Şəmil Sadiq



Yüklə 19,45 Mb.
Pdf görüntüsü
səhifə22/77
tarix08.09.2018
ölçüsü19,45 Mb.
#67223
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
82 
"Cəhənnəm"  romanının  finalı  müəllifin  dilindən 
verilmiş:  "Cəhənnəm  məkanını  tap,  ey  "ins",  o  fantas-
tikasız  fantastika  sənin  özündə  deyilmi?!"  cümlə  ilə 
yekunlaşır.  Burda  Hüseyn  Cavidin  "İblis"  pyesindəki 
İblisin son monoloqu diqqətimizi çəkməyə bilməz: " 
Mən tərk edirəm sizləri əlan nəmə lazım? 
Heçdən gələrək heçliyə olmaqdayım azim. 
İblis nədir? 
– Cümlə xəyanətlərə bais… 
Ya hər kəsə xain olan insan nədir? 
– İblis!.. 
Hər  iki  müəllifin  qənaətinə  görə,  əgər  dünyanı  bu 
qədər iblisləşmiş insan bürümüşsə və onlar dinc dövr-
də  belə  hər  kəsin  xoşbəxtliyinə  mane  olub,  müharibə 
dövründə  milyonları  məhvə  məhkum  edə  bilirlərsə, 
onda mövhumi İblisə, cəhənnəmə daha ehtiyac yoxdur. 
Bünyad  bəydən  fərqli  olaraq,  Arif  içindəki  iblislə 
mübarizəyə  qalxdı,  amma  o,  bunun  fərqinə  varmadı, 
çünki  Arif  İblisi  içində  yox,  Göylərdə  təsəvvür  edirdi. 
İblisin  yaranmasının  da  günahını  Allahda  görürdü  və 
son  nəticədə  öz  daxili  aləmini  təmizləyə,  saflaşdıra 
bilməyən Arif qəlbindəki iblisə uydu. 
Məqalənin  əvvəlində  "Cəhənnəm"  əsərindən  veril-
miş  "ömrü  onsuz  da  işgəncələr  içində  keçən  insanı  bir 
daha,  özü  də  daima  əzaba  salmağa  hansı  vicdansız 
yaradıcıya  lazım  olub?"  sualını  müəllif  özü  vermişdir, 
amma  Hüseyn  Caviddə  Arif  İblislə  mübarizəyə  qalx-
mışdı.  Nəzərə  alsaq  ki,  obrazları  dindirən  də  müəllif-
dir,  deməli,  həm  Hüseyn  Cavid,  həm  də  isa  Muğanna 
bəşər övladının iblis xofunu yalnız öz bətnindən təmiz-
ləməyi tövsiyə etmişdi. 


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
83 
1.3. İsa Muğannanın "İlan dərəsi" 
silsiləsində tarixilik və mistika 
 
İsa  Muğanna...  Bu  ad  bütün  Azərbaycan  oxucu-
suna  doğmadır.  Ədəbiyyata  gəldiyi  gündən  keşmə-
keşli  bir  ömür  yolu  keçən  İsa  Muğanna  tutduğu 
qələmə  həmişə  sadiq  qalmış,  çətinliklərə,  təzyiqlərə 
baxmayaraq,  inandığı  yoldan  dönməyən  dahi  bir 
şəxsiyyət kimi özünü təsdiqləmişdir. Ədəbiyyatımız-
da,  bəlkə  də,  dünya  ədəbiyyatında  onun  kimi  ikinci 
bir şəxsiyyət yoxdur ki, uzun illər öncə yazdığı əsər-
lərə dönə-dönə qayıtsın, məzmununda ciddi dəyişik-
liklər  etsin.  Bəlkə  də,  kimlərsə  bunu  cəsarətsizlik  və 
lüzumsuz bir hal kimi qəbul edir. Amma, məncə, bu 
İsa Muğannanın yazdıqlarına və düşündüklərinə sə-
daqətli  olmasından  və  səmimiliyindən  irəli  gəlir. 
Çünki  qələminə  və  sözünə  şübhə  belə  olmayan  bir 
sənətkar  öz  əsərini  yenidən  işləyir,  onu  əlavələrlə 
zənginləşdirirsə, bu bir növ onun səmimi söz ustadı 
olduğundan  xəbər  verir.  Professor  Nizami  Cəfəro-
vun  dili  ilə  desək,  "Mən  sizin  yazdığınız  hər  cümlə-
nin heyranıyam, çünki sizin yazdığınız hər bir cümlə 
Azərbaycan  dilinə  tarixi  nüfuz  (və  hörmət)  gətirir. 
Sizin  bədii  intellektual  təfəkkürünüzün  miqyası 
elədir ki, dünyada mövcud olmuş (və olan!) istənilən 
xalqın yazıçısının bədii intellekti ilə müqayisə oluna, 
həmin müqayisədə ən qeyri-obyektiv hakimin  mün-
sifliyi ilə qalib gələ bilər"
49
 
İsa Muğannanın "Yanar ürək" əsərini yenidən iş-
                                                 
49
 Nizami Cəfərov, Yazıçıya məktub, Ədəbiyyat qəzeti, 6 iyun 2008.  


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
 
84 
ləyib  "İdeal",  "Doğma  və  yad  adamlar"  əsərini  "İsa-
həq, 
Musahəq" 
adlandırması, 
"Qəbiristan"ı, 
"GurÜn"ü,  "Cəhənnəm"i  yenidən  əlavələrlə  işləyib 
oxuculara təhvil verməsi səbr və əzm istəyir. Heç bir 
yazıçı  bədii  əsərinə  qarşı  bu  qədər  tələbkar  deyil. 
Amma İsa Muğanna bunu bu ahıl yaşlarında da edir-
di.  Ömür-gün  yoldaşı  Firuzə  xanım  belə  Muğanna-
nın bu tələbkarlığına bəzən üsyan edirdi. Söhbətləri-
mizin  birində  ustad  sənətkar  dedi  ki,  "Gərək  "Məş-
hər"i yenidən işləyim". Bu zaman Firuzə xanım: "Ay 
İsa,  bəsdir,  sən  Allah"  deyərək  etirazını  bildirdi.  İsa 
müəllim  isə  öz  mövqeyində  qaldı  və  imkan  tapan 
kimi işləyəcəyini desə də, ömür vəfa etmədi. 
İsa Muğannanın son kitabı olan "İlan dərəsində" 
dörd yeni əsəri verilib: "Həyatımdan səhifələr" oçer-
ki, "Qırx kisə qızıl", "Söz yarası" və "İlan dərəsi və ya 
peyğəmbərin  taleyi"  povestləri.  Bu  əsərlər  ilk  dəfə 
Azərbaycan jurnalında çap edilsə də, hələ kitab şək-
lində  oxuculara  təqdim  edilməmişdir.  Bu  əsərlərin 
birinci  nəşrini  hazırlamaq  ilk  dəfə  mənə  nəsib  oldu. 
Bu  mənim  üçün  İsa  Muğanna  demiş  "fantastikasız 
fantastika"  kimidir.  Çünki  bir  vaxtlar  əsərlərini  oxu-
yub  ideal  dünya  axtarışında  olan  bir  tələbənin  bu 
ideal  dünyanı  təqdim  edən  bir  dahinin  əsərlərini 
çapa  hazırlaması  və  ön  söz  yazması  bir  möcüzə 
kimidir.  Pafoslu  səslənməsini  istəmədiyim  bir  fikri 
bura  yazmaq  istərdim,  ön  söz  yazıb-yazmamağım 
haqqında  çox  düşünürdüm.  Sərhədsiz  bir  ideya  və 
fikir  sahibinin  əsərləri  haqqında  nəsə  yazmağın 
məsuliyyəti məni sıxırdı. Amma ustadım qəbul etdi-


 
 
 
 
 
 
 
İsa Muğanna yaradıcılığı “İdeal” işığında 
 
85 
yim  Muğannanın  şərəfinə  və  əsərlərindən  təsirlə-
nərək  yazdığım  "OdƏrlər"  romanımın  ön  sözünə 
yazdığı rəydəki son cümlə məni cürətləndirdi: Çünki 
bizim  ikimizin  taleyi  var  bu  kitabda.  Tale  birliyi,  əbədi 
yazıçılıq  birliyi,  gələcək  həyat  birliyi  böyük,  nadir  xoş-
bəxtlikdir...  Elə  bu  cümlədən  ürəklənib  kitabın  adını 
da təklif etdim: "İlan dərəsi".
50
 
Bir  az  düşündü  və  olar  dedi.  Çünki  təklifi  et-
diyim zaman kitabın üz qabığının dizaynını da apar-
mışdım.  "Ağ  gəlini  yaxşı  fikirləşmisiniz"  dedi.  Zəif 
görən  gözləri  ilə  ƏsƏlmənin  təsvir  edildiyi  rəsmə 
baxıb: Bunu daha yaxşı oxşatmısınız", – dedi. Bu iki-
mizində gülüşünə səbəb olmuşdu. 
Azərbaycan  ədəbiyyatında  çox  böyük  rezonans 
doğuran  "İdeal"  əsəri  haqqında  demək  olar  ki,  öl-
kəmizin ən böyük alimləri öz tənqidi fikirlərini yaz-
mışdır. 
Akademik  İsa  Həbibəyli  İsa  "Hüseynovdan  İsa 
Muğannaya:  axırıncı  əlyazma  və  bütöv  dünya"  mə-
qaləsində  qeyd  edir  ki,  "İsa  Hüsenovun  yaradıcılığı 
Azərbaycan  bədii  nəsrinin  böyük  ustadı  Cəlil  Məm-
mədquluzadə  ilə  altmışıncı  illər  ədəbi  nəslinin  ara-
sında  körpü  funkiyasını  daşıyır.  İsa  Hüseynovun 
əsərləri  Azərbaycan  altmışıncılarının  möhtəşəm  bir 
proloqudur.  Sanki  İsa  Hüseynov  doğma  və  yad 
adamlar  haqqındakı  qənaətlərini,  yazıçı  təəssürat-
larını  Azərbaycan  altmışıncılarına  təhvil  verib,  özü 
tamam  yeni  bir  sahə  ilə,  “İdeal”  romanı  ilə  və  onun 
davamı olan yeni dünyanı təsvir etməklə məşğul ol-
                                                 
50
 Şəmil Sadiq, Odərlər romanı, Bakı: Hədəf nəşrləri, 2013, s 2-3.
 


Yüklə 19,45 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə