Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə63/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   59   60   61   62   63   64   65   66   ...   245

193

qaldıraraq:  –  “Ştooo?”  Moskva,  Moskva  Universiteti,  –  deyib 

gözlüyünü çıxardaraq bir daha aşağıdan yuxarı Həsən bəyi süzdü. 

Hiss olunurdu ki, Həsən bəyin Moskvada təhsil almasını görüncə 

bu yekəxana hakim bir qədər əvvəlki ədalarını gizlədərək, özünü 

əməlli-başlı yığışdırdı:

– Təbrik edirəm. Həsən bəy! Biz sizinlə burada əl-ələ verib 

çox  işlər  görə  bilərik.  Əlbəttə,  bütün  bunlar  ilk  növbədə  sizdən 

asılı olacaq. 

Həsən bəy cavabında:

–  Cənab  hakim,  biz  məmuruq,  işimiz  də  qanunları,  ədaləti 

qorumaq, haqqı müdafiə etməkdir. 

– Ay sağ ol! Bax mənim dediyim də elə odur. Lakin bu sahədə 

bir  az  diqqətli  olmalı,  yerli  hörmətli  insanları  tanımalıyıq.  Biz 

bilməliyik; ədaləti kim istəyir, hansı tərəfin mövqeyini qorumaq 

lazımdır.  Sizin  əmrinizi  elə  bu  gündən  verirəm,  işə  başlayın, 

unutmayın  ki,  biz  yerlərdə  əlahəzrət  çarın  qulluqçularıyıq,  onun 

ədalətli hökmlərini icra edirik.

Məhkəmənin  hakimilə  ilk  söhbət,  onun  üstüörtülü  işarələri 

Həsən bəyin xoşuna gəlməsə də, bunu büruzə vermədi. 

* * *

Həsən  bəyin  işə  başlamasından  bir  aydan  artıq  vaxt  keçirdi. 



Qısa zaman içində o, qubalılarla qaynayıb-qarışmışdı. İlk baxışdan 

həddən  artıq  soyuqqanlı  görünən  Quba  camaatının,  əslində,  çox 

dəqiq,  intizamlı,  sözübütöv,  düzgün,  ədalətli  və  işgüzar  insanlar 

olduğunu öyrənmək üçün Həsən bəyə cəmi bircə ay vaxt lazım oldu.

Həsən bəy, yenə də adəti üzrə şikayətçilərin qayğısına qalır, 

onlara  pulsuz  ərizələr  yazırdı.  Məsələlərin  həllində  şikayətçilərə 

hüquqi yol göstərdiyindən, bütün bunlar məhkəmə sədrinin xoşuna 

gəlmirdi. 

Həsən bəy, demək olar, günaşırı atasının dostu Muxtar bəyə 

baş çəkirdi. Nə zaman gedirdisə, Muxtar bəyi nökər-naibin köməyi 

ilə həyət-bacada dolaşan görürdü. Muxtar bəy onu görcək zarafata 

keçirdi: 




194

– Gəl, gəl, sən mənim xilaskarımsan, vallah, doğru sözümdür. 

Sənin gəlişin Quba məhkəməsinə düşməsə də, şəxsən mənə sağlam 

bir ömür bəxş edib. 

Həsən bəy Muxtar bəyin eyhamlarını başa düşdü: “Deyəsən, 

məhkəmə  hakimi  dilini  “dinc  qoymur,”  fəaliyyətim  haqqında 

mənfi  fikir  formalaşdırır.  Görünür,  yerli  mülkədarlar,  bəylər  də 

hakimin fikrini, mövqeyini Muxtar bəyə çatdırıblar”. Həsən bəyi 

maraq götürdü, soruşmaq qərarına gəldi:

Hardan bilirsiniz, mənim gəlişim məhkəməyə düşməyib?

–  Vallah,  belə  eşitdim.  Sən  bəy  nəslindənsən,  bu  “kasıb-

kusub məsələsi”ni həll etməyə çox da çalışma, dövlətlə dövlətlik 

etməyəcəksən ki… Bu iş belə qurulub, belə də davam edəcək, sən 

özünü heç yorma. 

– Muxtar bəy, əksinə, mən insanlara kömək edəndə qətiyyən 

yorulmuram. O ki qaldı müəyyən narazılıqlara, bu rəyi də məh kə-

mədə haqsız ola-ola, haqlıya qalib gəlmək istəyən insanlar yaradır. 

Onlar  haqsız  məqsədlərinə  çatmayanda  belə  mövqe  tuturlar. 

Bax  üç  gün  bundan  əvvəl  uzaq  dağ  kəndindən  olan  yoxsul  kişi 

oğlunun işinə nə zaman baxılacağını soruşmağa gəlibmiş. Bundan 

ötəri səhərdən axşamacan məhkəmədə ona cavab verən olmayıb. 

