Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə6/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   2   3   4   5   6   7   8   9   ...   245

18

sahibidir. Allah-taala bütün tanıdığım, bildiyim uşaq ların içindən 

bunu böyük işlər görmək üçün münasib bilib və seçib. 

Məncə, bu məktəb məsələsi çox ağıllı fikirdir. Yolu açıq, zehni 

iti olsun, inşallah. Dərslər nə zaman başlayır? Sən nə vaxt aparmaq 

istəyirsən?

Mən öyrənmişəm, iki aydan sonra…

Səlim  bəylə  Rəhim  bəyin  danışığını  təfsilatı  ilə  dinləyən 

Həsənin içini sevinclə birgə həm də xəfif bir qorxu hissi bürüdü. 

Həsən  eşitdiyi  söhbət  haqqında  bir  kəlmə  də  soruşmadı. 

“Demək, atamın bir il öncə dediyi “sirr” bu imiş”. 

Atası Həsənə məsələnin nə yerdə olduğunu yalnız sənədləri 

və təhsil haqqı barədə razılaşma olandan sonra dedi:

– Sən Zərdabdan rus məktəbində oxuyan ilk şagird olacaqsan. 

Deməli,  ilk  təhsilli,  rus  dili  bilən,  kim  bilir,  ilk  müəllim,  dövlət 

qulluqçusu,  bəlkə  də,  general  olacaqsan.  Bütün  hallarda  sən  ilk 

olacaqsan. Məsuliyyətin şöhrətindən çox-çox ağır olacaq. Sən həm 

də ən xoşbəxt adam olacaqsan. 

Nənəsi və anası Mənzər xanım bu “uşkol” məsələsinə heç razı 

deyildilər. 

– O, hələ çox uşaqdır. Orada onun qayğısına kim qalacaq? 

Elə ki məktəbin bütün qayda-qanunu, şəraiti haqqında Səlim 

bəy evdəkilərə ətraflı məlumat verdi, onda hamının içində rahatlıq 

yarandı. 

Ailədə hamıdan çox sevinən Səlim və Rəhim bəy idi. Onlar 

məktəb təhsililə Həsənə heç zaman tükənməyən var-dövlət miras 

qoyduqlarını düşünürdülər. 

“Həsən oxuyarsa, özündən sonra qohum-əqrəbadan oxu mağa 

meyilli uşaqları da mütləq oxutdurar”, – atası düşünürdü. 

Dərslərin  açılmasına  bir  ay  qalmış  nənəsi  və  anası  hazırlıq 

işlərinə başlamışdı.

 Səlim bəy Həsənin məktəbə çox şey aparmayacağını, buna 

ehtiyac olmadığını onlara izah edirdi:

–  Orada  hamı  eyni  məktəb  forması  geyinəcək.  Hər  şey 

qaydasına  uyğun  yerinə  yetiriləcək.  Məsələn,  yuxudan  durmaq, 



19

yeməyə getmək, dərsə gecikməmək, dərsdən sonra istirahət saatı, 

sabahkı dərslərə hazırlaşmaq və s.

Nənəsi  çox  narahat  idi.  O,  Səlim  bəydən  xahiş  etdi  ki,  sən 

mütləq məktəbin böyüyünə de ki, Həsən hansı yeməkləri xoşlamır, 

səs olanda yata bilmir. Allahım, balamdan muğayat ol. Əlimlə necə 

verirəm balamı “uşkola”.

Səlim bəy anasını sakitləşdirməyə çalışdı. 

– Hər şeyin başlanğıcı belə olur. Get-gedə çətinliklər aradan 

qalxır.  Əvəzində,  qazanılan  ömür  boyu  arxalanacağımız  təhsil, 

savad  olacaq.  Biz  Həsəni  xoşbəxt  olmaq  üçün  ora  göndəririk. 

Məgər siz bunu arzulamırsınız?

Anası gözünü silib gülümsədi, sonra da Həsəni bağrına basdı:

– Allah balama hər addımında xeyir qismət eləsin. İnşallah, 

oxuyub böyük adam olar. Babasının kitabları kimi çoxlu kitablar 

yazar, Həsən balam. 




20

1852-ci il, Şamaxı gimnaziyası

Fayton  Rəhim  bəyin  evinin  qapısında  dayananda  Həsən  bir 

az  həyəcanlandı.  Nənəsi  demişkən,  balaca  Həsənin  ağıl  dolu, 

mənalı gözlərindən həyəcanlı olması açıq hiss edilirdi. İlk dəfə idi 

evlərindən, ailə üzvlərindən aralı yaşayacaqdı. 

Evdə hamı həyəcanlı idi. Bir gün öncə xəbər tutan qonşular, 

qohumlar  da  kiçik  bəyi  yola  salmağa  gəlmişdilər.  Səlim  bəyin 

ciddi tapşırığı yerinə yetirilmişdi. Onu çox urvatla yola saldılar. 

Babası Quranın altından keçirdi Həsəni. Nənəsi su atdı arxasınca. 

