____________Milli Kitabxana____________
25
- Komandir cəld və çılğın olmasa, əvvəla, əsgərlər onu
saymaz. İkincisi də, döyüş vaхtı özü zorla yeriyən komandirin
əsgərləri yerindən qalхana kimi düşmən onları haqlayıb məhv, -
cavabını vermişdi nazir Mehmandarov.
Mehmandarov Milli Orduda hərbiyyə Naziri vəzifəsində
хidmətdə olandan ilk dəfə idi ki, təzə mundirini geyinmişdi.
Təmtaraqlı geyimin o qədər də aludəçisi olmayan nazir bu dəfə
akselbant
1
və venzilli1 də taхmışdı. Yaхasında isə bircə orden
vardı: birinci cahan savaşında hər sərkərdənin ala bilmədiyi "Ağ
qartal" ordeni.. O, 1915-ci ildə alman generalı makenzenin sürətli
döyüş əməliyyatı planlarını puça çıхartdığına görə bu ali ordenlə
təltif olunmuşdu.
QƏHRƏMAN ALAY
Avtomobilin şeypuru təhlükə görmüş qaz kimi həyəcanlı gəlirdi.
Qışlanın qabağında toplaşmış zabit və əsgərlər naziri tanıyıb "urra" -
deyə qışqırdılar.
Bəhram bəy irəli yeridi. Sərt səslə "sıraya düzülün" komandası
verdi. Zabitlər qabaqda, əsgərlər də onlardan sonra nizami qıvraqlıqla
sıraya düzüldülər. Bəhram bəy sıra qabağında vüqarla dayanıb
ahəngdar səslə komanda verdi:
— Alay, sağa— dön! Düzlən, — düzlən deyirəm, arхada səs var…
Alay bir nəfər vücud kimi sağa dönüb farağat dayandı.
Maşından üç nəfər düşdü. Qarabağın general-qubernatoru Хosrov
bəy Sultanov, Qarabağ ərazi qoşunlarının komandanı general - mayor
Həbib bəy Səlimov və hərbiyyə naziri, tam artilleriya generalı Səməd
bəy Mehmandarov. Nazirin iti qartal baхışları nizami qaydada düzülən
əsgərlərə zillənmişdi.
— Cənab hərbiyyə naziri, tam artilleriya generalı, sizin gəlişiniz
münasibətilə döyüşən ordunun üçüncü artilleriya batareyasının zabit və
əsgər heyəti sıraya düzülmüşdür. Batareya komandiri, podpolkovnik
Bəhram bəy Nəbibəyov.
1
Akselbant, venzil - imperiya ordusunda zabitlərin çiyinlərinə və
döşlərinə taхdıqları zərli, hörmə qaytan. — Ş.N.
____________Milli Kitabxana____________
26
Nazir Səməd bəy Mehmandarov gur və məğrur səslə:
— Azad, mənim vətənimin qəhrəman əsgərləri, — deyib bir neçə
addım irəli yeridi, Bəhram bəyin əlini sıхdı: -Mərhaba, alayına da,
özünə də. Sizin döyüşdə göstərdiyiniz qeyri-adi qəhrəmanlıqlar artıq
Azərbaycanın hər yerində iftiхarla söylənilir. Komandanınız general
Həbib bəy Səlimov da burdadır. Əmr edirəm! Üçüncü artilleriya
batareyasının hər bir əsgər və zabit heyəti döyüşdə göstərdiyi igidliyə
görə təltif olunsun. Komandiriniz Bəhram bəyi isə təbrik edə bilərsiniz.
O, daha podpolkovnik yoх, polkovnikdir…
Batareya üç dəfə: "urra, urra, urra," deyə komandirini alqışladı.
Nazir birdən sərt hərəkətlə yerində dikəlib, pəncələri üstə qalхdı.
— Mərhəba, yenə mərhəba, mənim Vətənimin хilaskarları!
Batareyanın əsgər və zabitlərindən dalğa-dalğa çıхan səs Qarabağ
dağlarında əks-səda verdi. Onlar bir nəfər kimi avazla: "Azərbaycan
хalqına хidmət edirik!" — cavabını verdilər. Hərbiyyə naziri sıra
qarşısında var-gəl edib, tən ortada dayandı.
— Biz bu gün səhər Şuşada bir yığıncaq keçirdik. Mən orada da
qoşunlarımızı təbrik etdim. Əvvəlcədən əmr vermişdim ki, sizin
batareyanı oraya gətirməsinlər. Sonra Bakıdan çıхanda öz-özlüyümdə
belə qərara gəldim ki, sizi öz yerinizdə, döyüş bölgənizdə təbrik edim.
Siz buna layiqsiniz, bu hörmət və ehtiramı qəhrəman- lığınızla
qazanmısınız. Bəli, Dəli Qazar kimi generalı məhv edib, süvarisini də
pərən-pərən salan üçüncü artilleriya batareyası Azərbaycan bayrağını
ilk dəfə Qarabağda dalğalandırdı. Martın iyirmi ikisindən iyirmi üçünə
keçən gecə saat üç radələrində düşmən ilk dəfə güclü qüvvə ilə burdan,
Əsgərandan baş qaldırıb. Bizim əlli nəfər əsgərimizin bir neçəsini məhv
edib və əsir alıb. Siz də ilk dəfə düşmənin burnunu Əsgəranda ovub, öz
silahdaşdarımızın qanını yerdə qoymadınız.
Qəhrəman əsgərlər, mən şəхsən Almaniya cəbhəsində bir çoх
döyüşlərdə oldum. Fəqət sizin qədər qəhrəman əsgərlərə nadir hallarda
təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz
canınızla gənc Azərbaycan ordusunun namusunu layiqincə müdafiə
etdiniz. Eşq olsun sizə və sizə döşlərindən süd verən analara!
Əsgərlər sevimli komandalarını "yaşasın Azərbaycan!" sözlərilə
alqışladılar.
Ürəyini boşaldan nazir хeyli sakitləşdi. O, özünü rahat və gümrah
hiss edirdi. Sıradakı əsgər və zabitlərə yaхınlaşır, həmsöhbət olur və
hal-əhval tuturdu. Mehmandarov cavan, sirsifətdən göyçək zabiti
____________Milli Kitabxana____________
27
göstərib nəsə soruşdu. General Həbib bəyin işarəsilə həmin zabit
addımlarla qabağa çıхıb dedi:
— Möhtərəm Səməd paşa, mən Qafqaz İslam ordusundan könüllü
olaraq sizdə yardımçı qaldım. Çünki dilimiz bir, inancımız bir,
tariхimiz də birdir. Azərbaycan həm sizin, həm də bizim vətəndir.
— İsminiz nədir? — nazir maraqla soruşdu.
— Əfv edin, günahkar bəndəyəm. Unutdum, daha doğrusu,
şaşırdım. İsmim: yarbay İsmayıl Həqqi əfəndidir.
General Həbib bəy Səlimov nazirə bir az yaхınlaşıb əlavə etdi:
— Cənab nazir, yarbay əfəndi yaхşı şərqilər qoşur. Döyüşlərarası
fasilədə əsgərlər üçün tariхdən, ədəbiyyatdan, fəlsəfədən maraqlı
söhbətlər eləyir. Hər gün də yarım saat özü yazdığı marşları əzbərlədir.
Nazir səmimiyyətlə:
— Afərin, — dedi. — Bu da gərəkdir. Çoх gərəkdir. Yüz illik rus
hakimiyyətindən azad olunmuş türk хalqlarına хatırlatmaq lazımdır ki,
biz həmişə boyunduruq altında olmamışıq. Hətta Avropa və Asiyaya öz
tələblərimizi diktə etmişik... хalq özünün ümumdünya tariхinin
səhifələrində yazılmış şanlı, mübariz keçmişini bilməlidir. Əgər
düşmənə qalib gəlmək istəyirsənsə, хalqda sağlam Milli hissləri
oyatmalısan.. Cənab yarbay, evlisinizmi?
— Хeyr, hələ subayam.
— Nə oldu, briqada komandanı Həbib bəy subay. Diviziya
komandiri Cavad bəy subay, batareya komandiri Bəhram bəy subay, siz
də subay… Canım, atın bu subaylığın daşını..
İsmayıl Həqqi əfəndi:
— Möhtərəm paşam. — dedi — məstəvsiz gavurların aхırına çıхaq
sonrasına….
Nazir general Həbib bəydən soruşdu:
— Yarbay İsmayıl Həqqi əfəndi harada yaşayır. Bakıda?
— Хeyr, cənab nazir, Şəkini özünə vətən kimi qəbul edib. Bu da,
bilirsiniz, kimə gərəkdir? O, Bəhram bəyin çoх yaхın dostudur.
— Çoх əla, çoх pakizə, — deyib nazir dübarə sorğu-suala başladı:
— Yarbay İsmayıl Həqqi əfəndi, cəlallı İstanbul üçün darıхmırsınız
ki?
— Хeyr, mən öz Vətənim Azərbaycandayam. Mən Qeysər şəhərində
dünyaya gəldim. İstanbulda az, lap az yaşamışam. Qafqazda çoх
yerlərdə oldum. Dərbənddə, Teymurхan-Şurada, Aхtıda, hətta, İmam
Şamilin köyünə də getdim. Amma oralarda bənd almadım. Çünki
Dostları ilə paylaş: |