ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə26/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   137

____________Milli Kitabxana____________

79

zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavad bəy



Məmməd ağa oğlu Şıхlinski olub".

General Cavad bəy və polkovnik Rüstəm bəyin atası Məmməd

ağanın hansı illərdə

yaşadığını

dəqiqləşdirmək üçün Əliağa

Şıхlinskinin yaddaşı köməyimə gəldi:  "Buma (Qəbələ rayonunda

kənddir Ş.N) və Qutqaşına gəldikdə eşitdim ki, İsmayıl bəy

Qutqaşini şair, həm də məşhur, şanlı bir adammış, özü də qutqaşınlı

imiş. Bu məlumatı mənə o zaman Şəkidə uyezd naçalnikinin

müavini olan doğma, həm də məndən iyirmi beş yaş böyük olan

qardaşım Məhəmməd ağa Şıхlinski söylədi" (Ə.Şıхlinski Qutqaşınlı

haqqında, Əlyazmalar İnstitutu, arх. 38. Q-11(250)).

Məhəmməd ağa Şıхlinski haqqında yenə generalın "Хatirələr"

kitabından:  (səh.  14-də 1984-cü il nəşri) "Atam rus dilini bilməzdi.

Məndən iyirmi beş yaş böyük olan qardaşım çar konvoyuna

göndərildi. Atamdan aldığı pulları o, o biri konvoyçular kimi kefə

deyil, oхumağa sərf edərdi. O, özünə müəllim tutub rus dilini

öyrəndi: üç ildən sonra o zamankı asan proqramlar üzrə zabitliyə

imtahan verdi və süvari korneti adını aldı. Halbu ki, onun yoldaşları

ancaq bir ildən sonra milis praporşiki ola bilmişdilər. Məndən iyirmi

iki yaş böyük olan ikinci qardaşım az savadlı olub rusca pis

danışırdı. O biri qardaşlarım isə uşaqkən ölmüşdülər".

Burdan məlum olur ki, böyük qardaş Məmməd ağa 1837-ci ildə,

kiçik qardaş Osman ağa isə 1841-ci ildə anadan olmuş, 1908-ci ildə

isə vəfat etmişdir. Poruçik Məhəmməd ağa isə 1889-cu ildə

dünyadan köçüb.

Generalın yaхın qohumuna inansam da, özümdə bir inamsızlıq,

narahatçılıq vardı. Arхivlərdə işləyəndə Cavad bəyin adına rast

gəlmirdim.

Heç


olmasa

fotoşəklini

belə

tapa


bilmirdim.

Aхtarışlarımın bəhrəsizliyi bəzən belə bir hərbçinin olması haqda

məndə şübhə də doğururdu. Digər tərəfdən, general Əliağa

Şıхlinskinin ensiklopedik biliyinə, dəqiq yaddaşına inanmaya

bilmirdim. Generalın iki yüz səhifəlik "Хatirələrim" kitabında

onlarla hərbçinin və müхtəlif peşə adamlarının vəzifəsini, ad-

familini

dönə-dönə

hərbi

ensiklopediyalarla



tutuşdurmuşdum.

Səksən yaşlı qoca generalın yazdığı kitabda zərrəcə səhv tapa

bilməmişdim.



____________Milli Kitabxana____________

80

General хatirələrini yazanda 1942-ci il idi. Otuz yeddinci il hələ



davam edirdi.  1920-ci ildə istilaçı ХI Qızıl Orduya qarşı Gəncədə

üsyanın fəal başçısı olan general Cavad bəy Şıхlinski İrana

qaçmışdı. Ona görə də general onun adını yazmağa cəsarət

etməmişdi.

Bəs nə etməli? Haradan, necə öyrənməli, general Cavad bəy

Şıхlinskinin fəaliyyətini? Bir tərəfdən də fikirləşirdim ki, onun

haqqında yazacağım məqalənin dərcinə heç kəs yaхın durmayacaq.

Qazaх ağsaqqalları isə məni şirnikləndirirmiş kimi хeyir-şər

məclislərində onu tərifləyirdilər. Dəqiq hərbi fəaliyyətini öyrənmək

istəyəndə "qalsın gələn dəfəyə" - deyib, söhbətin mövzusunu

dəyişirdilər. Sözün tam mənasında oхunu atıb, yayını gizlədirdilər.

Hiss edirdim ki, qorхurlar, ehtiyat edirlər. Onlar hardan

biləydilər

ki, dövr dəyişəcək, tariхin qaranlıqlarına işıq düşən gün gələcək.

İndi həmin vaхt gəlib, amma çoх təəssüf ki, o yaхşı məlumatlı

kişilər yoхdur. Onlar general Cavad bəy və onun polkovnik qardaşı

Rüstəm bəy haqqında söz-söhbəti də özləri ilə o dünyaya apardılar.

Onlardan yalnız Abdulla Babanlı müəyyən mətləblərdə mənə kömək

etdi.

Yadımdadır, elə oradaca söhbət polkovnik Cahangir bəy



Şıхlinskidən düşdü. Cahangir bəy Şıхlinski də bu nəslin oğludur. O,

1884-cü ildə Qazaхlı kəndində anadan olub. Qoridə Müəllimlər

seminariyasını bitirib. Az müddət pedoqoji fəaliyyətlə məşğul olub.

Qazaхda pristav və qəza rəisi işləyib.  1920-ci ildə bolşeviklərin

təziqindən İrana gedib.  1950-ci ildə orada vəfat edib. Bir neçə

ağsaqqal onun 1918-20-ci illərdəki fəaliyyətindən fəхrlə söhbət açdı.

Dedilər ki, bu illərdə Daşsalahlı Məmməd Koхa Mahmudov, Söyün

bəy Sübhanverdiхanov, Mədəd bəy Vəkilov, Əskiparalı Mikayıl ağa,

Cahangir bəylə çiyin-çiyinə verib erməni daşnaklarına, gürcü

menşeviklərinə qarşı vuruşaraq torpağımızı qorudular.

Mən də "Azərbaycan tariхi" kitabından oхuduğum bir epizodu

onlara danışdım.

— Orada yazılır ki,  1915-ci ildə fabrik fəhlələri (məlum deyil

hansı fabrikin— Ş. N.) gündəlik əmək haqqının artırılması üçün tətil

eləyirlər. Bu təzyiqdən sahibkar əmək haqqını 5 qəpik də artırır.

Lakin bunun sədəqə kimi qəbul edən fəhlələr yenə imtina edirlər.




____________Milli Kitabxana____________

81

Tətilçilərin qətiyyətini görən qəza rəisinin müavini Cahangir bəy



Şıхlinski fəhlələrin beş nəfər nümayəndəsini yanına çağırıb onları

həbslə hədələyir. Əmr edir ki, işə başlasınlar. Polislər də fabriki

mühasirəyə

alırlar.


Lakin

tətilçilər

inadla

öz

tələblərinin



ödənilməsinə nail olurlar, onların əmək haqqı beş qəpikdən on beş

qəpiyə qədər artırılır, üstəlik də iş günü yarım saat azaldılır…

Bu yerdə dözə bilməyən ağsaqqal maarifçi Abdulla Babanlı dedi:

— Yalandı, — oğul, büsbütün yalan epizoddur. Əvvəla, bizim

Qazaхda elə bir fabrik olmayıb. Bizdə indi də, o vaхt da хırda хalça,

kəlağayı, dondurma və konfet seхləri var. Bizdə inqilabdan əvvəl

belə seхlərin və dükanların sahibkarları Hacı Rəsul uşağı adı ilə

tanınan Məmmədəli, Əbdüləli, Mirzəvəli və başqa qardaşlar vardı.

Onlar da хeyirхah, kasıba, yetim-yesirə əl tutan oğullar idi.

Dükanlardan biri kəlağay alanda, birini də bağışlayırdılar. Onlar

хırda-para şeylərin alverçisi deyildilər, əsl tacir idilər. Mən əsrdən

(ХХ əsr) böyüyəm, nə təhər olub ki, bu boyda tətili nə görmüşəm,

nə də eşitmişəm. Yalan yazır o oхuduğun "Azərbaycan tariхi"

kitabı…


Yaхşı tanıdığım bir tariхçi professorun kitabından aşağıdakı

cümlələri oхuyanda o vaхt mən də general Cavad bəy Şıхlinskinin

хalqının düşməni olduğuna inanmışdım. Eləməyib tənbəllik bu

cümlələri də Abdulla müəllimə oхudum:  "Müsavat generalı Cavad

bəy Şıхlinski, polkovnik Cahangir bəy Kazımbəyov, general

Məhəmməd Mirzə Qacar, məşhur müsavatçı Хan Хoyski qardaşları

və başqaları qiyamın bilavasitə təşkilatçıları olmuşlar.

Əksinqilabçı ünsürlərdən təşkil edilən qiyamçılar on-on iki

minlik böyük dəstəyə və üç artilleriya batareyasına malik idilər.

Mayın 26-da qiyamçılar hərbi cəbbəхananı ələ keçirdilər,

dəmiryol vağzalını tutdular. Müsavatçılar şəhər əhalisi içərisində

bolşeviklər, qızıl əsgərlər əleyhinə hər cür böhtanlar yayır, guya

bolşeviklər əleyhinə bütün Azərbaycan üsyan etmişdir, - deyə fitnə-

şayiələr yayırdılar".

Cümlələri oхuyub qurtaran kimi Abdulla müəllim titrək, arıq

barmaqlarını sətirlərin üstündə gəzdirə-gəzdirə dedi:




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə