Şərİət Kİtabı



Yüklə 5,79 Mb.
Pdf görüntüsü
səhifə172/180
tarix19.10.2018
ölçüsü5,79 Mb.
#75209
1   ...   168   169   170   171   172   173   174   175   ...   180

                            ahmedalhasan313.wordpress.com 

 

 



511 

Cavab:  Müaviyə  bin  Əmmar  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurdu:  “Sütunlara 

atacağın daşları götürərək, Əqabənin yanındakı geridə olan sütuna yaxınlaş və onu 

daşlayarkən,  yuxardan  deyil  öndən  daşla  və  de:    "Əllahummə,  havlə  hasiyəti  fə-

hasəhnə  li  ərfəahnə  fi  aməli.”  Daha  sonra  daşı  at  və  hər  daş  atarkən  de:    "Allahu 

Əkbər!  Allahummə,  idhər  əniş-şeytan!  Əllahummə,  təsdiqan  bi-Kitəbikə  və  alə 

sünnəti  Nəbiyyək.  Əllahummə!  İcalhu  həccən  məbruran  və  amələn  məqbulən  və 

səyən  məşkuran  və  zənbən  məğfuran!”  Qoy  səninlə  sütun  arasında  10  və  ya  15 

çünki  məsafə  olsun. Nə  zaman  ki, dayanacağın yerə  yaxınlaşdın, daşları atdıqdan 

sonra  qayıdarkən  de:    "Əllahummə  bikə  vasiqtu  və  aləykə  təvəkkəltu.  Fənimər-

Rabbu  və  n'məl-Məvlə  və  nimən-Nasir.”  Müstəhəbdir  ki,  sütunlara  daş  attığın 

zaman dəstəmazlı olasan.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 478. hədis. 1 

Sual 89: Sütunları daşlamağın fəziləti nədədir?  

Cavab:  Əba  Cəfər    (ə.s)  nəql  edir  ki,  Rəsulullah  (s.ə.v.v)  ənsardan  olan  bir  şəxsə 

buyurub:  “Sütunları  daşladığın  zaman  hər  atdığın  daşın  müqabilində  sənə 

ömrünün axırınadək on savab yazılır.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 480. hədis. 6 

İmam  Sadiq    (ə.s)  sütunlara  atılan  daşlar  haqqında  buyurdu:  “Hər  atılan  daşın 

müqabilində böyük bir günah bağışlanar.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 480. hədis. 7 

Sual 90: Sütunlara daş necə və na zaman atılmalıdır?  

Cavab:  İmam  Sadiq    (ə.s)  buyurub:  “(Sütunlara)  daşları  hər  gün  zöhr  vaxtı  at  və 

əqəbə  sütununda dediklərini, eynilə  bu daş  atmada  da təkrar et. Birinci sütundan 

başlayaraq,  ondan  solda  yəni  vadidə  dayanaraq  onu  daşla.  Bunu  etdiyində  təşriq 

günü  dediklərini  söylə.  Yoldan  solda  dayanaraq  üzünü  qibləyə  tərəf  döndər, 

Allaha həmd-sənalar et və Peyğəmbərə  (s.  ə.s) salavat göndər. Sonra biraz qabağa 

irəliləyərək,  əməllərinin  qəbul  olunması  üçün  Allaha  dua  et.  Daha  sonra  yenidən 

qabağa irəliləyərək, ikinci sütuna yaxınlaş və daha öncə etdiklərinin eynisini bunda 

da təkrarla. Daha öncə etdiyin kimi, duraraq dua ilə Allaha müraciət et. Daha sonra 



ahmedalhasan313.wordpress.com 

512 


sükunət və vüqarla üçüncü sütuna yaxınlaş (və birinci ilə ikincidə etdiyin əməlləri 

bunda da təkrar et). Onu daşla və onun yanında dayanma.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 480. hədis. 1 

Yaqub  bin Şueyb nəql edir ki, İmam Sadiqdən  (ə.s)  sütunlar barəsində  soruşdum. 

Buyurdu:  “İki  sütunun  yanında  (və  ya  yaxınlığında)  dayan  və  əqabə  sütununun 

yanında  durma.”  Ravi  deyir,  soruşdum: “Bu  sünnədir  mi?”  İmam    (ə.s)  buyurdu: 

“Bəli.”  Ravi  deyir,  dedim:  “Daş  atdığım  zaman  nə  deyim?”  İmam    (ə.s)  buyurdu: 

“Hər daş atdığında de: “Allahu Əkbər! " (Allah Böyükdür! )”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 481. hədis. 2 

 

Sual 91: Daş atma mərsimi hansı vaxtdan başlayıb, hansı vaxtda bitir?  

Cavab:  İmam  Sadiq    (ə.s)  buyurub:  “Sütunlara  daş  atma  ayini  günəş  çıxandan 

günəşin qürub etdiyi vaxta qədərdir.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 481. hədis. 4 

Qurbanlığın kifayət edəcək minimum həddi 

Sual 92: Təşriq günü Minaya gətirilən qurbanlığın minimum həddi nədir?  

Cavab:  Əbu  Ubeydə  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  Allahın  (s.v.t):  [...  Əmin-



amanlıq  içində  olduğunuz  təqdirdə  ümrəni  (bitirib)  həccə  qədər  (qadağan 

olunanlardan)  istifadə  edən  kəs  asan  başa  gələn  bir  qurbanlıq  verməlidir.  .  ].  (əl-

Bəqərə 196]-ayəsini təfsir edərkən buyurdu: “ Qoç.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 487. hədis. 1 

Sual 93: Bəs əgər qurbanlıq tapılmazsa, və ya qurbanlıq üçün yarayan minimum 

dəyərində heyvan-yəni qoç-almağa belə imkan olmazsa hökm nədir?  

Cavab: Allahu-Təala  (s.v.t)  buyurur: [(Qurbanlıq) tapmayanlar isə  həcc  əsnasında 



üç gün və (ölkəsinə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam olaraq on 

gün edir. Bu ailəsi Məscidul-Həramda yaşamayanlara aiddir]. (əl-Bəqərə 196)  

Qurbanlığın Vacib Olduğu Kəslər Və Onun Əməl Olunması Gərəkli Yerlər 


                            ahmedalhasan313.wordpress.com 

 

 



513 

Sual  94:  Zəvvarın  Zil-Hiccənin  10-cu  günü  qurbanlıq  məqsədi  ilə  Məkkəyə 

gətirdiyi dəvənin hökmü nədir?  

Cavab:  İbrahim  Kərxi  nəql  edir  ki,  İmam  Sadiq    (ə.s)  buyurub:  “Əgər  qurbanlıq 

vacibdirsə, bu halda dəvə  Minada zibh olunmalıdır. Amma  əgər vacib  deyilsə, bu 

halda  əgər  istəsə  onu  Məkkədə  zibh  edə  bilər  və  əgər  o,  dəvənin  belindəki 

küpəcikləri  işarələyib  və  dəvənin  boynuna  xalta  keçiribsə,  bu  halda  onu  təşriq 

günü zibh etməlidir.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 488. hədis. 3 

 

Qurban edilən heyvanın ətinin istifadəsi 

Sual 95: Quban edilən ətdən necə istifadə olunmalıdır?  

Cavab: Əbu Səbbah Kinani nəql edir ki, İmam Sadiq  (ə.s) buyurdu: “İmam Səccad  

(ə.s) və İmam Baqir  (ə.s) ətin üçdə bir hissəsini qonşulara, üçdə bir hissəsini sədəqə 

olaraq dilənçilərə və üçdə bir hissəsini də ev ailəsinə verərdilər.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 499. hədis. 3 

Başı keçəl qırxmaq və saçları təraş etmək 

Sual  96:  Həcc  təvafında  başı  qırxdırmaq  vacibdir  mi?Saçları  nə  zaman  təraş 

etmək caizdir?  

Cavab: İmam Sadiq  (ə.s) buyurub: “Təşriq günü Peyğəmbər  (s.ə.v.v) başını qırxar, 

dırnaqlarını kəsər, bığ və saqqalını qısaldardı.”  

-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 502. hədis. 3 

Əbu Bəsir nəql edir ki, İmam Sadiq    (ə.s)  buyurub: “Birinci dəfə  Həcci təvaf edən 

şəxs  saçlarını  təraş  deyil,  saçını  qırxmalıdır.  Çünki  saçlarını  təraş  etmək 

(qısaltmaq), İslamda şərt olan vacib həcci əməl etmiş kimsələr üçün caizdir.”  



-Şeyx Kuleyni. "Fürui-Kafi.” c. 4. səh. 503. hədis. 7 


Yüklə 5,79 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə