Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə230/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   226   227   228   229   230   231   232   233   ...   245

711

siniz  ki,  qədim  türk  tayfaları  olan  “ərmən”lərlə siz  hayların  heç 

bir bağlılığı yoxdur? Bir tayfa kimi müəyyən səbəblərdən süquta 

uğramış, tarix səhnəsini tərk etmiş “ərmən” xalqının adını və şöhrətli 

tarixini mənimsəyərək yalandan özünüzə tarix uydurmuşsunuz. 

Ambarsumov Dumada ermənilərin ən fəal üzvü idi, yeri gəldi-

gəlmədi azərbaycanlıları sıxışdırırdı. Bu dəfəsə o, Həsən bəyin sərt 

və məntiqli çıxışı qarşısında aciz qalaraq susmağa məcbur oldu. 

Bir az sonra Dumanın foyesində Ambarsumyanın üzünə su  vurub 

ayıltdılar.

Dumanın  növbəti  iclasında  Bakının  su  məsələsi  müzakirə 

olunurdu. Ambarsumov  Bakıya  içməli  suyun  çəkilməsinə  mane 

olmaq istəyirdi. Çünki onun şəhər ətrafındakı sahəsində şirin sulu 

iki quyusu vardı, həmin suyu şəhərdə satdıraraq əməlli-başlı pul 

qazanırdı. Dumada təklif ediləndə ki, şəhərə içməli su çəkilməsi 

müakirə olunsun, o, növbəti dəfə bir neçə digər həmfikirli dostu ilə 

buna etiraz etdi. 

Bu dəfə də Həsən bəy söz alaraq qeyd etdi ki, söhbət Bakı 

əhalisinin təmiz su təminatından gedirsə, buna necə etiraz etmək 

olar. Cənab Ambarsumovun niyə mane olmaq istədiyini hamı bilir. 

O, bu işə mane olaraq şəhər əhalisi içərisində qızdırma yaradan, 

ona məxsus quyu suyunu satdırıb ciblərini doldurmaq istəyir, biz 

isə şəhər camaatına təmiz içməli su tələb edirik. 

 İclasda bu məsələ ətrafında mübahisələr getdikcə dava-dalaşa 

yol açdı, müzakirələrin davamı növbəti iclasa saxlanıldı. 

Həsən bəyi ələ almaq istəyən Ambarsumov gecə onun evinə 

adam göndərib bu işə görə pul təklif etdi. Həsən bəy Ambarsumovun 

adamlarının pul təklifindən qəzəbləndi, gələnlərə söylədi ki, gedin 

o avam, cahil, tamahkar erməniyə söyləyin ki, Həsən bəyi pulla, 

bəxşişlə yolundan döndərmək mümkün deyil.

Həsən  bəy  sabahı  gün  Ambarsumovla  və  bütün  erməni 

heyətilə yenə üz-üzə gəldi, məsələ elə hal aldı ki, o, Ambarsumova 

“yaramaz” söyləyərək səsini qaldırdı.

Ambarsumovsa Həsən bəyi duelə çağırdı.

–  Sən  pulla  əldə  edə  bilmədiyin  şərəfi  mənimlə  duelə  çıx-

maqdan qazanmaq istəyirsən. Bir daha təkrar edirəm, sən o qədər 




712

yaramazsan ki, mən bu şansı sənə vermərəm!

Ermənilər tələb edirdilər ki, Həsən bəy Ambarsumovu təhqir 

etdiyinə görə cəzalandırılsın. Amma Duma onları dəstəkləmədi.

  Həsən  bəyin  halı  bu  hadisədən  sonra  bir  müddət  pisləşdi, 

uzun zaman müalicə aldı. Özünü nisbətən yaxşı hiss edən kimi o, 

yenidən ictimai-siyasi proseslərə qatıldı. 

1903-cü ilin sonlarında Həsən bəyin səhhəti yenidən pisləş mə-

yə başladı. Onun son günlər tez-tez xəstələnməsi bütün dostlarını, 

ailəsini ciddi narahat edirdi. Havaya yüngül bir külək, yaxud sazaq 

gələn kimi, Həsən bəyin baş ağrıları tutar, qızdırması qalxardı. 

Hacı  Zeynalabdin  bir  gün  Əlimərdan  bəyi  çağıraraq  Həsən 

bəyin  səhhətindəki  narahatlıqların  səbəbini,  müalicəsi  üçün  nə 

lazım olduğunu soruşdu. 

