Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 
- 48 - 
güsündə əks oluna bilir, qalanları – onun sirli-sehirli tərəfi 
qəlbə çökür, ürəyi fəth edir, amma dərk oluna bilmir.  
İnsana verilmiş məhdud idrak qabiliyyəti əslində yal-
nız müəyyən məkan və zaman hüdudunda baş verən sonlu 
hadisələrin  öyrənilməsi  üçün  yetərlidir.  Sonsuzluğu,  əbə-
diyyəti məntiqlə dərk etmək mümkün olmadığı kimi, duyğu 
ilə  tam  ehtiva  etmək  də  mümkün  deyil.  Qeyri-müəyyənlik 
insanı  bir  tərəfdən  cəlb  edirsə,  digər  tərəfdən  də  qorxu  ilə 
müşayiət  olunur.  Ona  görə  də,  qorxu  qədər  əsrarəngiz  bir 
duyğu  yoxdur.  İlahi  eşqin  komponentlərindən  biri  qorxu, 
biri də pərəstiş duyğusudur. İnsanın məqsədi Allaha çatmaq 
yox, O-na səcdə etmək olmalıdır.  
Ən böyük ideal Allahı ehtiva etmək deyil, Allah duy-
ğusu ilə ehtiva olunmaq, O-na tapınmaq, O-na sığınmaqdır. 
Allahı təbiətdə və insanın qəlbində axtaranlar da var. Əlbət-
tə,  hər  şeydə  O-nun  nişanəsini  görmək  olar.  Yaradılmış 
olan ən azı Yaradanın iradəsinin məhsuludur. Lakin məqsəd 
O-nu özündə  tapmaq  deyil,  özünü  O-nda  itirmək, dəryanın 
damlası olmaqla sonsuzluğa qovuşmaqdır. Nəfs pillələri ilə 
qalxaraq  («nəfs  üzərində  qələbə  çalaraq»)  ruh  aləminə  qo-
vuşmaq,  vəhy  məqamına  çatmaq,  özünün  Haqq  olduğunu 
deyil, Haqqa qovuşduğunu, O-nun bir parçasına çevrildiyini 
anlamaq, duymaq – budur böyük səadət, budur  kam almaq 
və budur kamala çatmaq! 
H.Cavidin  universal  gözəllik  idealına,  gözəlliyə  pə-
rəstiş məqamına hansı  yolla gəlməsi  məsələsini hələlik  bir 
kənara qoyub, Eşq tanrıçılığının ilkin mənbələrinə müraciət 


 
- 49 - 
etmək istərdik. Əlbəttə, bu mənbə Füzulidən daha əvvəllərə 
gedib  çıxır  və  bizcə,  ilk  növbədə  Mühyiddin  İbn  Ərəbinin 
təsiri kimi izah edilə bilər. İslam dünyasında eşqin univer-
sallaşdırılması  və  hətta  ontoloji  mahiyyət  kəsb  etməsi  İbn 
Sinanın və Nizaminin adı ilə, ilahi eşq konsepsiyası isə da-
ha çox dərəcədə təsəvvüf fəlsəfəsi və onun ilk nümayəndə-
lərindən  olan  Rabiə  əl-Ədəviyyənin  adı  ilə  bağlı  olsa  da, 
Eşq  tanrıçılığı  məhz  İbn  Ərəbi  tərəfindən  bütöv  bir  təlim 
səviyyəsinə  qaldırılmışdır.  Bunları  xatırlatmaqda  məqsədi-
miz heç də H.Cavidin “Mənim tanrım gözəllikdir, sevgidir 
tezisinin orijinal olmadığını vurğulamaq deyil. Məqsəd, əs-
lində, Cavidin bu mövqeyi sadəcə poetik vüsət məqamında 
ifadə etmədiyini, ötəri olaraq söyləyib keçmədiyini və  milli 
-dini  fikir  tariximizdə  onun  dərin  fəlsəfi  kökləri  olduğunu 
göstərməkdir.  
Belə  bir  cəhət  də  nəzərə  alınmalıdır  ki,  eşqlə  gözəl-
liyin müqayisəsində və ilkinlik, təməl statusunun müəyyən-
ləşdirilməsində H.Cavid və İbn Ərəbi fərqli mövqelərdə da-
yanırlar.  İbn  Ərəbi  yazır:  «Sevginin  səbəbi  gözəllikdir.  … 
Zira  gözəllik  təbiətcə  sevilən  şeydir…».
1
  Cavid  də  eşq  və 
gözəlliyi  iki  paritet  əsas  kimi  götürür.  Lakin  o,  üstünlüyü 
eşqə  verir  və  daha  doğrusu,  gözəlliyi  eşqin  nəticəsi,  sevən 
məqamda insanın hər şeydə mahiyyəti, ideyanı, ali məqamı 
duymaq keyfiyyətinin təzahürü kimi dəyərləndirir: 
 
                                                 
1
  Мущйиддин  Ибн„ул-Араби.  ел-Футущат  ел-меккиййе.  Тярт. 
Проф. Др. Нищат Кеклик. Анкара, 1990, с. 447.  


 
- 50 - 
Həp sevgidir gözəlliyi insana sevdirən 
Məhrumi-eşq olunca gözəllik də can sıxar.
 1
 
 
Bu  yerdə  Aşıq  Veysəlin  də  gözəl  bir  deyimi  yada 
düşür: 
Gözəlliyin beş para etməz 
Məndəki bu eşq olmasa. 
Əylənəcək yer tapmazsan 
Könlümdəki köşk olmasa.    
 
«Zər qədrini zərgər bilər», naşı üçün zərlə saxta parıl-
tı arasında fərq  yoxdur. Lakin burada başqa bir məqam da 
ortaya  çıxır.  Hər  yaradılmışın  bir  xeyri,  bir  gözəlliyi  var: 
onu üzə çıxaran şərait, zaman və şəxs olanda. «Ərlərin eşqi 
gözəlliyi təyin etməyin meyarıdır. Gözəlliyin üzərindəki pər-
dəni  parçalayan  bu  eşq,  eyni  zamanda  onu  pərdələyər». 
Məhəmməd İqbalın bu sözləri eşq ilə gözəllik arasında qar-
şılıqlı  münasibətin  ifadəsidir.  Həm  də  ilkinlik,  subyekt 
funksiyası eşqə verilir.  
«Könül sevən gözəl olar» kəlamı da məhz həmin ide-
yanı ifadə edir. Bu məqamda Cavid klassik Şərq fəlsəfi fikir 
ənənələrini  şifahi  xalq  yaradıcılığının,  milli  fəlsəfi  fikrin 
nümunəsi olan atalar sözündəki hikmətlə tamamlayır. Düz-
dür, gözəlliyə belə münasibət onun rus inqilabi-demokratik 
fikrində,  xüsusən,  marksizm  fəlsəfəsində  təsbit  olunmuş 
«obyektiv xarakterini» şübhə altına alır və subyektin halını 
önə  çəkir,  amma  Cavidin  yaradıcılığı  bu  məsələdə  daha 
                                                 
1
 Щ. Жавид. Ясярляри 5 жилддя, Ы жилд, Бакы, «Елм», 2005, с. 
83. 


 
- 51 - 
tarazlı,  balanslı  mövqeyə  əsaslanır.  Belə  ki,  sevən  adamın 
gözünə  heç  də  hər  şey  gözəl  görünmür.  O,  sadəcə  olaraq, 
hər  şeydəki  gözəl  məqamları  görür.  Qüsurlar,  çirkinliklər 
üçün  isə  göz  artıq  qapanmışdır.  Bu  mənada  sevgi  başı  du-
manlandırır, gözü kor edir.  
Digər  tərəfdən,  Cavid  eşqi  insanın  xoşbəxtliyi  üçün 
də mühüm şərt hesab edir.   
 
Dünyada varsa dövləti-cavid, o, eşqdir, 
Olmaz sevib-sevilməyən ömründə bəxtiyar.
1
 
 
Lakin Cavid poeziyasında eşqin yüksəldilməsi heç də 
dini hissin alçaldılması hesabına deyil. Bu baxımdan, ədəbi 
tənqiddə geniş yer almış «eşqin din üzərində qələbəsi»
2
 fik-
ri ilə razılaşmaq düzgün olmazdı. Təəssüf ki, rəsmi fəlsəfə-
çilər də məsələyə bu cür yanaşaraq, Cavidin guya ilahi eşq 
haqqında ənənəvi Şərq konsepsiyasından, təsəvvüf dəyərlə-
rindən  uzaqlaşdığını  və  həyati  gözəlliyə  məhəbbət  mövqe-
yinə  keçdiyini  göstərməyə  çalışırlar.  Bu  mövzuda  fəlsəfi 
tədqiqat  çərçivəsində  yazılmış  əsərlər  içərisində  diqqətəla-
yiq saydığımız bir məqalədə – fəlsəfə elmləri doktoru Elmi-
ra  Zamanovanın  «Azərbaycanın  romantik  şairi  H.Cavidin 
sevgi  və  gözəllik  konsepsiyası»  adlı  məqaləsində də  məsə-
ləyə məhz həmin ənənəvi mövqedən yanaşılır. Müəllif Şeyx 
Sənanın dinə ilk münasibəti ilə sonrakı münasibət arasında 
                                                 
1
 Йеня орада, с. 83. 
2
 Й.Гарайев, Т.Кяримли. Бир нечя сюз. // Щ.Жавид. Ясярляри 5 
жилддя, Ы жилд, 2005, с. 18.
   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə