Sahəsi olduğunu bir daha ortaya qoyur



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə55/61
tarix21.07.2018
ölçüsü1,25 Mb.
#57471
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

 
 
 
184
Ancaq vermədilər özgəyə nişan. 
“Xəmsə”nin şərhçiləri Xızır və İlyasın müxtəlif şəxslər 
olduqlarını göstərirlər. Xızır – dini rəvayətə görə, eramızdan 
əvvəl IV əsrdə İsgəndərin zamanında yaşamış peyğəmbərdir. 
Müsəlman aləmində  də peyğəmbər kimi tanınan Xızır 
Azərbaycan folklorunda Xızır Nəbi kimi keçir. Guya o, 
zülmətə  İsgəndərlə  bərabər gedir. Lakin o, İsgəndərə qismət 
olmayan abi-həyatı (dirilik suyunu) ta-pır və  həmin sudan 
içərək ölməzlik qazanır. Xızır yaşıllıq və dirilik simvolu kimi 
bədii  ədəbiyyatda yad edilir. Xızır yeganə peyğəmbərdir ki, 
ölümsüzdür, hər il yaz gələndə yenidən dirilir. O, guya 
gözəgörünməz  şəkildə yaşıl paltarda yaşayır. Böyük bir 
sürətlə aləmi gəzib dolaşır, səhrada susuzluqdan ölənlərin
suda boğulanların köməyinə yetişir,  şairlərə, alimlərə gözəl 
ideyalar, fikirlər təlqin edir. 
İlyas da dini rəvayətlərə görə, peyğəmbərlərdən biridir. 
Yəhudilərə bütpərəstlikdən  əl çəkməyi təbliğ etmiş, bunun 
üçün təqib olunaraq qaçıb mağaralarda yaşamış, möcüzələr 
göstərmiş, sonra isə “qeyb olmuşdur”. Başqa bir rəva-yətə 
görə,  İlyas da Xızır ilə zülmətə getmiş, dirilik suyundan 
içmişdir. Guya in- di də  Xızır quruda, İlyas suda yaşayır. 
Xıdır//Xızır – yaşıl, yaşıllıq: kömək edən, yardım göstərən, 
“İlyas” isə ərəbcə həmişəcavan, həmişəyaşıl: Allahın gücü və 
qüdrəti mənalarındadır. “Dirsə xan oğlu Buğac xan boyu”nda 
Boz atlı Xızır kimi adı keçir. Boz atlı Xızır Buğacın yarasına 
üç dəfə sığal çəkib ölümdən qurtarır. ”Oğlan anda yıqıldıqda 
Boz atlı Xızır oğlana hazır oldu, üç qatla yarasın əliylə sığadı: 
”Sana bu yaradan, oğlan, ölüm yoqdur; dağ çiçəgi, anan 
südiylə sənin yarana məlhəmdir”,-dedi, qayıb oldu. 
Bəzi mənbələrdə  Xızır, Xızır  İlyas eyni adamdır. 
Görkəmli alim M.Seyidov isə bu sahədə daha geniş və dərin 
tədqiqatlar aparmışdır. Xızır və  İlyas adlarını türk dilli 
xalqların mifik təfəkkürü ilə  əlaqələndirmişdir: ”Xıdır//Xızır 
həmişə  İlyasla birgə xatırlanmışmı?  Əlbəttə, yox. Vaxtilə 
Xıdır//Xızır göy-göyərti, yaşıllıq məbudu,  İlyas isə su 


 
 
 
185
məbudu olmuşdur.  İlyas haqqında bir çox türkdilli xalqlar 
arasında bəzi  əfsanələr vardır. Bu əfsanələr onu müəyyən 
dərəcədə türkdilli xalqların  əski  əsatiri təfəkkürləri ilə 
bağlayır...”[6]. 
Xızır haqqında daha geniş  məlumat verən alim yazır: 
“İndiyədək elm aləmində belə fikir var ki, Xıdır//Xızır 
mifoloji obrazı  ərəb dünyası ilə bağlıdır... “Xızır türkdilli 
sözdür; “xız” (xıd) “ır” tərkibindən yaranmışdır”. M.Seyidov 
sonra Xızır//Xıdır, Qizir, Gizir, Xızı, Xəzər, qız, qızınmaq, 
qızmaq və s. ad və sözlərin eyni kökdən törəndiyini sübut 
edir[6]. 
Nizami Gəncəvi Nuhu ən çox Məhəmməd peyğəmbərlə 
müqayisə edir. Lakin “Sirlər xəzinəsi” əsərində şair özünü də 
Nuh peyğəmbərə bənzədir: 
Təravətli söz bağım – ruhun əsli kimicə, 
Onu danan – qərq olsun Nuhun nəsli kimicə. 
“Vicdansızlardan şikayət” adlı 20-ci söhbətində şair onu 
inkar edənləri məzəmmət edir: Onlar mənim  şeirlərimi Nuh 
peyğəmbəri inkar edən kafirlər kimi inkar edirlər: onların 
hamısı axırda zəmanə selinin altında məhv olacaqlar, mən isə 
Nuh kimi sağ qalıb öz əqidəmi dünyaya yayacağam. 
Doğrudan da, şair öz fikrində yanılmamışdır. 
Nuh – dini rəvayətlərə görə yəhudi peyğəmbərlərindən 
hesab olunur. Ona bəzən ikinci Adəm də deyərlər. Sənəti 
nəccarlıq imiş,  əlli yaşında özünü peyğəmbər elan etmişdir. 
Dini əfsanələrə görə xalq onun sözünə inanmadığı üçün guya 
beş yüz yaşında ikən Allahın  əmri ilə  əhli-əyalını  və  hər 
heyvandan bir cüt götürərək özü qayırdığı gəmiyə minmişdir. 
Nuh gəmiyə mindikdən sonra qırx gün, qırx gecə yağış 
yağmış, yerdən su fəvvarə vurmuş, bütün yer üzünü su 
basmışdır.Yerdə qalan insanlar və heyvanların hamısı su 
altında qalmışdır. Nuhun gəmisi Ararat dağı ətəyində quruya 
çıxıb yerə enəndə, guya yerdəki bütün canlılar məhv 
olmuşdu.  Əfsanəyə görə dünyadakı insanlar yalnız Nuhdan, 


 
 
 
186
yəni onun nəslindən törəmişdir. Nuhun xilas etdiyi qohumları 
içərisindən də onu inkar edənlər tapıldı. 
Nuh peyğəmbərin adı “Kitabi-Dədə Qorqud”un müqəddi-
məsində çəkilir: ”Nuh peyğəmbərin eşəgi əslidür. Andan dəxi 
sizi, xanım, Allah saqlasın”[D-9]. “Kitab”da Nuhun bu şəkildə 
xatırlanması  bəzi tədqiqatçıların fikrincə, aşağıda rəvayətlərlə 
bağlıdır. 
Nuhun gəmisinə aldığı  ən son heyvan eşşək olmuşdur 
və şeytan da onunla birlikdə buraya daxil olmuşdur. O.Şaiqin 
fikrinə görə, pis qadınlar ona görə Nuh peyğəmbərin eşəgi 
əsli sayılır ki, şeytanı özü ilə  gəmiyə keçirmişdir. Bahəddin 
Ögəl bu mətləblə bağlı başqa bir rəvayətə  əsaslanır. Nuh 
peyğəmbərin Ham, Şam, Yasəf adlı üç oğlu və Vəjilə adlı bir 
qızı var imiş. Öz adıyla tarixə düşən “Tufan”ın başlayacağını 
öncədən bilən Nuh gəmi qurdurmaq qərarına gəlir. O, bu işi 
üç qonurgözə tapşırır.  Əvəzində isə  qızını onlara verəcəyini 
bildirir. Tufandan sonra qonurgözlülər ondan qız istəyirlər. 
O, bir eşşək, bir at və qızını dama salır. Onlar üçü də dönüb 
qız olur. Nuh öz doğma qızının bunlardan hansı olduğunu 
müəyyənləşdirə bilmir. Sonradan xasiyyətlərindən onların 
kim olması məlum olur”[7,221;bax:8]. 
Göründüyü kimi, etnomədəni düşüncənin kodları 
adların müəyyən (mif-adlar) semantikasında  əksini tapır, 
bədii-estetik gerçəkliyi formalaşdırır və təşkil edir. 
 
Ə D Ə B İ Y Y A T 
1. Tоpоrоv V.N. Imə kak faktоr kulğturi (na zlоbu dnə) 
// Istоriçеskiе nazvaniə-pamətniki kulğturi: Vsеsоözniе 
nauç.-praktiç. kоnf. (Tеzisi dоkl. i sооbщ.) M.: Nauka, 1989.-
s.125-128. 
2.  Əkоbsоn R. Linqvistika i pоgtika //Strukturalizm: 
«za» i «prоtiv».-   M.;Prоqrеss,1975.s.193-230. 
3. Stеblin-Kamеnskiy M.I. Drеvnеislandskaə  tоpоni-
mika kak matеrial k istоrii imеni sоbstvеnnоqо // Spоrnое v 
əzikоznanii. L.: Izd-vо LQU, 1974-s.103-109. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə