290
zəkaların, vicdanlı Planet Vətəndaşlarının səsini çox az adam
eşidib. Belə laqeydliyin, biganəliyin məntiqi nəticəsi və mükafatı
- sayı gündən-günə çoxalan “sağalmaz” xəstəliklər olub.
Bu gün sizin böyük zəhmət və enerji hesabına hasilə
yetirdiyiniz çoxsaylı qanunlar insanın,konkret olaraq Azərbaycan
vətəndaşlarının xoşbəxtliyini təmin etmək kimi nəcib bir məqsəd
güdür.Mən sizin xoş məramınıza zərrə qədər də şəkk gətirmədən,
ağır zəhmətinizin üstünə kölgə salmadan, göz qabağında olan bir
həqiqəti xüsusi vurğulamaq istəyirəm: istehsalı gücləndirmək,
məmləkətdə bolluq yaratmaq, maddi-rifahi yüksəltmək, asayişi
qorumaq, səhiyyənin işini yaxşılaşdırmaq məqsədi ilə qəbul
olunan qərarlar və bu sahələrə xərclənən vəsait bizi xoşbəxt edə
bilməz. Mən bunu 30 il 8 “sağalmayan”, çarəsiz sayılan ağır
xəstəliyin “çələngini” gəzdirən, uzun illər 3-cü, 2-ci, nəhayət, 1-
ci qrup əlil kimi pensiya alan, gənc vaxtı iş qabliyyətini itirib,
gərəksiz bir adama çevrilən, nəhayət, dahi yapon alimi Katsudzo
Nişinin yaratdığı ecazkar Sağlamlıq Sisteminin köməyi və
Allahın iradəsi ilə özünü müalicə edən, öz xoşbəxtliyini tapan bir
canlı şahid kimi tam məsuliyyətlə ərz edirəm. Öz təcrübəmdən
bilirəm ki, insanların həyat tərzini dəyişmədən, onları pis
vərdişlərdən təmizləmədən, istehsalı nə qədər artırsanız da,
ərzağı nə qədər bol etsəniz də, asayişi nə qədər möhkəm
qorusanız da, səhiyyənin işinə nə qədər can yandırsanız da,
taleyini sizə tapşırmış seçicilərinizin, bütün cəmiyyət üzvlərinin
xoşbəxtliyini təmin edə bilməzsiniz. Çünki mətləb nə qədər
yeməkdə deyil, nə yeməkdə və necə yeməkdədir. Heç təsadüfi
deyil ki, hələ 1977-ci ildə ABŞ Senatındakı xüsusi komissiyanın
sədri senator Makqovern müzakirə üçün Senata təqdim etdiyi
geniş məruzədə bəyan etmişdir ki, qeyri-sağlam qidalanma əsrin
bir çox populyar xəstəliklərinin (ürək-damar, xərçəng, şəkərli
diabet, piylənmə, hipertoniya, artrit və s.) baisdir. Senator yazırdı
ki, tibb elmi onkoloji xəstəliklərlə qida arasında mövcud olan
əlaqəni uzun illər inkar etmişdir, odur ki, xərçəng xəstəliyini
dieta vasitəsilə müalicə etmək təklifinə xor baxır.
291
Dünya şöhrətli təbib, professor Riçard Dell “xərçəngin
səbəbləri” adlı əsərində yazır ki, bu xəstəliyin 35 faizi düzgün
qidalanmamaqdan yaranır. Professor Nişi bu məsələdə daha
dərinə gedərək, bütün xəstəliklərin 3 nadanlıq “kökü” üzərində
“bitdiyini” tam sübuta yetirmiş və hər cür xəstəlikdən, o
cümlədən, “əsrin bəlası” sayılan xərçəngdən dava-dərmansız
xilas olmağın yolunu tapmışdır. Yol budur:
1. Düzgün yataq.
2. Düzgün qidalanma.
3. Faydalı hərəkət.
Qədim Misir, qədim Yaponiya, qədim Çin, Tibet,
Filippin, Hindistan, Almaniya, ABŞ, Rusiya və bir sıra başqa
ölkələrin tibb elmini,fəlsəfəsini,dinini, tarixini dərindən öyrənən,
həmin ölkələrdə buraxılmış 70.000 ədəbiyyatı (aclıqla, hava və
su ilə, hərəkətlə, masaj vasitəsilə, yoq sistemi ilə və s. üsullarla
müalicəyə dair) oxuyan, bunlardan yalnız 362-sini seçib, öz
dahiyanə təlimini yaradan,bu təlimlə həm özünü, həm də
dünyanın hər yerindən axıb gələn yüzlərlə ağır xəstəni dava-
dərmansız müalicə edən Nişinin qoyub getdiyi zəngin irsdən bu
gün təkcə Yaponiyada deyil, ABŞ-da, Yeni Zellandiyada,
Almaniyada, Rusiyada və digər sivil ölkələrdə səmərəli istifadə
olunur. İndi Tokioda və Havay adalarında Nişinin adını daşıyan
Tibb İnstitutunun hospitalları tam gücü ilə işləyir. Nişinin qeyd-
şərtsiz qəbul etdiyi Natural Gigiyena hərəkatının 150 yaşı tamam
olmuşdur. Bu mütərəqqi hərəkat Amerikanın tərəqqi edib güclü
dövlətə çevrilməsində böyük rol oynamışdır. İkinci dünya
müharibəsi ərəfəsində azömürlülər ölkəsi sayılan Yaponiyanın
son vaxtlar orta yaş həddinə görə dünyada birinci yerə
çıxmasında,ABŞ kimi qüdrətli ölkəni qabaqlamasında,şübhəsiz,
Nişi Sisteminin böyük rolu olmuşdur.
Qiymətli diqqətinizi belə bir vacib məqama cəlb etmək
istəyirəm ki, Nişinin Sağlamlıq Sistemi təkcə müalicə metodu
olaraq qalmır.Cism ilə ruhu tam, bölünməz və vahid şəkildə
götürən bu sistem, həm də kamillik, mətinlik və xeyirxahlıq
292
sistemidir. O, bədənlə bərabər, ruhu, psixikanı, hətta, təfəkkürü
və əxlaqı da formalaşdırır, insanı həm cismən, həm də ruhən
güclü, rəhimdil, ədalətli və xeyirxah edir. Xüsusi vurğu ilə qeyd
etmək istəyirəm ki, nəyi və necə yeməyi öyrədən bu sistem həm
də iqtisadi cəhətdən çox sərfəlidir. Bu da ehtiyac içində
çabalayan, yığılıb qalmış vacib problemərin həlli üçün vəsait
tapa bilməyən hər bir dövlətə yardımçı olmaq baxımından
faydalıdır. Təkcə bir faktı qeyd edim ki, biz indiki halda,
qidalanma qaydalarını pozduğumuz üçün, qəbul etdiyimiz
ümumi qidanın yalnız 20 faizini mənimsəyə bilirik, qalan 80 faiz
kütlə yanmadan çürüyür, yığışıb bədəndə qalır, şlaklara çevrilir,
mikrblar üçün zəngin yem anbarı rolunu oynayır, müxtəlif
xəstəliklərin baş qaldırmasına gətirib çıxardır. Nişi Sistemini
tətbiq etməklə, biz millətimizi qarınqululuq azarından xilas
edərik,bununla da ərzaq istehsalına və ərzağın kənardan gətiril-
məsinə çəkilən xərcləri qat-qat azalda bilərik.
Otuz il 8 ağır xəstəlikdən əzab çəkdikdən sonra sağlamlı-
ğını qaytaran keçmiş əzabkeş kimi,öz xalqının taleyi üçün
məsuliyyət daşıyan yazıçı-jurnalist kimi, nəhayət, bir seçici kimi,
Sizə müraciət etməyi və qiymətli diqqətinizi dünyada analoqu və
alternativi olmayan Sağlamlıq Sisteminə cəlb etməyi özümə borc
bildim.Məlumunuz olsun ki,təməlinə Nişi Sistemi,digər mütərəq-
qi müalicə üsulları,həmçinin,öz təcrübəm,müşahidələrim və
mülahizələrim qoyulmuş “Möcüzəsiz möcüzə” adlı elmi-
publisistik əsərim ölkəmizdə və onun hüdudlarından kənarda o
zaman kütləviləşir, qəlblərə və beyinlərə sahib kəsilir ki, ona
yüksək dövlət səviyyəsində yanaşılsın.Bu baxımdan, rica edirəm,
sağlamlıq problemləri ilə bağlı məsələni Milli Məclisin
gündəliyinə daxil edəsiniz.Çox hörmətli xalq elçilərinin qarşısı-
nda çıxış etməyə, sağlamlıq və istehsalla bağlı konkret təkliflə-
rimi verməyə hazıram.
Sözümü Qurani-Kərimin Əl-leyl (“Gecə”) surasinin 12-ci
ayəsi ilə bitirmək istəyirəm. Orada deyilir: “Bizim öhdəmizə
düşən yalnız doğru yolu göstərməkdir! Mömin və ya kafir olmaq
Dostları ilə paylaş: |