136
lara uyğun sağollaşaraq otaqdan çıxmış və cəzasını gözlə-
mişdi.
Komandir eşitdiyi bu sözlərdən çox məyus olmuş, bir
müddət gözlərini qırpmadan örtülən qapıya baxmışdı.
Qorxudan və gördüklərindən, yaranmış gərgin vəziyyət-
dən çaş-baş olan, durumdan heç nə anlaya bilməyən er-
məni əsgərlər də sakitcə komandirə baxırdı. Komandir
birdən əsgərlərin otaqda olmasının fərqinə varmış, bütün
acığını heç nədən xəbəri olmayan yazıqlardan çıxmışdı.
Sonra isə bu vəziyyətdən necə çıxacağı haqqında düşün-
müşdü. Mayora böyük hörməti olduğundan şəxsi nüfu-
zundan istifadə edərək, onun rütbəsinin, sadəcə, bir pillə
aşağı salınmasına nail ola bilmişdi.
Altay Banu ilə anasının məsləhəti ilə evlənmişdi.
Hərbçi olandan sonra sanki özünü də unutmuşdu. Atəş-
kəs elan edildikdən sonra evə qayıdan oğlunu bağrına ba-
sıb ağlayan ana nə qədər çalışsa da, onu evləndirə bilmə-
mişdi. Amma Türkiyədə təhsilini bitirib qayıdanda atası-
nın şəkərinin yüksəlməsi onu bu barədə düşündürmüş-
dü. Hətta xəstəxanada yatan atası yalvarış dolu gözləri ilə
ona baxıb “məni nə vaxt sevindirəcəksən, axı ömrümə az
qalıb?” – deməsi və gözlərində dolub daşan gözyaşları
onu yamanca kövrəltmişdi. Təyinatı gələndə anasına “ki-
mə istəyirsən, elçi gedə bilərsən” – demişdi. Bu xəbəri
eşidən anası sevinclə “Çadramı sallam başıma üz-gözü-
mü bəzərəm...” mahnısını oxumuş, elə səhəri gün çox-
dandır gözaltı etdiyi qonşu qızı Banuya elçi getmişdir. Qı-
sa zamanda üzük taxılmışdı. Altayın da Banudan xoşu
gəlirdi, amma heç vaxt onunla evlənməyi düşünməmişdi.
Banu ilə rəftarı şirin məhəllə uşağına olan münasibətdən
başqa bir şey deyildi, çünki Banu Altaydan təxminən 10
137
yaş kiçik idi. Lakin evlilik mövzusunda onu heç nə ma-
raqlandırmadığı üçün, heç qızın yaşı belə onu maraqlan-
dırmırdı. Anası məsləhət bilmişdisə, deməli, onluq bir şey
yox idi. Anasının zövqünə və fərasətinə söz ola bilməzdi,
ona çox inanırdı.
Amma sonra elə bir mehriban, səmimi, hörmət əsa-
sında qurulan ailə olmuşdular ki, necə deyərlər, əsl Azər-
baycan ailəsinə örnək ola biləcək qədər. Evlənəndə hamı-
dan fərqlənərək gəlin maşınının qabağına hətta gəlincik
və ya gül belə qoydurmamışdı. Azərbaycan bayrağını ma-
şının kopotunun üstünə bəzətdirmişdi. Geyindiyi bəy
kostyumunda da üçrəngli bayraq ona xüsusi qürurverici
bir görkəm verirdi.
Komandirindən bu tapşırığı alanda çox sevinmişdi.
Dəfələrlə ölümdən qurtulan kapitan ölüm haqqında dü-
şünməmişdi. Daxilən optimist olan Altay heç vaxt bu ba-
rədə düşünməzdi. Hətta ən ağır günlərdə belə bu fikri ağ-
lına gətirməzdi.
Amma nədənsə sonuncu dəfə ayrılanda qəlbinin də-
rinliklərində Ərturanı bir daha görə bilməmək qorxusu
yaşadı. İnsanın itirdikləri çoxaldıqca, qorxu hissinin gücü
də artırdı. Bir zamanlar canından başqa heç nəyi olmayan
kapitan artıq üç canın ona bağlılığından qorxurdu. O ölsə,
ən azından yarımcan olacaqdı. Oğlunun da böyüməyini
görməyəcəkdi. Yalnız bunu düşünəndə ölmək istəmirdi.
138
15
Dədə Əfəndi yerinə əyləşərək Ata ocağının üzvlərinə
də əyləşməyi işarə etdi. Onun narahatlığı tələsik söhbətə
başlanmasından hiss edilirdi.
– Birinci bu sakitlikdən çox narahatdır. Bizim isə ona
deyəcək heç bir sözümüz yoxdur. OdƏrlərdən isə hələ də
heç bir məlumat ala bilmirik. Boqomillanın göndərdiyi
məxfi məlumatda da göstərilir ki, hələ sakitlikdir. O,
OdƏrlərdən heç bir işarə almadığını bildirir. Hərbi hissə-
dəki əsgər ölümləri xaos yaratmaqdadır. Sağlam qüvvələ-
ri belə bunların təxribat olmağına inandırmaq çətinləşib.
Ordudakı casusları tam olaraq müəyyənləşdirib zərərsiz-
ləşdirmək isə tam olaraq mümkün deyil. Əksəriyyəti artıq
ifşa olunub, amma birbaşa həbs edib uzaqlaşdırmağın
diqqət çəkməsindən narahat olduğumuz üçün gözləmə
mövqeyindəyik. Kamandar bəy, sizin kəşfiyyat nəsə əldə
edibmi, son vəziyyətlə əlaqədar hansısa məlumatınız
varmı?
– Dədə, təəssüflər olsun ki, heç nə əldə edə bilməmi-
şik. Komandir Xankəndinə yaxınlaşanda onda olan tele-
fonla bizə məlumat ötürməli idi. Amma bir xəbər gəlmir
ki, gəlmir. Dünən erməni tərəfindən bir sorğu almışıq.
Müdafiə Nazirliyinə göndərdikləri bu sorğuda iki əsgər-
lərinin itkin düşdüyü söylənilir. Ehtimal edirlər ki, əsgər-
lər bizim kəşfiyyat tərəfindən ələ keçirilib. Bu xəbəri eşit-
dikdə bir az təskinlik tapdım. Bu bir işarədir. Bizim hərbi
kəşfiyyatın əlində olmadığına görə OdƏrlə rastlaşıblar.
Sizdən tapşırıq almadan sorğuya cavab vermədik. Nazir-
lik isə bizdən cavab gözləyir. Rusiya səfirliyinin də işə qa-
139
rışdığı bildirilir. Əslində, mənim fikrimə görə, biz əsgərlə-
rin bizim tərəfə könüllü keçdiyini deməliyik.
Dədə Əfəndi general Atilla Babayevin üzünə baxdı.
Bu ona söz verildiyini bildirirdi. Atilla Babayevin gözləri
bir anlıq yol çəkdi. Sonra da mavi gözlərini Dədə Əfəndi-
yə yönəldərək: – Məncə, Kamandar bəy düzgün buyurur.
Biz əsgərlərin bizim tərəfdə olduğunu söyləməklə erməni
kəşfiyyatını sakitləşdirmiş olarıq. Və beləliklə, əgər əsgər-
lər sağdırlarsa, OdƏrlərin işinə dəstək ola bilərik. Təəs-
süflər olsun ki, bizim də əməliyyatçılarımızın OdƏrlər
haqqında heç bir məlumatı yoxdur. Erməni kəşfiyyatının
içinə sızdırılmış casuslarımız heç bir yenilik olmadığı
haqqında məlumat göndəriblər. Bu da o deməkdir ki,
OdƏrlər hələ də ələ keçməyib. Və deməli, əməliyyat da-
vam edir.
Ata kişi Dədə Əfəndiyə baxaraq söz istədiyini işarə
etdi. Qayğılı göründüyü onun da müdrik simasında sezi-
lirdi: – Atilla bəy, sizin sonrakı planınız hazırdırmı bu və-
ziyyətdən çıxmaq üçün? Əməliyyat hər hansı bir səbəb-
dən pozularsa və bir neçə gündən sonra bu əsgərlərin
qaytarılması ilə bağlı təzyiqlər olarsa, çıxış yolumuz nə-
dir?
Təşkilatın bütün üzvləri sanki bu sualın cavabını dü-
şünürdü. Hər kəs cavab üçün generala baxdı.
– Ocağın verdiyi qərarın əvvəlcədən böyük risk ol-
duğunu hamımız bilirdik. Məqsədimiz də müharibənin
başlanmasını şərtləndirmək idi. Dünyaya bunun da gü-
nahkarının Ermənistan olduğuna inandırmalı idik. Mən-
cə, biz ilk öncə OdƏrlərin taleyini düşünməliyik. Fikri ya-
yındıraraq onların yaşayıb-yaşamaması haqqında məlu-
mat əldə etmək üçün zaman əldə etməliyik. Prosesin ge-
Dostları ilə paylaş: |