Şamil Vəliyev – 50


səhifə6/97
tarix08.07.2018
ölçüsü
#54161
1   2   3   4   5   6   7   8   9   ...   97

19
illiyinə həsr etdiyi qəzəldə korifey sənətkar Zülfü Adıgözəlovla, Xan Şuşinskini
hörmətlə yad edir:
Nə olar, Vahid, əgər məclisimiz sakit ola,
Oxusun bu qəzəli Zülfü ilə Xan bu gecə.
Uzun illər Bakı və Abşeron toylarının şah xanəndəsi olmuş Zülfü Adıgözəlovun
sənətinin heyranı olan Vahid başqa bir qəzəlində də Zülfü Adıgözəlova olan dərin
məhəbbətini belə vurğulayır:
Vahid istərsən əgər, məclisimiz xoş keçsin,
Zülfünün «orta segahı», Paşanın tarı gərək.
Ə.Vahid ustad xanəndə Əbülfət Əliyevə də yüksək qiymət verərək qəzəllərinin
birində onun adını ehtiramla dilə gətirir:
Bu şeiri Vahid, Əbülfətdən ötrü yaz, oxusun.
Gözəl vətənimizə bu şeiri yadigar edirik.
Ə.Vahid başqa bir qəzəlndə həm Əliyevi, həm də məşhur, ustad Tarzən Bəhram
Məturovu belə qiymətləndirir:
Vahid, istərsən əgər musiqidən zövq alasan,
Məclisində həm Əbülfət, həmi Bəhram olsun!
Ümumiyyətlə, musiqiyə böyük qiymət verən və musiqi ab-həvası ilə yazıb-
yaradan Ə.Vahid musiqi zövqünü, musiqidən alınan həzzi hətta min sevgili-canandan
belə artıq hesab etmişdir.


20
Musiqi nəşəsi min sevgili cananə dəyər,
Əsəri, naleyi-ney arif üçün cana dəyər.
Ustad şair musiqinin insan həyatında oynadığı rolu misilsiz hesab edərək,
musiqiyə həsr etdiyi qəzəllərindən birində, musiqi ecazının fəlsəfi şəhrini verir:
Musiqi məclisinin türfə əlamətləri var,
Guş qıl, gör necə cansuz hekayətləri var.
1
Musiqi zövqünə ol kəs ki, deyildir vaqif,
Bu büsatın nə bilir ki, nə şərafətləri var.
Tarı bihudə hesab etmə əgər arifsən,
Gör ki, məhrulər əlindən nə şikayətləri var!
O da bir zülfü - siyah dilbərin aludəsidir
Ki, sədasında pərişanlıq işarətləri var.
Xir zənn etmə, saqın musiqi xiditlərini
Onların zövqünə gir, gör nə nəzakətləri var!
Musiqi qəm dağıdır, zövq verir insanə,
Dərk qılmaz bunu onlar ki, səfahətləri var!
Şairin, musiqi xadimlərinin, rəssamın
İncə diqqətlə düşün, gör nə məlahətləri var!
Musiqi zövqü hakilərə təsir etmiş
Oxu tarixi, gör orda nə rəvayətləri var.
Məsçid əhli nə bilir musiqi zövqün Vahid!
Çünki cahildilər, olduqca cəhalətləri var.
1
Бейт Сямяд Гярибиндир.


21
Şübhəsiz ki, Ə.Vahid məscid əhlini cahil adlandıranda özünün dinsiz olduğuna
işarə eləmir, o, bununla musiqini haram hesab edən bir sıra savadsız, İslam dinindən
qətiyyən xəbərləri olmayan, lakin öznü alim sayan fanatik din xidimlərini nəzərdə
tutur. Ə.Vahidin əslində dinsiz yox, dini dəyərlərə hörmətlə yanaşan dini şəxsiyyətlərə,
eyni zamanda islam dininə hüsn-rəğbət bəsləyən bir şair adlandırmaq dahi məqsədə
uyğun olardı. Şairin Seyyidi-şühəda Həzrəti imam Hüseyn Əleyhəssəlama və Kərbəla
şəhidlərinə həsr etdiyi onlarla mərsiyədən təkcə birini misal gətirmək kifayətdir ki,
bu da onun əslində Allaha, dinə və Allahın seçdiyi müqəddəs varlıqlara olan
münasibətini aydınlaşdırsın:
Şumri-dun ilə Hüseyn eşqin düşüb sevdasına,
Rey həvasına biri, birsi bəla səhrasına.
Şumri-dun yəğmayə verdi din ilə imanını.
Mülki-reydən ötrü tərk etdi bütün vicdanını.
Təşnə öldürdü su üstə Kərbəla mehmanını,
Baxmadı nə Əsqərü nə Əkbərü Əbbasına
Badəyi-eşqi Hüseyn, bir cürə kim nuş eylədi,
Canını, övladına yeksər fəramuş eylədi.
Möhnətü dərdü qəmə öz canını tuş eylədi
Atdı bir dəmdəə özün eşqin dərin dəryasına,
Bu Hüseynə eşqndə kimsə bərabər durmasın,
Xahi İbrahimü İsmail mükərrər durmasın,
Kəbədən yağsın məqamın, bəlkə, Həcər durmasın,
Qürbdə, yetməz məqamı Kərbəla Minasına.
Ver xəbər, badi-səba, Yəquba, sonra hacərə
Ağlama İsmailə, ya Yusifi-şah peykərə,
Ölmək üçün zinət eylər Leyli oğlu Əkbərə,


22
Bir baxın eşqi – Hüseynə, Əkbərü Leylasına.
Eşq mülkünü Hüseyn tək kimsə abad etmədi,
Kimdi Mənsur, kimdü Məcnun böylə bir ad etmədi.
Üz verib yüz qəm ona, bir ləhzə fəryad etmədi.
Mərhəba, səd mərhəba bu aşiqin sevdasına!
Var yeri olsa əgər Şəbni-Məryəm cigəri
Bu Hüseyn Kərbü bəlanı cümlə aləm cigəri.
Məryəmü-sara kəniz ol Zeynəbi-ülyasına.
Kəbeyi-Kuyin əgər olsaydı qismət Vahidə,
Cümleyi-Huzzar ilən ol pak türbət Vahidə.
Ruzi-məşhərdə fəramuş etmə rəhmət Vahidə,
Canını etdi fəda bu ümmətin xülyasına.
Ə.Vahid Azərbaycanın bir çox şairləri ilə dostluq və yoldaşlıq edir və qəlbində
onlara qarşı olduqca səmimi bir məhəbbət bəsləyirdi. Vaxtaşırı bu söz və qələm
ustaları ilə görüşən şair onlara şeirlər və qəzəllər həsr edir və onların sənətini,
şəxsiyyətini öz əsərlərində böyük sevgi ilə hallandırmaqda xüsusi zövq alırdı. O,
dövrünün məşhur qəzəlxanları Ağadadaş Müniriyə, Məşədi Azərə, Əbdülxaliq
Yusifə, eyni zamanda ədəbiyyatşünas – alim Salman Mümtaza və s. öz əsərlərində
yer ayırmış, onlara dərin məhəbbətini bildirmişdir. Bundan başqa, Ə.Vahid qüdrətli
Azərbaycan şairləri Səməd Vurğuna, Süleyman Rüstəmə və başqalarına qəzəllər həsr
etmişdir. Səməd Vurğunun fitri istedadından, böyük sənətindən, eyni zamanda yüksək
mənəvi keyfiyyətlərindən və söhbət açan Vahid ən gözəl qəzəllərindən birini ona həsr
etmişdir.
Yüz dəfə cəfa gəlsə bizə sevgilimizdən,
Bir dəfə şikayət sözü çıxmaz dilimizdən.


23
Qəsd etsə həsədlə bizi məhv etməyə zalim,
Keçməz bizim ərbabi – qələm qatilimizdən.
Tufani-bəla gəlsə də, qorxan deyilik biz,
Dağlar belə sədd olsa qaçar sahilimizdən.
Baxma bizə min naz ilə, səyyadlərik biz,
Yüz gözləri ahu qaça bilməz əlimizdən.
Xaki-dəri-meyxanadə dəfn et bizi, saqi,
Min kuzə çaxır torpağımızdan, gilimizdən.
Vahid, biz o nəslik ki, bu gülzari-cahanda
Övladi-vətən zövq alacaq hasilimizdən.
Ə.Vahidin ən çox sevdiyi və hörmət bəslədiyi, eyni zamanda öz dövrünün ən
qüdrətli dramaturqu hesab etdiyi sənətkar isə dahi hüseyn Cavid idi. Hüseyn
Cavidin əlçatmaz sənətinə və yüksək şəxsiyyətinə intəhasız məhəbbət bəsləyən Ə.
Vahid Hüseyn cavid represiya qurbanı olandan sonra ürək yanğısı ilə böyük ədibi
belə xatırlayıb:
Cavid əbədidir, qalacaq nami cahanda,
Məhv etmə, cəllad onu xəlqin nəzərindən.
Ölməz o böyük dahi, böyük bir gələcək var,
Övladi-Vətən zövq alacaq hər əsərindən.
Ə.Vahid ürəyə nur çiləyən bu məşhur bir qəzəli də unudulmaz Hüseyn Cavidə
həsr etmişdir:


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə