Daxili vidaci venalar qatı trikuspidal requrgitasiya zamanı gözə
görünür, y
əni adi halda onlar görünmürlər. Ancaq onların pulsasiyası
boyun d
ərisinə yayılır. Bu pulsasiyanın ən yüksək
səviyyəsi venoz təzyiq
göst
əricisi sayılır (pulsativ manometr). Xəstənin uzanması, boynunu yana
çevirm
əsi və boyun dərisinə işığın düşməsi, vidaci venanın boyun
d
ərisində yaratdığı pulsasiyanın görünməsinə şərait yaradır. O, nəfəsalma
zamanı daha yaxşı nəzərə çarpır. Qeyd etmək lazımdır ki, vidaci vena
n
əbzi boynun iç tərəfinə, yuxu arteriyası nəbzi isə boynun yan tərəfinə
yayılır. Qarın üzərinə təzyiq olunması vidaci nəbzin yayılma sahəsinin
böyüm
əsinə (1sm-ə qədər) səbəb olur. Bu
zaman sözügedən sahənin daha
çox böyüm
əsi venoz təzyiqin yüksəkliyindən xəbər verir (hepatoyuqular
reflyuks). S
əhvən refleks demək olmaz. Venoz təzyiqinin yüksəkliyi
şəraitində, qarına təzyiqin göstərilməsi xəstənin tənəffüsünü çətinləşdirir.
Venoz qan t
əzyiqinin artması, diafraqmanın yuxarı qalxması,
sirkulyasiya ed
ən qan həcminin çoxalması, simpatik tonusun güclənməsi
ür
ək atımının azalması, qarın nahiyəsinə təzyiqin olunması vidaci vena
n
əbzini gücləndirir. Yalnız aşağı boş venanın obstruksiyası zamanı,
sözüged
ən sınaq əks nəticə verir. Maraqlıdır ki, ürəyin sağ mədəciyin
infarktı zamanı, sol mədəciyin çatışmazlığı əlamətləri olmadan vidaci
venada venoz t
əzyiqin artması qeyd edilir. Belə halı xronik konstriktiv
perikarditd
ə nəfəsalma aktında görmək olar (Kussmaul simptomu).
Daxili
vidaci vena
yuxarı boş vena səviyyəsində ürəyin sağ mədəciyinə
açıldığı üçün, onun və ürəyin sağ qulaqcığının fleboqrammaları arasında
f
ərq yoxdur.
Vidaci vena
fleboqrammasında A dalğasının böyüməsi və ya giqant
şəklinə düşməsi trikuspidal stenoz, sağ qulaqcıq miksoması, ağciyər
hipertenziyası, ağciyər arteriyasına qanın daxil olmasına çətinlik olduğu
hal, y
əni ağciyər arteriyasının stenozu zamanı baş verir. Vidaci venaları
auskultasiya ed
ərkən yüksək presistolik küy eşitmək olur. Bu hal yüksək
v
ə çırpılan olub, nəfəsalmada güclənir. Fallo tetradasında ağciyər
arteriyası stenozunun mövcudluğuna baxmayaraq, vidaci venasının
fleboqrammasında A dalğasının böyüməsi qeyd edilmir. Buna səbəb
m
ədəciklərarası defektin olmasıdır. Atrioventrikulyar dissosiasiya,
qulaqcıq ekstrasistola və ya düyün rtimində mədəcik və qulaqcığın eyni
zamada yığılması, sağ qulaqcığın üctaylı qapağın bağlı vəziyyətində
yığılması, güclü A dalğasını yaradır (top dalğa).
Ür
əyin sağ mədəciyinin yığılma gücünün azalması, sağ mədəciyin
infarktı, trikuspidal requrgitasiya, sağ qulaqcığın miksoması, trikuspidal
stenozda sağ qulaqcığın hipertrofiyası hesabına rigidliyin artması, sağ
qulaqcığa tikişlərin qoyulması hesabına onun rigidliyin artması,
perikardın yoxluğu (anomaliya, travma və s), Bernheym effekti zamanı
vidaci venasının fleboqrammasında x¹ dalğasının amplitudası xeyli
35
d
əyişilir. Ürəyin sağ mədəciyinin həcmi artdıqda, mədəciklərarası
ç
əpərin defektində, pulmonal requrgitasiyasında, ürəyin tamponadasında
x¹ dalğasının yenmə amplitudası güclənir. Trikuspidal requrgitasiya,
qulaqcıqlararası defekt, ağciyər venalarının anomal olaraq, ürəyin sağ
qulaqcığına açılması, qan cərəyanı sürətinin artması (anemiya,
hipertireoz, h
əyacanlı hallar, fiziki yüklənmə və s) hallarında, ürəyin sağ
qulaqcığın sürətlə və artıq miqdarda dolmasına və vidaci vena dalğasının
gücl
ənməsinə səbəb olur. Venoz qan təzyiqinin yüksəlməsi və trikuspidal
qapağın çatışmazlığı, trikuspidal requrgitasiya
qaraciyərin böyüməsinə və
pulsasiyasına gətirib çıxarır. Ağır dərəcəli trikuspidal requrgitasiya
zamanı sağ daxili vidaci venanın, sola nisbətən daha çox qanla dolması
v
ə burada venoz dalğanın güclənməsi, xəstənin başının sağdan sola
ritmik olaraq yell
ənməsinə səbəb olur. Ağciyər arteriyasının ağır dərəcəli
stenozunda müşahidə edilən ürəyin sağ mədəciyinin ağır dərəcəli
çatışmazlığında alternativ venoz nəbz (A və V dalğalarının yüksəlməsi)
meydana çıxır.
Ür
əyin tamponadasında qanın hərəkəti bütün diastola boyu
m
əhdudlaşır, yəni qan cərəyanının restriksiyası, hələ üçtaylı qapağın
açılmasına qədər baş verir və vidaci venasının fleboqrammasında x¹
dalğasının yenməsi görünür, Y dalğası isə demək olar ki, dəyişilmir;
konstriktiv perikarditd
ə isə qan cərəyanının restriksiyası üçtaylı qapağın
açılmasından sonra və ya açılması ilə əlaqədar olaraq başlanır. Odur ki,
bu
zaman d
ərin Y dalğası görünür, x¹ dalğası demək olar ki, dəyişilmir və
az d
əyişilir. Ağır dərəcəli mitral requrgitasiyada ürəyin sol mədəciyi
diastola zamanı sağ mədəciyə tərəf qabara
bilər və onun diastolik
dolmasına maneçilik törədər (Bernheym effekti). Sonuncu
fleboqrammada
V dalğasının yüksəlməsinə və Y dalğasının yenməsinə
s
əbəb olur. Konstriktiv perikardit,
restriktiv endokardit, ürəyin sağ
m
ədəciyinin infarktı zamanı vidaci venasının fleboqramması “kökaltı”
nişanına (√) oxşayır və bu zaman həm də qaraciyərin pulsasiyası qeyd
edilir. Ür
əyin səyrici aritmiyasında vidaci vena nəbzində A dalğası itir, X
dalğasının yenmə amplitudası zəifləyir, Y dalğasının enmə amplitudası
gücl
ənir. Ürək mədəciklərinin taxikardiyasında vidaci vena nəbzində ara-
sıra yüksək A dalğaları görünür (qulaqcıqların, qulaqcıq-mədəcik
qapaqlarının bağlı olan vəziyyətində yığılması). Başqa sözlə, mədəcik
taxikardiyası zamanı atrioventrikulyar dissosiasiya meydana çıxır.
36