9
Beşinci mərhələ XIX əsrin birinci yarısını əhatə edir. Bu dövrün görkəmli
nümayəndələri olan Sen-Simon, Furye, L.Blan, Kaabe, Dnzami, Veytlinq və
başqaları utopik sosialistlər idi. Bu dövrdə Böyük Fransa inqilabı tənqidi
analiz edilirdi və utopizmin tənəzzülü aydın nəzərə çarpırdı. Rusiya və bir sıra
Şərq ölkələrində XX əsrin birinci yarısınadək utopik sosializm ideyaları
qalmaqda idi. XX əsrdə utopik sosializmin Morris, Bellami, Zolya, Frans,
Uells, C. London və s. kimi nümayəndələri meydana çıxmışdı.
Altıncı mərhələ XIX əsrin ikinci yarısı – XX əsrin
əvvəllərini əhatə edir və
marksist və anarxist utopiya arasında mübarizə dövrü kimi xarakterizə olunur.
Marksizm inqilabi hərəkata çevrilib «sosializm utopiyasının» reallaşmasına
gətirib çıxarmışdı. Anarxizmin kökləri XVII-XVIII əsrlərin utopik fikirlərinə
söykənirdi və patriarxal icma münasibətlərinin ideallaşdırılması ilə bağlı idi.
XIX əsr anarxizmi Qodvin, Prudon Ştirner, Bakunin, Kropotkin, Reklö, Qrav,
Karelin, Forun əsərlərində inkişaf etdirilmişdi və «azad federasiya» qurulması
fikrinə əsaslanırdı.
Yeddinci mərhələ 1917-ci ildən – bu günə qədərki dövrü əhatə edir. Bu
dövrdə marksizm-leninizm utopiyasının reallaşması və süqutü baş vermişdi.
Qeyd etmək lazımdır ki, utopizmdə gələcəyin detallı təsviri, ideal sxemi
yaradılır, gələcək nəsilin «davranış qaydaları» müəyyənləşdirilirdi.
Bəşəriyyətin gələcək inkişafı ilə bağlı utopik baxışlar sırasına liberal
reformizmin müxtəlif istiqamətləri də daxildir. Qarrinqtonun «Okeaniya»
əsəri, Bentam, Q.Corc, Qertski və başqalarının əsərləri bu tiplidir.
Karleyl, Dizrali, Reskin və başqalarının feodal sosializm nəzəriyyəsində
utopistlər ideallaşdırılmış orta əsrlərə qayıdışı təsvir edirdilər.
Bu nəzəriyyənin
əsasında Lamenne və başqalarının xristian sosializmi konsepsiyası dururdu.
XIX əsrin əvvəllərində bu cərəyan müstəqil xüsusiyyət kəsb edərək, burjua
utopizminə çevrilmişdi. Quldarlıq və feodalizm dövrü utopiyaları
ictimaiyyətin antiutopizm kimi qiymətləndirdiyi faşizmlə əvəz olunmuşdu.
Qərbdə və ABŞ-da texnokratik və reformist utopizm ideyalarının
reallaşdırılması ilə bağlı bir sıra klublar yaranmışdı. XX əsrin 20-ci illərində
Sialkovskinin «Bəşəriyyətin ictimai təşkili» adlı əsərində Yer kürəsinin
yenidən qurulması və kosmik məkanın məskunlaşması ideyaları, elmi-texniki
tərəqqinin müsbət keyfiyyətləri öz əksini tapırdı. Sonrakı dövrlərdə ideya
baxımından zəifləyən utopiyalar elmlə rəqabət apara bilmədiyi üçün tənəzzülə
uğrayırdı.
Keyns və onun tərəfdarları olan keynsiançılar və yeni keynsiançıların
utopik ideayaları isə iqtisadi inkişafla bağlı idi. Müasir dövrdə Asiya, Afrika,
Amerika sosalizmi ideyaları da utopizmin xüsusi forması kimi qəbul edilir.