33
peşəsindən ayrılmalı oldu.Lakin yaxşı jurnalistin başqalarından
fərqi ondadır ki,o,həmişə öz qarşısında çoxlarının ağlına gəlmə
-yən çətin suallar qoyur və onlara cavab axtarır.Yataqdan qalxa
bilməyən,lakin ağlı yaxşı işləyən Mayya Fyodorovna bir neçə
qeyri-standart suala cavab axtarmalı oldu.Birincisi:kəsilmiş şiş
niyə yenidən peydə oldu? Bu suala cavabı sağlamlıq haqqında
bir xeyli ədəbiyyat oxuduqdan sonra tapdı:
çünki cərrahiyyə
əməliyyatı səbəbi deyil, nəticəni aradan qaldırmışdı. Səbəb
isə qalır.Səbəbi ləğv etmədən, nəticəni aradan götürmək
mümkün deyil.İkinci sual Mayya Fyodorovnanın ağlına öz
müalicə həkimindən eşitdiyi sözlər üzərində düşünərkən
gəldi.Ağrıdan şıkayət edən xəstəyə müalicə həkimi çox qəribə,
həm də çox adi bir məsləhət verirdi:“Nə etmək olar? Döz. Mən
düz iyirmi ildir dözürəm”.Mayya Fyodorovna bu acı həqiqətin
üzərində dərindən düşündü:düz iyirmi ildir ağrı siqnal verir ki,
ey həkim, sənin orqanizmin sağlam deyil,həkim isə bu siqnala
əhəmiyyət vermir,dözür,ömrünü bir təhər başa vurur.Mən
həkimlərdən,tibb elmindən nə gözləyə bilərəm?
Mayya Fyodorovna dərk etdi ki,təqsir ayrı-ayrı
həkimlərdə deyil,bütövlükdə müasir tibb elmindədir,daha doğ-
rusu,bu elmi yaradan bəşəriyyətdədir.Görünür,insan haçansa
yanlış yola düşüb,əyri yol gətirib insanı uçurumun lap qırağına
çıxarıb.Səhv yola düşmüş təbabət sağlamlıq problemləri ilə
deyil, “cari təmirlə” məşquldur. O, bütün gücünü cari
məsələlərin az məsrəflə mümkün qədər tez və mümkün qədər
asan həll olunmasına sərf edir.Başın ağrıyır? Buyur, bu həbi at,
kəsəcək. Dişin ağrıyır? Otur, çəkim.Böyrəyin çürüyüb? Uzan,
kəsim... Budur tibb elmi! Başqa yol yoxdurmu?
Var! M.Qoqulan Breqqin, Şeltonun, Uokerin, Şatalova-
nın,İvanovun məsləhətlərini oxumağa və yerinə yetirməyə
başladı.Səhhəti bir qədər yaxşılaşdı.Lakin ağrı onu heç vaxt
tərk etmirdi.Praktiki olaraq əlil idi.Anası Adel,bacısı,qohum-
əqrəba ona
qulluq etməsəydi, məhv olardı.