–  Bilirsiniz,  Hacı,  Həsən  bəyi  vaxtsız  qocaldan,  iflic  keçir-

mə sinə səbəb onun inadcıl xarakteri və qeyrətidir. Bu adam heç 

nəyə  biganə  qala  bilmir.  Hamının  dərdini  çəkir,  bütün  millətin 

qayğılarıyla  yaşayır,  insanların  ağrılarını  ürəyinə  salır.  Xalqın 

təhsili və savadlanması yolunda min-min əzablara dözdü, məktəb, 

xeyriyyə cəmiyyəti yaratmağa, “Əkinçi”nin vasitəsi ilə insanları 

maarifləndirməyə çalışdı. Dağ, dağlığıyla belə yüklərə tab gətirə 

bilməzdi,  Həsən  bəy  dağdan  da  güclü  olduğu  üçün  indiyə  kimi 

dözə bilib. 

–  Deyirəm,  bəlkə,  Həsən  bəyi  Almaniyaya  göndərək, 

qoy  əməlli-başlı  müalicə  olunub  qayıtsın,  –  Hacı  Zeynalabdin 

Əlimərdan bəyə öz köməyini təklif etdi. 

– Bir onunla danışım, bəlkə, razı sala bildik, – Əlimərdan bəy 

cavab verdi. 

Nə Əlimərdan bəy, nə də Hənifə xanım Həsən bəyi müalicəyə 

getməyə  razı  sala  bilmədilər.  Onlar  nə  qədər  çalışdılarsa,  o  razı 

olmadı. Həsən bəy cavabında hər dəfə israrla dedi: “Unutmayın, 

hər insanın alın yazısı var, bir gün yaranan bir gün də gedəcək. Siz 

və doktorlar neyləsəniz də, o taleni poza bilməzsiniz. Mənim hələ 

xeyli yarımçıq işlərim var, imkan verin onları tamamlayım. İşimiz 

tökülüb qalıb, siz də deyirsiniz ki, mən aradan çıxım. Olmaz! İşləri 

sahmana salaq, sonra baxarıq!” 




713

1905-ci il, 18 yanvar, Bakıda böhran

Rusiyadakı siyasi böhran mərkəzi şəhərlərdə əhalinin kortəbii 

üsyanlarına  səbəb  olmuşdu.  II  Nikolayın  hakimiyyəti  illərində 

monarxiya  rejimi  getdikcə  özünün  tam  səbatsızlığını  büruzə 

verir, artıq bütün imperiya əhalisi bu vəziyyətlə barışmaq fikrində 

olmadığını açıq nümayiş etdirirdi. Yerli dərnəklər də yavaş-yavaş 

təşkilatlanaraq  öz  mütəşəkkilliyini  artıran  sosial-demokratlarla 

birgə hakim rejimə qarşı etiraz edirdilər.

 Bakı Rusiya imperiyasının ən qaynar şəhərlərindən biri idi. 

Burada sosial-demokratik hərəkatı bir qədər fərqli təzahür edirdi. 

Xüsusən, şəhərə yerləşdirilmiş ermənilər tez-tez yerli şəraitin və 

ümumi maraqların əleyhinə gedərək, gah sosial-demokrat qismində 

imperiya  maraqlarına  qarşı,  gah  da  milli-azadlıq  hərəkatlarına 

qarşı  çıxırdılar.  Ermənilərin  belə  sürüşkən  mövqeyindən,  qeyri-

sabit  siyasətindən  məharətlə  faydalanan  çar  xəfiyyəsi,  onlardan 

azərbaycanlı  fəal  ziyalılara  qarşı  istifadə  edirdi.  Bakı  erməniləri 

yerli  fəalların  bir-birilə  birləşməsinə,  təşkilatlanaraq  mütəşəkkil 

qüvvəyə çevrilməsinə, ümummilli tələblərdən çıxış etməsinə ciddi 

maneələr törədirdilər. 

Belə  zamanda  Həsən  bəyin  səhhətinin  yaxşılaşmasına  ciddi 

ehtiyac vardı. Bu gün onun evində toplaşan azərbaycanlı aydınların 

əsas  müzakirə  mövzusu  “Rusiyadakı  imperiya  hakimiyyətinin 

böhranı və Bakıdakı ziyalıların fəaliyyəti”nə həsr olunmuşdu. 

Əlimərdan  bəy  yenə  adəti  üzrə  arxalandığı  ziyalıları  fikir 

mübadiləsi üçün bir masa ətrafına toplamışdı. 

– Azərbaycan çətin dövrə qədəm qoyur, – Əlimərdan bəy öz 

çıxışına  başladı,  –  Bilirsiniz  ki,  Rusiyada  başlayan  narazılıqlar 

heç də təkcə II Nikolayın rus-yapon müharibəsindəki acınacaqlı 

məğlubiyyəti deyil, həm də xalqlar həbsxanası hesab olunan rus 

çarizminin artıq ölkəni yaşatmaq, inkişaf etdirmək iqtidarında ol-

mamasıdır. Yaponların qələbəsi həm mərkəzdə, həm də əyalətlərdə 

əhalinin  kütləvi  narazılığına  rəvac  verib.  Hər  kəs  yeni  şəraitdən 

bildiyi və bacardığı formada istifadə etməyə çalışır. Əziz dostlar, 



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə