can qadını üçün böyük nailiyyətlər, hadisələr, dəyişikliklər əsri
olmuşdur. Ən böyük nailiyyət ondan ibarətdir ki, Azərbaycan
qadını azadlığa çıxmışdır. Azərbaycan qadınının emansipasiyası
tarixi bir hadisə, böyük inqilabdır» [2, 1998, 17 sentyabr]. Əlavə
edək ki, bütün bu nailiyyətlərin əsasında 20-30-cu illərdə qadın
hüququnun qorunması və yeni həyata cəlb edilməsi sahəsində
görülən tədbirlər dururdu.
İkinci dünya müharibəsi Naxçıvanda qadın hərəkatının yeni
mərhələsi oldu. Cəbhəyə getmiş kişiləri əvəz edən qadınların is
tehsala geniş cəlb edilməsi nəticəsində həyatın müxtəlif sahələrin
də, xüsusən kənd təsərrüfatında onların rolu görünməmiş dərəcə
də artdı. Onlar həm ön cəbhədə mərdliklə vuruşmuş, həm də arxa
cəbhədə böyük fədəkarlıq göstərmişdilər. Müharibə illərində qa
dınlarımız təkcə əmək rəşadəti göstərməklə kifayətlənməmiş, həm
də kütləvi-müdafiə işində, vətənpərvərlik hərəkatında yaxından
iştirak etmişlər. Məhz müharibə dövründə qadınların rəhbər vəzi
fələrə irəli çəkilməsi prosesi geniş vüs'ət almış, ən'ənəvi «kişi» pe
şəsi sayılan peşələrdə onların sayı kəskin surətdə artmışdı. Qadın
ların ictimai istehsala cəlb edilməsi, onların əmək və sosial fəal
lığının yüksəlməsi nəticəsində ictimai istehsaldan kənarda qalan
qeyri-məşğul qadınların xüsusi çəkisi əhəmiyyətli dərəcədə azal
mışdı. Qadınların cəbhəyə yardım kompaniyalarında iştirakı,
döyüşən əsgər ailələrinə, yetim uşaqlara, dul qalmış qadınlara
yardımları və s. xeyirxah xidmətləri bugünkü gəlncliyimiz üçün
əsil vətənpərvərlik nümunəsi sayılmalıdır. Ümumiyyətlə, Naxçı
van qadınlarının ağır sınaqlar dövründə göstərdiyi fədəkarlıq və
vətənpərvərlik nümunələri müasir dövrümüzdə gənc nəslin milli
təəssübkeşlik və vətənə sədaqət ruhunda tərbiyə edilməsində geniş
təbliğ edilməlidir. Bu, xüsusən bütün vasitələrdən istifadə edərək
öz «ciyərparalarını» hərbi xidmətdən saxlamaq istəyən qadınla
rımız üçün böyük ibrət dərsi olmalıdır.
Müharibə dövründə qadınların ictimai-siyasi həyatda, təhsil
və mədəniyyət sahələrində, idarəetmədə rolu xeyli artmış oldu.
Müəllim, həkim, kənd təsərrüfatı mütəxəssisi arasında qadınlar
üstünlük təşkil etməyə başladı. Qadınların bu illərdə ictimai fəal
lığının artmasını şərtləndirən amllərdən biri də onların idarəetmə
aparatında, partiya, sovet, komsomol təşkilatlarında xüsusi çəki-
148
sinin artması oldu. Bir çox qadınlar Muxtar Respublikada məs'ul
vəzifələrə irəli çəkildilər. Qadın və qızlar arasında izahat, tərbiyə
işlərinin aparılmasında, onların əməyə və ictimai fəaliyyətə cəlb
edilməsidə qadın şuraları və şö'bələri mühüm rol oynadılar. Bir
sözlə, müharibə dövründə Naxçıvan qadınları öz fədəkar fəa
liyyətləri ilə ağır günlərdə kişilərə e'tibarlı arxa, dayaq olduqlarını
sübut etdilər.
Müharibədən sonrakı dövrdə qadınların Naxçıvanda və
Azərbaycanın ictimai-siyasi, mədəni, iqtisadi inkişafında rolunun
xeyli artması müşahidə olunurdu. Təkcə onu demək kifayətdir ki,
respublikanın xalq təsərrüfatında işləyənlər arasında qadınların
xüsusi çəkisi 1940-cı ildə 33,3%-dən 1998-ci ildə 47,7% çatmışdı.
Qadınların ictimai istehsala belə geniş cəlb edilməsi onların təhsil
və mədəni-texniki səviyyəsinin inkişafının nəticəsi idi. Bu dövrdə
artıq qadınların savadlılıq dərəcəsi 100% təşkil edirdi.
Naxçıvanda ali və orta ixtisaslı insanlar arasında qadınların
sayı artmışdır. 1979-cu ildə hər 1000 nəfər qadına 42 ali təhsilli və
717 orta təhsilli qadın düşürdü. Göstərilən dövrdə qadın məsələ
sinin həllinin mühüm istiqamətlərindən biri onların məşğulluq
problemi idi. Lakin bununla belə, əldə edilmiş nailiyyətlərlə yana
şı sovet dövründə formalaşan stereotiplər milli və ən'ənəvi xüsu
siyyətləri, sırf qadına məxsus cəhətləri bə'zən nəzərə almırdı.
Məşğulluğun forması, göstəriciləri qabardılır, əməyin keyfiyyəti,
qadının daxili tələbatı ilə bu əməyin uyğunluğu və qadının əmək
də öz potensialını ifadə etmək imkanları unudulurdu [6, 2000, 7
mart, №53].
Göstərilən dövrdə qadınların ən çox cəlb olunduğu maddi is
tehsal sahəsi kənd təsərrüfatı idi. Lakin bununla belə, idarəetmə
iyearxiyasınm yüksək pillələrini, əvvəllər olduğu kimi, yenə kişilər
tuturdular. Onlar qərar qəbul edilməsində də əsas mövqeyə malik
idilər. Qadınlar maddi istehsalda az ixtisas və çoxfiziki qüvvə tə
ləb edən işlərdə çalışır, qadınların işləyə biləcəyi sahələrdə isə
ən'ənəvi olaraq kişilər üstünlük təşkil edirdilər.
Naxçıvan qadınlarının vəziyyətində baş verən dəyişiklilərin
nəticəsi olaraq onlar Muxtar Respublikanın mədəni və ictimai-
siyasi həyatında fəal iştirak etməyə başladılar. Məktəb yaşlı qızla
rın tam olaraq təhsilə cəlb edilməsi, ali savadlılar arasında onla-
149
rın xüsusi çəkisinin artması, səhiyyə, mədəniyyət və təhsil sahə
sində işləyənlər arasında qadınların mütləq əksəriyyət təşkil etmə
si göstərir ki, onlar bu dövrdə respublikanın inkişafında mühüm
rol oynayırdılar. Qadınlar mədəniyyət, maarif, səhiyyə sahələrin
də işləməklə bərabər ictimai-siyasi sahədə, dövlət və partiya or
qanlarında da təmsil olunmuşdular. Görkəmli ictimai xadim Sə
kinə Əliyeva isə uzun müddət respublikanın Ali Soveti Rə'yasət
Hey'ətinə başçılıq etmişdir.
Muxtar Respublikada mədəniyyətin, maarifin, incəsənətin çi
çəklənməsində qadınlar böyük töhfələr vermişlər. Z.Həmzəyeva,
X.Qaziyeva, S.Hüseynova, K.Ağayeva, S.Rzayeva, S.Kərimova
və başqaları Muxtar Respublikanın inkişafı tarixinə silinməz izlər
qoymuşlar.
Sovet recimi dövründə qadınlarımızın azadlıq və inkişaf yolu
ziddiyyətli olub. Bir tərəfdən qadınların müxtəlif sahələrdə inki
şafı dəstəklənir, onlar üçün müəyyən üstünlüklər nəzərdə tutu
lurdu, digər tərəfdən isə onlar məs'ul qərarların qəbul edilməsin
dən təcrid edilmişdilər. Qadınlar həmişə yüksək partiya və höku
mət strukturlarına seçilsələr də, bu qadınlara real hakimiyyət
vermək deyil, daha çox simvolik xarakter daşıyırdı. Partiya, sovet
orqanlarında qadınlara mühüm, lakin həlledici olmayan vəzifələr
verməklə siyasi həyatda qadınların iştirakı illüziyası yaradılmışdı.
Sovet sistemi dağıldıqdan sonra bu illüziya tez bir zamanda yoxa
çıxdı.
Bərabərliyin sosial prinsiplərinin e'lan olunmasına və qadınla
ra sosial üstünlüklər və hüquqlar verilməsinə baxmayaraq, sovet
recimi dövründə qərar qəbul edilməsində aparıcı rolun kişilərə
məxsusluğu son nəticədə qadınların statusundakı hörmət və real
həyatdakı vəziyyət arasındakı qeyri-tarazlıq, ikili standartların
m ö v c ı ı d l n ğ ı ı vn <|;wlınl;ııı nilncln vn is lc h s .ıl wılı.ılnrinrin iki<|.ı( is
tismarı ilə nəticələndi.
Bir sözlə, qadınlarımız XX əsrdə qısa müddət ərzində yüzillik
lərə bərabər inkişaf yolu keçmişlər. Onların cəmiyyətdə, ictimai
həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş vermişdir
[6, 2000, 7 mart].
1980-ci illərin sonunda Azərbaycanda başlanan milli-azadlıq
uğrunda mübarizədə Naxçıvan qadınları ön sıralarda olmuş,
150
Dostları ilə paylaş: |