lakin onun qidaya və suya ehtiyacı yox idi, soyuqdan,
ağrıdan qorxmurdu. İsa bağlı qapıdan keçirdi və
gözlənilmədən gəldiyi kimi otaqdan yox olurdu; şagirdləri
çox vaxt Onu tanıya bilmirdilər. Lakin bu, Bakirə
Məryəmdən doğulan və otuz üç il Fələstin torpağında
yaşayan həmin İsa idi. «Dirilməyə olan imanın obyekti
baş verən hadisədir. Bu hadisə tarixdə şagirdlər
tərəfindən şəhadət olunmuşdur, onlar Dirilmiş Məsihi,
həqiqətən, görmüşdülər və bu hadisə eyni zamanda
transsedent bir sirdir, çünki bu, Məsihin insani təbiətinin
İlahi izzətə daxil olmasıdır» (KKK 656).
Məsihin ölülərdən dirilməsi imanımızın mərkəzidir.
Buna iman etməyən məsihçi adlana bilməz və Onun
imanı ona xilas verməyəcək. Müqəddəs Pavlos deyir:
«Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir» və onda
«biz hamıdan yazığıq» (1Kor 15, 17. 19). İsa Məsihin
dirilməsinə iman bizə sevinc və Onunla yaşamaq üçün öz
dirilməyimizə ümid verir.
632-ci ildə müsəlman dininin banisi Məhəmməd
öləndə onun ölümü barədə xəbər bütün ölkəyə tez
yayıldı. Məhəmmədin dostu Ömər insanların
Məhəmmədin ölümü barədə danışdıqlarını eşidəndə
qılıncını çıxarıb qəzəblə qışqırdı: «Kim deyir ki,
Məhəmməd ölüb?» Lakin Ömər nə desəydi də,
Məhəmməd öldü və daha ayağa qalxmadı, Ömər özü də
öldü. Lakin İsanın dirilməsindən sonra yəhudi baş
kahinləri və fariseyləri Onun barəsində danışanları
ölümlə hədələyirdilər, lakin ölüm üzərində Onun qələbəsi
barədə xəbər bütün dünyaya yayıldı və milyonlarla
ürəkdə məskən tapdı.
~ 48 ~
48
VI. «GÖYLƏRƏ QALXDI VƏ HƏR ŞEYƏ QADİR
ATA ALLAHIN SAĞ TƏRƏFİNDƏ OTURDU»
Dirilmədən sonra Məsih qırx gün ərzində yer üzündə
qaldı. Məsih şagirdlərinə göründü, onlara Səmavi
Padşahlıq barədə öyrətdi, Tövbə ayinini yaratdı, Həvari
Peteri Öz canişini təyin edərək Kilsəni yaratdı. Qırxıncı
gün İsa «onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək
gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi;
xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı»
(Luka 24, 50-51). Bulud Onu şagirdlərinin gözləri
qabağında götürdü. «Elə həmin an ağ libaslı iki kişi
onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar,
niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb
göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə
də qayıdacaq» (Həv 1, 10-11).
«Atanın sağ tərəfində oturub» – bunun mənası odur ki,
İsa bir insan kimi İlahi Üqnumun bütün məxluqlar
üzərində izzətində və hakimiyyətində iştirak edir.
«Allahın sağ tərəfində» sözlərindən biz Allahın izzətini və
ehtiramını anlayırıq; bütün əsrlərdən əvvəl Allah Oğlu
olan, Allah və Ata ilə mahiyyətcə bir olan Şəxs bədən
alandan və bədəndə izzətlənəndən sonra burada
bədəndə əyləşir» (KKK 663). Ata qarşısında daim bizim
tərəfdarımız olmaq üçün İsa insan kimi səmalara
yüksəldi. O, Həvarilərə deyirdi: «Sizin üçün yer
hazırlamağa gedirəm» (Yəh 14, 2). İsa bəşəri təbiətində
göylərə yüksəlməsi ilə bizə oraya daxil olmağa imkan
yaradır.
~ 49 ~
49
VII. «ORADAN DİRİLƏRİ VƏ ÖLÜLƏRİ
MÜHAKİMƏ ETMƏK ÜÇÜN GƏLƏCƏK»
«Qiyamət Günündə dünyanın sonu gələcək, Məsih
buğda ilə dəlicələrin bir yerdə bitdiyi kimi yanaşı olan
xeyrin şər üzərində tam qələbəsini bayram etmək üçün
izzətlə gələcək» (KKK 681). Rəbbin təyin etdiyi və yalnız
Onun bildiyi vaxt İsa yenidən böyük izzətlə gələcək və
mələklərin əhatəsi ilə insanları mühakimə edəcək.
«Dirilər» Allahla barışaraq (təqdis edən lütf vəziyyətində)
yer üzündəki həyat yolunu bitirənlərdir. «Ölülər» ağır
günah vəziyyətində tövbə etmədən yer üzündəki həyat
yolunu bitirənlərdir. Allahın çağırışı ilə hamı diriləcək:
göydə, ərafda yaxud cəhənnəmdə olan insan canları
yeni, ruhani bədənlə birləşəcək və Xilaskar qarşısında
Məhkəmədə dayanacaqlar. «Bunlar (günahkarlar) əbədi
əzaba, salehlərsə əbədi həyata gedəcəklər» (Mat 25,
46). Məhkəmədən sonra Allah göy və yeri təzələyəcək,
burada xilas olanlar əbədi olaraq Məsihlə padşahlıq
edəcəklər.
Bir nəfər məşhur alman şairi Höteyə Dürerin çəkdiyi İsa
Məsihin ikonasını hədiyyə etdi. Höte ikonanı əvvəlcə öz
masasının üstünə, lakin bir müddətdən sonra kənara
qoydu. Masasında Xilaskarın ikonasının nə üçün olmadığı
barədə suala Höte belə cavab verdi: «Onun baxışına dözə
bilmirəm». Bütün fikirlərimizə, sözlərimizə, əməllərimizə
və öhdəliklərimizi yerinə yetirmədiyimizə görə cavab
vermək üçün Qiyamət Günü Onun qarşısında dayanarkən
Xilaskarın baxışına dözmək bizim hər birimizə çətin
olacaq!
~ 50 ~
50
~ 51 ~
51
VIII. « İMAN EDİRƏM MÜQƏDDƏS RUHA»
«Müqəddəs Ruha iman etmək Ata və Oğula
mahiyyətcə bərabər olan Müqəddəs Ruhun Müqəddəs
Üqnumun Simalarından biri olmasını etiraf etməkdir»
(KKK 685). Müqəddəs Yazı öyrədir ki, Müqəddəs Ruh
Şəxsiyyət və Allahdır. Baş mələk Cəbrayıl Bakirə
Məryəmə xoş xəbəri söyləyəndə demişdi: «Müqəddəs
Ruh sənin üzərinə enəcək» (Luka 1, 35). Vəftiz zamanı
«Müqəddəs Ruh bədəndə göyərçin şəklində Onun
(İsanın) üzərinə endi» (Luka 3, 22). İmanlıların gözündə
olduqlarından yaxşı görünmək istəyən və Kilsəyə yalan
danışan Xananya ilə Şapiranın hərəkətini Peter qəti
mühakimə etdi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb
Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir
hissəsini özünə götürdün? Sən insanlara deyil, Allaha
yalan satdın» (Həv 5, 3.4).
Rəbbin göylərə yüksəlməsindən əlli gün sonra
Müqəddəs Ruh Həvarilərin üzərinə endi və Kilsədə
həmişəlik qaldı. «Baş olan Məsihin Öz üzvlərinin üzərinə
tökdüyü Müqəddəs Ruh Kilsəni qurur, canlandırır və
təqdis edir. O, Müqəddəs Üqnumun insanlarla ünsiyyət
ayinidir» (KKK 747).
Biz Müqəddəs Ruhu Həyatverici adlandırırıq, çünki O,
Ata və Oğul ilə birlikdə dünyanı yaratdı, Məsihin əməlinə
görə isə imanlıların canlarını İlahi həyat üçün yenidən
dirçəldir. O, Təsəlliverici adlanır, çünki sınaq və əzab
anlarında imanlıların qəlbində ümidi yeniləşdirir, şübhə
və məyusluq dəqiqələrində təsəlli verir.
~ 52 ~
52
Dostları ilə paylaş: |