Щомерин поемалары вя «китаби-дядя горгуд»



Yüklə 231,04 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix25.08.2018
ölçüsü231,04 Kb.
#64075
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   16

bunlar çox-çox qədim izləri  mühafizə edir. Məsələn, Yegnək Qazılıq qocanı 

Düzmürd qalasından xilas etdikdən sonra ozan ata ilə oğulun sevincini belə 

təsvir edir: «Babasilə Yegnək gizlü  

yaqa tutuban yiləşdilər.  Eki həsrət 

bir-birinə bulışdılar. 



İssüz yerin qurtı kibi ulaşdılar…» (97)

Verdiyimiz   bu   nümunələrdən   başqa,   təbii   ki,   yenə   uyğun   detallar 

göstərmək mümkündür. Amma oxucu görməlidir ki, bunlar təsadüfi oxşarlıq 

deyildir.   Bunlar     minilliklər   boyu   vahid   mənbədən   hər   bir   xalqın   özünə 

məxsus götürdükləridir.  Ağla bu da gələ bilməz ki, bu cür süjet eynilikləri 

biri-digərindən köçürmənin nəticəsidir. Sadəcə olaraq bunlar məntiqi şəkildə 

aydın göstərir ki, oğuzlar və axeylilər çox qədim dövrlərdən yanaşı yaşamış, 

bir-biri   ilə   son   dərəcə   yaxın   münasibətdə   olmuşlar.   Axeylilər   troyanlara 

qarşı ittifaqla vuruşduqları halda, onların qonşuluğundakı frakiyalılar troyalı-

ların müttəfiqi idilər. (Frakiyalı igidlərin sərkərdəsi Akamant öz dəstəsi ilə 

troyalılar tərəfdə vuruşurdu -79). 

Artıq   elmi   ədəbiyyatda   troyalıların   türk   olduğu   sübut   olunmuşdur. 

Lakin   onların   müttəfiqləri   qarışıq   qəbilələrdən   ibarət   idilər.   Müttəfiqlər 

müxtəlif olduğu kimi, dilləri də müxtəlif olmuşdur:

Priamın paytaxtında çoxdur bizim müttəfiqlər,

Burda çoxdur qəbilələr, 



hərənin də öz dili var. (43)

Və ya:


Troyanın qoşunu da  eynən belə bağrışırdı.

Ancaq hərə başqa cürə çığrışaraq danışırdı:



Qarışmışdı bir-birinə başqa-başqa xalqın dili… (65)

Aydın olur ki, troyalılar yekcins olmamışlar. Lakin, şübhəsiz, onların 

əsas   kütləsi   türklərdən   ibarət   olmuşdur,   çünki     Priamın   xalqı   Troyada 

üstünlük təşkil etmişdir. Bu cəhətdən aşağıdakı  misralarda   «barbar dilli 

Karlar» ifadəsi çox maraqlıdır:

Barbar dilli 



Karların da  sərkərdəsi mərd Nast idi.

Onlar Milet şəhərində dik Mendra sahilində 

Bol meşəli Ftirosla qarlı Mikal dağlarında yaşardılar.(44)

Şumerlər özlərini  



kar-rir, yəni «qarabaşlar» adlandırırdılar.   Bu da 

Kenqir- şumer  sözünün   bir oxunuş variantı idi.  Kar-r-ir  sözündə «qara» 

sözü aydın seçilir.(3,60) Şumer tayfaları e.ə.23-cü əsrdə Akkad istilasından 

sonra ətraf ərazilərə dağılmışdılar və onlar Troya ətrafına da asanlıqla gələ 

bilərdilər.

25



Eyni   zamanda,   axeylilər   də   müttəfiqlərdən,   qəbilələr   ittifaqından, 

müxtəlif dilli qəbilələrdən ibarət olmuşlar; məsələn, təkcə Krit adası sakin-

lərinin təsvirinə baxaq: 

Tünd suların qucağında Krit adlı bir ada var;

Çox zəngindir gözəlliyi, vəsfə gəlməz həmin ada.

Şəhərlərin sayı doxsan, xalqı saysız-hesabsızdır.



Neçə dilə rast gələrsən. Axeylilər, kidonlular,

Eteokrit tayfasına rast gələrsən o adada;

Düz üç dori sülaləsi, pak 

pelask tayfası var.(589)

Buradakı pelaskların da türk tayfalarından olduğu məlumdur. Lakin bu 

hələ axeylilərin hamısı deyildir.

Bütün bunlar göstərir ki, e.ə. 1260-1240-cı illərin hadisələrindən bəhs 

edən «İliada» və «Odisseya» əsərləri ilə bizim  1300 illiyini qeyd etdiyimiz 

«Kitabi-Dədə Qorqud» yaşıddır, eyni dövrdə, eyni real və mifik hadisələr 

zəminində   yaranmış   dastanlardır.   Lakin   poemaları   yunanlar   yazıya   alıb 

saxlamışlar, təbii ki, əlavələr də etmişlər, dastanı isə ya vaxtında yazıya 

almamışlar, yaxud da   vaxtaşırı üzərində işləmiş, ilkin formadan fərqli bir 

formaya salmışlar.   Hətta hiss olunur ki, bu və ya digər boyu atmış, yeni 

boylar   yaratmışlar.   Və   ya   obrazların   adlarını,   bəlkə   arxaik   rəng   aldığını 

görərək lap səciyyəsini də dəyişmişlər. Nə qədər dəyişmiş olsa da, yenə 

izlər   qalmışdır.   Məsələn,   özü   allah   Poseydonun   oğlu   olan   Təpəgöz   və 

təpəgözlər allahları tanımadıqlarını bildirir: 

Nə o qalxantutan Zevsə, nə də başqa allahlara

Biz taygözlər baş əymərik, biz onlardan çox üstünük! (472)

Bu, «Dədə Qorqud»da Dəli Domrulun əzrayılı tanımamasına bənzəyir. 

Amma   nəzərə   almalıyıq   ki,   dastanın   üzərində   işləyənlər   onu   zəmanəyə 

uyğunlaşdırmaq üçün  politeizmdən əl çəkməli, təkallahlılığa çevirməli idilər. 

Və hələ burasını da bilmirik ki, onu əvvəlcə xristianlığa uyğunlaşdırıb, sonra 

islam   dinini   hopdurmuşlar,   yoxsa   birbaşa   islamlaşdırmışlar.   Dirsə   xanın 

xüsusi süvarisi olan qırx namərd xanın min nəzir-niyazla dünyaya gətirdiyi 

yeganə oğlu Buğacı atasının gözündən salmaq və öldürtmək üçün anası ilə 

yaxınlıq etdiyini söyləyirlər:  «Sən var ikən av avladı, quş quşladı.  Anasının 

yanına   alub   gəldi.   Al   şərabın   itisindən   aldı,   içdi.   Anasilə   söhbət   eylədi, 

atasına qəsd eylədi…» (37) Doğrudur, oxucu bilir ki, bu, iftiradır, amma, 

görünür,   ola   bilən   haldır   ki,   dastana   daxil   edilib.   Bu,   əşirət   dövrünün 

xüsusiyyətidir,   lakin   Homerdən   sonra   da   bəzi   xalqlarda   davam   etmişdir. 

Məsələn, İran şahı Kiruş (e.ə.VI əsr) iki bacısının ikisi ilə də evlənmişdi. 

Homer troyalılarda   və   axeylərdə   belə  bir  adət   təsvir  etməmişdir.   Amma 

26



Olimp allahlarında var, məsələn, Zevsin arvadı Hera həm də onun bacısıdır. 

Heç şübhəsiz, bu epizod dastanı ən qədim dövrlərlə bağlayır.

Yaxud həm axeylilər, həm də troyalılar döyüşqabağı və ya başqa bir 

çətinlikləri olduqda allahların şərəfinə qurbanlar verirlər, çoxlu mal-heyvan 

kəsir, təpə kimi ət yığırlar:

Döyüşlərdə sağ-salamat qalmaq üçün edib dua,

Hərə qurban nəzr elədi öz əbədi allahına…

Qəhrəmanlar dua edib qurbanlara dən səpdilər, 

Sonra bir-bir boğazlayıb tez soydular hamısını.

Budlarını doğrayaraq piy qatına bürüdülər,

Parça-parça ət düzdülər hər birinin üzərinə.

Quru çırpı tonqalında budlarını yandırdılar,

İçalatı şişə çəkib bişirdilər od üstündə.

Budlarını yandıraraq içalatı yeyib, sonra

Qalan əti doğrayaraq şişə çəkdi  bir-bir onlar.

Oda qoyub bişirdilər, sonra şişdən çıxardılar,

İşi başa vurub, böyük bir qonaqlıq düzəltdilər,

Hamı bol-bol yedi-içdi, ac qalmadı heç bir nəfər. (34)

«Dədə Qorqud»da:

«Dirsə   xan…   ulu   toy   elədi,   hacət   dilədi.   Atdan-ayğırdan,   dəvədən 

buğra, qoyundan qoç qırdırdı. İç Oğuz, Taş Oğuz bəglərin üstinə yığnaq 

etdi. Ac görsə, toyurdı. Yalın görsə, tonatdı. Borcluyı borcından qurtardı. 

Dəpə kibi ət yığdı. Göl kibi  qımız sağdırdı. Əl götürdilər, hacət dilədilər…» 

(35) Beyrək boyunda Banıçiçəklə Beyrəyin də Oğuz ağsaqqallarının duası ilə 

doğulduğunu görürük və s.

«İliada»da əsas qəhrəmanları çox zaman allahlar xilas və ya məhv 

edir. Hektorla Axillesin  döyüşündə Axilles nizəsini atır,  nizə Hektorun başı 

üzərindən keçib torpağa sancılır, ilahə Afina cəld nizəni götürüb Axillesə 

qaytarır. Hektor nizəsini atır, Axillesin allah Hefest tərəfindən hazırlanmış 

beş qat qalxanının üçüncü qatında – qızıl qatında ilişib qalır və nizə ucluğu 

bu qatı keçə bilmir. Hektor cəld yaxın yoldaşı Deifobdan  nizə istəyir, amma 

görür ki, o yoxdur, başa düşür ki, gözünə görünən ilahə Afina imiş, Deifob 

surətində   onu   arxayın   salıb   aldadırmış.   (331)   Yaxud   Eneylə   Axillesin 

döyüşündə   yenə   Axillesin   nizəsi   boş   gedir.   Lakin   o,   cəld   qılınca   əl   atır. 

Poseydon Eneyin ölümünü istəmir, Zevsə müraciət edir. Axillesin gözlərini 

dumanladıb Eneyi aradan çıxarırlar. (305-306)  «Dədə Qorqud»da atası tə-

rəfindən oxlanmış Buğacı  Xızır xilas edir: «Boz atlu Xızır oğlana hazır oldı. 

Üç   qatla   yarasın   əlilə   sığadı:   «Sana   bu   yaradan,   qorxma,   oğlan,   ölüm 

yoqdur. Tağ çiçəgi  anan südilə sənin yarana məlhəmdir»,-dedi, qaib oldı».

(39)  Doğrudur, burada allah peyğəmbərlə əvəz olunmuşdur, lakin məlum-

dur ki,  bu, sonrakı dövrün nailiyyətidir – dinin özü dəyişmişdir. Yaxud Dəli 

Qarcar Dədə Qorqudu  qılınclamaq istəyərkən Dədənin allaha yalvarması, 

27



Yüklə 231,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə