  razılığı  ilə  Hnçak  partiyası  altı  drujina  təşkil  etdi. 
Dəstələrin  vəzifəsi  Türkiyəyə  keçmək,  düşmən  arxasında  anarxiya 
törətmək, dinc türk əhalisini məhv etmək və rus ordusunun hücumu üçün 
əlverişli  şərait  yaratmaq  idi.  Dəstələr  qarşıya  qoyulan  vəzifəni  yerinə 
yetirirdilər,  dinc  türk  əhalisini  qırır,  körpüləri,  evləri  və  anbarları 
dağıdırdılar. 
Müharibədə Rusiyanın hərbi uğurları artıqca ermənilər təkcə Türkiyədə 
deyil,  Rusiyada  da  erməni  məsələsinin  mövcudluğu  barədə  danışmağa 
başladılar.  Qafqazda  erməni  muxtariyyəti  yaratmaq  ideyası  isə  0  vaxt 
Rusiyanın  mənafelərinə  uyğun  gəlmirdi.  Qafqaz  canişini  Nikolay 
Nikolayeviç 1915-ci ilin sonlarında Eçmiadzin katolikosunu Tiflisə çağırıb 
dedi  ki,  Rusiyada  yakutlar  məsələsi  olmadığı  kimi,  erməni  məsələsi  də 
yoxdur.  Katalikos  isə  cavabında  “fəqət,  Türkiyədə  bir  erməni  məsələsi 
vardır”  dedi’’.  Bununla,  ermənilər  son  nəticədə  heç  olmasa  türk 
Ermənistam  məsələsinin  həllinə  nail  olmağa  çalışırdılar.  Buna  görə onlar 
hərbi əməliyyatların tez və uğurla başa çatdırılmasını istəyirdilər. Polkovnik 
Anqileev 1916-cı il 16 yanvar tarixdə “Partiyaçı” ləqəbli agentdən aldığı 3 
№li qeyd -məlumat əsasında hazırladığı 21 yanvar tarixli 353 №li tam məxfi 
məktubunda yazırdı ki, daşnaklar Türkiyə ilə müharibə planından və hərbi 
əməliyyatların ləng aparılmasından narazıdırlar. Onlar rus silahının köməyi 
ilə türkləri məğlub edib kiçik Asiyanın 6 vilayətində müxtariyyət qurmaq 
istəyirlər.  Bu  məsələnin  müzakirəsində  Zurab  Canbazyan,  Amazasp 
Nəhrətyan,  Ervand  Ha-  mamçyan,  Liparid  Allahverdiyans,  Aristakes 
Tiroyans, Ervand Ter-Mi- nasyans, Stepan Stepanyans, Xaçatur Bznuni və 
Vahan Vartirosyans iştirak etmişlər*". 
Erməni məsələsi arxa plana sıxışdınldığmdan rus hərbi komandanlığı 
erməni könüllü dəstələrinin ayrıldıqda fəaliyyət göstərməsini arzuolunmaz 
hesab  edərək,  onları  rus  ordusunun  içərisində  atıcı  polkla-  ra  çevirməyə 
başladı.  Erməni  silahlı  dəstələrinin  atıcı  polklara  çevrilməsi  “erməni  işi” 
uğrunda  mübarizə  aparan  Daşnaksutyun  və  Hnçak  partiyalarını  silahlı 
qüvvədən  məhrum  edirdi.  Ona  görə  də  erməni  xadimləri  narazılıqlannı 
bildirdilər. Anqileev 1916-cı il yanvarın 24-də eyni agentdən alınan 5 №li 
qeyd əsasında tərtib etdiyi 29 yanvar tarixli 599 №li tam məxfi məktubunda 
göstərirdi  ki,  daşnaklar  və  erməni  ziyalıları  könüllü  drujinaların  atıcı 
polklara  çevrilməsindən  narazıdırlar.  Bu  tədbir  partiyanı  canlı  qüvvədən 
məhrum  edir.  O,  həyata  keçirilərsə  partiya  öz  döyüş  dəstələrini  yenidən 
təşkil etməlidir. Bu da çə- 
217 


tindir, çünki kadrların hamısı müharibəyə cəlb edilmişlər, onlar cənubda 
ingilislərlə birləşmək  üçün  göndəriləcəklər.  Partiya  könüllü  dəstələrə  öz 
silahlı qüvvələri kimi baxır*'. 
1916-
 
cı  il  martın  23-də  həmin  agentdən  alınan  9№li  qeyd 
əsasında  tərtib  edilən  29  mart  tarixli  1612  №li  tam  məxfi  məktubda 
göstərilirdi  ki,  erməni  drujinalarının  təsərrüfat  hissəsində  müdir  oğurluq 
edir*^ 
1916-
 
cı il ərzində erməni mətbuatı erməni-rus ittifaqını təbliğ etmək işini 
davam etdirdi. “Orizon” qəzeti 1916-cı il 263-cü nömrəsində yazırdı ki, rus 
cəmiyyəti  Güney  Qafqazda  erməni  liberallarından  başqa  etibarlı  element 
olmadığına  inanmalıdır*^  Bununla,  ermənilər  özlərini  Güney  Qafqazda 
rusların  ən  etibarlı  dayağı  sayırdılar.  Lakin  1917-ci  ilin  fevral  inqilabdan 
sonra  Romanovlar  sülaləsi  çoxdükdən  və  oktyabr  çevrilişi  nəticəsində 
imperiya  dağıdıldıqdan  sonra  yaranmış  qarışıq  vəziyyətdə  müharibə 
dövründə  yaradılmış  erməni  dəstələri  dinc  türk,  müsəlman  əhalisinə  qarşı 
kütləvi qırğınları davam etdirdilər. Ermənilər öz iddialarını artıq təkcə zəif 
Rusiya  deyil,  güclü  ABŞ  və  Avropa  dövlətləri  qarşısında  qaldırmağa 
başladılar. Hətta ABŞ prezident Vudro Vilson ərazisi Batumdan Bakıya, Qara 
dənizdən Xəzər dənizinə qədər olan ərazidə “Böyük Ermənistan” yaratmağı 
arzulayırdı*^.  Rusiyanın  təşkilatlandırıb  döyüşə  göndərdiyi  erməni  hərbi  
dəstələri  türk  və  digər  müsəlman  xalqlara  qarşı  kütləvi  soyqırımı  həyata 
keçirtdilər. 
Türklərə və digər müsəlman xalqlara qarşı törədilən 
soyqırım. Azərbaycanlı qaçqınlar 
Təəssüf olsun ki, birinci dünya müharibəsi illərində, xüsusən, 1915-ci 
ildə ermənilərlə bağlı baş verən hadisələr adətən “erməni soyqırımı” kimi 
qələmə  verilir,  lakin  türklərin  və  digər  müsəlmanların  kütləvi  şəkildə 
öldürülməsinin  üstündən  sükutla  keçilir.  Arxiv  sənədləri  göstərir  ki, 
erməni  silahlı  dəstələri  müharibə  dövründə  düşünülmüş  şəkildə  kütləvi 
olaraq  türkləri  və  digər  müsəlmanları  məhv  etmişlər.  Türklərə  və  digər 
müsəlman xalqlara qarşı törədilən kütləvi soyqırım ABŞ, rus, erməni, türk 
və  Azərbaycan  mənbələrində  də  təsdiq  edilir.  ABŞ  tarixçiləri  Castin 
Makkarti  və  Karolin  Makkarti  100  min  Rusiya  və  Anadolu  erməni 
döyüşçüsünün Anadoluda müsəlmanlara qarşı vuruşduğunu yazır**. Qeyd 
edək ki, bu rəqəm rus mənbələrindəki rəqəmlərlə əsasən, eyniyyət təşkil 
edir. Müəlliflər yazırlar ki, ermənilər türkləri yalnız türk olduqlarına görə 
öldürürdülər**. 
218 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə