6
Ġran alimi ġəfi Cəvadinin son illərdə nəĢr olunmuĢ «Təbriz və onun
ətrafı» adlı kitabında [7] Ģəhərin müasir vəziyyətinə geniĢ yer verilmiĢ, onun
orta əsr siyasi tarixinə isə ötəri toxunulmuĢdur.
1973-cü ildə Məhəmməd Cəvad MəĢkur Təbriz Ģəhərinin tarixinə dair
irihəcmli əsər yazıb nəĢr etdirmiĢdir [8]. Əsərin birinci cildində Təbrizin ən
qədim dövrlərindən XV əsrin sonuna qədər tarixi əhatə olunur. Müəllif kitabın
müqəddiməsində yazır ki, əsərin gələcəkdə nəĢr ediləcək ikinci cildində XVI
əsrdən 1946-cı ilə qədərki hadisələr öz əksini tapacaqdır. Lakin ikinci cild
hələlik nəĢr olunmadığından biz yalnız birinci cild üzərində dayanmaq
istəyirik.
Tarixi-etnoqrafik oçerk xarakterində yazılmıĢ bu əsər altı bölmədən
ibarətdir. Əsərin I bölməsində Təbrizin coğrafi mövqeyi, məhəllələri,
kəhrizləri, məscidləri və qəbristanlıqları, II bölməsində isə Ģəhərin müasir
dövrü - məhəllələr, meydanlar, məktəb və maarif, gəmiçilik, dəmiryol, sənaye,
ticarət məsələləri Ģərh edilir. Əsərin III bölməsində Təbrizin ən qədim
dövrlərdən XV əsrin sonuna qədərki siyasi tarixindən bəhs olunur. IV bölmədə
X-XV əsrlərdə Təbrizdə yaĢamıĢ bir sıra görkəmli Ģəxsiyyətlər haqqında qısa
məlumat verilir. Kitabın V-VI bölmələri Ģəhərin memarlıq abidələrinə dair
Ģəkillər və xüsusi göstəricilərdən ibarətdir.
1045 səhifədən ibarət bu əsərdə Təbrizin orta əsrlər dövrünün ictimai-
iqtisadi vəziyyəti və mədəni həyatı, demək olar ki, öz əksini tapmamıĢdır.
Sənətkarlıq və ticarət, ictimai münasibətlər, elm və incəsənətin müxtəlif
sahələri (memarlıqdan baĢqa) haqqında kitabda heç bir məlumat yoxdur.
Bundan əlavə, əsərdə Təbrizin iqtisadi həyatı, tənəzzülü və inkiĢaf mərhələləri,
onun səbəbləri və bir çox mühüm məsələlər Ģərh edilmir. XVI əsrin 70-ci
illərində Təbriz sənətkarları və yoxsullarının sinfi mübarizə tarixini müəllif
cəmi üç səhifədə «Təbriz lotuları» baĢlığı altında verərək üsyanın əsil ictimai
mahiyyətini ört-basdır və təhrif etmiĢdir [9].
Bir sözlə, yuxarıda göstərilən əsərlərin müəllifləri məhsuldar
qüvvələrin vəziyyəti, istehsal münasibətləri, bütövlükdə tarixi proseslərə
toxunmurlar. Yuxarıda qeyd etdiyimnz məsələlər yalnız nəzəri və metodoloji
cəhətdən tarixi materializmə əsaslanan tədqiqat əsərlərində öz əksini tapa bilər.
V. Ġ. Leninin yazdığı kimi, «Marksizmin bütün ruhu, onun bütün sistemi tələb
edir ki, hər bir müddəa gərək yalnız (a) tarixən (v), yalnız baĢqaları ilə əlaqədar
olaraq (q) yalnız tarixin konkret təcrübəsi ilə əlaqədar olaraq təhlil edilsin»
[10].
Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, Ġran tarixçilərinin
bilavasitə Təbriz Ģəhərinin tarixinə dair əsərləri yalnız tarixi-etnoqrafik oçerk
xarakteri daĢıyır.
Uzun müddət Azərbaycanın iqtisadi və siyasi mərkəzi olmuĢ Təbriz
Ģəhərinin tarixi bütövlükdə Azərbaycan tarixi ilə qırılmaz vəhdət təĢkil edir.
7
Məhz buna görə də Təbriz tarixinin, xüsusilə onun iqtisadi-ictimai münasibətlər
probleminin tədqiqi bilavasitə Azərbaycan tarixi, bütövlükdə feodal cəmiyyəti
tarixinin aktual problemlərinin tədqiqi ilə bağlıdır.
Təqdim edilən bu əsərdə biz Təbrizin ictimai-iqtisadi həyatının,
xüsusilə 500 illik bir dövrdə məhsuldar qüvvələrin inkiĢafı və istehsal
münasibətləri məsələlərinin tədqiqinə geniĢ yer vermiĢik. Məhz buna görə də
Təbrizin siyasi tarixi, yeri gəldikcə, ictimai-iqtisadi məsələlərlə əlaqədar Ģərh
edilmiĢdir. Digər tərəfdən, Təbriz tarix boyu Azərbaycanda baĢ verən siyasi
hadisələrin mərkəzi olduğu üçün Sovet Azərbaycanı alimləri bəhs etdiyimiz
dövrdə Azərbaycanın siyasi tarixini tədqiq edərkən Təbrizdə baĢ verən siyasi
hadisələri də iĢıqlandırmıĢlar. Bunu nəzərə alaraq, Təbrizin siyasi tarixindən
ayrıca bəhs etməyi lüzumsuz sayırıq.
Monoqrafiyada aĢağıdakı məsələlər öz əksini tapmıĢdır:
1. Təbrizin iqtisadi həyatının əsasını təĢkil edən sənətkarlıq və ticarətin
vəziyyəti, Ģəhərin iqtisadi həyatının inkiĢaf və tənəzzül mərhələləri, onların
səbəbləri.
2. Yaxın və Orta ġərqin iqtisadi həyatında Təbrizin sənətkarlıq və
ticarət sahəsində rolu və tutduğu mühüm mövqe.
3. Feodal cəmiyyətinin daxili ziddiyyətlərinin Ģərhi, Təbriz əhalisinin
sosial tərkibi, ictimai quruluĢu, Ģəhərin həyatında müxtəlif ictimai təbəqələrin
rolu, feodal istismarı, geniĢ xalq kütləsinin vəziyyəti, siniflər, sinfi mübarizə
problemi və onun formaları.
4. ġəhərin tarixi-memarlıq abidələri, istehkamları, ictimai quruluĢu.
5. Təbrizdə elm, mədəniyyət və incəsənətin müxtəlif sahələri,
Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan Təbriz mədəniyyətinin
inkiĢaf problemləri.
Təbriz tarixinin ən parlaq dövrü əsasən XIII-XVII əsrləri əhatə edir.
Bu müddətdə Təbriz təkcə Azərbaycanda deyil, Yaxın və Orta ġərqdə ən
mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri olub, ġərq ilə Qərb ölkələri
arasında tranzit ticarətdə mühüm rol oynayırdı. Təbriz Elxanilərin (1265-1313),
(1340-1357), Cəlairilərin (1360 və 1387-ci illər arasında), Qaraqoyunluların
(1410-1468), Ağqoyunluların (1468-1501) və ilk Azərbaycan Səfəvi dövlətinin
(1501-1555) paytaxtı olmuĢdur. Paytaxtın 1555-ci ilin oktyabr ayında Qəzvinə,
1598-ci ildə isə Ġsfahana köçürülməsinə baxmayaraq, Təbriz yenə ölkənin
sənətkarlıq və ticarət mərkəzi olaraq qalırdı. XVII əsrin sonları və XVIII əsrin
əvvəllərində Azərbaycanda baĢ verən iqtisadi tənəzzüllə əlaqədar Təbrizin
iqtisadi həyatında da müəyyən tənəzzül nəzərə çarpsa da o, Azərbaycan və Ġran
Ģəhərləri arasında sənətkarlıq və ticarət mərkəzi kimi yenə də birinci yeri
tuturdu.
Monoqrafiyada marksizm-leninizm metodologiyasını, K. Marks və F.
Engels, V. Ġ. Leninin feodal Ģəhərlərinin əmələ gəlməsi və inkiĢafı haqqında
Dostları ilə paylaş: |