SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

                                            
103 
Odu şahənşəhi-can, tacı ədalətdir onun, 
Kəməri qüvvəti-həq, təxti fərasətdir onun,  
Ləşkəri fövci-mələk, yavəri qüdrətdir onun",  
Hər yerə əzm eləsə, fəth ilə nüsrət görünür. 
Harda olsa o şəhə bir neçə bədxahü bəxil, 
Həq-təala edəcək geydlərin fıt-təzlil,  
Yağdırır teyri-Əbabil o qövmə siccil, 
Əsfi-makövndə ol qövmə xəsarət görünür. 
O zaman kim, qoyacaq tac bu şahi-dünya,  
Olacaqdır mənəfis, eyləyəcək lütfü əta, 
Barilaha, bizə də şəfqətin eylə icra.  
Hamıdan çünki bizim əhldə zillət görünür. 
Bir tərəf zəlzələdən evlərimiz oldu xərab,  
Bir tərəf xəlq bahalıqda yanıb oldu kəbab, 
 Bir tərəf getdi quberna, işimiz oldu əzab, 
 Müxtəsər, bizdədi aləmdə hər afət gorünür. 
Bu haman şəhrdi kim, adlanır idi Şirvan, 
Bunda Şirvanşəhilər tutdu səadətlə məkan, 
Əxsitan şah, Xəlil şah, o şahi-Xəndan,  
Bax təvarixlərə gör bir nə hekayət görünür 
Mərkəzi-daireyi-cümlə vilayətdir bu,  
Hasilavər yeri, şirin suyu şərbətdir bu! 
 Kim baharın görən adəm, deyə cənnətdir bu
 Nə günahı var onun? Sözdə ləyaqət görünür. 
Şəhrimiz abü həvadə qoyub aləmləri mat, 
Bakı Şirvanə bərabər ola bilməz, heyhat 
Məsəlin eybi nədir "bir olumu eşşəgü at…”? 
Bir məsəldir, nə ki bir özgə ədavət görünür. 
  


                                            
104 
Var onım pisliyinə cümlə ətibbadə sübut, 
Qışda Əraf sifət, yayda "misali-Bərəhut.  
Mətləbim həçv deytl, bil ki, bu mənada, sükut, 
Doğru söz acı olur, həqq mərarət görünür. 
Bakının şəhri-Şəmaxi kümi samanımı var? 
Ya ki şirin suyu, bir baqi-gülüstanımı var?  
Kərkü teyhusimi, ya sünbülü reyhanımı var? 
Onda bir neftdən özgə nə əlamət görünür? 
Var sərriştələri lobər ilə ləngərdən 
Doludur sahili-məqsudləri gövhərdən, 
Bir cəhətdən Bakı əfzəldi hamı kişvərdən 
Ki, səğirində, kəbirində dəyanət görünür. 
Bizdə yoxdur, var olarda neçə yer şeyi-xəvas,  
Safdil kimsədilər kim, hamısı mömini-xas, 
Ari əzbüxlü həsəd, şieyi-sahibixlas,  
O cəmaətdə hamı qeyrəti-millət görünür. 
Biz gərəkdir eləyək şərh öz əhvalımızı, 
Nə gərək Bakı sozü, dağıdalar dalımızı, 
Döndərib tanrı ki, idbar edib iqbalımızı, 
Əxtəri-bəxtdə müddətdi nəhusət görünür. 
Bir yaman dərd budur nazil olub tazə bəla,  
İstənir töycü pulu, xəlq qılır vaveyla!  
Gəldi boy çıxdı, qalıb yerdə fəqirü füqəra, 
Füqəra qövminə bir tazə qiyamət görünür. 
Gördü dövlətli ki, şəhr əhli qalıb sərgərdan,  
Neçə dəfə bizə pul, buğdalar etdi ehsan,  
Borcdan çıxmamışıq biz hələ, çıxdı fərman, 
Bilmirəm bizdə nə dövlət və nə sərvət görünür?! 
    


                                            
105 
İmperatur bu əhvaldən olsa hali,  
Razı olmaz ki, pərişan ola xəlqin hali,  
Ey "Ziya", yaz qəzetə, şərh elə bu əhvali,  
Sənə, ey kani-ədəb, xəlqdə minnət görünür. 
İvanov gündə yığıb xəlqi qılır hökmün əyan- 
Ki, gərəkdir verəsiz töycü pulun, vermir aman,  
Nə qədər icz edirik, yalvarırıq növhəkünan  
Olmayır hiç riza, başqa küdurət görünür. 
İntixab eyləmişik dörd nəfər əhli-hali,  
Korsakov-Dondukova şərh edətər əhvali,  
Var ümidim ki, əgər haldən olsa hali,  
Edəcək rəhm ki, zatında mürüvvət görünür. 
Birisi Mahmud ağadır, biri Sərkar Həsən,  
Birisi Haci Əli Abbas, əla müstəhsən  
Və Aleksan Ləfəyof hali bulardan, əhsən,  
Filhəqiqət ki, bu dörd kəsdə himayət görunür. 
Bular öz xərcləri ilə gedəcək mərdanə,  
Maskova, şəhri-Peterburqa, dəxi hər yanə,  
Salacaqlar kişilər şəhrin işin samanə,  
İş bilən şəxsdü, bunlarda fərasət görünür. 
İşə getməkdə Həsənbəy hamıdan müstəsna,  
Pul işində Lələyofdan olacaq dərdə dəva,  
Dil işi olsa əgər, lazım olur Mahmud ağa,  
Onda çox sürəti-göftari-fəsahət görünür. 
Füqəralər qəminə qalsa bu dörd şəxs, xuda,  
Bunlara nüsrətini nazil elə sübhü məsa!  
Qorxuram eyləməyə bir neçəsi əhdə vəfa,  
Çünki tənpərvərə bu əmrdə zəhmət görünür. 
  


                                            
106 
Bilürəm ki, birisi bu işə bişək gedəcək,  
Hüsni-əxlaq, kərəmkani Həsən bəg gedəcək,  
Getməsə heç biri, axərdə özi tək gedəcək,  
Çünki zatında onun himmətü qeyrət görünür. 
Bir neçə əmrdə sabit görünüb andə qədəm,  
Eylədi acliq ilində nə qədər xəlqə kərəm,  
Cəm edüb uşqula ətfali üçün xeyli dirəm,  
Məktəbi-məclisə ondan genə hümmət görünür. 
Çaryar eşqinə, ey padşəhi-ərzü səma,  
Bir-birindən dəxi bu dörd nəfəri etmə cüda,  
Rübi-məskundə ver sən bulara ömri-bəqa,  
Çün bulardan genə asari-kəramət görünür. 
Seyyida, qorxma, bu dörd kəs gedər, inşaallah!  
Arizu nəxli verər bir səmər, inşaallah!  
Yeno Şirvanə quberna gələr, inşaallah!  
Kövkəbi-bəxtdə bir özgə səadət görünür! 
Ta düşə töycü pulun verməyə iş samanə,  
Yenə möhlət olacaq bir neçə il Şirvanə,  
Ya ki keçmişləri əfv eyləyəcək şahanə,  
Təbimə qeybdən ilhami-bəşarət görünür. 
  


                                            
107 
HACI RÜSTƏM BƏYƏ 
QƏZƏL 
Ey Rüstəmi-siminbərü sərvər, gözün aydın!  
Vey gülşəni-dövlətdə sənubər, gözün aydın! 
Əlminnətü-lilləh sədəfi-lütfi-ilahi  
Göstərdi bu gün lölövü gövhar, gözün aydın! 
Yəni ki, xuda hacıya çudü kərəmindən  
Bəxş eylədi fərzəndi-mütəhhər, gözün aydın! 
Ol mahvücud ilə hərəmxaneyi-dövlət  
Ayinəsifət oldu münəvvər, gözün aydın! 
Çox var idi gül gülşənü gülzardə, amma  
Artırdı bu gül gülşənə zivər, gözün aydın! 
Bir şəm idi kim, qıldı cahan bəzmini rövşən,  
Ya mərdüməki-didə kim, eylər gözün aydın. 
Yüz şükr ki, məqbuli-ilah oldu dualar,  
Məqsudü murad oldu müyəssər, gözün aydın! 
Həqqində budur şamü səhər virdi-zəbanım,  
Etsin sənin ol xaliqi-davər gözün aydın! 
Versin bacıya bir neçə övladi-mükərrəm,  
Qılsın səni hər ləhzə mükərrər gözün aydın! 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə