16
K – şüurlu fəaliyyətin şüursuz fəaliyyətə olan
nisbətidir. K artdıqca, insanın şüurlu fəaliyyəti artır,
instinkt fəaliyyəti azalır;
K – ictimai mənafenin şəxsi mənafeyə olan nis-
bətidir. K artdıqca, ictimai mənafe artır, şəxsi mənafe
azalır;
K– haqqın nahaqqa olan nisbətidir. K artdıqca,
haqq nahaqqa üstün gəlir;
K – uğurun uğur qıtlığına (çatışmazlığa) olan
nisbətidir;
K– nailiyyətin nailiyyət qıtlığına olan nisbətidir;
K–
g
örüləsi işin görülən hissəsinin görülməyən
hissəsinə
olan nisbətidir;
K – proqramın mənimsənilən hissəsinin mənim-
sənilməyən hissəsinə olan nisbətidir.
Göründüyü kimi, K faktoru mənəvi meyar olaraq icti-
mai mənafenin şəxsi mənafeyə nisbətini, iqtisadi meyar
olaraq işin görülən hissəsinin görülməyən hissəsinə
nisbətini, pedaqoji meyar olaraq bildiyimizin bilmədiyi-
mizə nisbətini ifadə edir.
Keyfiyyət faktoru K artdıqca:
insan kamilləşir, dünya malından gözü doyur və
iqtisadı azadlığını təmin etməklə kifayətlənir;
özünə məhəbbət azalır, millətə məhəbbət artır;
17
idarəetmə təkmilləşir, mükəmməlləşir, identikləşir,
nəticədə firavanlıq artır;
mənəvi tələbatın fiziki tələbata nisbəti artır;
həm fərd, həm də kütlə düzgün qərarlar qəbil edir;
ədalət, azadlıq, bilik və mədəniyyət artır, düşüncə
saflaşır, daş atana gül uzadırlar;
elitar və vətəndaş sırası arasında məsafə azalır;
psixikanın quruluş tipi dəyişir: biorobot şeytani, o
da insani tip psixikaya keçir;
millətlərin mədəni səviyyəsi və kamilliyi yüksəlir;
fərdin azadlığından hamının azadlığına doğru
bəşəriyyət təkamül edir;
instinkt fəaliyyəti şüurlu fəaliyyət əvəz edir.
Məlumdur ki, haqqın nahaqla mübarizəsi bütün tarix
boyu gedir. K artdıqca, bu mübarizə haqqın üstünlüyü ilə
inkişaf edir. K artdıqca, bəşəriyyət xoşbəxt gələcəyə
( cənnət- məkana) doğru hərəkət edir.
L.Tolstoyun dəyərli bir kəlamında deyilir: “İnsan kəsrə
bənzəyir, sürətdə onun dəyəri, məxrəcdə isə onun özü haqda
fikirləri dayanır. Məxrəc nə qədər böyük olarsa, kəsrin qiyməti
bir o qədər az olar”. Bu kəlam K faktorunun – “millətə
məhəbbətin özünə məhəbbətə olan nisbətidir” mənasının
başqa bir formada ifadəsidir.
Bu deyilənlərdən belə bir düşüncə yaranır: insan öz
potensialını özünə xərcləyəndə az, ətrafa xərcləyəndə
18
daha çox xoşbəxt olur. Bu düşüncə çağdaş dövrümüzdə
utopik görünsə də, gələcəyin düşüncəsidir.
Toplum üçün K qiyməti 20- dən böyük olanda,
insanlar cənnətəbənzər şəraitdə yaşayacaqlar.
Bəzi
fərdlər
üçün K qiyməti böyük rəqəmlərlə ifadə olunur. Yer əhli
üçün ən böyük K-ya peyğəmbərlər, fatehlər, dahi alimlər
malikdirlər.
Peyğəmbərlərin kamil düşüncəsinə bənzər düşün-
cələrə yunan filosoflarının (Demokrit, Aristotel, Arximed,
Pifaqor, Hippokrat və digərlərinin) düşüncələrində rast
gəlinir. Ümumiyyətlə, qədim yunan filosoflarının fikirləri
heyranedici səviyyədə kamildir. Onlar üçün K faktorunun
qiyməti təqribən peyğəmbərlərinki qədərdir. Onların
bizim dövrə çatan kəlamlarını Allahın kəlamları ilə
müqayisə etsək, xeyli doğmalıq görərik. Güman etmək
olar ki, 124 min peyğəmbərin içərisində bu insanların da
adları var. Çünki onlar da bəşəriyyət üçün peyğəmbər
vəzifələrini yerinə yetirmişlər.
Viktor Hüqoya görə: ”Cəmiyyətin iki növ insanlardan
zəhləsi gedir: bir onlara hücum edənlərdən, bir onları müdafiə
edənlərdən”. Cəmiyyətə hücum edənlərlə (fatehlərlə) bağlı
münasibət aydındır. Cəmiyyətin qayğısına qalan in-
sanlara misal peyğəmbərləri göstərmək olar. Pey-
ğəmbərlər üçün K-nın qiyməti, adi insanların K-sından
çox-çox böyük olduğundan, peyğəmbərlik illərinin
19
başlanğıcında cəmiyyət onları düzgün başa düşə bilmir
və bu səbəbdən də “zəhləsi” gedir. Bütün peyğəmbərlərin
ilk illəri çətinliklərlə doludur.
K faktoru və dəyərin faiz göstəricisi. K faktoru də-
yərlərin qiymətləndirilməsinin faiz göstəricisinə alter-
nativ bir meyardır. Bu səbəbdən də onların arasında fərq
böyükdür. Bu fərqə diqqət yetirək.
Faiz
–
bütövün yüzdə bir hissəsidir. Əldə olunan his-
sənin bütövə nisbətidir. Proqramın öyrənilən hissəsinin
öyrənilməli olanına nisbətidir. İşin görülən hissəsinin tam
işə olan nisbətidir.
K faktoru
bütövün əldə olunan hissəsinin, defisit hissəsinə
olan nisbətidir. K faktoru faizə nisbətən inkişafa çox həs-
sasdır. Faizin hiss edə bilmədiyi dəyişikliyi K faktoru hiss
edir.
K faktoruna təsir edən amillər. İnsanlar anadan do-
ğularkən bəzilərində şəxsi, bəzilərində isə ictimai mənafe
hissi üstünlük təşkil edir. Allah -təala canlılar içərisində
ancaq insana şüur vermişdir, ona görə ki, o, ictimai
mənafenin üstünlüyünü dərk etsin və ondan istifadə edə
bilsin. Bu işdə mədəniyyətin, təhsilin, tərbiyənin və id-
manın rolu böyükdür. Orta təhsilin məzmunu elə
olmalıdır ki, məktəbi qurtaran gənclərin əksəriyyətində
ictimai mənafe (dövlətçilik, vətənpərvərlik və millətə
qulluq hissi) şəxsi mənafedən (vəzifə hərisliyi, varlanmaq
arzusu, qohumbazlıq hissi və s.) üstün olsun. Orta məktəb
Dostları ilə paylaş: |