Sosiologiya (Dərslik)


anlamına da  aiddir.  İnkişafın  sosioloji  anlamı  onun  meyar  və



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə46/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

anlamına da  aiddir.  İnkişafın  sosioloji  anlamı  onun  meyar  və 
göstəricilərinin  daha  konkret  şəkildə  ayrılmasım  tələb  edir. 
Elmi  ədəbiyyatda  bu  məsələ  ilə  bağlı  müxtəlif  baxışlara  rast 
gəlmək olar. Bununla bağlı  aşağıdakı meyarları göstərmək olar. 
Birincisi,  sosial  inikşaf obyektin  struktur mürəkkəbliyini  tələb 
edir.  Bir qayda olaraq özünün  strukturuna görə daha mürəkkəb 
obyektlər  daha  çox  inkişafa  malik  olurlar.  İkincisi,  sosial  in ­
kişaf  vaxtın  artmasını,  obyektin  inkişaf  funksiyalarının 
xarakterinin  mürəkkəbləşməsini,  hətta  dəyişikliklərə  uğrama­
sını  ifadə  edir.  Əgər  çoxsahəli  sənayeyə,  çoxsaylı  dövlət  və 
ictimai  idarəetmə,  tədris  və  elmi  müəssisələrə  malik  olan, 
sosial  qruplara,  peşələrə,  standartlara bölünən  müasir cəmiyyət 
yığıcılıq,  ovçuluq  və  yaxud  əkinçilik  hesabına  yaşayan  qədim 
cəmiyyətlə  müqayisə  edilsə,  bu  iki  tip  cəmiyyət  arasında 
mürəkkəbliyi  və  inkişaf  dərəcəsinə  gərə  böyük  fərq  olduğu 
aydın  olar.  Üçüncüsü,  sosial  institutların  və  təşkilatlann  sosial 
inkişafının  mühüm  meyan  onlann  fəaliyyətlərinin  səmərəlili­
yinin artmasıdır.
Sosial  inkişaf  həmçinin  əhalinin  müxtəlif  qruplarının, 
ayn-ayn  fərdlərin  çoxsaylı  tələbatlarının  (maddi,  intellektual, 
mənəvi  və  i.a.)  ödənilməsi  imkanlannın  artmasıdır.  Bu  baxım­
dan  insanların  işlədikləri  müəssisələrin  sosial  inkişafı  mühüm 
əhəmiyyət  kəsb  edir.  Belə  inkişaf  təkcə  əmək  prosesinin 
texnologiyalarının  yeniləşməsini  deyil,  həm  də  hər  şeydən 
əvvəl  əmək  və  istirahət  şəraitinin  yaxşılaşdırılmasını,  işçilərin 
və  onlann  ailə  üzvlərinin  maddi  rifahının  yüksəldilməsini, 
onlann  sosial  müdafiəsinin  təmin  edilməsini,  mədəni  və  təhsil 
səviyyələrinin və s.  artınlması imkanlannı nəzərdə tutur.  Rayo­
nun, şəhərin, regionun və bütövlükdə cəmiyyətin  sosial inkişafı 
da mühüm əhəmiyyət kəsb edir. Bu halda sosiologiyada “sosial 
infrastruktur”  anlayışından  istifadə  edirlər.  Həmin  anlayış 
insanlann  fəaliyyətlərinin,  onlann  istirahətlərinin,  mədəni- 
təhsil  səviyyələrinin  inkişafının  səmərəli  təşkili  üçün  şərait 
yaradan  maddi  və  əşyavi  ünsürlərin  sabit  məcmusunu  ifadə 
edir.  Buraya  əməyin  mühafizəsi  və  təhlükəsizliyi,  ticarət, 
səhiyyə,  təhsil,  rabitə  və  informasiya,  nəqliyyat  və  i.a.
182
sistemləri daxildir.
Lakin  cəmiyyətin  sosial  inkişafının daha mühüm göstəri­
cisi  və  meyan  insanın  özünün,  onun  şəxsiyyətinin  inkişafıdır. 
Ümumiyyətlə,  dəyişikliklərə,  yeniliklərə  olan  cəhdlər  insan 
təbiətinin mahiyyətini ifadə edir.
Müasir  şəraitdə  sosial  sistemdə  baş  verən  dəyişikliklərin 
başlıca  xüsusiyyətləri  bütünlükdə  aydın  şəkildə  təzahür  edir. 
Bu  dəyişikliklərin  hərəkət  impulsunu  hər şeydən  əvvəl  insanın 
tələbatı təşkil edir.  İnsan tələbatı isə ictimai inkişafın çox güclü 
amili  və ölçüsüdür.
§4.  Cəmiyyətin sosial-tarixi inkişafı
Sosial  -   tarixi  inkişaf  uzun  tarixi  bir  dövr  ərzində  baş 
verən  iqtisadi,  siyasi-hüquqi,  mənəvi-əxlaqi,  intellektual  və  bir 
çox  başqa  komponentlərlə  şərtlənən  olduqca  mürəkkəb  və 
çoxtərəfli  prosesdir.  Cəmiyyətin  sosial-tarixi  inkişafının  so­
sioloji  tədqiqinin çətinliyi  sosiologiyanın bir elm kimi predme- 
tinə uyğun  olaraq,  sosial  aspektin  xüsusi  şəkildə  ayrılmasından 
və  tarixi  prosesin  gedişində  sosial  inkişafın  məzmununun  özü­
nün  müəyyən  edilməsindən  ibarətdir.  Ancaq  tədqiqatın  çə­
tinliyi  bu  prosesin  sosioloji  tədqiqindən  imtina  edilməsi  üçün 
əsas  ola  bilməz.  Adətən  sosioloqlar diqqəti  sosial  subyektin  bu 
və  ya  digər  sosial-tarixi  inkişafına  yönəldirlər.  Bu  cür  sosial 
subyektlər  şəxsiyyətlər,  konkret  cəmiyyətlər  (məsələn,  Azər­
baycan  cəmiyyəti)  və  yaxud cəmiyyətlər qrupu;  sosial qruplar, 
millətlər,  sosial  institutlar;  sosial-siyasi  təşkilatlar ola bilər. Ən 
nəhayət, bu cür subyekt həm də bəşəriyyət ola bilər.
Sosiologiyada  kifayət  dərəcədə  bütöv  sosial  vahid  kimi 
müxtəlif  cəmiyyətlərin  • sosial-tarixi  inkişafı  daha  çox  maraq 
doğurur.  Aydındır ki,  müxtəlif cəmiyyətlərin  sosial-tarixi  inkişafı 
ayn-ayn  sosial  qruplann,  siniflərin,  digər birliklərin,  institutlann, 
təşkilatlann,  mədəniyyət  nümunələrinin  və  i.a.  sosial-tarixi  inki­
şafından  yaranır.  Bununla  birlikdə  cəmiyyətin  sosial-tarixi  inki­
şafının  hər bir mərhələsi  özündə müəyyən  tamlığı  ifadə edir.  Bu 
inkişafı  təsvir və təhlil etmək üçün müxtəlif anlayışlardan istifadə
183


edilir.  Bu  anlayışları  iki  əsas  qrupda  -   “cəmiyyət  tipi”  və 
“sivilizasiya” anlayışları qrupunda birləşdirmək olar.
Cəmiyyət tipi öz  aralarında bəzi  ümumi  sosial normalar, 
dəyərlər,  ideallar  əsasında  qarşılıqlı  əlaqə  və  təsirlərdə  olan 
sosial  birliklərin,  qrupların,  institutların  və  i.a.  müəyyən 
struktur vahidini təşkil edən sistemdir.
Cəmiyyət  tipləri  ilə  bağlı  müxtəlif  bölgülər  məvcuddur. 
Qeyd etmək lazımdır ki, cəmiyyət tipinin daha elementar bölgüsü 
cəmiyyətin  sadə  və  mürəkkəb  cəmiyyətə  bölgüsüdür.  Belə 
bölgünü  hələ  XIX  əsrdə  Ü.Spenser  aparmışdır.  Bu  bölgünün 
meyarı  kimi  idarəetmənin  və  sosial  təbəqələşmə  dərəcəsinin 
səviyyəsi  götürülür.  Sadə  cəmiyyətlərdə  rəhbərlər  və  asılı  olan­
lar,  varlılar  və  yoxsullar  yoxdur.  Buna  ibtidai  tayfanı  misal  gös­
tərmək  olar.  Mürəkkəb  cəmiyyətlərdə  isə  idarəetmənin  çoxlu 
səviyyələri, əhalinin çoxlu sosial təbəqələri məvcuddur.
Hazırda  ən  geniş  yayılmış  bölgü  hələ  A.Sen-Simon, 
O.Kont,  E.Dürkheym  və  bir  hox  başqa  sosioloqlar  tərəfindən 
hazırlanmış  bölgüdür  -   cəmiyyətin  “ənənəvi  cəmiyyət”ə  və 
“sənaye  cəmiyyəti”nə  bölünməsidir.  “Ənənəvi  cəmiyyət”  an­
layışından  cəmiyyətin  inkişafının  kapitalizmə  qədərki  mər­
hələsini  ifadə  etmək  üçün  istifadə  olunur.  Bu  zaman  cəmiyyət 
hələ  inkişaf etmiş  sənaye  kompleksinə  malik deyildir,  yığıcılıq 
(ovçuluq,  balıqçılıq)  və  yaxud  kənd  təsəırüfatı  iqtisadiyyatına 
əsaslanır.  Sosial  planda inkişaf zəif olur,  həyat  fəaliyyətinin  və 
davranış tərzinin  ənənəvi  formaları  nəsillərdən  nəsillərə praktik 
cəhətdən,  demək  olar  ki,  dəyişikliklərə  uğramadan  ötürülür. 
Sənaye 
cəmiyyəti 
geniş 
sənayeləşdi rmənin 
nəticəsidir. 
Sənayeləşdirmə  isə  urbanizasiya,  peşə  ixtisaslaşmaları  kütləvi 
surətdə  savadlanmağa  və  əhalinin  təhsil  səviyyəsinin  ümumi 
yüksəlişinə  səbəb  olur.  Bu  cəmiyyət  hər  şeydən  əvvəl  sənaye 
iqtisadiyyatına  və  əməyin  istehsal  və  sosial-sinfi  bölgüsü 
sisteminin  inkişafına,  bazar  münasibətlərinə  əsaslanır.  Sənaye 
cəmiyyəti  dinamikdir,  onun  üçün  həmişə  elmi-texniki  tərəqqi, 
texniki  kəşflər və  yeniliklər,  sosial  mobilliyin  yüksək səviyyəsi 
xarakterikdir.  XX  əsrin  60-cı  illərində  populyar  olan  “sənaye 
cəmiyyəti”  nəzəriyyəsi  XX  əsrin  70-ci  illərində  “postsənaye
184
cəmiyyəti” 
nəzərijyəsi 
ilə 
əvəz 
olundu. 
Postsənaye 
cəmiyyətində  sənaye  deyil,  informatika  və  xidmət  sahələri 
üstünlük  təşkil  edir.  İnsansız  zavod  sexləri,  robotlaşdınlmış 
istehsal, nəhəng supermarketlər,  kosmik stansiyalar postsənaye 
cəmiyyətinin əsas əlamətləridir.
“Postsənaye  cəmiyyəti”  nəzəriyyəsinin  tanınmış  nüma­
yəndələri  Amerika  sosioloq  və  politoloqlan  D.Bell,  Z.Bjezin- 
ski,  A.Toffler,  fransız  sosioloq  və  politoloqlan  A.Turen  və 
İ.Furastyedir.  “Postsənaye  cəmiyyəti”  nəzəriyyəsinə  görə  cə­
miyyət çz tədrici  inkişafında Uç  əsas mərhələdən:  1) sənayeyə- 
qədərki,  2)  sənaye,  3)  postsənaye  mərhələsindən  keçmişdir. 
Hər bir mərhələ  digərini  əvəz  edərkən  texnologiyalar,  istehsal 
üsulu,  mülkiyyət  formalan,  sosial  institutlar,  siyasi  rejimlər, 
mədəniyyət,  həyat  tərzi,  əhalinin  sayı,  cəmiyyətin  sosial 
strukturu dəyişikliklərə uğrayır.
XIX  əsrin  ortalarında  K.Marks  cəmiyyətin  tipologiyası 
ilə  bağlı  öz  təkliflərini  vermişdir.  Onun  təklif etdiyi  bölgünün 
əsasında  iki  meyar  -   istehsal  üsulu  və  mülkiyyət  formalan 
dururdu.  Marksizm  klassiklərinin  (K.Marks,  F.Engels,  V.İ.Le- 
nin)  və  onlann  bütün  ardıcıllanmn  baxışlanna  görə,  sosial 
dəyişikliklərin  həlledici  amili  son  nəticədə  iqtisadi  inkişafdır, 
daha  doğrusu,  məhsuldar  qüvvələrlə  istehsal  münasibətlərinin 
qarşılıqlı  təsirinin  dialektikasıdır.  K.Marksa  gərə,  bəşəriyyət 
ardıcıl  olaraq  dörd  formasiyadan  -   ibtidai  icma,  quldarlıq, 
feodal  və  kapitalist  formasiyalanndan  keçmişdir.  Beşincisi  isə 
gələcəkdə qərarlaşan kommunist formasiyası adlandınlmışdır.
1887-ci  ildə  alman  sosioloqu  F.Tənnis  özünün  başlıca 
əsəri  olan  “İcma  və  cəmiyyət”  adlı  əsərində  cəmiyyətlərin 
bölgüsünü  verərkən  almanca  “qemaynşaft”  və  “qezelşaft”  an- 
layışlanndan istifadə etmişdir.  F.Tənnis bu anlayışlar vasitəsilə 
ənənəvi  cəmiyyətlə  müasir  cəmiyyət  arasındakı  fərqləri  üzə 
çıxarırdı.  “Qemaynşaft”  anlayışı  kənd  icmasına,  “Qezelşaft” 
anlayışı  isə  şəhər  sənaye  cəmiyyətinə  aid  edilirdi.  F.Tənnisə 
gərə,  icmada  bilavasitə  şəxsi  və  qohumluq  münasibətləri,  cə­
miyyətdə  isə  formal  institutlar  üstünlük  təşkil  edir.  “Qemayn­
şaft”  tipli  cəmiyyət  adət-ənənələrə,  inamlara  və  yazılmamış
185


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə