Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

 
             
 
12.  MƏHSULDAR  HORİZONTLARIN  (LAYLARIN) 
AÇILMASI, 
MƏNİMSƏNİLMƏSİ 
VƏ 
SINAQDAN 
KEÇİRİLMƏSİ. 
 
Layların açılması və quyunun mənimsənilməsi keyfiyyətlə 
aparılmalıdır. 
Layın 
açılması 
texnologiyasının 
və 
mənimsənilməsinin  keyfiyyətlə  aparılması  deyəndə  müvafiq 
əməliyyatların  yerinə  yetirilməsindən  sonra  layın  (kiçik 
qalınlığa  malik  layların)  hidrokeçiriciliyinin  dəyişmə  dərəcəsi 
başa  düşülməlidir.  (Keyfiyyəti  qiymətləndirmək  üçün  rəhbər 
sənədlərdə göstərilən metodikadan istifadə edilməlidir). 
 
12.1. Məhsuldar layların (Horizontların) açılması. 
 
Neft  və  qaz  yataqlarının  kəsilişində  külli  miqdarda 
məsaməli  laylara  –  kollektorlara  rast  gəlinir:  qum,  qum  daşı, 
əhəng  və  s.  Bunlar,  gillər,  mergeller,  bərkimiş  qumdaşları  ilə 
bir-birindən  təcrid  edilmiş  olurlar.  Bu  laylar  adətən  neftli, 
qazlı, sulu və ya bunlarsız yəni quru olurlar. 
Quyunun  tamamlanması  zamanı  quyudibi  quruluşa 
xüsusi  diqqət  yetirməlidir.  Qazıma  təcrübəsində  əsasən  aşağı-
dakı quyudibi quruluşlardan istifadə edilir: 
1.
 
Məhsuldar  horizontun  tavanına  qədər  sulu  layları 
bağlayan  kəmərin  buraxılıb  sementlənməsi,  sonra  isə 
xüsusi  süzgəcin,  yaxud  quyruq  kəmərinin  endirilməsi. 
Kəsilişin  məhsuldar  hissəsi  dəyanətli  süxurlardan  təşkil 
olunarsa,  bəzi  hallarda  süzgəc,  yaxud  quyruq  kəməri 
buraxılmır  və  sulu  layları  bağlayan  kəmərdən  istismar 
kəməri kimi istifadə edilir (şəkil 12.1 a.). 
2.
 
 Kiçik  qalınlıqlı  neftli  laylarıdan  yuxarı  hissəni  manjetlə 
sementləmə  üsulundan  istifadə  etməklə,  kombinə  edilmiş 
kəməri  buraxıb  layı  bütövükdə  açmaq,  və  lay  qarşısında 
aşağı hissədə süzgəc yerləşdirməklə layı tam açmaq (şəkil 
12.1.b.v). 


 
             
 
3.
 
Kəməri  buraxıb  quyu  ağzına  qədər  sementləyib  layı  tam 
açmaq,  sonra  isə  məhsuldar  lay  qarşısında  gülləbaran 
etməklə deşiklər açmaq (şəkil 12.1.q.d). 
Sadalanan 
üsullar  məsamələrin  tutulmasına  yol 
verməməyə  və  neftin  laydan  quyuya  hərəkət  etməsi  üçün 
əlverişli şərait yaratmağa yönəlmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 12.1. 
Quyuların tamamlanması zamanı quyudibi  
quruluşunun sxemi: 
1.  qoruyucu  kəmər;  2.  süzgəc;  3.  sement  daşı;  4.  paker; 
5.perforasiya deşikləri; 6. məhsuldar lay; 7. quyruq kəməri. 
Lay  təzyiqindən,  layın  neftlə  doyma  dərəcəsindən 
drenajlıq dərəcəsindən və başqa amillərin təsirindən asılı olaraq 
layın  açılması  üsulları  müxtəlif  ola  bilər,  lakin  onların  hamısı 
aşağıdakı əsas tələbləri ödəməlidirlər: 
1.
 
Yüksək  lay  təzyiqinə  malik  layları  açan  zaman  açıq 
fontanın baş verməsi imkanının qarşısı alınmalıdır. 
2.
 
Layın  açılması  zamanı  quyudibi  zonanın  təbii  süzülmə 
xassələri  yüksək  səviyyədə  qorunub  saxlanmalıdır.  Əgər 
süxurların  keçiriciliyi  kiçikdirsə,  quyudibi  zonanın 
süzülmə  xassələrinin  yaxşılaşdırılması  üçün  tədbirlər 
görülməlidir. 
3.
 
Layın  açılmalı  olan  müvafiq  intervalları,  quyunun  uzun 
müddət  susuz  istismarına  və  quyu  dibinə  neftin  axınını 


 
             
 
maksimal  səviyyədə  asanlaşdıranmağa  təminat  verən,  hər 
şeylə təchiz edilməlidir. 
Kiçik  lay  təzyiqinə  malik  məhsuldar  layların  açılması 
zamanı  qazıma  məhlulu  xüsusi  səylə  seçilməlidir,  belə  ki, 
qazıma  məhlulun  intensiv  surətdə  udulması  baş  verə  bilər,  bu 
isə  öz  növbəsində  quyu  dibi  zonasında  neftin  laya  doğru 
sıxışdırılmasına  və  süxurların  süzülmə  xassələrinin  ciddi 
surətdə pisləşməsinə səbəb ola bilər. Belə layların açılmasında 
neft  əsaslı  xüsusi  qazıma  məhlullarından,  emulsiyalı  qazıma 
məhlullarından, səthi fəal maddələr əlavə edilmiş məhlullardan, 
aerizə edilmiş mayelərdən və s. istifadə edilməlidir. 
Gücdən  düşmüş  layların  açılmasında  quyunun  tamam-
lanması işləri əsasən yuxarıda qeyd edilən birinci iki üsul üzrə 
yerinə yetirilir. 
Məhsuldar  layı  açmazdan  əvvəl  onun  tavanına  qədər 
sulu  layları  bağlayan  kəmər  buraxılır,  məhsuldar  qatı  açandan 
sonra isə quyruq kəməri yaxud da süzgəc buraxılır. 
Sulu layları bağlayan kəmər olmadıqda gücdən düşmüş 
lay açıldıqdan sonra onun qarşısına süzgəcli kəmər buraxılır və 
manjet  üsulu  ilə  sementləmənin  köməyilə  neft  layının  yuxarı 
hissəsi  sementlənir.  Süzgəclər,  dairəvi  şəkildə  və  ya  yarıqları 
(çatları) olan deşiklərdən ibarət olurlar. 
Çatları olan süzgəclərin hazırlanması baha qiymətə başa 
gəlir,  quyuya  daxil  olmaq  istəyən  qumun  qarşısını  həmişə  ala 
bilmir  və  çox  hallarda  çatları  zibillərlə  tutulur.  Ona  görə 
quyuya  qumun  daxil  olmasının  qarşısını  almaq  üçün  quyu 
dibini digər müxtəlif üsullara təchiz edirlər. 
Məsələn,  quyu  dibi  metal-keramik,  qumlu-plastmass 
yaxud  çınqıllı  süzgəclərlə  təchiz  edilir.  Yüksək  təzyiqə  malik 
laylar  bütün  ehtiyat  tədbirləri  görülməklə,  tam  açılır,  sonra 
istismar  kəməri  buraxılıb  quyu  ağzına  qədər  sementlənir  və 
məhsuldar  lay  qarşısında  gülləboran  edilməklə  kəmərdə 
deşiklər açılır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə