Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə68/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

Səyavuş  Sərxa n lı--------------------------------------------------
Quşlar  asılanda  zəngulələrdən,
Daşlar  da  m əst  olar  o  təzə-tərdən. 
H əsrət  gözlərimin  öpdüyü  yerdən 
Ərköyün  küləklər  öpər,  qorxuram.
Qorxuram  qəlbinə  dəyər  bir  naşı, 
Durduğu  yerdəcə  axar  göz  yaşı.
Özünə  gül  olar,  qarışar  başı,
Gözəllik  yanından  ötər,  qorxuram.
Eşqim  xoş  xəyala  döndüyü  gündən, 
Nağıla,  mahala  döndüyü  gündən, 
Bənövşə  suala  döndüyü  gündən, 
Qorxuram,  m ən  ondan  betər  qorxuram.
XIII
BULAQ  DURUR,  GÖZLƏR  HANI?
Saz  havalı,  duma  telli 
Oylaq  durur,  izlər  hanı?
Yaylıq  kimi  allı-güllü 
Yaylaq  durur,  üzlər  hanı?
İnci  suyu  oynaşardı,
Gül  əllərə  yaraşardı,
Gözündə  göz  qaynaşardı,
Bulaq  durur,  gözlər  hanı?
Bu  yolları  kimlər  aşdı?
Biçənəklər  gözü  yaşdı...
Sinəmizdə  qara  daşdı 
Ocaq  durur,  közlər  hanı?
XIV
Vətən,  səslə  oğlunu
DÖRDÜNCÜ  BAYATI
Göy  sular  axar  gedər,
Ulduzlar  baxar  gedər.
Dil  odlanar,  söz  düşər,
El  gələr,  yığar  gedər.
XV
VAQİFVARİ
Halım  sormamış  dərdi  açıldı, 
Gözünü  dumanlar  bürüdü  getdi. 
Əyripapaq  dünya  toy  çala-çala, 
Sinəsi  üstündən  yürüdü  getdi.
Tale  bir  dəfə  də  üzümə  baxdı, 
Hamının  beləcə  qızma  baxtı; 
M əhəbbət  bircə  an  gözümə  baxdı, 
Qanımda  dəryalar  yeridi  getdi.
Doldu,  doluxsundu  gözü  ülkərin, 
Küləkləndi  gözü  düşüncələrin. 
Dünya  görmüşlərtək  ah  çəkdi  sərin, 
Körpə  uşaq  kimi  kiridi  getdi.
Hər  görüş  ürəyi  soyutmayıb  ki, 
Ağrını-acmı  ovutmayıb  ki? 
M əhəbbət  kimlərə  toy  tutmayıb  ki? 
O  da  sevənlərdən  biridi,  getdi...
4 0
?


Səyavuş  S ərxa n lı---------------------------------
XVI
VURĞUNVARİ
Keçən  köçdü  üzü  göyə, 
Yazıq  canım  deyə-deyə. 
Onda  bildim  yollar  niyə 
Kül  bələnib  tozlanmışdı?
Bir  dərsiymiş  dərdi-sər  də, 
Bir  dərdiymiş  xəbislər  də, 
Ə llər  gördüm  gözə  pərdə, 
Əsən  barmaq  islanmışdı.
Bıçaq  gördüm  pas  içində, 
Ocaq  gördüm  yas  içində,
Ağ  saç  gördüm  tas  içində  - 
Kim  qarğıyıb  aslanmışdı?
Namərd  əli  kəsən  gördüm, 
M ərd  əlini  əsən  gördüm  - 
Dünyasından  küsən  gördüm: 
Qəm  açılıb  nazlanmışdı.
Dünya  nədən  bazarıydı, 
Kimlər  kimdən  bezarıydı? 
Sinə  gördüm  gülzarıydı  - 
Altda  ürək  paslanmışdı...
XVII
BEŞİNCİ  BAYATI
Ulduzlar  çaya  baxdı,
Qızlar  aynaya  baxdı.
Küsmüşdüm,  dağa  baxdım,
Dağ  döndü  Aya  baxdı.
XVIII
EVİMİZƏ  YAŞIL  İŞIQ
Evimizə  qanad  olur 
Qanad  açıb  dost  gələndə.
Bol  olsa  da,  boyat  olur 
Çörək  də  tək  yeyiləndə.
Oxumağa  himə  bənddi  - 
Samovara  od  salmışıq.
M əhəbbətdi,  xoş  ülfətdi 
Evimizə  yaşıl  işıq.
Acıdillər,  şimi  yeyin,
Qıymayın  qan  qaraltmağa.
Bu  gün  könlümə  dəyməyin,
Gedirəm  könül  almağa.
O  kim  idi  qayğı  əkdi,
Torpağı  nur,  daşı  işıq?
Can  deyib,  can  eşitməkdi 
Evimizə  yaşıl  işıq.
Dostluq  özü  bir  övladdı  - 
Canı  bizdən,  qanı  bizdən.
Dost  olmayan  quru  addı,
Yol  salmasın  sinəmizdən.
__________________________________  
Vətən,  səslə  oğlunu
$
0
?


Səyavuş  S ərxa n lı------------------------------------------
Gedən  üçün  dolan  gözdü,
G ələnə  qurban  olmuşuq;
Bizim  açıq  qəlbimizdi 
Evimizə  yaşıl  işıq.
XIX
QAPISINA  GƏLDİYİMİZ
Yenə  sinəmdə  səs  var:
Bu  dağların  sağlığına!
Qalxın  ayağa,  dostlar,
Bu  dağların  sağlığına!
Ağ  yollan  el  daşıyan,
Analara  gül  daşıyan,
Atalara  çox  oxşayan 
Bu  dağların  sağlığına!
Ney  qoxulu,  söz  ətirli,
Çörək  dadlı,  duz  ətirli,
Çəm ənləri  qız  ətirli 
Bu  dağların  sağlığına!
Havasını  udduğumuz,
Üzümüzü  tutduğumuz,
Dərdimizi  yuduğumuz 
Bu  dağların  sağlığına!
Qayaları  qartal  bürklü,
Yaylaqları  gəlin  görklü,
Oylaqları  duman  kürklü 
Bu  dağların  sağlığına!
4 0 ?
Eşqim  olan,  dinim  olan,
Ağrılara  qənim  olan,
Sənin  olan,  mənim  olan 
Bu  dağların  sağlığına!
Qapısına  gəldiyimiz,
Təkliyini  böldüyümüz,
Görməyəndə  öldüyümüz 
Bu  dağların  sağlığına!
Söykənək  dağa,  dostlar,
Dönək  çırağa,  dostlar,
Qalxın  ayağa,  dostlar,
Bu  dağların  sağlığına!..
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu
XX
SAĞLIQ  OLSUN,  GƏLƏCƏYƏM
Ay  əlimdən  tutan  anam  -   tozlu  yol, 
M ənə  yollar  bağışladın,  min  var  ol; 
Sağlıq  olsun,
gözlə,
yenə  gələcəyəm!
Ata  səsli  ağacların  kölgəsi,
İsaq-musaq  quşlarının  naləsi,
Gözlə,
gözlə,
gələcəyəm.
Təzə  sütül  ütdüyümüz  qara  sac,
Neyə  dönüb  ötdüyümüz  yal-yamac,
4 0 ?


Gözlə,
gözlə,
gələcəyəm.
Uşaqlığım  axıb  gedən  Cəyirçay,
Dağ  başında  həsrətimi  çəkən  Ay, 
Gözlə,
gözlə,
gələcəyəm.
Qızıl  Qaya,  Yastı  meşə,  güllü  Qaş, 
Dovşanlara  qan  udduran  boz  Alaş, 
Gözlə,
gözlə,
gələcəyəm.
Sənəm  dərə,  Kotan  bulaq,  Sarı  yal, 
Yaxasını  yellər  açan  Yasamal, 
Gözlə,
gözlə,
gələcəyəm.
Haça  Çınqıl  -   yeddi  göyə  nərdivan, 
Sərxanlıdağ,  Ocaq  qozu,  Galavan, 
Gözlə,
gözlə,
gələcəyəm.
Dolayları  çıraq  tutan  İlıxçı,
Yollarını  bulaq  tutan  İlıxçı,
Gözlə,
gözlə,
gələcəyəm.
Səyavuş  Sərxanlı
------------------------------------------------------
д а ?
Qonaq  gəldi,  qorunmayan  qoruqlar,
Sancağını  dinc  qoymayan  moruqlar,
Gözlə,
gözlə,
gələcəyəm.
Qaya  kimi  göyə  qalxan  qaraquş,
Damımıza  palçıq  yaxan  qaranquş,
Gözlə,
gözlə,
gələcəyəm.
M ən  gəlincə  boyun  bükən  bənövşə,
Həsrətimə  həsəd  çəkən  bənövşə,
Gözlə,
gözlə,
gələcəyəm.
Baba  deyib  çox  gözləmə,  ay  Pərviz,
Göz  yaşına  qurban  olum,  a  kəhriz,
Gözlə,
gözlə,
gələcəyəm.
Qarmonunu  dizi  üstə  qoyaraq,
Göy  təpədə  fikrə  gedən  tək  uşaq,
Gözlə,
gözlə,
gələcəyəm.
Gəlişimdən  xəbər  verən  sağsağan,
Tövləmizin  böyründəki  dağdağan,
Gözlə,
gözlə,
----------------------------------------------------  
Vətən,  səslə  oğlunu


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə