ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə21/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   17   18   19   20   21   22   23   24   ...   64

 
74 
Sənaye  çirkab  suları  su  ehtiyatlarının  əsas  çirklənmə 
mənbəyidir.  Sənayenin  sürətlə  inkişaf  etməsi  çirkli  suların 
həcmini çoxaldar və bu da öz növbəsində su mənbələrinə atılır. 
Sənaye  müəssisələrindən  selüloz-kağız  sənayesini,  kimya, 
koks-kimya,  meşə  kimyası,  metallurgiya,  maşınqayırma, 
elektrokimya,  neft  və  qaz  sənayesi  müəssisələrini  göstərmək 
olar.  Bundan  başqa  neft  daşıyan  tankerlərin  qəzaya  uğraması, 
kommunal  məişət  çirkab  sularını,  kənd  təsərrüfatında  istifadə 
olunan  gübrələr,  radioaktiv  tullantılarda  su  ehtiyatlarının 
çirklənməsinə əsas mənbələrdir. 
Qeyd  olunan  çirklənmə  mənbələri  su  ehtiyatları  fiziki, 
kimyəvi  və  digər  xassələrinə  pis  mənada  çox  böyük  təsir 
göstərir. 
Təbii  su  ehtiyatların  çirklənmə  mənbələrindən  biri  də 
atmosferadır.  Aparılmış  tədqiqatlar  nəticəsində  müəyyən 
olunmuşdur  ki,  elmi-tərəqqinin  inkişafı  nəticəsində  ildə  600 
milyon  tona  qədər  kükürd  və  karbon  oksidi,  toz,  kül,  azot 
oksidi  və  300  min  tona  qədər  qurğuşun  buraxılır.  Atmosferə 
buraxılan maddələr havanın hərəkəti ilə quruya, su ehtiyatların 
səthinə  endirilir  və  onu  çirkləndirir.  Bu  maddələr  zərərli 
olduğundan  quru  və  suda  olan  flora  və  faunaya  ciddi  zərər 
vurur. 
Sənaye  müəssisələrinin  istilik,  AES-lərin, avtonəqliyyatın 
fəaliyyət  göstərdiyi  zaman  bütün  ekosistem  üçün  təhlükəli 
maddələr  ayrılır.  Atmosfer  havası  həm  yerli  (lokal)  mənbələr 
və həm də transsərhəd daşınmalar hesabına çirklənir. Atmosfer 
havası  tərkibinin  aynası  atmosfer  çöküntülərinin  kimyəvi 
tərkibidir.  Çünki  atmosferə  qarışan  bütün  komponentlər 
atmosfer  çöküntüləri  vasitəsilə  yuyularaq  torpaq  və  səth 
sularına daxil olurlar. 
Atmosfer havasına daxil olan zərərli qarışıqlardan kükürd 
qazı,  azot  oksidləri,  karbon  oksidləri,  freonlar,  metan, 
ekosistemə  təhlükə  törədən  bir  sıra  qlobal  problemlərin 
meydana  çıxmasına  səbəb  olurlar.  Göstərilən  (qlobal) 


 
75 
komponentlər  ilə  atmosferin  qlobal  çirklənməsi  qlobal  iqlim 
dəyişmələrinə, 
stratosfer 
ozonunun 
parçalanmasına 
və 
yağışların turşuluq xassəsi kəsb etməsinə gətirib çıxarırlar. 
Müasir  dövrün  və  yaxın  gələcəyin  ən  kəskin  qlobal 
problemlərindən 
biri 
atmosfer 
çöküntülərinin, 
torpaq 
örtüyünün,  yerüstü  və  qrunt  sularının  getdikcə  artan 
turşulaşması problemidir. 
İnsanın təsərrüfat, xüsusən də onun müasir sənayenin gur 
inkişafı  dövründən  sonrakı  fəaliyyəti  kükürd,  azot  və  karbon 
oksidlərinin  külli  miqdarda  amissiyası  ilə  müşayiət  olunur. 
Atmosferə  daxil  olaraq,  bu  oksidlər  xeyli  uzaq  məsafələrə 
aparılır,  su  ilə  qarşılıqlı  təsirdə  olur  və  sulfid,  sulfat,  nitrit, 
nitrat,  karbon  turşularının  qarışıq    məhsullarına  çevrilir,  “turş 
yağışlar”  şəklində  quruya  tökülür,  bitki  və  sularla  qarşılıqlı 
təsirə girirlər. 
Atmosferdə  bu  birləşmələrin  əsas  mənbələri  sənayedə, 
şəhər təsərrüfatında, nəqliyyatda, kənd təsərrüfatında, məişətdə 
daş  kömürün,  neftin,  qazın  yandırılmasıdır.  Əlbəttə,  tamamilə 
təbii  mənşəli,  lakin turş xassə daşıyan atmosfer çöküntüləri də 
mövcuddur.  Məsələn,  alimlərin  hesablamalarına  görə,  turş 
xassə  daşıyan  atmosfer  yağıntılarının  əmələ  gəlməsinə  gətirib 
çıxaran  qazların  təbii  emissiyası  ildə  270-290  mln  ton  təşkil 
edir.  Belə  xassəli  yağıntılar  torpaqların  üzvi  turşuları  ilə 
birlikdə  meşə  və  meşə  sonrakı  torpaqların  təbii  turşuluğunun 
inkişafında  mühüm  rol  oynayırlar.  Lakin  insanın  təsərrüfat 
fəaliyyəti  kükürd,  azot  oksidlərinin,  hidrogen  sulfidinin 
atmosferə  daxil  olmasını,  demək  olar  ki,  iki  dəfədən  çox, 
karbon  qazının  isə  atmosferə  atılmasını  ölçüyə-gəlməz 
dərəcədə  artırdı.  Atmosferə  daxil  olan  karbon  qazının  miqdarı 
ildə  təxminən  20-25  mlrd  tona  çatır.  Təbii  ki,  bu  atmosfer 
çöküntülərinin turşuluğunun yüksəlməsində özünün göstərir. 
Təbii  turşu  əmələ  gətirən  maddələrin  tipik  nümayəndəsi 
kimi  karbon  dioksidi  göstərmək  olar.  Onun  suda  həll  olması 
belə bir reaksiya tənliyi ilə ifadə olunur: 


 
76 
 


O
H
CO
O
H
CO
2
2
2
2



 
 
Bu, tarazlıq halında olan dönər reaksiyadır. Belə tarazlıq 
halında  olan  sulu  məhlulda  20C  temperaturda  hidrogen 
ionlarının qatılığı 2,5∙10
-6
 mol/L, pH isə 5,6-ya bərabər olur: 
 
 


6
,
5
398
,
0
6
10
lg
5
,
2
lg
10
5
,
2
lg
lg
6
6












H
pH
 
Atmosfer  çirklənmədiyi  halda,  atmosfer  yağıntılarında 
pH göstəricisi 5,6 olur. Odur ki, karbon qazının əmələ gətirdiyi 
birləşmələr turşulu yağışların əmələ gəlməsində o qədər də rol 
oynamırlar. 
Turş  xassəli  atmosfer  çöküntüləri  yer  səthinə  düşən 
zaman  bitkilərlə,  göllərin,  çayların  yerüstü  sularıyla,  həmçinin 
torpaqlarla  mürəkkəb  qarşılıqlı  təsirdə  olurlar.  Bu  qarşılıqlı 
təsir  reaksiyaları  ildən-ilə  təkrarlanaraq  qurunun  və  suların 
ekoloji sistemlərində əlverişsiz dəyişikliklərə gətirib çıxarırlar. 
Turş xassəli atmosfer çöküntülərinə “turşulu çöküntülər”, 
“turşulu yağıntılar” deyirlər. 
Mühitə  sərbəst  hidrogen  ionları  verən  yağışları  turşulu 
yağışlar  adlandırırlar.  Bu  və  ya  başqa  mühitin  (adətən  sulu 
məhlullar nəzərdə tutulur) turşuluğu sərbəst hidrogen ionlarının 
(H
+
) mövcudluğu ilə şərtlənir. Sərbəst hidrogen ionlarının təsiri 
özünü  yalnız  səth  örtükləri-bitki,  torpaq,  səth  suları, 
konstruksiya  materialları  və  s.  ilə  bilavasitə  təmasda  biruzə 
verir. 
Turşulu yağışların əmələ gəlməsində ən çox rol oynayan 
kimyəvi  birləşmələr  antropogen  mənşəli  kükürd  qazı  və  azot 
dioksididir. 
Kükürd və azot birləşmələrinin  bulud  və  yağış damcıları 
ilə  atmosferdən  yuyulması  əvvəlcə  onların  hissəcik  və      
yaxud  da  molekulların  damcıya  düşməsi  vasitəsilə  baş  verir. 
Bu isə diffuziyaforez, broun diffuziyası, toqquşma və zəbtetmə, 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə