Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 290,22 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix14.09.2018
ölçüsü290,22 Kb.
#68247
1   2   3   4   5   6   7

5. Sığorta etdirən, sığorta müqaviləsi bağlayarkən, sığorta ödənişi almaq üçün istənilən fiziki 

və ya hüquqi şəxs təyin etmək, habelə sığorta hadisəsi baş verənədək həmin şəxslərin və sığortaçının 

razılığı ilə onları dəyişdirmək hüququna malikdir.  

 

Maddə 37. Reqres tələbi hüququ  

 

1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası 



üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində 

keçir. Sığortalı sığorta ödənişini aldıqda göstərilən hüququn həyata keçirilməsi üçün onda olan bütün 

lazımi sənədləri sığortaçıya verməlidir.  

2. Sığortalı  təqsirkar  şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi 

sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı təqsirkar şəxsdən reqres tələbi qaydasında 

ala biləcəyi məbləğ həcmində sığorta ödənişi verməkdən azad edilir.  

3. Sığortalı  təqsirkar  şəxsə  sığorta ödənişinin məbləğindən artıq zərərin  əvəzini ödəmək 

tələbi hüququnu sığortaçıya güzəşt edə bilər.  

 

IV fəsil. Sığorta fəaliyyətinin əsasları və sabitliyi  

 

Maddə 38. Sığorta obyektləri, sahələri və formaları  

 

1. Sığorta obyektləri sığortalının:  



• həyatı, sağlamlığı, iş qabiliyyəti; əmlakı;  

• digər şəxslərə vurduğu zərərə görə məsuliyyəti ilə bağlı qanunvericiliyə zidd olmayan 

əmlak mənafeləridir.  

2. Sığorta iki əsas sahədən — həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir.  

3. Sığortaçılar bu Qanuna uyğun olaraq həm həyat, həm də qeyri-həyat sığortası sahələrində 

və ya bu sahələrdən yalnız biri üzrə də fəaliyyət göstərə bilərlər.  

4. Sığorta növləri həm könüllü, həm də icbari formada həyata keçirilə bilər.  

Həyat və qeyri-həyat sığortalının şərtləri və aparılması qaydası qanunvericiliyə uyğun olaraq 

sığortaçı ilə sığortalı arasında bağlanan müqavilədə müəyyən edilir.  

İcbari sığortanın  şərtləri və aparılması qaydası Azərbaycan Respublikasının qanunları ilə 

müəyyən edilir.  

Qanunla digər hallar nəzərdə tutulmamışdırsa, icbari sığorta növləri üzrə  işlərin aparılması 

xərclərinə ayırmalar 10 faiz miqdarında müəyyən edilir.  

5. Həyat və qeyri-həyat sığortası sahələrində sığorta növləri, o cümlədən qanunla başqa hal 

nəzərdə tutulmayıbsa, icbari formada, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq 

müvafiq xüsusi razılığı almış bütün sığortaçılar tərəfindən həyata keçirilir.  

 

Maddə 39. Maliyyə sabitliyinin əsası  

 

Bu qanuna uyğun olaraq sığortaçının maliyyə sabitliyinin əsasını onun ödənilmiş nizamnamə 



kapitalı, xüsusi təminatı, ödəmə qabiliyyətini təmin edən normativlər, sığorta ehtiyatları, habelə 

təkrar sığorta sistemi təşkil edir.  

 

Maddə 40. Xüsusi təminat 

 



1. Qeyri-həyat, habelə həyat sığortasına aid edilən xəstəlik və fərdi qəza sığortası sahəsində 

təkrar sığortaya hesablanmış  sığorta haqları  çıxılmaqla daxil olmuş  sığorta haqları onların 10 

faizindən çox olmamaq şərti ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum faiz 

miqdarında xüsusi təminat kimi saxlanılır.  

2. Yeni təsis edilmiş  sığortaçılar üçün göstərilən xüsusi təminat müvafiq icra hakimiyyəti 

orqanının müəyyən etdiyi minimum miqdara çatanadək sığortaçının ödənilmiş nizamnamə 

kapitalının 10 faizi miqdarında müəyyən edilir.  

3. Sığortaçının xüsusi təminatı bütün hallarda ödənilmiş nizamnamə kapitalının 10 faizindən 

az ola bilməz.  

4. Həyat sığortası sahəsində müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə xüsusi 

təminatın yaradılması qaydası və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  

 

Maddə 41. Xüsusi təminat barədə tələblər  

 

1. Sığortaçılar xüsusi təminat kimi saxlanılan pul vəsaitinə (Azərbaycan manatı, xarici 



valyuta) və daşınar  əmlaka müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan sərəncam verə 

bilməzlər.  

2. Xüsusi təminat kimi sərbəst istifadəsi qadağan edilmiş dəyərlərin eyni qiymətə malik olan 

başqa belə  dəyərlə  əvəz edilməsi üçün icazə  tələb olunmur. Bu zaman əvəz etmə  əməliyyatının 

həyata keçirildiyi tarixdəki qiymətlər əsas götürülür.  

3. Müvafiq icra hakimiyyəti orqanı xüsusi təminat kimi saxlanılan aktivlərin sığortaçı 

hesabına yenidən qiymətləndirilməsini, onların çatışmayan hissəsinin tamamlanmağını  və bu 

aktivlərin daxilində zəruri olmayan əmlakın digər əmlakla dəyişdirilməsini tələb edə bilər.  

4. Sığortaçının xüsusi təminatı çatışmadıqda istifadəsi qadağan edilmiş  dəyərlərdən  əldə 

edilən faiz, dividend və digər belə gəlirlər xüsusi təminatın tamamlanmasına yönəldilir.  

5. Xüsusi təminatın bu Qanunun 40-cı maddəsinə uyğun olaraq tələb ediləndən artıq olan 

hissəsindən sərbəst istifadəyə qadağan edilmir.  

6. Sığortaçılar sığorta fəaliyyətinə başladığı gündən 15 gün ərzində ilk dəfə xüsusi təminatın 

yaradılması  şərtlərinə  və qaydasına dair təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti orqanına 

göndərir. Bu Qanuna uyğun olmayan və ya sığortalıların hüquq və  mənafelərinə  xələl gətirə bilən 

şərt və qaydalar müvafiq icra hakimiyyəti orqanının tələbi ilə dəyişdirilməlidir.  

7. Sığortaçılar xüsusi təminata bu Qanuna uyğun olaraq verilən tələblərin yerinə yetirilməsi 

barədə  məlumatı yerinə yetirildiyi gündən etibarən  ən geci 5 (beş) iş günü ərzində müvafiq icra 

hakimiyyəti orqanına bildirməlidirlər.  

 

Maddə 42. Xüsusi təminatdan istifadə 

 

1. Xüsusi təminat sığortaçının ləğv edilməsi və ya ödəmə qabiliyyəti olmaması halında, ilk 



növbədə müvafiq sığorta sahəsində sığortalılara borcların ödənilməsi (sığorta ödənişlərinin verilməsi 

və  çəkilmiş  xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarının 

qaytarılması) üçün istifadə olunur. Artıq qalan vəsait digər sığorta sahələrinə aid xüsusi təminatlara 

əlavə edilir.  

2. Sığortaçı  tərəfindən fəaliyyəti dayandırılan sığorta sahələrinə aid xüsusi təminatlardan 

həmin sahələrdə bütün borclar ödənildikdən sonra sərbəst istifadə edilməsinə icazə verilir.  

 

Maddə 43. Xüsusi təminat kimi saxlanılan dəyərlilər  



 

1. Aşağıdakı dəyərlilər xüsusi təminat kimi saxlanıla bilər:  

1.1. Azərbaycan manatında və Azərbaycan Respublikasında valyuta bircasında alqı-satqı 

predmeti olan xarici valyutada ifadə edilən pul vəsaiti;  

1.2. Dövlət qiymətli kağızları;  

1.3. Dövlətin payı minimum 51 faizi olan səhmdar cəmiyyətlərinin səhmləri;  

1.4. Müvafiq icra hakimiyyəti orqanının razılığı ilə digər qiymətli kağızlar;B 1.5. 

Sığortaçının mülkiyyətində olan və Azərbaycan Respublikasında yerləşən daşınmaz əmlak. 

2. Daşınmaz əmlakın dəyəri xüsusi təminatın ümumi məbləğinin yarısından çox ola bilməz.  

 

Maddə 44. Sığorta ehtiyatları 

 

1. Öz fəaliyyətinin sabitliyini təmin etmək üçün sığortaçılar bu Qanuna uyğun olaraq sığorta 



haqlarından sığorta ehtiyatları yaradırlar.  

2. Sığortaçılar yanğın və mühəndislik sığortası növləri üzrə baş verə biləcək zəlzələ 

nəticəsində  zərərin ödənilməsi öhdəliyi müqabilində aldıqları  sığorta haqlarından təkrar sığortaya 

hesablanmış sığorta haqları, komisyon mükafatlar və sığorta hadisəsinin qarşısının alınması xərcləri 

çıxılmaqla qalan sığorta haqları məbləğindən ayırmalar hesabına on beş il müddətli sığorta ehtiyatını 

yaradırlar. Bu ehtiyatın yaradılması, o cümlədən ayırmaların hesablanması qaydası müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

3. Sığortaçılar uzunmüddətli (bir ildən artıq) həyat sığortası və zəlzələ sığortası növlərindən 

başqa bütün digər sığorta növlərində yüksək dərəcəli risklər üzrə müqavilə öhdəliklərinin yerinə 

yetirilməsini təmin etmək üçün yüksək dərəcəli zərərlərin ödənilməsi ehtiyatını yaradırlar.  

Bu ehtiyat keçən hesabat dövrlərində faktiki verilmiş  və (və ya) hesablanmış  sığorta ödənişlərinə 

əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır.  

4. Cari risklər üzrə  sığorta ehtiyatı qüvvədə olan müqavilələrə görə daxil olmuş  sığorta 

haqlarından təkrar sığortaya hesablanmış sığorta haqları, komisyon mükafatlar və sığorta hadisəsinin 

qarşısının alınması  xərcləri çıxıldıqdan sonra qalan vəsaitin hesabat dövrünə keçən günlərin və ya 

ayların əsasında hesablanmış hissəsindən ibarət olur.  

Cari risklər üzrə  sığorta ehtiyatının sığorta müqavilələri  əsasında hesablanması texniki cəhətdən 

mümkün olmadıqda, bu ehtiyat daxil olmuş sığorta haqlarından hər hesabat dövrünün sonunda qalan 

vəsaitin nəqliyyat sığortası növündə minimum 25 faizi, digər sığorta növlərində minimum 33,5 faizi 

miqdarında ayırmalar hesabına yaradılır.  

5. Həyat sığortası sahəsində  fəaliyyət göstərən sığortaçılar müvafiq icra hakimiyyəti 

orqanının müəyyən etdiyi qaydada ümumi aktuari hesablamalarına əsasən riyazi ehtiyat yaradırlar.  

6. Sığorta ehtiyatları müqavilə üzrə öhdəliklərin göstərildiyi valyutada hesablama tarixinə 

birca məzənnəsi üzrə hesablanır.  Əgər sığortaçının aldığı  sığorta haqlarının valyutası onun 

öhdəliklərinin ifadə olunduğu valyutadan fərqlidirsə sığortaçı müvafiq sığorta ehtiyatlarını yaratmaq 

üçün öhdəliklərin ifadə olunduğu valyutanı satın ala bilər.  

7. Sığortaçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə və qaydada sığorta 

hadisəsinin qarşısının alınması tədbirləri fondunu və komisyon mükafat fondunu yarada bilər.  

8. Sığortaçı başqa ehtiyatlar və fondlar yarada bilər.  

9. Xüsusi təminat sığorta ehtiyatlarının tərkib hissəsidir.  

 

Maddə 45. Sığorta ehtiyatlarının yerləşdirilməsi 

 



1. Bu Qanunda göstərilmiş  sığorta ehtiyatları  sığortaçının müqavilələr üzrə öhdəliklərinin 

yerinə yetirilməsi üçün nəzərdə tutulur.  

2. Sığorta ehtiyatlarının vəsaiti sığortaçının seçimi ilə  aşağıdakı qaydada yerləşdirilə bilər 

(investisiya edilə bilər):  

2.1. dövlət qiymətli kağızlarının satın alınmasına — 70 faizədək;  

2.2. bank və digər kredit təşkilatlarındakı depozit hesablarında — 80 faizədək;  

2.3. daşınmaz  əmlakın və torpaq sahələrinin, habelə onlardan istifadə hüquqlarının satın 

alınmasına—20 faizədək, o cümlədən bir satınalınmaya—bu həddin 50 faizinədək;  

2.4. qeyri-dövlət qiymətli kağızların, xarici valyutanın və onunla ifadə edilmiş qiymətli 

kağızların satın alınmasına—40 faizədək, o cümlədən bu satınalınmaya—bu həddin 10 faizinədək;  

2.5. cari sığorta ödənişlərinin verilməsi üçün bankdakı hesablaşma hesabında — 5 faizdən az 

olmayaraq;  

2.6. digər investisiya sahələrinə — 10 faizədək.  

3. Bir bankda və ya kredit təşkilatında bütün sığorta ehtiyatları vəsaitinin 40 faizindən çoxu 

saxlanıla bilməz.  

4. Sığorta ehtiyatlarının vəsaiti yerləşdirilən daşınmaz əmlakın və torpaqların dəyəri onların 

bazar qiymətinin 80 faizi miqdarında qəbul edilir.  

 

Maddə 46. Sığortaçının ödəmə qabiliyyətinin təmin edilməsi normativləri  

 

1. Öz ödəmə qabiliyyətini təmin etmək üçün sığortaçı  aşağıdakı normativlərə riayət 



etməlidir:  

1.1. sığortaçının öz vəsaitinin sığorta haqları  məbləğinə (təkrar sığortaya verilmiş  sığorta 

haqları çıxılmaqla) 16 faizdən az olmayan nisbət;  

1.2. bir müqavilə üzrə öhdəliklərin maksimum həcmi sığortaçının öz vəsaitinə on faizdən çox 

olmayan nisbət.  

2. Sığortaçının öz vəsaitinə onun aktivləri ilə müqavilə öhdəliklərinin məbləği arasında fərq 

aid edilir. Bu zaman aktivlər hesablanarkən faktiki verilmiş  sığorta ödənişləri məbləği nəzərə 

alınmır.  

3. Sığortaçı bu maddədə göstərilən normativlərə öz aktivlərinin tamamlanması, 

öhdəliklərinin müvafiq hissəsinin təkrar sığortaya verilməsi və ya sığorta  əməliyyatlarının 

azaldılması yolu ilə riayət etməlidir.  

4. Sığortaçının öz vəsaitinin məbləği qanunvericiliklə müəyyən edilmiş minimum 

nizamnamə kapitalı məbləğindən az ola bilməz.  

 

Maddə 47. İflasa uğrama zamanı həyat sığortası portfelinin başqasına verilməsi 

 

Sığortaçının müflisləşdiyi halda bir və ya bir neçə başqa sığortaçı onun həyat sığortası 



portfelini bütün hüquq və öhdəlikləri ilə birlikdə  qəbul edəcəyini bildirərsə, həmin sığorta portfeli 

sığortaçının müflis elan edilməsi və ləğv edilməsi prosedurunun başa çatmasına qədər müvafiq icra 

hakimiyyəti orqanının icazəsi ilə digər sığortaçılara verilə bilər.B İflasa uğrayan sığortaçının həyat 

sığortası portfeli ilə birlikdə xüsusi təminat və müvafiq sığorta ehtiyatları verilir və ya onlar sığorta 

portfelini qəbul edən sığortaçı tərəfindən yaradılır.  

 

Maddə 48. Sığortaçının yenidən təşkili zamanı sığorta portfelinin başqasına verilməsi 

 



1. Sığortaçının hər hansı formada yenidən təşkili (birləşməsi, qovuşması, bölünməsi, 

ayrılması, çevrilməsi) və bununla əlaqədar sığorta portfelini qismən və ya tamamilə başqa bir 

sığortaçıya verməsi müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir.  

2. Sığorta portfelinin başqasına verilməsi haqqında müqavilədə  sığortalıların hüquq və 

mənafelərinə xələl gətirən şərtlər olmamalıdır.  

3. Sığorta portfelinin başqasına verilməsi haqqında müqavilədə verilən sığorta müqavilələri, 

portfellə birlikdə verilən sığorta ehtiyatları, investisiyadan əldə ediləcək gəlirlərə  və xüsusi 

təminatlara dair şərtlər, habelə portfelin verilmə tarixi dəqiq göstərilməlidir.  

4. Sığortaçının yenidən təşkili, ləğvi və bununla əlaqədar sığorta portfelinin başqasına 

verilməsi respublika mətbuatında bir həftə ara ilə ən azı iki dəfə elan edilir. elan tarixindən etibarən 

üç ay ərzində etiraz bildirməyən sığortalılar portfelin başqasına verilməsini qəbul etmiş hesab 

olunurlar.  

5. Bu Qanuna uyğun olaraq sığorta portfelini başqasına verən sığortaçının öhdəliklərinə 

xüsusi təminatla sığorta ehtiyatları tam həcmdə verildikdən sonra xitam verilir.  

6. Sığortaçının hər hansı formada yenidən təşkili, portfelini başqasına verməsi, xüsusi 

razılığın ləğvi barədə  məlumat müvafiq icra hakimiyyəti orqanı  tərəfindən respublika mətbuatında 

elan edilir. 

 

V fəsil. Sığorta fəaliyyətinə dövlət nəzarəti 



 

Maddə 49. Sığorta nəzarəti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifələri  

 

1. Azərbaycan Respublikasında sığortalıların, sığortaçıların və  sığorta bazarının digər 



iştirakçılarının, habelə dövlətin hüquq və  mənafelərinin qorunması  sığorta qanunvericiliyinin 

tələblərinə  əməl edilməsi məqsədilə  sığorta fəaliyyətinə  nəzarət müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən həyata keçirilir.  

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 

orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.  

2. Müvafiq icra hakimiyyəti orqanının əsas vəzifələri aşağıdakılardır:  

2.1. sığorta fəaliyyətinin göstərilməsi üçün xüsusi razılıq vermək;  

2.2. qanunvericiliyə uyğun olaraq sığortaçıların, o cümlədən təkrar sığortaçıların, onların 

filiallarının, brokerlərin və sığorta bazarının digər peşəkar iştirakçılarının uçotunu aparmaq;  

2.3. sığortaçıların sığorta haqları  və tariflərinin  əsaslandırılmasına, maliyyə sabitliyinin və 

ödəmə qabiliyyətinin təmin olunmasına nəzarət etmək;  

2.4. bu Qanunla müəyyən edilmiş qaydada sığortaçıların sığorta ehtiyatlarının və fondların 

yaradılmasına və yerləşdirilməsinə nəzarət etmək;  

2.5. sığortaçıların reyestrini aparmaq;  

2.6. sığorta fəaliyyəti ilə  əlaqədar bu Qanunla müəyyən edilmiş  səlahiyyət dairəsində 

normativ aktları və metodiki sənədləri hazırlayıb təsdiq etmək;  

2.7. sığorta təcrübəsini ümumiləşdirmək, sığorta fəaliyyətinin inkişafına və 

təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq. 

  

Maddə 50. Sığorta nəzarəti sahəsində müvafiq icra hakimiyyəti orqanının hüquqları  

 

Sığorta nəzarəti sahəsində müvafiq icra hakimiyyəti orqanının hüquqları aşağıdakılardır:  




1.1. sığortaçılardan, brokerlərdən və sığorta bazarının digər peşəkar iştirakçılarından onların 

fəaliyyəti haqqında məlumat və maliyyə vəziyyəti barədə hesabatlar almaq;  

1.2. bu məlumatın və hesabatların düzgünlüyünü yoxlamaq, onların fəaliyyəti və maliyyə 

əməliyyatları barədə banklara, digər kredit idarələrinə və müəssisələrinə müraciət etmək;  

1.3. sığortaçıların, brokerlərin və sığorta bazarının digər peşəkar iştirakçılarının fəaliyyətində 

bu Qanunun tələblərinin pozulması  aşkar edildikdə pozuntuların aradan qaldırılması üçün 

təqdimatlar vermək, təqdimatlar yerinə yetirilmədikdə  sığortaçılara və brokerlərə verilmiş xüsusi 

razılığın qüvvəsini müvəqqəti dayandırmaq, onu məhdudlaşdırmaq və geri almaq, qanunvericiliklə 

müəyyən edilmiş qaydada və hallarda inzibati tənbeh tətbiq etmək;  

1.4. sığortaçılar və brokerlər tərəfindən sığorta qanunvericiliyi dəfələrlə pozulduqda onların 

ləğv edilməsi barədə qanunvericiliklə  nəzərdə tutulmuş qaydada müvafiq məhkəmədə iddia 

qaldırmaq;  

1.5. sığortaçıların ödəmə qabiliyyətinin olmaması ilə  əlaqədar onların iflas elan edilməsi 

barədə məsələlərə baxılmaq üçün məhkəməyə müraciət etmək.  

 

Maddə 51. Maliyyə sabitliyinə nəzarət  

 

1. Sığortaçının maliyyə sabitliyinin xüsusi təminatı normativləri gözlənilmədikdə, yaxud 



onun müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi və ya maliyyə vəziyyətinin sığortalıların hüquq 

və mənafelərinə təhlükəli olan dərəcədə pisləşməsi sübut edildikdə müvafiq icra hakimiyyəti orqanı, 

müəyyən vaxt verərək həmin sığortaçıdan aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edə bilər:  

1.1. öz vəsaitinin (kapitalın) artırılmasını  və (və ya) mənfəətin dividend şəklində 

bölüşdürülməsinin dayandırılmasını;  

1.2. risklərin (öhdəliklərin) təkrar sığortaya verilməsini və saxlama paylarının miqdarının 

dəyişdirilməsini;  

1.3. yaranmış vəziyyəti ilə əlaqədar ümumi yığıncağın çağırılmasını və müvafiq qərar qəbul 

edilməsini (təsisçi təkdirsə, onun tərəfindən qərar qəbul edilməsini);  

1.4. maliyyə vəziyyətinin yaxşılaşması istiqamətində digər tədbirlər.  

2. Sığortaçının rəhbərliyi və ya təsisçiləri bu maddənin 1-ci bəndində göstərilən tədbirlərin 

yerinə yetirilməsi haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanına aylıq hesabat qaydasında 

verməlidir.  

3. Bu maddənin 1-ci bəndində göstərilən tədbirlərin yerinə yetirilməsi və ya onların 

görülməsinə baxmayaraq maliyyə  vəziyyətinin yaxşılaşdırılması mümkün olmadıqda müvafiq icra 

hakimiyyəti orqanının:  

3.1. sığortaçının yeni sığorta və (və ya) təkrar sığorta müqavilələri bağlamasını qadağan 

etmək;  


3.2. sığortaçının sığorta fəaliyyəti növlərindən birinə  və ya hamısına aid olan sığorta 

portfelinin xüsusi təminat və  sığorta ehtiyatları ilə birlikdə başqa sığortaçılara verilməsi haqqında 

qərar qəbul etmək;  

3.3. müvafiq sığorta fəaliyyətinə xüsusi razılığı ləğv etmək səlahiyyəti vardır.  

 

Maddə 52. İnhisar fəaliyyətinə və haqsız rəqabətə qarşı tədbirlər 

 

Sığorta sahəsində inhisar fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması, 



məhdudlaşdırılması  və aradan qaldırılması qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti 

orqanları tərəfindən həyata keçirilir.  




 

 

VI fəsil. Yekun müddəaları 



 

Maddə 53. Uçot və hesabat  

 

1. Sığortaçılar və brokerlər qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə-təsərrüfat 

fəaliyyəti üzrə statistika və mühasibat uçotu aparır və hesabatlar verirlər.  

2. Sığortaçının uçot sənədləri və maliyyə hesabatları onun filiallarının  əməliyyatlarını  və 

maliyyə  vəziyyətini birlikdə  əks etdirməlidir. Rüblük və ya illik hesabat zamanı  sığortaçının 

filiallarının hesabatlarını nəzərə almaqla ümumiləşdirilmiş mühasibat balansı və maliyyə nəticələri 

barədə hesabat təqdim edir.  

3. Bu Qanundan irəli gələn sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti barədə 

hesabatların və digər məlumatın tərtib edilməsi və müvafiq icra hakimiyyəti orqanına təqdim 

edilməsi qaydası normativ hüquqi aktlarla müəyyən edilir.  

 

Maddə 54. Audit və nəzarət 

 

1. Sığortaçının maliyyə-təsərrüfat vəziyyətini onun seçdiyi sərbəst auditor yoxlayır. Auditor 



tərəfindən təsdiqlənmiş illik maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabat müvafiq icra hakimiyyəti 

orqanına təqdim edilir və mətbuatda dərc olunur.  

2. Sığortaçının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanı bu qanuna uyğun olaraq nəzarət 

edir.  


 

Maddə 55. Sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyət 

 

Sığortaçılar, brokerlər və  sığorta bazarının digər peşəkar iştirakçıları bu Qanunu və  sığorta 



sahəsində digər normativ hüquqi aktları pozmalarına görə qanunvericiliklə müəyyən edilmiş 

məsuliyyət daşıyırlar.  

 

Maddə 56. Mübahisələrin həlli 

 

Sığortaçılar, brokerlər və  sığorta bazarının digər peşəkar iştirakçıları bu Qanunu və  sığorta 

sahəsində digər normativ hüquqi aktları pozmalarına görə qanunvericiliklə müəyyən edilmiş 

məsuliyyət daşıyırlar. 

 

Bakı şəhəri, 25 iyun 1999-cu il № 696-IQ  



 

Azərbaycan Respublikasının Prezidenti 

Heydər ƏLİYEV 

 

Bakı şəhəri, 25 iyun 1999-cu il. 

No 696-IG. 

«Azərbaycan» qəzetində  dərc olunmuşdur (21 avqust 1999-cu il № 190) 

(«VneshExpertService»).  



«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 avqust 1999-cu 

il, № 8, maddə 479) («VneshExpertService»).  

23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli; 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli; 

30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 18 iyun 2004-cü il tarixli, 



Yüklə 290,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə