Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   2   3   4   5   6   7   8   9   ...   33

17 
 
Mir  Əsgər  xanın  kənizdən  olan  oğlu  Cavad  xana  toxunmurlar.  Çünki  onu 
Mir  Əsgər  xan  oğulluqdan  çıxarmıĢdı.  Heç  familiyasını  da  ona  verməmiĢdi.  Ona 
görə də o öz ana babasının adını özünə familiya götürmüĢdü. Sovet dövründə Mir 
Əsgər xanın nömrə  hamamını təmir etdirib Cavad xanı oraya  müdir təyin edirlər. 
Bundan  sonra  Cavad  xanın  oğlanları  TalıĢinski  əvəzinə  Cavadzadə  familiyasını 
daĢıyırlar. Cavad xan savadsız idi. Onun dörd övladı var idi. Özü Lənkəranda vəfat 
etmiĢdir.  
Mir  Əsgər  xanın  mülki  Sovet  höküməti  gələndən  sonra  dövlətə  keçirilir, 
prokurorluq  və  məhkəmə  binası  kimi  istifadə  olunur.  Bina  çiy  kərpicdən 
olduğundan  sonralar  onu  söküb  yerində  yeni,  gözəl  idarə  binası  tikdilər.  Mir 
Abdulla  xan  TalıĢinski.  Mir  Abdulla  xan  az  savadlı  idi,  mahalnan  dolanırmıĢ. 
Övladları: Mir  Abbas  xan,  Mir Qasım  xan da  az  savadlı idilər. Qızları: Mir Tacı 
xanım  TalıĢinskaya  -  əri  Ağa  xandır,  Lənkəranda  Ģəhər  dumasında  iĢləyərdi, 
övladları yox idi, evi indi H. Aslanov küçəsi № 7-dir. 
Mir  Pitan  xanım  əri  Mir  Əsgərxan  TalıĢinskidir.  Buna  bütün  Lənkəran, 
Masallı, Cəlilabad, PuĢkin və Yardımlı mahallarının xanlıqları tabe idi. Dörd oğlu 
və iki qızı vardı. 
Mir  Bilqeyis  xanım  TalıĢinskayanın  əri  Mir  Əbülfət  xandır.  O,  Mir  Əsgər 
xanla  əmi  oğludur.  Övladlarından:  Mir  Mehdixan  TalıĢinski,  Mir  Rza  TalıĢinski. 
Rza xanın övladlarından professor Mir Ağaxan TalıĢinski  və  xanəndə  Mir Cahan 
xanım TalıĢinskaya idi. 
Mir Mustafa xan ġahvəli xanla qardaĢ idi. 
TalıĢinskilərə  Ģah  tərəfindən  xan  rütbəsi  verilib,  amma  TalıĢxanovlara 
verilməyib, ona görə də onlara ―LığarıĢdan bəyləri‖ deyirdilər. 
Bir  əmi  uĢağı  da  Mir  Bağırxan  TalıĢinskidir.  Onun  övladlarından  Mir 
Davudxan, Mir Ġskəndər xan, Mir Qasım xan, doktor; Mir Ġsmayıl kamançaçı; Mir 
Fəttah  xan  TalıĢxanovdur.  Onun  övladlarından  Mir  Pərviz  bəy,  Mir  HaĢım  bəy 
(Xanoğlan),  Mir  Bağır,  doktor  Mir  Həbib.  Mir  Əsgərxan  TalıĢinskinin  övladları: 
Mir  Əsədxan  –  savadlı,  Mir  Ġsrafil  xan  (savadlı,  tar  çalan),  Mir  Ġsmayıl  xan 
(kamançaçı, savadlı), Mir Cavadxan (savadsız, bunlara ögey). 
Mir  Əhməd  xan  atanın  bir  övladı  olduğundan  atasının  vəfatından  sonra 
bütün Astara mahalı onun malikanəsi və bu mahalda olan bütün xanlar, bəylər ona 
tabe  idi.  Xan özü isə  vaxtını  Parisdə, Peterburqda  keçirərdi.  Mir Əhməd xan Mir 
Əsgər xanla əmioğlu olmaqla yanaĢı, onun böyük qızı ilə evlənmiĢdi. 
Mir Əhməd xanın atasının tikdirdiyi birinci ev taxta bina idi, özü tikdirdiyi 
ikinci ev isə indiki Kirov küçəsində yerləĢən birmərtəbəli kərpic evdir. Evlənəndən 
sonra 1913-cü ildə Mir Əhməd xan arvadı Tuğra xanımın təkidi ilə üçmərtəbəli ev 
tikdirməyə baĢlayır. Ev tikilən zaman Tuğra xanım Kislovodskidə idi. Mir Əhməd 
xana gedərkən demiĢdi ki, ―ev nə vaxt hazır olarsa, onda xəbər edərsən gələrəm‖. 
Mir  Əhməd  xan  da  həmin  üçmərtəbəli  evi  üç  ay  yarıma  bir  fransız  mühəndisinə 
tikdirir. Lakin mühəndisi o qədər tələsdirir ki, ev tərsinə tikilir, yəni küçə üstə olan 


18 
 
sağ  tin  sola  düĢür,  sol  tin  isə  sağa.  Binanın  həyət  tərəfdə  olan  ĢüĢəbəndi  isə 
sökülür. Buna görə də bina içəri tərəfdən öz görkəmini itiribdir. Mir Əhməd xanın 
həyətində xüsusi kiçik bir elektrik  stansiyası  var idi. Bu stansiya Sovet dövründə, 
yəni  1926-cı  ilə  kimi  Lənkəranın  bəzi  idarələrinə,  habelə  kinoteatra  iĢıq  verirdi. 
Lənkəranda  yeni  tikilən  elektrik  stansiyasından  sonra  bu  stansiya  balaca 
olduğundan  ondan  istifadə  etmədilər,  baxımsızlıq  üzündən  dağıldı.  Həyətin 
ortasında hörülmüĢ quyu vardı, demək olar həyət tamamilə güllük idi, hətta burada 
tovuzquĢu  da  saxlanılırdı.  Yuxarı  mərtəbələrə  əl  nasosu  ilə  su  vurulurdu.  Mir 
Əhməd xanın arvadı Tuğra xanım 1912-ci ildə Tiflisdə keçirilən gözəllik yarıĢında 
birinci yeri tutmuĢdu. 
ġahağacda  xan od dəyirmanı  tikdirmiĢdi ki,  1927-ci  ilə  kimi iĢləyirdi,  özü 
də altı cür düyü buraxırdı. 
Mir  Əhməd  xan  1916-cı  ildə  zöhrəvi  xəstəlikdən  vəfat  etmiĢdir.  Qəbri 
Sardaxlıdadır. Tuğra xanım Mir Əhməd xandan və özündən ötrü bir yerdə qırmızı 
kərpicdən  gözəl  bir  məqbərə  tikdirmiĢdi.  Bir  gün  rayonun  kommunal  təsərrüfat 
idarəsinə kərpic lazım olur. GöstəriĢ verilir ki, haman məqbərə sökülsün. Məqbərə 
sökülür,  oradan  çıxan  kərpic  isə  ...  istifadə  ediləsi  olmur!  Bu  cür  gözəl  abidə  isə 
yoxa çıxır. O dövrdə keçmiĢimizə belə münasibət adi hal idi. Məsələn, 1927-ci ildə 
bizi  yığıb apardılar GamıĢavana, Molla Fəttahın evinə. Onun  gözəl  əlyazmalarını 
yığıb  ―köhnə  əlifbanı  basdırırıq‖  deyə  aparıb  qəbiristanlıqda  basdırdıq.  Ġndi 
anlayırıq ki, həmən əlyazmaları qızıla bərabər imiĢ. 
Sovet  höküməti  Mir  Əhməd  xanın  evini  alandan  sonra  Tuğra  xanım  ğgey 
qardaĢı Cavad xanın evinə köçür, bir müddət qalandan sonra Bakıda olan mülkünə 
(indiki Tolstoy küçəsi) köçüb ömrünün sonuna kimi orada yaĢayır. 
Müharibə dövründə Tuğra xanım Poluxin küçəsində olan qadın hamamında 
xadimə  iĢləyirdi,  vəfatı  zamanı  bacısı  KiĢvər  xanımın  oğlanları  –  doktor  Ġsabəy 
Əlibəyovun uĢaqları xalalarını  adət - ənənə ilə analarının yanında dəfn ediblər.  
 
 
 
MEHMANDAROVLAR 
 
Sadıq bəy Mehmandarov 
ġuĢa Ģəhərində doğulmuĢdur və əslən ġuĢalı 
idi.  Oxumağa  Peterburqa  gedib, hüquq  fakültəsini qurtarmıĢdı.  Yuxarıda  dediyim 
kimi  o,  Hacı  Mir  Abbas  bəy  TalıĢinski  ilə  tanıĢ  olur,  Hacı  Mir  Abbas  onu 
Lənkərana, öz mülkünə baĢ hüquqçu vəzifəsində iĢləməyə dəvət edir. 
Sadıq  bəy  Mehmandarov  Lənkərana  gəldiyi  ilk  vaxtlarda  ev  kirayə  edib 
yaĢayır.  Bir  neçə  ildən  sonra  ona  evlənmək  təklif  edirlər.  O  deyir  ki,  yad  evində 
yaĢayıb  evlənmək  olmaz.  Elə  bundan  sonra  Sadıq  bəy  həyət  yeri  alıb,  orada  çiy 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə