264
18.7
SOSİAL
TƏHSİL:
TƏHSİL
PROSESİNİN
LAYİHƏLƏŞDİRİLMƏSİ
Təhsil prosesinin tədqiqi təhsilin dinamik inkişafını müəyyənləşdirməyə
yönəlir. Bu məqsədlə təhsilin sosiologiyası sahəsi dəqiqləşdirilməli, təhsil
prosesinin obyekti öyrənliməlidir. Təhsilin sosiologiyasının obyekti təhsil
sahəsi və burada insanlar, sosial institutlar arasındakı xüsusi qarşılıqlı
münasibətlərdir. Təhsilin sosiologiyasının predmeti təhsilin yayılma məkanını
və sosial məkana təsirini, təhsil fəaliyyətinin, onun forma və mahiyyətinin,
təhsilin fərqli sosial strukturlara inteqrasiyası xüsusiyyətlərinin analizinə
yönəlir. Təhsillə sosial stratifikasiya və sosial mobillik arasındakı qarşılıqlı
əlaqə, həmçinin cəmiyyətdə təhsilin şəcərəli bölgüsü kimi çıxış edən sosial
ədalət problemləri təhsil sosiologiyasının predmetinin əsas aspektlərindən biri
kimi təzahür edir. Təhsil sosiologiyasının predmeti aşağıdakı kimi təsnif
edilir:
1.təhsil sahəsində sosial mədəni proseslərin vəziyyəti və dinamikası;
2.sosial mədəni fəaliyyət konsepsiyasının qanunları və prinsipləri,
mexanizmləri və texnologiyaları;
3.təhsil sahəsinin ictimai həyatın digər sahələrilə qarşılıqlı təsiri;
4.təhsilin sosial subyektin harmonik inkişafına, sosial mahiyyətli digər
fəaliyyət növlərinə təsirinin öyrənilməsi.
Təhsilin sosiologiyasının əsas kateqoriyaları – təhsil, təlim, tərbiyə,
sosiallaşma, mədəniyyət, təhsil prosesi, təhsil məkanı ilə bağlıdır.
Tədqiqatın əsas istiqamətləri
Təhsil prosesinin tədqiqatının əsas istiqamətləri aşağıdakı kimi
müəyyənləşdirilir:
- təhsilin sosial səbəb-nəticə əlaqəliliyi;
- təhsil sahəsinin sosial mədəni təşkili;
- təhsilin səmərəliliyi;
- təhsil modelləri;
- təhsildə yeniliklər;
- təhsil səviyyələrinin tədqiqi;
- təhsilin ənənəvi və yeni formaları arasında münasibətlər;
- təhsilin cəmiyyətin sosial strukturunun dinamikasına təsiri.
Təhsil prosesinin problem-tematik mahiyyətinin layihələşdirilməsi
Təhsil prosesinin problem tematik mahiyyəti aşağıdakılar əsasında
müəyyənləşir:
- təhsil prosesi şəxsiyyətin formalaşmasının mədəni əsasları kimi;
- təhsil sahəsinin dinamikası amilləri;
265
- təhsilin məzmunu, təhsillənmə sosial mədəni fəaliyyət kimi;
- tədris fəaliyyətinin metod və texnologiyaları;
- cəmiyyətin sosial strukturunun dinamikasına təhsilin təsiri.
Təhsilin sosiologiyasının strukturu
Təhsilin sosiologiyasının strukturu idrak fəaliyyətinin, təhsil prosesinin
texnoloji modellərinin formalaşdırılması fəaliyyətinin mərhələ və nəticələri
kimi müəyyənləşdirilə bilər. Bu əsasda təhsilin sosiologiyasının strukturu
aşağıdakı kimidir:
- Nəzəri konsepsiyalar (təhsil, tərbiyə, mədəni mənşə, şəxsiyyət və peşə
inkişafı ilə bağlı konsepsiyalar).
- Təhsil prosesinin, təhsil müəssisələrinin və bütövlükdə təhsil sisteminin
təkmilləşdirilməsi haqqında hipotezlər.
- Təhsil sisteminin və bütövlükdə sosial sistemin qarşılıqlı əlaqələrinin
təkmilləşdirilməsi haqqında hipotezlər.
- Hipotezlərin formalaşdırılması, dəqiqləşdirilməsi və yoxlanılması ilə bağlı
konseptual nəzəri aparat (anlayışlar, prinsiplər, kateqoriyalar, qanunlar).
- Həqiqi material (sosioloji, pedaqoji, politoloji və psixoloji tədqiqatlar,
diaqnostika, monitorinq).
- Sosial layihə və modellər (hipotezlərin təsdiq edilməsi, sosial
texnologiyaların, sosial ssenarilərin işlənib hazırlanması).
- Alınan nəticələrin qiymətləndirilməsi və yeni hipotezlərin irəli sürülməsi.
Təhsilin əsas funksiyaları
Təhsil prosesini sistemli şəkildə layihələşdirmək üçün təhsilin əsas
funksiyalarını fərqləndirmək vacibdir. Təhsil biliklərin ötürülməsi, qəbulu və
mənimsənilməsi prosesidir. Bu proses müəllim və tələbələrin qarşılıqlı
fəaliyyəti əsasında həyata keçirilir. Təhsilə sosioloji yanaşma aşağıdakılardan
ibarətdir:
1.təhsil prosesi sosial strukturun alt sistemi kimi sosial qarşılıqlı təsir
əsasında inkişaf edir;
2.sosial təşkilat tipi kimi təhsil sistemi qarşılıqlı əlaqəli mövqelər, alt
sistemlər, müəssisələr məcmusu olan xüsusi sosial struktura malikdir;
3.təhsil cəmiyyətin əsas institutlarından biri olub, bir sıra sosial
funksiyaları yerinə yetirir.
Təhsilin funksiyalarını aşağıdakı kimi təsnif etmək olar:
1. Mədəniyyətin ötürülməsi və yayılması funksiyası əsasında sosial institut
olan təhsil vasitəsilə mədəni dəyərlər nəsildən nəsilə ötürülür.
2. Dəyər yönümlərinin və təmayüllərinin formalaşdırılması funksiyası
əsasında gənclər sosiallaşır və sosial sistemə inteqrasiya edir.
266
3. Sosial diferensiasiya və seleksiya funkiyasına görə təhsil sistemi təhsil
alanlara diferensial münasibət, yəni üfiqi (fərdi imkanlara, maraqlara,
bacarıqlara əsaslanan, peşə yönümünə görə fərqlənən təhsil müəssisələri) və
şaquli (ibtidai, natamam orta, tam orta, ali, ali təhsildən sonrakı təhsil)
yanaşma əsasında qurulur və sosial mobilliyin əsasını təşkil edir.
4. Peşəkar-iqtisadi funksiya əmək sahəsi ilə sıx bağlıdır. Bu funksiyaya
görə, məhz təhsil sistemi vasitəsilə cəmiyyət yüksək ixtisaslı kadrların
hazırlanmasına olan tələbatını ödəyir. Peşə-texniki, orta, xüsusi təhsil,
kadrların təkmilləşdirilməsilə bağlı müəssisələr bu funksiyanın yerinə
yetirilməsinə yönəlir.
Təhsil sisteminin əsas problemlərindən biri də təhsil sahəsində sosial
qrupların fərqləndirilməsidir. Təhsilin sosiologiyasında makro və mikro sosial
qruplar fərqləndirilir.
Təhsilin sosial təşkilati modeli
Təhsilin sosial təşkilati (struktur) modeli təhsil prosesində əmək bölgüsünə
görə formalaşan üç əsas (makro) sosial qrupdan ibarətdir:
1.təhsil alanlar;
2.təhsil verənlər;
3.təhsil prosesinə, onun texnologiyalarına və təhsil sisteminin
infrastrukturuna xidmət və kömək edənlər.
Təhsil sistemində formal və qeyri-formal təhsil formaları fərqləndirilir.
Formal təhsil dedikdə, xüsusi təhsil müəssisələri və təşkilatları (məktəb, litsey,
kollec, texnikum, institut, kadrların təkmilləşdirilməsi kursları və s.) vasitəsilə
həyata keçirilən və cəmiyyətdə mövcud olan standartlara uyğun olan tədris
nəzərdə tutulur. Bu təhsil forması attestasiya fəaliyyəti və təhsilə uyğun
diplomlar verilməsi ilə müəyyənləşir.
Qeyri-formal təhsil dedikdə, institutlaşmamış təhsil forması, fərdi cəhdlər
əsasında biliklərə yiyələnmə, cəmiyyətdəki standartlara əsaslanmayan qeyri
ənənəvi təhsil nəzərdə tutulur.
Təhsil sahələri
Təhsilin
layihələşdirilməsi
prosesində
təhsil
sahələrinin
müəyyənləşdirilməsi vacibdir. Bura aşağıdakı təhsil sahələri daxildir:
1.məktəbəqədər təhsil;
2.məktəb təhsili;
3.peşə təhsili;
4. orta ixtisas təhsili;
5.ali təhsil.
Bu və ya digər təhsilə yiyələnmə şəxsiyyətin cəmiyyətdə, sosial
stratifikasiyada mövqeyinin müəyyənləşməsində əsaslı rol oynayır. Peşə
Dostları ilə paylaş: |