52 /
Roman kimi hekayə
***
Mən Bilgəni tanıyır və onun bütün
fəaliyyətini bilirdim. Aycan xanımla yaxın-
laşmağım və onun mənəvi oğlu statusu al-
mağım ailənin bütün sirlərini öyrənməyimə
səbəb olmuşdu. Bir gün ağır bir beynəlxalq
konfransdan sonra onu evlərinə apardım.
Dünyanın bütün nemətlərinə sahib olan Ay-
canın qəlbi Bilgədən sonra elə bir qaranlığa,
elə bir boşluğa düşmüşdü ki, heç cür təsəlli
vermək mümkün deyildi.
Həmin gün bir neçə saat bir yerdə ol-
duq və o, mənə Bilgədən danışdı.
− Bilirsən, oğul, mən hələ də inana bil-
mirəm onun yoxluğuna. Çünki o, mənimlə
Roman kimi hekayə
/ 53
nəfəs alırdı. Məni çox sevirdi. Çox... Hərdən
düşünürəm ki, bəlkə, Bilgəni yadplanetlilər
aparıb. Əgər rəqiblərimizin təxribatı olsay-
dı, şirkətə də nəsə edə bilərdilər. Amma o,
səssiz-səmirsiz yox oldu. Heç bir qruplaş-
ma, heç bir gizli təşkilat bundan xəbəri ol-
duğunu demədi. Əgər desəydilər ki, Bilgəni
qaytarıb, bütün şirkəti təhvil ver, inan ki,
bunu etməyə belə hazır idim. Çünki onsuz
həyat yaşanılmazdır. Hamı elə bilir ki, ya-
şayıram, amma mən ölmüşəm. İçimdə öl-
müş “mən”i dəfn edə bilmirəm sadəcə. O
ölünü sadəcə Bilgəm dəfn edə bilərdi. O et-
məli idi. Mən ondan həyatı öyrəndim. Ən
xoş günlərimizdə isə o yoxa çıxdı. Bu, dəh-
şətdir. Yaşama səbəbim onun yoxa çıxma-
sının sirrini açmaq və ideallarını yaşatmaq-
dır. Elə bilirəm ki, yaşadığım və onun insan-
lıq arzularını yaşatdığım müddətdə o ölmə-
yəcək, yaşayacaq. Oğlum, inanırsan ki, o öl-
məyib? O yaşayır və məni görür. Əminəm
buna. Amma heç bir işarə vermir. Hardadır,
54 /
Roman kimi hekayə
nə edir, hansı zindandadır? Axı o, mənimlə
bir canda bir ruh idi.
Düzdür, son vaxtlar nəsə sözlü adama
oxşayırdı, hər dəfə gözlərini zilləyib diqqət-
lə məni süzürdü... Bir də görürdün dəqiqə-
lərcə gözünü çəkmədən mənə baxır. Sanki
nəsə demək istəyirdi.
Qadın intuisiyamla hiss edirdim ki,
nəsə böyük bir qəbahəti var. Bəzən zəkasına
heyranlığımdan düşünürdüm ki, yəqin
sehrli qüvvələrlə əlbirdir. Axı insan bu qə-
dər çevik düşünə bilməz. İnsan bu qədər
təşkilatçı ola bilməz. Nəhayət, insan bu qə-
dər şanslı ola bilməz... Bütün tarix 14-15 yaş-
lı bir uşağın − Şah İsmayılın qısa müddətdə
2.000.000 kvadrat metrlik əraziyə sahib ol-
masına inana bilmədiyi kimi, mən də onun
bizlərdən biri olduğuna inana bilmirdim. O,
seçilmişlərdən idi. Əgər günümün, demək
olar ki, hamısını Bilgəylə bir yerdə olmasay-
dım, ona inanmazdım. Mənə Aycan adını
da o qoymuşdu. Əsl adım Yağmurdur. O
qədər “ay can” dedi ki, sonra da hamıya Ay-
Roman kimi hekayə
/ 55
can kimi təqdim etdi. Mən də bu ada alış-
dım. Onun dilindən bu sözü eşitdikcə, çiçək
açırdım. Deyirlər məhəbbət ölür, vərdişə
çevrilir, amma heç bir zaman bizdə belə ol-
madı. Onu ilk gördüyüm gün necə həyəcan-
lı idimsə, onu itirənə qədər də həmin hiss
azalmadı. Onun məni qucaqlaması, əlimdən
tutması, hərdən uşaq kimi şıltaqlaşması...
Aycan xanım bunları danışdıqca ağla-
yır, dəqiqələrcə susur, sonra yenə sözünə
davam edirdi:
– Bir gün ona rəfiqəmdən eşitdiyim bir
hadisəni danışdım.
Rəfiqəm filologiya fakültəsində oxu-
yanda müəllimlərindən biri ona təsəvvüf
fəlsəfəsindən və ilahi məhəbbətdən söhbət
açıb. Nəsə iş o yerə gəlib çatıb ki, müəllim
həyatda heç nəyin adiləşmədiyini söyləyib.
Deyib ki, sevgi də əbədidir. Hətta uzun illər
öncə evlənmələrinə baxmayaraq, yoldaşını
hələ də əvvəlki kimi sevdiyini bildirib. Rəfi-
qəm də özünə görə deyil. Həm gözəl, gözəl
olduğu qədər də sərbəst və özünə güvənən
56 /
Roman kimi hekayə
bir qızdır. Kişi müəllimin bu qədər özünə və
sevgisinə güvənməsinə inanmayıb. Sinifdə
yalnız ikisi olduğu üçün müəllimə deyib ki,
“Sən yoldaşını hazırda sevmirsən, onunla
saatlarca söhbət etməyə maraqlı deyilsən,
saatlarca ona baxmağı bacarmırsan, əlindən
tutanda həmin istiliyi artıq hiss etmirsən.
Həyəcan keçirmirsən. Bir zamanlar o əllər-
dən tutduğunda ürəyin titrəsə də, indi eyni
hissi yaşamırsan. Özünü sadəcə bir ət parça-
sından yapışırmışsan kimi hiss edir, tez də
ondan qurtulmaq istəyirsən”.
Müəllim bu sözlərlə razılaşmayıb. Bu
zaman rəfiqəm ona bir az da yaxınlaşıb asta-
ca əlindən tutub və “Səndən xoşum gəlir”, −
deyib. Sonra da 45-50 yaşlı müəllimin əlini
ovuclarının içinə alıb. Əlbəttə ki, müəllim
də bu hərəkətə qarşılıq verib. Rəfiqəm deyir
ki, müəllimin ürəyi yerindən çıxıb, başı kə-
silmiş xoruz kimi çırpınmağa hazır imiş. Rə-
fiqəm də bundan xüsusi həzz alaraq onun
gözlərinə baxa-baxa soruşub: “İndi de gö-
rüm, yoldaşının əlindən tutanda bu hisləri
Dostları ilə paylaş: |