Mən  öyrənib  söyləyəndə  ki,  dörd  gün  sonra  sizin  oğlunuzun 

işinə  baxılacaq,  yazıq  qaça-qaça  gedib  dəhlizə  qoyduğu  rüşvət 

bağlamasını mənə vermək istədi. Birtəhər anlada bildim ki, bunu 

öyrənmək  sizin  haqqınızdır,  söyləməksə  məhkəmə  idarəsinin 

borcudur.

–  Qardaşoğlu,  sən  gərək  məktəb  açıb  dərs  deyəydin,  insan 

yetişdirən bir müəllim olaydın. Məhkəmə sənlik deyil. Bütün bəylər, 

mülkədarlar mənim dostumun oğlu olduğunu bilirlər. Hətta o gün 

Salamovla  Çayqırağı  kəndinin  beş  kəndlisi  arasında  olan  torpaq 

məsələsində bəyin məğlubiyyətini də sənin öz xəttinlə kəndlilərə 

yazdığın  o  ərizədən  gördülər.  Belə  şeyləri  çox  eşidirəm.  Quba 

məhkəməsində ya rüşvət almalısan, iş görüb rəğbət qazanmalısan, 

ya da işləməməlisən. Bizi belə öyrədiblər, belə görmüşük, belə də 

olmalıdır. Sənin kasıb-kusubu müdafiə etməyin bütün digər bəylər 

kimi Quba bəylərini də çox narahat edir. Ehtiyatlı ol! Həsən bəy, 




195

həmin  Salamovun  özü  hər  şeyi  yadında  saxlayaraq  gülə-gülə, 

pambıqla baş kəsir. 

– Bilirəm, eşitmişəm.

– Haradan bilirsən?

– Keçən həftə böhtan dolu bir ərizəylə məhkəməyə müraciət 

etmişdilər, guya mən onun adamlarından rüşvət istəmişəm, onlar 

bu rüşvəti vermədikləri üçün mən də kəndlilərin ərizəsini şəxsən 

təzədən  yazmışam.  Muxtar  əmi,  mən  belə  hədə-qorxuları  çox 

görmüşəm, siz heç narahat olmayın. 

Bu  dəfə  Həsənin  Muxtar  bəyin  yanına  gəlməsinin  səbəbi 

başqa idi. Muxtar bəy Quba və Qubaətrafı kəndlərin ən nüfuzlu, 

sözü  keçən  bəylərindən  hesab  olunurdu.  Elə  dövlət  idarələrində 

də  istər  rus,  istər  yəhudi,  istərsə  də  azərbaycanlı  məmurlarla 

münasibəti çox yaxşı idi. Həsən bəy bu günlərdə oğlu həbs olunan 

bir kəndlini müdafiə edir, oğlunun buraxılması işində ona kömək 

etmək  istəyirdi.  Kəndli  söhbət  əsnasında  onun  oğlunu  tutduran 

adama – hansısa yerli hampaya Qubada yalnız bir şəxsin, Muxtar 

bəyin sözünün keçə biləcəyini bildirmişdi. Həsən bu axşam Muxtar 

bəyin yanına elə bu məsələni xahiş etməyə gəlmişdi:

– Muxtar əmi…

–  Bəli,  oğlum.  Sən  məni  uşaq  vaxtı  belə  çağırardın.  Sən 

də,  qardaşların  da,  mənə  “Muxtar  əmi”  deyərdiniz.  Elə  indi  də 

Muxtarsız,  bəysiz,  “əmi”  de.  Belə  səni  özümə  daha  doğma  hiss 

edirəm. 

– Eləmi? Bilirsiniz, əmi, bir həftədir bir məsələ var, bilmirəm 

sizə  söyləyim,  ya  yox.  Oğlu  tutulan  bir  kəndlidən  bu  günlərdə 

həbsin  səbəbini  soruşdum.  Bəlli  oldu  ki,  onun  oğlu  kəndlərinin 

hampasının  qızını  qaçırıb.  Qaçırıb  deyəndə,  razılıqla  olub  bu 

məsələ, onlar bir-birini ürəkdən seviblər, elçi göndərilmə məqamı: 

“Varlı  adamla  kasıbın  qohumluğu  tutmaz,”  –  qızın  atası  etiraz 

edib. Qız da çox cəsarətli olduğundan özü qoşulub həmin oğlanla 

qaçıb. Oğlan qızı birbaşa evlərinə gətirib. Qızın qohumları oğlanı 

möhkəm döyərək polisə təhvil verib, qızı da götürüb evlərinə apa-

rıblar. Oğlanın mədrəsə təhsili, beşillik Rus-Azərbaycan məktəbini 

bitirməsi  haqqında  sənədini  gördüm.  Çox  təsirləndim.  Həm  də 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə