min
ton neft ekvivalenti
311
315
259
349
353
567
563
114
Karbon qazı ekvivalenti ilə,
min ton
695
704
578
780
790
1266
1259
254
Mayeləşdirilmiş qaz, min ton
80
93
102
143
167
158
158
143
min ton neft ekvivalenti
90
105
115
162
188
179
179
162
Karbon qazı ekvivalenti ilə
1904
2214
2428
3404
3976
3761
3761
3404
Neftbitum, min ton
18
22
35
67
80
97
143
156
min ton neft ekvivalenti
17
21
34
64
77
93
137
150
Karbon qazı ekvivalenti ilə,
min ton
404
500
810
1524
1833
2214
3262
3572
Elektrik
enerjisi, milyon kVt.s
16423 17086 16317 18407 18955 20043 21655 18047
min ton neft ekvivalenti
1412
1469
1403
1583
1630
1724
1862
1552
Karbon qazı ekvivalenti ilə,
min ton
11794 12271 11718 13219 13613 14394 15552 12961
Istilik enerjisi, min Q.kal
4008
4653
5188
5492
5473
5485
5540
4546
min ton neft ekvivalenti
405
470
524
555
553
554
560
459
Karbon qazı ekvivalenti ilə,
min ton
9642
11190 12476 13214 13166 13190 13333 10928
Cəmi, karbon qazı ekvivalenti
ilə, min ton
57197 60836 62341 66884 70132 74778 78543 69516
Respublikamızda olan əsas İES-lər Şirvan şəhərindəki Dövlət Rayon Elektrik Stansiyası (DRES) və
Mingəçevirdəki Azərbaycan DRES-dir. Şirvan DRES-in gücü 1,2 mln.kvt.saat, Azərbaycan DRES-
in gücü isə 3,6 mln.kvt-dır. Abşeron yarımadasında yerləşən “Şimal” DRES, Sumqayıt, Bakı və
Gəncədə yerləşən İstilik Eilektrik Mərkəzləri (İEM) də iri elektroenergetika müəssisələridir. Onu da
qeyd etmək yerinə düşərdi ki, Şirvan DRES-in ilk növbəsi 1959-cu ildə istifadəyə verilib və buna
görə də kifayət qədər köhnəlmiş avadanlığa malikdir.
Qeyd edək ki, son 5 ildə Azərbaycan energetika layihələrinə (köhnə elektrik stansiyalarının yenidən
qurulması, modul və stasionar İES-lərin inşası, elektrik xətlərinin dəyişdirilməsi və s.) $2 mlrd.–dan
artıq vəsait xərcləyib və bunun nəticəsində ölkənin enerji potensialı artaraq 4,3 milyon kvt-dan 6,4
milyon kvt-a çatıb. Çox ehtimal ki, yaxın 2 ildə bu sahəyə daha $1,2 mlrd. sərmayə qoyulacaq.
2009-cu ildən başlayaraq Şirvan DRES-in yerinə fəaliyyət göstərəcək “Cənub” DRES-i tikilməyə
başlamışdır ki, onun da tam istifadəyə verilməsi 2011-ci ilə nəzərdə tutulur. “Cənub” DRES-nin
istifadəyə verilməsi ilə Şirvan DRES-də olan bütün köhnə avadanlıqlar öz işini dayandıracaq və
onun gücü 4 milyon mln.kvt-a çatdırılacaq. Bundan başqa Abşeronda 230 mvt gücündə yeni İES-in
də işə salınmağı planlaşdırılır ki, bunlar da istixana qazlarının emissiyasının gələcəkdə daha da
artmasına səbəb olacaq (
www.azerenerji.az
). Qeyd etmək lazımdır ki, son illər ölkənin müxtəlif
yerlərində qurulan modul tipli İES-lərin qurulması yaxşı nəticə verməmişdir və onlarda istehsal
olunan elektrik enerjisi ənənəvi İES-lərlə müqayisədə kifayət qədər bahadır.
Atmosferə atılan istixana qazlarının azaldılmasının əsas yollarından biri də bərpa olunan və
tükənməyən enerji mənbələrindən istifadənin artırılmasıdır. Bərpa olunan enerji mənbələri dedikdə
əsasən su, külək və günəş enerjisi başa düşülür. Bu enerji mənbələri ekoloji baxımdan təmiz
olmaqla, həm də tükənməyən enerji mənbələri hesab olunurlar.
Su enerjisindən (hidroenerji) istifadə SES-lərdə elektrik enerjisi alınması vasitəsilə həyata keçirilir.
SES-lər enerjisi böyük olan çaylar üzərində qurulur və suyun mexaniki enerjisini elektrik enerjisinə
çevirirlər. Hal-hazırda SES-lər Azərbaycanda istehsal olunan elektrik enerjisinin 13,5%-ni verirlər.
Respublikamızda olan ən böyük SES-lər Kür çayı üzərində olan Şəmkir, Yenikənd, Mingəçevir,
Varvara və Araz çayı üzərindəki Araz Su Qovşağı SES-ləridir.
2002-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının layihəsi əsasında Azərbaycanın Bərpa
olunan Enerji Resurslarının Qiymətləndirilməsi həyata keçirilmişdir. Bu layihə nəticəsində məlum
olmuşdur ki, ölkəmizin böyük külək və günəş enerjisi ehtiyatları vardır. 2004-cü ildə Alternativ
(bərpa olunan) Enerji Mənbələrdən İstifadə Üzrə Milli Program qəbul olunmuşdur. Bu proqrama
əsasən ölkəmizdə bərpa olunan enerji mənbələrindən geniş istifadə olunması planlaşdırılır.
Proqramda həmçinin ölkəmizdəki alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi
aparılmışdır. 2009-cu ildə isə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.
Hal-hazırda Abşeron yaxınlığında Yaşma ərazisində hər birinin gücü 850 kvt.saat olan 3 külək
qurğusu quraşdırılıb və onların gücünün gələcəkdə 50 min kv.saat-a çatdırılması nəzərdə tutulur.
Bundan başqa Qobustan yaxınlığında iri külək elektrik stansiyasının (KES) qurulması planlaşdırılır.