Seçilmiş əsərləri



Yüklə 3,43 Mb.
Pdf görüntüsü
səhifə28/184
tarix06.05.2018
ölçüsü3,43 Mb.
#42787
1   ...   24   25   26   27   28   29   30   31   ...   184

 

64

– Bəsdir... Sən mənim canım, bəsdir... Lap uşaqdır e... Mən heç səni belə 



bilməzdim, lap uşaqsan e, sən... – Sənubər onun əlini ovuşdura-ovuşdura elə hey 

deyirdi, özü də ürəkdən deyirdi. – Bəsdir də, yaxşı... Istəyirsən yenə öpüm səni? 

Bəsdir də, bəsdir... Yenə görüşəcəyik də... Sən hələ oxuyacaqsan, məktəbi 

qurtaracaqsan, sonra institutu qurtaracaqsan, onda yenə görüşəcəyik səninlə ... On 

ildən sonra yenə görüşəcəyik səninlə... On ildən sonra sən lap yekə kişi olacaqsan... 

O, Sənubərin üzünə baxmağa cəsarət etmədən geri döndü və ayaqları ayaqlarına 

dolaşa-dolaşa arakəsmədən keçib titrəyən barmaqları ilə qapının cəftəsini açdı, 

qaranlıq dəhlizə çıxdı. Qapı ardınca örtüldü. 

Taxta pilləkənləri düşüb, bir müddət qaranlıq dəhlizdə dayandı; bu saat o, 

hamıdan artıq özündən utanırdı  və buna görə  də qaranlıqda dayanmaq istəyirdi. 

Sonra cibindəki üç siqaretdən birini çıxarıb yandırdı və dərin qullab vurub tüstüsünü 

sinəsinə çəkdi, bir anlıq gözləri qaraldı, başı da gicəlləndi bir balaca, sonra siqareti 

yerə atdı, ayağı ilə sıxıb söndürdü və küçəyə çıxdı. 

Əlləri cibində səki ilə üzüaşağı düşürdü. Birdən göyün yeddinci qatından bığlı 

kişinin səsi gəldi: 

– Hə, gedirsən? 

O, çönüb məscidin minarəsinə  tərəf baxdı: bığlı kişi yenə  də başını minarənin 

darısqal pəncərəsindən bayıra çıxarıb ona baxırdı. Bığlı kişi gülümsədi və başını 

tərpətdi, yəni, işində ol. O, əlini qaldırıb yellədi və  nədənsə, elə bil bir balaca 

yüngülləşdi. 

On ildən sonra... O, başa düşürdü ki, on ildən sonra, doğrudan da, Sənubərlə 

görüşə bilər, lakin sövq-təbii hiss edirdi ki, o vaxt nə bu küçə bu cür olacaqdı, nə 

balaca otaqlarını bu cür sevəcəkdi, nə də həmin nöyüt pilətəsi bu cür yanacaqdı.  

O hiss edirdi ki, on ildən sonra bugünkü kimi bu boyda dünyada heç kəsi yox, 

ancaq və ancaq bircə nəfər Sənubəri olmayacaq, amma o istəyirdi ki, həmişə bircə 

nəfər Sənubəri olsun. 

O sövq-təbii hiss edirdi ki, on ildən sonra dodaqlarını  Sənubərin saçlarında 

gəzdirəndə daha ürəyi kövrəlməyəcək və elə bil ki, indidən bu kövrəkliyin həsrətini 

çəkirdi. 

O hiss edirdi ki, on ildən sonra Sənubərlə bu cür görüşməyəcək, elə-belə, olsa-

olsa, küçədə rastlaşa bilərdilər, salamlaşıb ötəcəkdilər, bəlkə heç 

salamlaşmayacaqdılar və keçmişləri yada salıb bu günlərə güləcəkdilər, bu günlərə 

yuxarıdan aşağı baxacaqdılar. O hələ indidən istəmirdi ki, on ildən sonra, bu günlərə 

yuxarıdan aşağı baxsın, ələ salsın bu günləri. 

Sonra birdən-birə ona elə gəldi ki, elə bil indidən on il böyüyüb, əvvəlki adam 

deyil daha. 

Onun başına cürbəcür başqa fikirlər də  gəlirdi və bütün bunlar barədə 

fikirləşmək üçün gedib dəniz kənarındakı kürsülərdən birində təkcə oturmaq istədi, 

amma yadına düşdü ki, sabah Izrail Solomonoviçin dərsi var, hazırlaşmaq lazımdır 

əməlli-başlı – Izrail Solomonoviçlə zarafat etmək olmaz. Cibindəki siqaretləri 

çıxarıb tullayaraq – gecələr anası ciblərini yoxlayırdı – Vovagilə tərəf üz tutdu ki, 

paltosunu götürüb evlərinə getsin. 



 

 Dekabr, 1970. 

 

 



 


 

65

IKI ÇAL PAPAĞIN VƏ BIR QARA  



KEPKANIN NAĞILI  

 

Çox  şilaşı yemişəm, amma belə yalan deməmişəm. Günlərin bir günündə, 



Məmməd Nəsir tinində, biri var idi, biri yox idi, Allahdan savayı heç kəs yox idi, 

təkcə iki nəfər Çal Papaq var idi, bir nəfər də Qara Kepka və Qara Kepkanın da bir 

sevimli həyat yoldaşı var idi ki, adı Çadra xanım idi. 

Bu Çal Papaqlar elə Çal Papaqlar idi ki, hörmətləri dağ boyda – həm bu ətrafda 

yeganə Çal Papağıydılar, həm də ki, cəmi-aləm bunların arasındakı dostluqdan, 

mehribanlıqdan danışırdı, çünki bu dostluq, ayrı dostluq idi, söz ilə deyiləsi deyildi. 

Hər qapının ağzında Çal Papaqlar içəri girməzdən  əvvəl düz yarım saat 

dayanırdılar – o buna deyirdi ki, birinci sən buyur, bu ona deyirdi ki, yox, birinci sən 

buyur. 

Hər dəfə restoranda yeyib içəndən sonra, «Inturist»in xörəkpaylayanı utancaq 



Duvaq xanım filan qədər dururdu Çal Papaqların qabağında, gözləyirdi ki, pulu 

kimdən alsın, – bu, onun əlini geri qaytarırdı ki, pulu gərək mən verəm, o bunun 

əlini tuturdu ki, yox, pulu gərək mən verəm. 

Bir də görürdün ki, Çal Papaqlardan birinin qabağına təzə əmlik quzu əti çıxdı, 

o saat alıb göndərirdi dostu o biri Çal Papağın evinə, amma o Çal Papaq baxırdı ətə, 

görürdü qiyamət ətdir, bunun kababı dəsgah olar, rəva bilmirdi özü yesin, təzədən 

göndərirdi geri ki, yox, bunu gərək sən özün yeyəsən və ət bu evdən o evə, o evdən 

bu evə o qədər gedib gəlirdi ki, axırda xarab olurdu, nə bu Çal Papaq yeyirdi təzə 

əmlik quzu ətinin kababını, nə də o Çal Papaq. 

Gördüyünüz kimi, bu Çal Papaqların dostluğu çox yüksək mərtəbədə  və 

mötəbər idi. 

Indi sizə kimdən xəbər verim, Qara Kepkadan. Qara Kepka başqa bir şəhərdə idi 

və  həmin  şəhərdə öz işini görüb qurtarmışdı, indi də oturub vəfalı  həyat yoldaşı 

Çadra xanımla məsləhətləşirdi ki, hansı şəhərə getsinlər. Qara Kepka iki tel almışdı. 

Birinci tel xəbər verirdi ki, filan şəhərdə iki nəfər Şlyapa var ki, möhkəm dostluğa 

başlayıblar. Ikinci tel də xəbər verirdi bizim möhtərəm Çal Papaqlardan. 

Çadra xanım çox tədbirli və çox da savadlı qadın idi, universitetin hüquq 

fakültəsini bitirmişdi. Qara Kepkaya gələn telləri bir də  nəzərdən keçirdi və belə 

məsləhət gördü ki, əvvəlcə baş  çəksinlər Çal Papaqlara, çünki dostluqları bu 

zalımların lap zırpı  həngamə idi və bu dərəcədə dostluğun üstündə Qara Kepkaya 

töhmət verə bilərdilər. O ki, qaldı  Şlyapalara, onların işi asan idi, hələ  təzə 

başlayırdılar dostluğa. 

Qara Kepka əziz arvadının məsləhətini çox bəyəndi və bütün gecəni evdə oturub 

televizora baxdılar, bir-birilərini sevdilər, səhər də gedib təyyarəyə bilet aldılar. 

Az keçdi, çox keçdi – nağılda vaxt tez keçər – yenə də günlərin bir günündə Çal 

Papaqlar oturub şahmat oynayırdı, birdən qulaqlarına belə bir xəbər çatdı ki, bəs, 

filan yerdən bu şəhərə bir Qara Kepka gəlib, sizinlə dost olmaq istəyir. Çal Papaqları 

gülmək tutdu və o qədər güldülər ki, gəl görəsən. Külfətləri də bu xəbəri eşidib 

qoşuldu onlara, Çal Papaqlardan birinin xanımı yazıq Neylon Yaylıq o qədər güldü 

ki, az qaldı qəşş edə. Sonra da Çal Papaqlar bir-birinə baxıb dedilər ki, aya, camaat 

ağlını itirib məgər belə xam xəyala düşür, bizim dostluğumuz bəyəm kolxoz bazarı-

zaddır ki, hər yoldan ötəni qəbul edək?! Dünyada qəribə avamlar var imiş! 

Həmin gün Çal Papaqlar Avropada təhsil almış kababçı Beretin kababxanasına 

getdilər və dostluqlarının sağlığına bir şüşə beşulduz çeçen-inquş konyakı içdilər. 




Yüklə 3,43 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə