Рийазиййатчы алим



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix21.07.2018
ölçüsü0,55 Mb.
#57503
1   ...   4   5   6   7   8   9   10   11   12

 

 

43 



Camal Mustafayev,  

professor: 

«Hamlet İsayev (İsaxanlı) doğma xalqına dərin mənəvi 

tellərlə bağlıdır. Hamlet müəllim həqiqətən həddindən artıq 

həssas,  həddindən  artıq  zərif,  insana,  təbiətə  qayğıkeş  bir 

şəxsiyyətdir». 

 

Müzəffər Şükür,  

şair: 

«Hamlet İsayevin (İsaxanlının) dahilərə məxsus sadə-

liyi və təvazökarlığı məni məmnun etdi. Bu, yüksək mənəviy-

yatın və intellektin təzahürüdür. Hələ də onunla görüşümün 

təsiri altındayam». 

 

Yunus Vəhdəti,  

filologiya elmləri doktoru (İran): 

«Hamlet İsayev (İsaxanlı) özününkü deyil, şöhrəti sər-

hədlər  aşıb,  o  taylı-bu  taylı  hər  iki  Azərbaycanındır,  bütün 

dünyanındır. O, bizim iftixarımızdır, biz onunla fəxr edirik». 

 

 


 

 

44 



XEYRIYYƏÇILIK  

 

Hamlet  İsayev  (İsaxanlı)  Allahın  ən  sevimli  bəndəsi-

dir.  Allah  ona  iti  ağıl,  hərtərəfli  qabiliyyət,  təmənnasız  xe-

yirxahlıq, saf mənəviyyat, zəngin bilik, güclü elmi və poetik 

düşüncə, əvəzsiz ilahi nemət olan şairlik istedadı bəxş edib. 

O,  ensiklopedik  zəka  sahibidir:  bir  şəxsiyyətdə  xeyriyyəçi-

lik,  alimlik,  şairlik  və  insanlıq  üzvi  vəhdət  şəklində  birləş-

mişdir. 


Hamlet  İsayev  (İsaxanlı)  qaçqınları,  yetim  uşaqları, 

maarif  və  mədəniyyət  sahələrini  həmişə  diqqət  mərkəzində 

saxlayır. O, ata-ana qayğısından məhrum olmuş uşaqlara hi-

mayədarlıq edərək, onların ali təhsil almasına və ailə qurma-

sına,  aztəminatlı  ailələrin  uşaqlarının  oxumasına  yardım 

göstərir.  

Hər  bir  işçiyə  fərdi  yanaşmağı  bacarır.  Hər  bir  şəxsin 

potensial imkanlarının meydana çıxması üçün şərait yaradır. 

Ədalətli  əmək  bölgüsü  həyata  keçirir.  Sözü  və  işi  vəhdət 

təşkil edir, vədinə əməl edir. 

Darda qalanlara, ehtiyacı olanlara, xüsusilə istedadlıla-

ra  hamilik  edir.  O,  təbliğat  naminə,  siyasi  kapital  toplamaq 

naminə xeyriyyəçili etmir, heç vaxt heç yerdə bu barədə da-

nışmır. Xətai rayonundakı kimsəsiz uşaqlara hamilik edəndə 

də, qaçqın balalarına yardım edəndə də, elm və mədəniyyəti-

mizin inkişafına kömək göstərəndə də ancaq qəlbinin hökmü 

ilə hərəkət edir.  

Hamlet İsayev (İsaxanlı) «Xəzərin sorağında» əsərində 

yazır:  «Mən  xeyriyyəçilik  edən  bir  fonda  rəhbərlik  etməyi, 

tələbələrə təhsil haqqı üçün pul verməyi, tədqiqatçılara qrant 

verməyi qat-qat üstün tutardım». 

Ulu  peyğəmbərimiz  Məhəmməd  Əleyhissəlam  öz  və-

siyyətlərində buyurmuşdur: «Dörd əməli yerinə yetirən üçün 



 

 

45 



Allah behiştdə bir yer hazırlayacaq: yetimlərə əl tutub onları 

böyüdən;  şikəst  və  əlillərə  köməklik  göstərən;  ata-anasının 

qayğısına qalan və tabeliyində olanlarla xoş rəftar edən». 

Hamlet  İsayev  (İsaxanlı)  millətimizin  gələcəyi  olan 

istedadlı uşaqları tapıb üzə çıxarmağı, onların qayğısına qal-

mağı özünün ən başlıca mənəvi borcu hesab edir.  

 



 



Hamlet  İsayevin  (İsaxanlının)  qurucusu  və  rektoru  ol-

duğu Xəzər Universiteti yarandığı ilk gündən Xətai rayo-

nundakı  3  saylı  uşaq  evinə  himayədarlıq  edir.  Həmin 

uşaq evində böyümüş 7 tələbə Xəzər Universitetində ödə-

nişsiz təhsil alır. 

 



Uşaq  evinin  6  sakininə  bütün  zəruri  ehtiyacları  ödənil-

məklə toy mərasimi keçirilmişdir.  

 



Bilgəhdəki  «Qocalar  evi»,  eləcə  də  Nizami  rayonunda 

yaşayan tənha və kimsəsiz qocalar, ağsaqqallar, mühari-

bə veteranları, Qarabağ əlilləri, şəhid ailələri müntəzəm 

olaraq Xəzər Universitetinin nəzarətindədir.  

 



Hazırda universitetdə 300-dən artıq qaçqın, məcburi köç-

kün  və  aztəminatlı  ailədən  olan  tələbə  ödənişsiz  və  ya 

böyük güzəştlərlə təhsil alır. 

 



SOS  cəmiyyətinin  «Dünya»  məktəbində  təhsil  alan  13 

şagirdinə xüsusi qayğı göstərilir. 

 



Kar və zəif eşidən uşaqların məktəbəqədər tədris müəssi-

səsinin  maddi  bazası  Xəzər  Universitetinin  hesabına 

yeniləşdirilmişdir. 

 

Belə misalların sayını xeyli artırmaq olar… 




 

 

46 



Ulu  Peyğəmbərimiz  təsadüfi  deyil  ki,  «Vətəni  sevmək 

imandandır», deyirdi. Hamlet İsayev (İsaxanlı) Vətəni təkcə 

sevməklə  kifayətlənmir,  həm  də  onun  hərtərəfli  inkişafı 

üçün, dünya xalqları arasında şərəfli yer tutması naminə əsil 

övlad,  əsil  oğul  fədakarlığı  göstərir.  Hamlet  İsayevin  (İsa-

xanlının)  yeganə  amalı  mənəvi-maddi  potensialı  ilə  doğma 

xalqın  rifahının,  intellektual  səviyyəsinin  yüksəldilməsinə 

xidmət  etməkdir.  Bu,  alicənablıq  və  böyüklükdür.  Bu,  hər 

şeyin fövqündə durmaq bacarığı, insanlığın uca mərtəbəsin-

də, ali zirvəsində şərəfli yer tutmaq qabiliyyətidir. 

Həzrət Əli öz xütbəsində belə buyurmuşdur: «Könüllər 



alan  könüllərdə  anılır,  bir  məscid,  bir  kitabxana,  bir  xəstə-

xana  tikənin  adı  unudulmaz.  Uzun  sözün  qısası,  özü  üçün 

yaşayanın adı qalmaz, malı-mülkü özünə fayda verməz. Xalq 

üçün yaşayansa, ölsə də anılar, adı-sanı əbədi qalar». 

 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə