ŞİRİn bünyadova



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə109/118
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32361
1   ...   105   106   107   108   109   110   111   112   ...   118

 
345 
 
lara  təlim  və  tərbiyə  aşılanması  ailə  məişətində  mühüm  şərt  kimi 
qabarıq şəkildə özünü göstərir. 
Araşdırma  məqsədinə  uyğun  olaraq  elmi  tələbatdan  doğan  bir 
məsələ kimi varisliyi təsdiq etmək baxımından orta əsrlərin mahiy-
yətinə nüfuz etmək, o dövrlərdən bu günə gəlib çatan adət və ənənə-
lərin  köklərini  araşdırmaq  və  mənalandırmaq,  olduğu  kimi  təqdim 
etmək  əsərin  əsas  amalı  olmuşdur.  Hər  bir  cəmiyyətin  özəyi  olan 
ailələr  birgəyaşayış  qaydaları  ilə  bir-birilə  bağlı  münasibətlər 
sistemi yaradır.  
Mədəni-tarixi inkişafın olması həyatın başqa sahələrində olduğu 
kimi,  ailə-nikah  münasibətlərinin  də  dəyişməsinə  müəyyən  təsir 
göstərmişdir.  Bu  münasibətlər  xüsusən  qadınla  kişi  arasındakı 
əlaqələrə sirayət etmişdir. Lakin dəyişikliyə uğramayan qaydalar da 
hökm  sürür  ki,  bu  da  özünü  elçilik,  toy  mərasimlərinin  davam 
etməsində  göstərir.  Yaranmaqda  olan  yeni  ailə  münasibətlərində 
mənəvi, mədəni, psixoloji və digər xüsusiyyətlərin ön plana çıxması 
özünü  büruzə  verir.  Bu  xüsusiyyətlərin  birgə  varlığı  zəminində 
müasir  dövrdə  uyğunlaşma  prosesi  gedir.  Xüsusən  belə  ənənə 
formalaşmağa  başlamışdır  ki,  valideynlər  övladlarının  maraqlarına 
bütünlüklə tabe olmaqdan imtina edirlər. Deyilənlərə onu əlavə edə 
bilərik ki,  sosial  şəraitin  dəyişməsi  ilə bərabər  ailə daxili  qarşılıqlı 
münasibətlərdə də müəyyən dəyişikliklər aydın sezilir. 
Orta əsrlər cəmiyyətinə xarakterik olan teoloji dünyagörüşü za-
manın təfəkkür tərzinin aynasıdır. Bir olan Allahın insanlar tərəfin-
dən fövqəl varlıq kimi qəbul edilməsi ümumiyyətlə, cəmiyyət tərə-
findən qanuniləşdirilmiş  ümdə məsələ kimi  təzahür edir. Hər şeyin 
onun iradəsilə baş verdiyinə inam hökmranlıq edir. Bu onu deməyə 
əsas  verir  ki,  cəmiyyət  tarixinin  inkişaf  mərhələləri  insanların  fəa-
liyyət dairəsi ilə əlaqədar olaraq münasib dünyagörüşünü formalaş-
dırmışdır,  düşüncə  tərzini  reallaşdırmışdı.  Mənəvi  mədəniyyət  ele-
mentləri istər-istəməz inkişaf edərək dəyişikliklərə məruz qalmışdır. 
Antik  dövrün  təfəkküründən  orta  əsr  təfəkkürü  nəzərə  çarpılacaq 
dərəcədə  fərqlənmiş  bu  da  ailə  münasibətlərinə  müyyən  təsirini 
göstərmişdir.   


 
346 
 
Qədim  dövrlərdən  fərqli  olaraq  orta  əsrlərdə  irəliləyiş  və  inki-
şafdan asılı olaraq köklü dəyişikliklər baş verir. Bu təkamül istehsal 
prosesinin  inkişaf  səviyyəsindən  xeyli  dərəcədə  asılıdır.  İnsanlar 
bitib  tükənməyən  tələbatlarının  ödənilməsi  yolunda  daim  axtarış-
larda təkmilləşirlər. Bu da öz növbəsində təfəkkür tərzinə təsir gös-
tərir. Zaman fərqini ortaya çıxarmaq, cəmiyyətin məzmununu açıq-
lamaq  əsas  qayəmizdir.  Məsələnin  qoyuluşu,  ədalətli  elmi  fikrin 
təminatı əlimizdə olan faktlardan çıxış edərək bəşər tarixində digər 
xalqlar  arasında  azərbaycanlıların  yerini  müəyyən  etmək  baxımın-
dan təqdim olunan monoqrafiya mühüm yer tutur. 
Əsərin  yazılmasında  məqsədimiz  xalqımızın  ailə  münasibətlə-
rinə və onun məişətinə xarakterik olan ənənəvi xüsusiyyətlərlə bağlı 
məsələlərin  oxuculara  çatdırılmasıdır.  Olub  keçənlərə  bir  aydın 
nəzər  salmaq,  orta  əsrlər  dövrünə  işıq  tutmaq,  bir  sıra  adət  və 
ənənələri  üzə  çıxarmaq,  tarixi  keçmişimizdən  boylanan  və  bu  gün 
də icra olunan ayin və mərasimlərin qədimliyini dilə gətirmək əsas 
vəzifəmizdir.  Keçmişdən  bu  günə  keçidin  əlaqəsini  təhlil  edərkən, 
mütərəqqi əhəmiyyət kəsb edən ənənələrdən faydalanmaq və yurda 
sevgi, vətənə məhəbbət aşılamaq əsərin ümdə qayəsidir.    
 
 
 


 
347 
 
XÜLASƏ 
Orta  əsrlər  Azərbaycan  ailəsi  və  ona  dair  müxtəlif  məsələlərin 
tarixi-etnoqrafik  baxımdan  araşdırılması  mühüm  əhəmiyyətə  ma-
likdir. Belə ki, ailə həmişə hər bir cəmiyyətin həyatında çox mühüm 
rol oynamış və onun ən kiçik, lakin ən fundamental vahidlərindən, 
eləcə də vacib ictimai dəyərlərindən biri hesab olunmuşdur.  
Monoqrafiyada orta əsrlər Azərbaycan ailəsi və ailə münasibət-
ləri  çoxsaylı  tarixi  məxəzlər  əsasında  araşdırılmış,  eyni  zamanda 
onun inkişaf xüsusiyyətləri və xarakterik cəhətləri ilə bağlı geniş el-
mi  təhlillər  aparılmışdır.  Monoqrafiyanın  üstün  cəhətlərindən  biri 
bu əsərin orta əsr Azərbaycan ailəsi və onunla bağlı məsələlərin hər-
tərəfli araşdırılması ilə bağlıdır. Qeyd edək ki, bu məsələnin tədqiqi 
ilə  bağlı  indiyədək  müəyyən  boşluqlar  olmuş  və  aparılan  araşdır-
malar, əsasən XIX əsrin sonları və XX əsrin əvvəllərini əhatə edir.  
Əsərin  əsas  məqsədi  ailənin  orta  əsrlərdəki  yeri  və  vəziyyətini 
araşdırmaqdan  ibarətdir.  Belə  ki,  qədimdə  baş  verənləri  bu  günü-
müzlə müqayisəli şəkildə təhlil edərkən bir sıra  məsələlər lazımınca 
dəyərləndirildikdə,  onların  bəzilərinin  keçmişdən  bizə  miras  qaldı-
ğını  və  nələrin  isə  tarix  səhnəsindən  silinib  getdiyini  daha  yaxşı 
müəyyənləşdirə bilirik. Bu baxımdan da tariximizin bir parçası olan 
orta  əsrlər  dövrü  ailəsinin  araşdırılması  elmi  cəhətdən  olduqca 
zəruridir. 
Orta  əsrlərdə  ailələrin  tərkibi  üzvlərinin  sayından  asılı  olaraq 
müxtəlif  olurdu.  Böyük  ailələrdə  patriarxal  adət  və  ənənələr  hökm 
sürürdü.  Ailənin  qurulmasında  bir  sıra  mərasimlər  icra  olunurdu. 
Qızbəyənmə,  elçilik  və  nişanlanma  adətləri  toy  mərasiminə  qədər 
icra olunan ilkin mərhələni təşkil edir. Bu işdə əsas rol anaya və ba-
cıya (bəzi hallarda isə yaxın qohumlara) məxsus idi. İkincisi isə, oğ-
lanlar  özləri  görüb  bəyəndikləri  qızlara  elçi  göndərilməsini  arzu 
edirdilər. Nəhayət, yaxın dostlar və ya qohum ailələr xalq arasında 
mövcud olan göbəkkəsmə (beşikkərtmə) adəti ilə körpə yaşlı uşaq-
larını erkən vaxtlardan etibarən deyikli elan edirdilər və məlum ol-
duğu kimi, burada əsas seçim valideynlərdən asılı olurdu. İndiyədək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə