Şəfaət Məsələsində Şübhələrin İfşası



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix09.04.2022
ölçüsü1,24 Mb.
#85238
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
Şəfaət məsələsində şübhələrin ifşası

 Şəfaət Haqqı Verilib Məndə Ondan 

Veriləni İstəyirəm Şübhəsi 


 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 24 

 

 



Cavab: Muhəmməd ibn Abdulvahhəb, Kəşf'uş Şubuhət’də dedi: 

“Peyğəmbərə 

 şəfaət verilib və mən onu Allahın verdiyi kəsdən istəyirəm 



deyərsə, belə cavab veriləcək: Uca Allah ona şəfaəti vermiş sənə isə bunu 

(şəfaəti ondan istəməyi) qadağan etmişdir. Uca Allah buyurur: 

“Allahla yanaşı heç kəsə dua etməyin!” (Cinn, 72/18) 

Uca Allahın, Peyğəmbəri sənə şəfaətçi etməsini istəyirsənsə, o zaman Ona 

bu sözlərində itaət et: “Allahla yanaşı heç kəsə dua etməyin!” (Cinn, 72/18)  

Həmçinin  şəfaət  Peyğəmbərdən 

  başqalarına  da  verilmişdir.  Belə  ki, 



mələklərin,  erkən  ölmüş  uşaqların  və  övliyaların  şəfaət  edəcəyi  sabit 

olmuşdur.  Məgər  sən:  Allah  onlara  şəfaəti  verib  və  mən  onu  onlardan 

istəyirəm  deyirsən?  Əgər  sən  bunu  desən,  Allahın  Quranda  xəbər  verdiyi 

kimi saleh insanlara ibadət etməyə dönmüş olacaqsan. Əgər: Xeyr! desən, 

bu  sözlərinin  batilliyi  üzə  çıxacaq:  Allah  şəfaəti  ona  vermiş  və  mən  onu, 

Allahın verdiyi kəsdən istəyirəm.” 

Bu şübhəyə başqa bir yöndən belə cavab verilər. Uca Allah buyurur: 

“Həqiqətən, Biz sənə kövsəri verdik.” (Kövsər, 108/1) 

Əgər  bir  insan  necə  ki  Rəsulullahı 

 ﷺ

  çağıraraq  “Ey  Allahın  Rəsulu!  Mənə 



kövsərin ətrafından bir yer ver” deyərsə müşrik olar, eləcə də onu çağırıb 

ondan şəfaət tələb edərsə müşrik olar. Çünki mülk Allahındır!

 

 

Qiyamət Günü İnsanlar Peyğəmbərlərdən Şəfaət 



İstəyəcək Şübhəsi 

 

Cavab:  Buradakı  şəfaət,  vasitəçilik  mənasındadır.  Necə  ki  Uca  Allah 



buyurur: 

“Kim yaxşı bir işə şəfaət (vasitəçilik)  edərsə, ona (bunun savabından) bir 

pay  düşər,  kim  də  pis  bir  işə  şəfaət  (vasitəçilik)  edərsə,  ona  da  (onun 

günahından) bir pay düşər.” (Nisa, 4/85)  

Muhəmməd ibn Abdulvahhəb, Kəşf'uş Şubuhət'də dedi: 



 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 25 

 

"Onların (müşriklərin) başqa bir sübhələri daha vardır. O da Peyğəmbərin 



 

zikr  etdiyi:  "Qiyamət  günü  insanlar  Adəmdən,  sonra  Nuhdan,  sonra 



İbrahimdən, sonra Musadan sonra İsadan yardım istəyəcəklər, lakin hamısı 

üzrxahlıq edəcək. Nəhayət Muhəmmədə 

 gələcəklər" sözüdür. Deyirlər ki: 



Bu, Allahdan başqasından yardım istəməyin şirk olmadığına dəlildir. 

Cavab olaraq deyirəm ki: Düşmənlərinin qəlbini möhürləyən Allah, Uca və 

nöqsanzıdır.  Biz,  məxluqatdan  onun  qadir  olduğu  şeyi  istəməyi  inkar 

etmirik. Necə ki Uca Allah, Musanın qissəsində buyurur: 

"Tərəfdarlarından  olan  kəs  ondan  (Musadan)  düşməninə  qarşı  yardım 

istədi." (Qasas, 28/15) 

Və  necə  ki,  insanlar  döyüşdə  vəya  başqa  zamanlarda  dostlarından 

məxluqatın qadir olduğu bir şeyi istəyir. Bizim inkar etdiyimiz, ibadət olan 

yardım  istəməkdir  ki,  o  da,  övliyaların  qəbirləri  başında  vəya  qeybdə 

olduqlarında  Allahdan  başqasının  qadir  olmadığı  şeydə  onlardan  yardım 

istəməkdir.  

Bu sabit olduğu zaman (bilinər ki:) Onların qiyamət günü Peyğəmbərlərdən 

yardım istəmələri, cənnət əhli qiyamətin sıxıntılarından rahatlığa qovuşsun 

deyə  insanların  hesaba  çəkilməsi  üçün  onlardan  Allaha  dua  etmələrini 

istəmələridir. 

Bu  isə  dünya  və  axirətdə  icazəlidir.  O  da,  sənin  sözlərini  eşidən  diri  olan 

saleh bir kişinin yanında oturub, ona belə deməyindir: Mənim üçün Allaha 

dua et! 


Necə ki, Peyğəmbərin səhabələri ondan bunu sağlığında istəyirdilər. Onun 

ölümündən  sonra  isə,  onların  Peyğəmbərin  qəbri  yanında  bunu  əsla 

istəməmişlər.  Əksinə  sələf  onun  qəbiri  yanında  Allaha  dua  etməyi  qəsd 

etməyi inkar etdiyi halda, Necə onun 

 özünə dua etmək olar?! 



..... 

Bu hara... İbadət olan yardım istəmək və şirk hara! Kaş ki anlayardılar." 

 

Nisa, 64 Haqqında Şübhə 

 

 “Əgər  onlar  özlərinə  zülm  etdikləri  zaman  sənin  yanına  gəlib  Allahdan 



bağışlanma  diləsəydilər  və  Rəsul  da  onlar  üçün  bağışlanma  diləsəydi, 


 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 26 

 

həqiqətən,  Allahın  tövbələri  qəbul  edən  və  Rəhmli  olduğunu  görərdilər.” 



(Nisa, 4/64) 

Şübhəsiz ki, bu onun sağlığına aiddi. Çünki diri idi və onu etməyə qadir idi. 

Ölü-diri fərq etməz deyərək bu ayəni dəlil gətirib, Rəsulullahdan 

 ﷺ

 şəfaət 



tələb etməyi icazəli görmək, ölümündən sonra ona beyət etməyi də icazəli 

görməyi gərəkdirir ki, bunu ağlı olan biri iddia etməz. Uca Allah buyurur:

 

“Ey  Peyğəmbər!  Mömin  qadınlar  Allaha  heç  bir  şərik  qoşmayacaqlarına, 



oğurluq  və  zina  etməyəcəklərinə,  uşaqlarını  öldürməyəcəklərinə,  əlləri  ilə 

ayaqları arasından olanı yalanla ört-basdır etməyəcəklərinə və heç bir yaxşı 

işdə  sənə  qarşı  çıxmayacaqlarına  dair  sənə  beyət  etmək  üçün  yanına 

gəldikləri  zaman  onların  beyətini  qəbul  et  və  Allahdan  onlar  üçün 

bağışlanma dilə.” (Mumtəhənə, 60/12) 

Və  bu  anlayış  bir  batilidə  gərəkdirir  ki,  o  da,  ixtilafları  həll  etmək  üçün 

Rəsulullahın 

 qəbrinə getməkdir: 



 “Əgər  bir  şey  haqqında  ixtilaf  etsəniz,  Allaha  və  Axirət  gününə  iman 

edirsinizsə, onu Allaha və Rəsuluna qaytarın.” (Nisa, 4/59)

 

Buna  başqa  bir  yöndən  cavab:  Həqiqətən  istiğfar,  əməldir.  Əməl  isə, 



öldükdə kəsilir. Elə isə Rəsulullahdan 

 bunu tələb etmək faydasızdır: 



“İnsan öldüyü zaman əməli kəsilər. Üç şeydən başqa: Davam edən sədəqə, 

faydalanılan elm və onun üçün dua edən saleh övlad.” 



22

 

İbn Teymiyyə dedi: 



“Onlardan  elələri  də  var  ki,  Allahın:  “

Əgər  onlar  özlərinə  zülm  etdikləri 

zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Rəsul da onlar 

üçün  bağışlanma  diləsəydi,  həqiqətən,  Allahın  tövbələri  qəbul  edən  və 

Rəhmli  olduğunu  görərdilər.”

  (Nisa,  4/64)  sözlərini  təvil  edir  və  deyirlər: 

Əgər ölümündən sonra ondan istiğfar etməsini istəsək, səhabələrdən istiğfar 

etmələrini istəyənlər kimi olarıq. Bununla səhabələrin, xeyir işlərdə onlara 

tabe  olanların  və  digər  müsəlmanların  icmasına  müxalif  oldular.  Çünki 

onlardan  heç  biri  Peyğəmbərdən 

  ölümündən  sonra  onun  üçün  şəfaət 



etməsini istəməyib və ondan heç bir şey istəməyib. Bunu, müsəlmanların 

imamlarından heç biri kitablarında qeyd etməyib.” 



23

 

 



Həmçinin bu əməli, səhabələrin etmədiyinə başqa bir dəlil: 

                                                             

22

 

Muslim, Vasiyyət: 14/1631 



23

 

Məcmu’ul Fətava: 1/158 




 

Ş ü b h ə l ə r i n   İ f ş a s ı

   


                                                               

S

ə h i f ə



| 27 

 

“Ömər  ibn  Xattab  (Allah  ondan  razı  olsun),  qıtlıq  olanda,  Abbas  ibn 



Abdulmuttalib ilə  yağış istəyərək  dedi: Allahım!  Biz  Sənə,  Peyğəmbərimiz 

ilə təvəssül edərdik, bizə yağış verərdin. İndi isə (Peyğəmbər öldüyü üçün) 

biz Sənə, Peyğəmbərimizin əmisi ilə təvəssül edirik. Bizə yağış ver.” 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə