Gözlərini ovxaladı. Divara tərəf çevrildi. -
“Taldı-Kurqan, Alagöl, Manançı” .
Bir ilə yaxm idi ki, Nemət iş otağmı böyük qızına verib onun ye-rinə
keçmişdi. Ancaq vaxtilə qızının çarpayının yanından vurduğu böyük xəritə
hələ də divarda dururdu. Sovet İttifaqının siyasi xəritəsi. Ölkənin cənub
sərhədi Nemətin bahşınm yanına düşürdü.
Hər səhər Nemət gözlərini açıb bu xəritəni görürdü. O, Şərqi Q a-
zaxıstamn şəhərlərini, göllərini, çaylarını əzbər bilirdi.
Çox vədə gecələr yuxusu qaçardı. Qaranhqda xəritə yazüarını seç-mək
olmurdu. Amma gözüyumulu halda da Nemət barmağını düz Taldı-
Kurqanm, yaxud Alagölün, ya da Manançanm üstünə qoya bi-lərdi.
Bəzən bu şəhərləri, çayları, gölləri, ümumiyyətlə, bu ərazini tə -
səvvüründə canlandırmağa çalışırdı. Ucsuz-bucaqsız çöllər, alaçıqlar,
susayıb göl, çay kənarına gələn at ilxdarı... Uzun yallı ağ atlar... sonra yuxu
bataqhq kimi çəkib onu aparırdı.
- Ay Nemət, sən allah, dur çörəyə get də...
Yuxu qırsaqqız olub yapışmışdı, əl çəkmək istəmirdi. Ancaq Sü-
rəyyanm səsində narazılıq xalları vardı.
Nemət cəld yorğanı kənara atıb sıçradı. Bir-iki dəfə əl-qolunu atdı
öz aləmində bu, səhər idmam idi. Üzünü yuyub mətbəxə keçdi.
Adam - madam iysi gəlir, yağlı badam iysi gəlir.
Get çörək al gətir, onda yağlı badam da görərsən.
Çörəyə növbə yox idi. On dəqiqədən sonra ər-arvad ağ, təmiz, sə-liqəli
mətbəxdə qabaq-qabağa oturub çay içirdilər.
Nemət:
Bir qatmaqanşıq yuxu göriirdüm ki! - dedi. - Görürəm Kislo-
vodskdayıq. Bakıya bilet almaq istəyirəm, özü də, bax, bu pijamada
gəlmişəm, deyirlər yox, zol-zol pijama geyməsən bilet verməyəcəyik.
Pişik miyoldadı. Nemət kolbasamn bir tikəsini ona atdı və gülüm-
sündü:
Pişiyə də bilet alırdım. Ona bilet verdilər, dedilər zol-zoldur.
Belə ağıllı yuxular gördüyünçün ayümaq istəmirdin? Saatı soru-
şuram, deyirsən üç.
Yuxuda saat üç idi də.
Sürəyya:
- Mürşüdgil deyəsən bu il də Kislovodska gedəcəklər, - dedi.
- Kislovodskın o bilet müsibəti yadıma düşəndə heç ora ayaq bas-maq
istəmirəm.
Mixəyi qalstuku qırış idi, yaşılı bağladı. -
Yaxşı, hələlik, - dedi. - Mən getdim.
Tez gələcəksən? Axı, bu gün şənbədir...
Ay aqibətin xeyir, - şeşəbığlı Musa kişi qırmızı siqaret paçkası-nı
Nemətə uzatdı. - “Arzu” da var a, bəikə “Arzu” verim! Mağıl indi fıltrin
bolluğudur.
Yox, elə “Nərgiz” yaxşıdır. Kibritin varmı? Ay sağ ol.
Siqareti damağına aldı. Kibrit çəkdi. O biri səkiyə keçib qəzet köşkünə
yanaşdı.
- Sabahın xeyir... Varındı?
Salman kişi eynəyinin altından gözlərini azacıq qıydı. Nemətdən başqa
heç kəsin sezə bilmədiyi “hə” işarəsini verdi. İşindən qalmadı:
- Bu sənin “İzvestiya”n. Al, bu “Kommunist” . Buyur, “Gənclər” ,
“Pravda” yoxdur, qurtarıb. “Trud” üç qəpik. “Bakı”, əlbəttə, dünənki-dir,
yoxsa bugünkü olacaq səhər-səhər? “Komsomol?” Buyur, - deyə alıcıları
bir-bir yola salırdı.
Sonra becid bir hərəkətlə piştaxtanın altından qəzet çıxarıb Nemə-tə
uzatdı.
Nernət:
İki dənədir də? - deyə soruşdu.
Eyib sözdür ki...
Ay səni yüz yaşa. Buyur.
Sağ ol! Xoş getdin!
Bu iti əməliyyat növbədə dayanmış çil-çil köynək oğlanın nəzo-rindən
yayınmadı.
Ə kişi, bəs deyirdin “Futbol” yoxdur? Deməli, daşbaşçün saxla-
mısanmış. Barı saç-saqqalından utan!
Salman kişi partladı:
Ağzını dağıtma, qırışmal! Daşbaşı atan eləyir. Bu yoldaş abunə-
çi yazılıb. Abunəçini qoyub sənə verəcəyəm?
Nemət aralanıb gedə-gedə Salman kişinin səsini eşidirdi. - Sən
də zəhmət çəkib vaxtmda yazılaydın.
- Abunəçi burdan niyə gəlib alır? - Oğlan son zəif bir cəhd də etdi.
Evinə yazdırar da...
Kefı belə istəyir. Burda yəni sənlik bir iş var?
Salman kişi elə böyük bir canfəşanlıqla ağın qara olduğunu isbat edirdi
ki, çil-çil köynək oğlan təslim bayrağmı qaldırdı:
- Yaxşı, nöş dava eləyirsən? Bir sözdü dedim, deməmiş olum, bağışla.
Nemət dodaqaltı qımışa-qımışa bağa girdi. Boş skamyada əyləşdi. “Yox,
deyəsən, bu gün pis başlamayıb... qəribə yuxu. Dadlı səhər ye-məyi. Ətirli
fıltr. İki “Futbol” qəzeti” .
Günəşli ilıq gündü. Ağ seyrək buludlar pərən-pərən olub göyə da-
ğılmışdı. “Belə gündə həmişə adamm ovqatı xoş olur” .
Amma ovqatmın xoş olmasınm ayrı, daha vacib səbəbi də vardı: Dadaş
kişi sözünün üstündən qaçmasa...
Qəzeti açıb baxmağa başladı. SSRİ və İrlandiya seçmə komanda-larının
sabahkı oyunu haqqında yazılar dərc olunmuşdu. Məşqçilərin bəyanatları,
komandalarm heyəti, gümanlar, fərziyyələr...
- Sabahm xeyir, Nemət, işə getmirsən?
Narın ətir iyi Nemətin bumunu çaldı. Başını qaldırıb Təhminəni gördü.
İndi gələcəyəm . Hazırlıqlı gəlmək istəyirəm. - Əlindəki qəzeti
göstərdi. - İstəyirəm futbol yeniliklərindən əvvəlcə özüm agah olum.
Təhminə:
Görək axırı bu futbol sizin başımza nə oyun açır, - dedi və gü-
lümsündü. Ağappaq, xırda tən-bərabər dişləri vardı. Qarğıdalı dənə-ləri kimi
bir boyda və narm.
Qırmızı baharı paltarmın qolları kəsik idi. Yaxasından ətəyinəcən bir
düzüm düymə cərgələnmişdi.
- Yaxşı, hələlik, - deyə əl elədi, uzaqlaşıb getdi.
Nədənsə Nemət Təhminəni ürəyində həmişə Kaman-qız çağırırdı. “Kaman-
qız!” Özünə deməmişdi, amma onu gördüyü ilk günlər-dən belə
adlandırmışdı. Səsinə görə yox. Səsi boğuq və bəm idi. Bəl-kə ona görə ki,
ucaboylu, arıq idi, uzun ayaqları vardı. Bəlkə də ona
görə ki, kaman kimi onu da ancaq şaquli təsəvvür etmək olurdu. Bəzi
qadınları üfüqi təsəvvür edə bilirsən. Amma Kaman-qız şa-
quli qadm idi, gözlərini yumsan da, onu yalnız dimdik görəcəksən. Uzun
ayaqlanyla addımlayır, gedir. Quş kimi harasa tələsir. Həmişə ayaq üstə.
Şəməşək. Kaman-qızı yataqda uzanan təsəvvür etmək çə-tindir. O yalmz üz-
üzə dayanıb öpüşə bilər, qollarım boynuva salar.
Dolayar qollarmı boynuva. Dolayar uzun qollarmı boynuva. Dolayar uzun
qollarını boynuva şərf kimi.
Yox, deyəsən, doğrudan da, bu gün pis başlamayıb. Bütün ayn gö-
zəlliklərdən başqa səhər-səhər dünyalar gözəlinin qarşına çıxması, iki kəlmə
söz kəsməsi savabların savabıdır.
- “Görək Dadaş kişi ovqatımıza soğan doğramasa. Dəbbələməsə!”
Dünən işdən çıxıb evə gəlirdilər, birdən Dadaş Nemətə müraeiət
elədi:
- Yaxşı, de görüm, sən bədii ədəbiyyat tərcümə eləmirsən? Val-lah,
deyir, elmə də, kütləyə də canım qurban, başımı elə bu yolda ağartmışam,
amma tək elmi-kütləvi ədəbiyyat tərcüməsindən nə çıxa-caq! Deyir, qaz vur,
qazan doldur. Yaxşı, savadlı, ixtisaslı tərcüməçi-sən. Yavaş-yavaş keç bədii
ədəbiyyat da tərcümə elə.
Eləyirəm də, Dadaş müəllim, hərdən görürsən düşəndə hekayə-dən,
oçerkdən...
Hekayədən, oçerkdən nə olsun e... Maşallah bir çətən külfətin var.
İndi kinostudiya üçün “dublyaj” eləmişəm. “Jivıye i mertvıye” kino
var e, bilmirəm, görmüsünüz...
Hə, Simonovun romanım çəkiblər...
Bəli.
Aralığa sükut çökdü. Nemət tilov atmış balıqçı kimi gözləyirdi. “Hər
halda məndən deməkdi. Tutdu qatıq, tutmadı ayran. Səhərdən bəhanə
axtarırdım. Yaxşı ki, sözü özü saldı” .
Kiçik bir tərəddüdən sonra Dadaş:
- Lap yaxşı, - dedi, - o roman bizim nəşriyyatm planında da var. Götür
tərcümə elə. Bacararsamm?
Nemət şiddətli ürək döyüntüsünə görə dilinin dolaşacağından qorx-du,
bir müddət danışmadı. Sonra:
Dublyaj eləyəndə materialın içinə girmişəm, - dedi və nəfəsini dərdi, -
mətnə elə alışmışam ki, məncə, çətin olmaz.
Neynək. Mənim etirazım yoxdur.
Yenə bir müddət susdular. Dinib - danışmadan addımlayırdılar.
- Amma bilirsiniz də, Dadaş müəllim, - Nemət sükutu pozdu, - qabaqdan
yay gəlir. İstəyirəm ayrı iş götürməyəm, elə bütün yayı otu-rub bunu
işləyəm.
Dadaş arif idi. M ətləbi göydə tutdu.
Dostları ilə paylaş: |