102
17.Əgər iradəniz zəyifdirsə,nəfsinizə qalib gələ bilmir-
sinizsə,orqanizmi zəhərləyən əti,yağı,yumurtanı,göbələkləri,
pendiri,çörəyi,dənləri,paxlalı bitkiləri öz süfrənizdən çıxarda
bilmirsinizsə, onları tərəvəzlərə əlavə kimi qəbul edin.
18.Çox yeməyə can atmayın:çox yemək orqanizm üçün
lüzumsuz və səmərəsiz əlavə zəhmət və ağır yükdür. Unutm-
ayın: çox yeyən az yaşayır, az yeyən-çox!..
19.Qidada xörək duzunun miqdarını azaldın.Ürək-
damar xəstəliyi zamanı ondan tamam imtina edin.Xörək duzun-
da yalnız 2 mikroelement var:xlor və natrium.Dəniz duzunda
isə bunlar 64-dür,hamısı da orqanizm üçün çox faydalıdır.
Soğan,sarımsaq, qıtıqotu(xren),turp(həm kökü,həm də gövdəsi
və yarpağı) xörək duzunu əvəz edə bilir.
20.Həzmolma yalnız qida “çələngi” düzgün tərtib edil-
dikdə yaxşı gedir.Ona görə də bilməyimiz çox vacibdir:nəyi nə
ilə birlikdə yemək faydalıdır?Bu sahədə uzun illər tədqiqat
aparan və qidaların düzgün uzlaşdırılması təlimini yaradan
professor Herbert Şelton bunları məsləhət görür:
-Heç vaxt bir qidada çox cəmlənmiş zülalı bir qidada
çox cəmlənmiş karbohidratla eyni vaxtda yeməyin.Yəni,qozu,
əti,yumurtanı və digər zülalla zəngin olan qidaları çörəklə,
dənlərlə,kartofla,pirojnalarla,şirin meyvələrlə eyni vaxtda yemə
-yin.Bir öynə yumurtanı,yaxud balığı,südü, pendiri yemək olar,
başqa vaxtda - çörəyi, yaxud sıyığı, lapşanı.
-Heç vaxt karbohidratlı qidanı turş qida ilə eyni vaxtda
yeməyin.Yəni:çörəyi,kartofu,noxudu,paxlalı bitkiləri,bananı və
xurmanı pamidor, limon,portaqal,kivi,narıngi,feyxoa,ananas və
digər turş meyvələrlə eyni vaxtda yemək düzgün deyil.
-Heç vaxt tərkibində çoxlu zülal cəmləşən iki qidanı
eyni vaxtda yeməyin. Çünki onlar müxtəlif həzmetmə şirəsi
tələb edirlər.Mədə isə həmin şirələrin hamısını eyni vaxtda
ifraz edə bilmir.Nəticədə, qida növlərindən yalnız biri həzmə
gedir,qalanları həzm olunmamış kütlə şəkilində bağırsağa
ötürülür.Orada yanıb faydalı maddəyə çevrilmək və qana
103
sorulmaq əvəzinə,çürüyür,qanı zəhərləyir,bağırsağın divarla-
rına yapışıb qalır,onun funksiyasını pozur,müxtəlif bakteriyalar
və mikroblar üçün gözəl yem bazası yaradır.Yaxşı qidalanan
bu mikrocanlılar sürətlə artıb törəyir və qanımızı zəhərləyir.
Xəstələnirik,tez qocajırıq və tez ölürük..Odur ki,bir dəfə bir
zülallı, başqa bir vaxt o biri zülallı qidanı qəbul etmək lazımdır.
-Heç vaxt yağları zülalla eyni vaxtda yeməyin.Yəni:
qaymağı,kərə yağı, smetanı,bitki yağını ətlə,yumurta ilə,
pendirlə,qoz-fındıqla və digər zülallarla bir vaxtda yemək
olmaz:onlarla bir vaxtda yeyilən yağlar mədə vəzilərinin fəaliy
-yətini məhdudlaşdırır və mədə şirəsi ifraz etməyə mane olur.
-Heç vaxt turş meyvələri zülalla eyni vaxtda yeməyin.
Yəni portağalı,limonu,narıngini,feyxoanı,kivini,turş almanı,turş
gavalını,pomidoru,ananası,albalını ətlə,pendirlə,qozla, yumurta
və s. ilə eyni vaxtda yemək zərərlidir.
Yadda saxlayın:qida qarşığı nə qədər azdırsa, həzm-
olma prosesi bir o qədər yaxşı gedir,qanımız bir o qədər təmiz,
orqanizmimiz bir o qədər sağlam olur.Qidaları ayrı-ayrı vaxt-
larda yemək iqtisadi cəhətdən çox sərfəlidir:orqanizm az qida-
dan daha çox enerji və həyat gücü ala bilir,ərzağa az pul
xərclənir, ən başlıcası isə biz xəstələnmirik, dərmana,həkimə,
pirlərə,dələduz “şəfaverənlərə” pul xərcləmirik.Həm də iş
qabiliyyətiniz və qazanmaq imkanınız yüksək olur.
-Heç vaxt nişastalı qidaları şəkərlə eyni vaxtda qəbul
etməyin.Yəni:cemlər,meyvə,kərə yağı,şəkər,sirop və s. sıyıqla,
kartofla yola getməz.Yaxud da şəkəri dənli bitkilərlə eyni
vaxtda qəbul etmək olmaz;çürümə baş verər.Tort,konfet, piroj-
na ilə müşayət edilən şənliklər,əksər hallarda,qusmaqla, zəhər-
lənməklə və müxtəlif fəsadlarla bitir. Belə qidalar uşağa daha
pis təsir edir.
-Nişasta ilə zəngin olan qidaları ayrıca yeyin.İki nişas-
talı qida növündən eyni vaxtda istifadə olunanda(məsələn,
kartofla,yaxud sıyıqla çörək yeyiləndə) biri həzm olunur,o biri
ağır yük kimi yığılıb mədədə qalır,yoğun bağırsağa keçmir,
104
qidaların həzminə maneçilik törədir,onları da çürüdür.Mədədə
turşuluq artır,gəyirmə başlayır və digər fəsadlar baş verir.
Bəs əti çörəklə yeyəndə nə baş verir? Bilmək lazımdır
ki, mədəyə zülal daxil olarkən mədə-bağırsaq traktı turş şirə
buraxır və nişastanın həzmi dərhal dayanır.Şelton yazırdı:
“Nişastaların və zülalların ilk həzmolma prosesi müxtəlif
kimyəvi maddələr mühitində gedir: nişasta-qələvi mühiti
tələb edir, zülal isə-turşu mühiti ”.
- Qovunu həmişə ayrıca yemək lazımdır.
- Südü qatığa,süzməyə, ayrana, şora, pendirə çevirdikdən
sonra ayrıca qəbul etmək nisbətən az fəsad verir.Çünki süddəki
yağ müəyyən müddət ərzində mədə şirəsi ifrazına mane olur.
Odur ki,süd mədədə deyil,12 barmaq bağırsağında həzm olu-
nur.Mədə südə qarşı heç bir reaksiya vermir və şirə buraxmır,
Onununla bir vaxtda qəbul olunan qidalar da həzm olunmur.
Düzgün qidalanma qaydasının ən ümdə vəzifəsi-on iki
barmaq bağırsağında qidaların çürüyərək zəhərli maddələrə
parçalanmasının qarşısını almaqdır.Buna nail olan hər kəs-
ən ulu məqsədə çatır:sağlam və gümrah yaşayır,mənən və
ruhən güclü,təmkinli, gülərüz,nikbin, xoşrəftar, xeyirxah olur.
Təkrar edirəm:gündəlik qidanın canını çiy meyvə və
tərəvəz təşkil etməlidir.Əgər köhnə vərdişlərdən əl çəkə bilmir-
sinizsə,onda yediyiniz qidanın dörddə üçünü çiy meyvə və
tərəvəz təşkil etməlidir.Əks halda,xəstəlik yaxanızdan əl
götürən deyil,gününüz ahu-zarla keçəcək,qazandığınızı dərma-
na xərcləməli olacaqsınız,həkimlərin daimi “kliyentinə” çevrilə
-cəksiniz,dələduz adamlar sizi inək kimi sağacaqlar.
Tərəvəzə duz vurmaq,meyvə və tərəvəzi bişirmək -
vitaminləri və mikroelementləri məhv etmək deməkdir.Salata
bitki yağı,smetan,mayanez qatmaq-zərərli vərdişdir.Salatın
üstünə bir qədər tərəvəz şirəsi tökmək çox faydalıdır.
Yadda saxlayın:qidadan həzz almaq bir şeydir,
fayda almaq-tamam başqa şey. Dadlı qida-faydasız,hətta,
zərərli də ola bilər. Çox vaxt məhz belə də olur. Qidanı həzz
Dostları ilə paylaş: |