24
Qanı onlar ki, xəvasım idilər,
Xəlvəti-xasdə xasım idilər (3, s.910).
Məzmunundan şeirin Sadiq bəyin ömrünün son
çağlarında, onun uzun müddət xəstə olduğu zamanlarda
yazıldığını görürük. M.Muradova bu şeir barədə yazır:
«O, dərdə-qəmə tutulduğu günlərdə uzaqlaşan dostlarını
vəfasızlıqda təqsirləndirir. Şairə görə dost dostuna dar
günündə qəmxar olmalı, yoldaş, sirdaş olmalıdır. Bu
xasiyyət
dostlarda
yoxdursa,
onda
dostluqdan,
yoldaşdıqdan söz açmaq yersizdir» (9,s.88). Fikrimizcə,
Sadiqi ömrünün sonlarında yazdığı bu şeirində ən çox
dünyadan getmiş dostlarının yoxluğundan, yanında
olmadığından təəssüflənir. «Yarlar yarlığı böyləmi olur?
Yar qəmxarlığı böyləmi olur?» (3,s.911)-deyən şair daha
çox ötən günlərdə ona yaxın olan, artıq dünyasını
dəyişmiş adamları yadına salır. Təsadüfi deyil ki, o
adlarını çəkmədiyi ustadlarını xatırlayır:
Qanı ol piri-rəhi-irşadım
Ki, hər işdə bar idi ustadım (3,s.911).
Məlum olduğu kimi, Sadiqinin ən müxtəlif sahələrdə
görkəmli müəllimləri olubdur. Ömrü boyu ustadlarına
minnətdar
olan
şair
onlarla
mənəvi
yaxınlığını
itirməmişdir. Sadiq bəyin rəssamlıqda müəllimi dövrünün
görkəmli sənətkarı Müzəffər Əli, şeirdə isə Mir Sün'i və
başqaları olmuşdur. «Məcməül-xəvas» təzkirəsində
S.Əfşar Mir Sün'inin qoca yaşlarında belə istirahət
etmədən çalışdığını heyranlıqla qeyd edir: «Şeir
sənətində bəndənin – mənim yol göstərənlərimdəndir.
Şeirin mühüm risalələrinin əksəriyyətini Mir həzrətlərinin
yanında oxumuşam. Üç ildən artıq bir müddətdə başını
balışa qoyub istirahət etdiyini görmədim. Baxmayaraq ki,
yaşı doxsana yaxın idi» (2, s.99).
25
M.Muradova Sadiq bəyin digər bir ustadı barədə
yazır: «Sadiqinin rübai ustası Xacə Ağamirlə də yaxınlığı
olmuşdur. Belə ki, Ağamir yazdığı şeirləri ilk dəfə
Sadiqiyə oxuyarmış» (9, s.30). Bundan başqa, şairin
həmədanlı Fəzainin tələbəsi olduğu, ilk gəncliyində
şeirlərini Hafiz Sabuniyə təshih etdirdiyi barədə də
məldumatımız vardır (5, s.20). Fikrimizcə, şair dostlarının
yanında olmadığını deyərkən əsasən belə insanların
dünyanı tərk etməsindən qəmləndiyini bildirmişdir.
Şeirdə onlar barədə oxuyuruq:
Yarlığ birlə tutarlardı əlim,
Dürüb istərlər idi dərdi-dilim.
Tiri olduqca dilara idilər,
Öldüğüm dəmdə Məsiha idildər.
Qanı ol əhli-vəfalar, qanı?
Mə'dəni-cudü-səxalar qanı? (3,s.911).
Şairin «Şərhi-məlal» adlandırdığı 42 beytlik bu
əsərində dövrandan şikayət də əksini tapıbdır:
Şimdi kim, saldı ayağdan məni çərx,
Bolmasun heç kişinin düşməni çərx (3, s.911).
Sadiq bəyə görə artıq dünyada bir mərd insan
qalmamışdır:
Dəhrdə qalmadı bir mərdanə,
Hərfi-sövtilə keçər əfsanə (3, s.911).
Şeirin sonunda müəllif yenə də saqiyə müraciət
edərək, onun lütfü, meykədənin abü havası ilə təsəlli
tapdığını söyləyir.
Sadiqinin şah Abbasa halını ərz etdiyi 34 beytlik,
məsnəvi formasında türkcə şeiri də onun ömrünün
İsfahanda yaşadığı son dövrlərinə aiddir. Buradan şairin
26
həmin vaxtlardakı vəziyyəti, səhhəti barədə bəzi şeylər
öyrənirik:
Şah Təbrizə əzm qılğanda,
Əzm ilqarı cəzm qılğanda.
Bəxt sahibi-fəraş qıldı məni,
Mərəzə xacə taş qıldı məni.
Eylədi dur xaki-rahindən,
Saldı iraq məni sipahindən.
Şimdi üç ildən füzundur məni-zar
Ki, gəhi sağəm və gahi bimar (3, s.912-913).
Burada şahın Təbrizə səfər etdiyi vaxtdan söhbət
gedir. Sadiqi xəstələndiyi üçün səfərdə iştirak edə
bilməmiş, qoşundan uzaqlaşdırılmışdır. Şairin üç ildən
artıq xəstə olduğunu öyrənirik. Sadiq bəy bir dəfə Şah
Abbasın əmri ilə müalicə olunsa da, vəziyyətinin
yaxşılaşmadığını xəbər verir, şahdan dərdinə əlac
edilməsini xahiş edir.
S.Əfşarın türkcə şeirlər toplusundan sonuncu əsəri
şah sarayındakı bir qopçubaşıya müraciətən yazdığı
qitədir. Məzmunca həcv olan bu şeirdə müəllif şah
fərmanına
riayət
etməyən
dövlət
məmurunun
özbaşınalığını kəskin tənqid edir, onu əhli-şər adlandırır:
Mən şamlu fəqiriyəm, sən qəcər bəgi,
Sən əhli-şərsənü sana bir əhli-şər gərək (3,s.917).
Özünü şamlu fəqiri adlandıran şair qacar elindən olan
qorçubaşının yadına salır ki, şahın hökmünə boyun
endirməyənin boynu vurulmalıdır:
Abbas şah hökmünə endirmədin boyun,
Boynu yoğunlusan, sana tiğü təbər gərək (3,s.917).
Sadiqinin türkcə şeirlərində daha çox dünyəvi
məhəbbətin, real insani münasibətlərin, dostluğun,
27
insanlar arasındakı mənəvi bağların təsvirini görürük.
Müxtəlif dini təriqətlərdən uzaq olan şairin əsərlərində
təsəvvüf eşqinin mədhinə rast gəlmirik.
Lirikasında
həyatı
sevən,
lakin
ətrafındakı
haqsızlıqlara göz yummayan istedadının, xidmətlərinin
yetərincə dəyərləndirilməməsindən narazı olan, bununla
bərabər
təmkinini, müdrikliyini itirməyən
Sadiqinin
məğrur səsini eşidirik.
Klassik ədəbiyyatı, orta əsr Şərq poetikasını yaxşı
bilən S.Əfşar əsərlərində bədii ifadə vasitələrindən,
təşbih, istiarə, məcaz, təzad, cinas, təkrir, bədii sual,
təlmih, təşxis və s. poetik fiqurlardan məharətlə istifadə
etmişdir. Bədii ifadə vasitələrinin köməyi ilə Sadiq bəy
lirik qəhrəmanının daxili dünyasını, ruhi aləmin inandırıcı,
səmimi və təsirli boyalarla verə bilmişdir.
Təşdehlər bütün klassik ədəbiyyatımızda olduğu kimi,
Sadiqi yaradıcılığında da önəmli rol oynayır. Şeirlərindən
birində şair eşqi canına düşmüş oda, sümüyündəki iliyini
yandıran şama bənzətməklə təşbeh yaradır:
Yenə nə bərq idi kim, saldı eşq canımğa
Ki, tüşdü şəm kibi məğzi-üstüxanımğa (3,s.897).
Bəzi təşbehləri yaradarkən müəllif canlı danışıq
dilindən
gələn
söz və
ifadələrdən istifadə edir.
Sevglisinin yanında hörmətdən düşdüyünü bildirərkən o,
«yanında itcə etibarım qalmadı» (3,s.895)-deyir. Bir it
qədər mənasını verən «itcə» sözü ilə təşbeh yaradan
şair bu sözü danışıq dilindən poeziyaya gətirməklə
cəsarət nümayiş etdirir.
İstiarələr Sadiqi lirikasının ən mühüm bədii ifadə
vasitələrindəndir. Məlum olduğu kimi, istiarədən istifadə
zamanı hər hansı bir predmetin, hadisənin əlaməti həmin
predmetin, hadisənin
adı
çəkilmədən
başqasna
köçürülür. «Verür ləliyə nisbət Xızr suyun Sadiqi yarın»
(3,s.896)-misrasında
məşuqənin
dodağı
ləl
Dostları ilə paylaş: |