Mənzər  xanım  Səlim  bəyi  səfərə  yola  salanda  arxasınca  həmişə 

noğul atardı. Elə indi də həmin adəti təkrarladı. Fayton həyətdən 

uzaqlaşandan  sonra  evdəkilərin  içinə  qəmli  sükut  hakim  oldu. 

Sanki bütün Zərdab boşalmışdı. Böyük qardaşı Səfərəli, Mehralı, 

bacısı Şirin susqunluq içində bikef dayanmışdılar. 

Yol  uzandıqca  istinin  dözülməzliyi  özünü  göstərirdi.  Həsən 

də, Səlim bəy də Şamaxıya tez çatmağa tələsirdilər. Bir saat sonra 

fayton məktəbin yanında dayandı. 

Dərslər sabah başlayacaqdı. Məktəbin həyətində tək-tük gözə 

dəyən uşaqların təhər-tövründən darıxdıqları hiss olunurdu. 

Səlim bəy faytonun dayanmağını gözləyirmiş kimi dilləndi:

– Bu da sənin məktəbin, oğlum. Bax bütün uşaqlar ilk dəfədir, 

sənin kimi bura oxumağa gəliblər. Siz həm birgə yaşayacaq, həm də 

bir yerdə təhsil alacaqsınız. Mən tez-tez sənə baş çəkməyə gələcəm. 

– Ata,  mən  rus  dilini  bilmirəm  axı.  Bir-birimizi,  müəllimin 

dediklərini necə başa düşəcəyik? 

– Burdakıların heç biri rus dilini bilmir. Məqsəd sizə bu dili 

öyrətmək, sizi dövlət işlərində çalışmağa hazırlamaqdır. Hamınız 

öz dövrünüzün ən gərəkli, qabaqcıl adamları olacaqsınız. 

Məktəb direktoru qalaq-qalaq sənədlərin toplandığı masa nın ar-

xasından boylanaraq gələnin Səlim bəy olduğunu yəqin edincə ayağa 

qalxdı, dilmanc da oturduğu yerdən bir addım önə keçdi. Əslində, 

dilmanca ehtiyac yox idi. Səlim bəy rus dilində danışa bilirdi. 




21

– Xoş gəlmisiniz, Səlim bəy. Sizi məktəbimizdə görməkdən 

çox şadıq. Bu kiçik bəy də, yəqin, sənədlərini göndərdiyiniz Həsəndir. 

Məktəb müdiri əl tutub görüşdü. Dərslər, dərs cədvəli haqqında 

Səlim bəyə, Həsənə geniş məlumat verdi. 

Səlim bəy sadalanan fənlərin çoxunun adını ilk dəfə idi eşi-

dirdi. Onun oğlu bu elmləri oxuyub həyatın, cəmiyyətin, dünyanın, 

insanlığın tarixini öyrənəcəkdi. Gördüyü işdən qürur duydu. “Yaxşı 

ki, Həsəni bura oxumağa gətirdim”.

Bir saat sonra Səlim bəy həm Həsənlə, həm də məktəb direk-

toru ilə sağollaşıb məktəbdən çıxdı. Oğlunun gələcəyinə bəslədiyi 

ümiddən bəyin gözünə elə bil işıq gəlmişdi, Həsənsiz yola davam 

etməyi  də  onu  darıxdırmadı.  Övladının  gələcəyinə  olan  böyük 

ümid  onu  xoşhal  etmişdi.  “Gərək  məktəbə  tez-tez  gəlib  onun 

dərsləri ilə maraqlanım. Məktəbə nəsə gərək olsa, maddi yardımı 

əsirgəməyəcəm”.  Səlim  bəy  oğlunun  gələcəyini,  oxuyub  elmli-

savadlı bir dövlət qulluqçusu olmasını düşünürdü: 

“Atam demişkən, bu dünyada qürur və sevinc duyacaq iki şey 

var: biri əkdiyin meyvənin nübarını dadmaq, ikincisi böyütdüyün 

övladın uğurlarını görmək, cəmiyyətə, insanlara verdiyi faydanın 

şahidi olmaq”.

* * *


İlk dərs günü Həsənin xatirində ömrü boyu dərin iz buraxan 

bir  gün  kimi  qaldı.  Sanki  başqa  bir  dünyaya  düşmüşdü,  həmin 

mühitdə rus dili də ona qəribə təsir bağışlayırdı. 

Dərslərin  başlanmasından  bir  həftə  ötmüşdü.  Yavaş-yavaş 

məktəb, dərs vərdişləri öz yoluna düşməkdə, Həsəninsə özünə inamı 

artmaqdaydı. Getdikcə dərslərə daha həvəslə yanaşır, insan, təbiət, 

göy cisimləri, torpaq haqqında müəllimlərə yağdırdığı suallar onun 

yaşından, təhsilindən çox-çox qabağa getdiyini bildirirdi. Həsənin 

həm  dərsə,  həm  də  dünya  hadisələrinə  aid  verdiyi  ağıllı  suallar 

müəllimlərin diqqətini cəlb edirdi.

Səlim bəy növbəti dəfə oğluna baş çəkməyə gələndə müəl-



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə