AlAtorAn
Samİr İmanov
HƏDƏFDƏKİ
İNSAN
r o m a n
Samir İmanov
HƏDƏFDƏKİ İNSAN
roman
320 səh.
Redaktor:
Aynur Zərrintac
Kompüter dizaynı:
Yaşar Şahlaroğlu
ISBN: 978-9953-8066-5-5
Çap tarixi: 02.08.2013
Format: 84x108 1/32
Qiyməti:
5
manat
© Alatoran 2013
5
ƏSƏRİN QISA MƏZMUNU
Ə
sər, fiziki qüsurulu insanların bu həyatda qar-
şılaşdıqları çətinliklərdən, əzab-əziyyətlərdən,
onların həyat tərzindən, dünyagörüşlərindən,
nələrə qadir olmalarından, istək və arzularından, sağlam
insanların əlillərə qarşı olan münasibətlərindən və on-
lara yanaşma tərzindən bəhs edir. Əngəlli insaların so-
sial yaşamlarının qabarıq şəkildə göstərildiyi əsərin baş
qəhramanı olan Samir, qəza nəticəsində bütün ailə üzv-
lərini itirməsinə və əlil olmasına baxmayaraq özündə güc
taparaq həyat üzərində qələbə çalır. Belə ki o, əlillərdə
olan özünəinamsızlığı aradan qaldıraraq onlarda həyat eş-
qini artırmaq və cəmiyyətə daha yaxşı inteqrasiya etmləri
üçün sağlam insanlardan asılılıqlarını aradan qaldırmaq
məqsədi ilə böyük bir mərkəzin yaradılmasına nail olur.
Lakin mərkəzə rəhbərlik edən Samir özü də istəmədən
mərkəzə üzv olan bütün əlil insanların həyatını təhlükə
altına qoyur. Əlil insanları oğurlayaraq onların daxili or-
qanlarını satan beynəlxalq cinayətkar qrupun başçısı Sa-
mirin etibarını və inamını qazanaraq mərkəzdə onun
köməkçisi işləyir və bununla da hər kəs üçün problemlər
yaratmağa başlayır. Cinayətkar qrupun bütün planlarının
üstünü isə argentinada yaşayan Lusia adlı gənc qız açır.
Əlil qardaşını xilas etmək üçün Samirin yanına gələn Lu-
sia özü də bilmədən Samiri böyük bir təhlükənin içinə atır.
6
Qrupun əməllərindən xəbər tutan Samir, əlil olmasına və
cinayətkarlara əsir düşməsinə baxmayaraq onları məhv
etməyi qarşısına məqsəd qoyur və əlil insanları zirvəyə qal-
dırmaq istəyən Samirlə, dünyanı əlillərdən təmmizləməyi
qarşısına məqsəd qoyan cinayətkar qrup arasında amansız
mübarizə başlayır. Sonda polislərin köməkliyi ilə Samirin
qalib gəldiyi əsərdə hadisələr Azərbaycan, Türkiyə, Ru-
siya, Argentina və İspaniyada cərəyan edir. Gözlənilməz
hadisələrlə və maraqlı gedişlərlə zəngin olan bu əsərdə əsas
MƏQSƏD əngəlli insanlarda özünəinam yaratmaq, hansı
fiziki vəziyyətdə olur-olsun, hər zaman uğur qazanmağın
mümkün olduğunu onlara bildirmək və ümidsiz şəkildə
evdə oturaraq özlərini başqalarından asılı vəziyyətə sal-
maq əvəzinə, hər hansısa bir işlə məşğul olamağın vacibli-
yini onlara başa salmaqdır.
7
GİRİŞ
Üzünə dəyən yağış damcılarından yavaş-yavaş özünə
gəlməyə başladı. Bədəninin ağrısını hiss edib sevindi: Ya-
şayıram!
Bir vaxtlar yaşamaq ondan ötrü yalnız əziyyətli gün-
lərinin dərdini çəkmək üçün bir vasitə idisə, indi tamam
baş qa cür idi. Ona görə də başına gələn bu qədər əzab-
əziy yətə və qarşıda onu gözləyən bəlalara baxmayaraq,
sağ qaldığı üçün Yaradana şükr etdi.
Hər yeri ağrıyırdı. Əlini ehmallıca sifətinə toxundur-
du, burnu qırılmasa da, üzü qan içində idi və şişmişdi. Ona
dəyən zərbələri xatırladıqca bədəni daha çox ağrıyırdı. Son
xatırladığı isə başına dəyən zərbə idi.
Başını çevirib qoluna baxdı. Yarası sarınsa da, ağrıyır-
dı. Qalxıb oturmaq istədi, amma bacarmadı. Zədələnmiş
qabırğasından qopan dəhşətli ağrının təsirindən ufulda-
yaraq, əlini qeyri-ixtiyari sağ böyrünə qoydu və uzandığı
yer dən ətrafa göz gəzdirməyə başladı. Qaranlıqda yaxşı
görə bilməsə də, dəhşətli və vahiməli bir yerdə olduğunu
anladı. Hər tərəfi ağaclarla əhatələnmişdi. Bir az kənarda
bir neçə kəsilmiş ağac vardı. Uzaqdan gələn ayı və canavar
səsləri gecənin qaranlığına bir az da vahimə qatırdı.
- “Aydındır!” – öz-özünə düşündü. Təbiətlə mübarizə
aparmalı idi. Bunun nə qədər davam edəcəyini, başına
nələrin gələcəyini bilməsə də, məcbur idi. Qarşısına qoy-
duğu məqsədə çatmaq üçün yarımçıq qalan işini tamam-
lamalı idi. Yağış getdikcə şiddətini artırırdı. Ac, yaralı və
8
taqətsiz olmasına baxmayaraq, sol böyrü tərəfdən çevrilib
üzü üstə uzandı. Yağışdan daldalanmaq üçün bir yer tap-
maq ümidiylə kolların arasıyla ağaclara tərəf sürünməyə
başladı. Bir az süründükdən sonra taqətdən düşüb daya-
naraq, başını qolunun üstünə qoyub hərəkətsiz qaldı. Qa-
bırğasının ağrısı getdikcə güclənir, dözülməz hala çatırdı.
Bir müddət belə qaldıqdan sonra səs eşidib başını qaldırdı
və qarşısında qaranlıqda işıldayan gözləri görəndə canı-
na gizilti düşdü. Soyuq küləyin və yağışın təsirindən on-
suz da sümüklərinə qədər üşüyürdü və belə üşüyə-üşüyə
bunu necə hiss etdiyinə özü də təəccübləndi. Cəsarətini
toplayıb ondan dörd-beş metr aralıdakı parıldayan işıqla-
rı saymağa başladı. Altı işıq yanırdı, deməli, üç canavarla
qarşı – qarşıya idi.
- “Bu da axırı!” – deyə pıçıladımışdı ki, canavarlar onu
parçalamaq üçün hücuma keçdilər. Aralarındakı məsafə get
– gedə qısalırdı. Beş metr, dörd metr, üç metr, iki, bir və ...
Hadisədən səkkiz ay əvvəl
Sumqayıt. Azərbaycan
Həyətdə qışqıran alverçinin səsinə yuxudan oyananda
qəribə yuxu görürdü. Tənbəl-tənbəl qolunu qaldırıb saa-
ta baxdı, 10-a qalmışdı. Saatın zəngini 9-a qurmağı unut-
duğunu anladı. Onu oyatdığına görə alverçiyə ürəyində
təşəkkür edib yerindən qalxdı. Çox həyacanlı idi. Bu gün
bir ildən çox arzusunda olduğu layihənin, əlillər üçün ya-
radılan «Ümid» adlı mərkəzin və “www.umid.az” internet
saytının açılışı idi və o da həmin açılışda nitq söyləyəcəkdi.
Taleyi onu həyata gəldiyi ilk gündən sınağa çəkməyə
başlamışdı. Anadan olarkən keçirdiyi iflic onu ömrü boyu
Dostları ilə paylaş: |