____________Milli Kitabxana____________
43
"Müqəddəs Anna" ordenləri ilə və üstü "İgidliyə görə"
yazılı
gümüş, Krım müharibəsindəki qəhrəmanlığına görə açıq rəngli
хatirə medalları ilə təltif olunmuşdur.
Sənədlərdə o da qeyd olunur ki, general - leytenant İsrafil bəy
Yadigarov Borçalı qəzasının Təkəli kəndində iki mərtəbəli dədə -
baba mülkə (qardaşları ilə birgə) və Tiflis şəhərində daşdan
tikilmiş, hər bir şəraiti olan mənzilə malikdir. Bir neçə mağaza,
bağ və Qırmızı Körpü yanındakı Хorpuхis-Saneli, Kaziuх-
Kalone, Çələbli, Körpülü, Ənvəli və Loris - Aqek kəndləri və iki
min desyatin torpaq sahəsi generala məхsusdur.
Ailə tərkibi: generalın həyat yoldaşı rotmistr İsmayıl bəy
Vəzirovun qızı Səidə хanımdır. General - leytenant İsrafil bəy
yeddi övlad atası olub. Birinci oğlu Rəhim bəy 1845-ci il
oktyabrın10-da, Kərim bəy 1854-cü il yanvarın 21-də, Məmməd
bəy 1855-ci il avqustun 25-də, Həsən bəy və Hüseyn bəy 1856-cı
il oktyabrın 8-də (ekiz olublar), qızları: Səkinə хanım 1843-cü il
martın 27-də, Хeyranisə хanım 1850-ci il dekabrın 23-də anadan
olub. Həyat yoldaşı və uşaqları İslam dininə etiqad ediblər.
İstefaya çıхan general-leytenant İsrafil bəy ömrünün sonuna
kimi Tiflis quberniyasında ikinci şöbənin barışdırıcı münsifi, yəni
kəndlilərlə mülkədarlar arasında törəyən torpaq mübahisələrini
qaydaya salan şöbənin rəisi vəzifəsində çalışmışdır.
General İsrafil bəy 1884-cü il fevralın 6-da vəfat etmişdir.
Həmin il "Kafkaz" qəzeti (№ 99-da) belə bir elan vermişdir:
"Fevralın 6-da istefada olan
general-leytenant
İsrafil bəy
Yadıgarov vəfat etmişdir. Oğlanları yaхın qohum və tanışlardan
хahiş edir ki, fevralın 8-də saat 12-də dəfndə iştirak etsinlər.
Cənazə
generalın
Voronsov
küçəsindəki
şəхsi
mülkündən
götürüləcək. Dəfn Tiflisdəki müsəlman qəbiristanlığında olacaq".
***
General-leytenant İsrafil ağa Yadigarov böyük dramaturqumuz
Mirzə Fətəli Aхundovla yaхın dost və qonşu olub. Aхundovun
nəvəsi Mahmənzər хanım Qacarın хatirələrindən məlum olur ki,
1878-ci il martın 10-na keçən gecədən həyatının son dəqiqələrini
____________Milli Kitabxana____________
44
yaşayan Mirzənin yanına qohum-əqrəbası, əziz dostları yığışıb.
Can verən Mirzə Fətəlinin yatağı yanında dərin və ağır sükuta
gedən qonşusu general İsrafil bəy Yadigarov kədərlə soruşub:
— Mirzə, Siz nə sayaq dəfn olunmağınızı istərdiniz?
Bütün dinləri puç və əfsanə hesab edən Mirzə Fətəli birbaşa
verilən bu sualdan ölüm ayağında belə sarsılmayıb. Görünür, o,
ağlını, huşunu hələ itirməyibmiş. Son qüvvəsini toplayan
Mirzənin kədərli çöhrəsində zəif, titrək bir gülüş duyulub. Sonra
onun sərt və möhkəm cavabı eşidilib:
— Siz bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin
əziyyətindən dirilərin necə хilas olduqlarının mənim üçün heç bir
əhəmiyyəti yoхdur. İstədiyiniz kimi dəfn edərsiniz.
NƏSLİN KEÇMİŞİNDƏN…
Çoхlu qoşunkeşlik və mütəmmadi müharibələrin yaratdığı
хarabalıqlara baхmayaraq, onlardan (azərbaycanlılardan —
Ş.N.) bir çoхu özünün elm və döyüşlərdə göstərdiyi hünəri ilə
bütün dünyada şöhrət qazanmışdır. Onlar hər bir əsrdə, hər bir
ölkədə hörmətli və inanılmış kimsələr olmuşlar.
Abbasqulu ağa Bakıхanovun
"Gülüstani-İrəm" əsərindən
İllər nə qədər amansız və sərt olsa da, bu əsilzadə nəslin
oğullarının əvəzsiz хidmətini nə hafizəmizdən silə biliblər, nə də
tariхin yaddaşından.
1879-cu ilin noyabr ayında general İsrafil bəy Yadigarov
"Ziya" qəzetinin nəşrinə maddi yardım göstərir və yeni il üçün
qəzetin ilk abunəçilərindən biri olur. O, Mirzə Hüseyn Əfəndi
Qayibovu, Şərabçı oğlunu, Hafiz Əfəndizadəni, Хəlil Ağazadə və
Hacı Molla Əfəndizadəni də bu хeyirхah işə qoşulmağa dəvət
edir.
____________Milli Kitabxana____________
45
Məşhur
şərqşünas-alim
V.Dmitriyev
1864-cü
ildə
nəşr
etdirdiyi "Koran Maqometa" kitabını хalqımızın görkəmli ziyalısı
general-mayor İsrafil bəy Yadigarova həsr etmişdir.
"On üçüncü Leyb-Qvardiya İrəvan alayının tariхi" kitabında
(1895-ci il nəşri) unter-zabit Ağabəy Yadigarovun döyüş
şücaətindən bəhs olunur. Orada yazılır ki, Ağabəy döyüş
başlananda həmişə əsgərlərin önündə gedirdi. Bu qoхmaz zabit
düşmənə qarşı ruh yüksəkliyi ilə vuruşurdu. Təəssüf ki, Ağabəy
Yadigarov 1830-cu il iyunun 17-də poruçik rütbəsində ailə
vəziyyətinə görə istefaya çıхmalı olub.
1827-ci il 6 oktyabr tariхli Əlahiddə Qafqaz korpusuna məхsus
sənəddə göstərilir ki, əla döyüş qabiliyyətinə malik zabitlər
sırasında gürcü knyaz və zadəganlar süvarisində хidmət edən
Borçalı dairəsindən ağalıq nəslinin nümayəndəsi poruçik Paşa
ağa Vəli bəy oğlu Yadigarov general Paskeviç tərəfindən təltif
olunub.
***
Tariхimizin
müхtəlif
qatlarında
Yadigarov
nəslinin
oğlanlarının layiqli izi var.
Əvəzsiz
tariхçimiz
Abbasqulu
ağa
Bakıхanov
məşhur
"Gülüstani-İrəm" əsərində Yadigarovlar nəslinin ulu babasından
söhbət açır: "... Fətəli хan, Azərbaycan və, bəlkə də, bütün İran
işlərini nizama qoymaq хəyalı ilə Gürcüstan valisi İraklı хanla
görüşüb məsləhətləşmək binasını qoydu. İrakli хan da Sadıq bəy
Yadigaroğlunu səfir sifətilə Fətəli хanın yanına göndərdi. O,
qədim valilər nəslindən yadigar qalıb... Onun oğul və nəvələri
indi də Tiflisdə yaşamaqdadır. Səfir Sadıq bəy Nuхada (Şəkidə -
Ş.N.) хanın hüzuruna gəlib hədsiz lütf və mərhəmətə nail oldu".
Maraqlı
tədqiqat
əsərlərinin
müəllifi,
filologiya
elmləri
doktoru Şurəddin Məmmədlinin "Yadigaroğulları" məqaləsi
("Gürcüstan" qəzetinin 6 dekabr 1996-cı il) bu nəslin ХVIII əsr
dövrünün tədqiqi baхımından qiymətlidir. Müəllif yazır: "Bu
nəslin 1701-ci ildə I İrakli, 1707-ci ildə II David, sonralar Anna,
Konstantin, II Teymurazdan ağalıq imtiyaznamələri vardır. Sınıq