Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə5/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

1.  İdrak  funksiyası.  H ər bir  elm  kimi  sosiologiya  da  öz 
predimeti  dairəsində  insanların  fəaliyyəti üçün zəngin idrak im­
kanları  açır,  sosial  inkişafın qanunauyğunluqlarım,  müxtəlif so­
sial  hadisələrin  dəyişilməsi  meyllərini  başa  düşməkdə  onlara 
kömək edir,  sosiologiya sosial inkişaf proseslərinin  mənbələrini 
və  mexanizmlərini  aşkara  çıxarmaqla  bütövlükdə  cəmiyyətin, 
habelə onun  ayrı-ayrı sahələrinin, tərəflərinin gələcək dəyişmə 
və  təkamül  perpektivlərini  dərk  etmək üçün  ilkin  şərtlər yara­
dır.  Sosioloji  biliyin  m üxtəlif  səviyyələri  bunu  müəyyən  et­
məyə  çalışır  ki,  insanlann  sosial  fəaliyyətində  cəmiyyətin, 
m üxtəlif  sosial  qrupların inkişaf tələbatları  necə  ifadə olunur, 
hansı  konkret formalar  məlum  şəraitdə  şəxsiyyətin,  qrupun  və 
cəmiyyətin  mənafelərinin  maksimum  uyğunluğunu  təmin  et­
məyə imkan verir.  Sosioloji nəzəriyyələr  və konsepsiyalar səy­
lə  müasir dövrün  aktual  problemlərinə  cavablar axtarır,  heç bir 
xülyaya qapılmadan  dünyanın  sosial  yeniləşməsinə  kömək  edə 
biləcək real yollan müəyyənləşdirməyə çalışır.
Sosioloji nəzəriyyələrlə  sıx  əlaqədə  getdikcə  təkmilləşən 
konkret sosioloji tədqiqatlar fərdler, qruplar, birliklər və  s.  haq­
qında onlann tələbatlan, mənafeləri,  sərvət yönümləri,  davranış 
motivləri  haqqında  ilk  məlumatlar  əldə  etməyə  imkan  verir. 
Belə  tədqiqatlar  elə  bir  informasiya  bünövrəsi  varadır  ki,  ona 
əsaslanmaqla  sosial  gerçəkliyin  sirlərinə  daha  dərindən  nüfuz 
etmək  mümkün  olur.  Konkret  şəraitdə,  konkret  sahədə  yeni 
meyllərin  aşkara  çıxanlması  sosioloji  nəzəriyyələrin  xeyli  zə- 
ngiləşməsini  təmin  edir.  Ümumi  və  xüsusi  sosioloji  nəzəriyyə­
lər konkret sosial hadisələr, proseslər barəsindəki  informasiyanı 
ümumiləşdirir,  inkişaf qanunauyğunluqlarının  elmi  surətdə  dərk 
olunmasına  kömək  göstərir.  Həm  rəsmi  statistikanın  məlumat­
larını  tamamlayan,  dəqiqləşdirən  obyektiv göstəriciləri,  həm  də 
müxtəlif  sosial  qrupların,  təbəqələrin  fəaliyyətinin  məqsəd, 
niyyət və  motivlərini  əks  etdirən  subyektiv  göstəriciləri  birləş­
dirən empirik tədqiqatlar insan  amilini  daha da fəallaşdıran me­
xanizmin mahiyyətli  cəhətlərini  qavramağa kömək edir, kütləvi 
sosial  proseslərin  subyektiv  məqamlarının  həqiqi  mənasım  aş­
kara çıxarır.  Bu inkişafın obyektiv  meylləri  ilə  həmin meyllərin
18
müxtəlif  sosial  qrupların  şüurunda  subyektiv  inikası  arasında 
uyğunsuzluğu  görməyə,  məlum  sahədə  artıq  sosial  problemin 
mövcudluğunu dərk etməyə istiqamətləndirir.
2.  Praktik  funksiya.  Sosiologiya  sosial  həyatın,  onun 
ayrı-ayrı  sahələrinin  fəaliyyətin  və  inkişafı  proseslərini  elmi 
surətdə  idarə  etmək  üçün  proqnozlar,  tövsiyyələr  işləyib  ha­
zırlamağa  kömək  edir.  Ona  görə  də  sosiologiyanın  praktik 
funksiyası  onun  idrak  funksiyası  ilə  bilavasitə  bağlıdır.  Bu 
funksiya özündə  qabaqgörənlik məqamını  əks  etdirən  elmi  id­
rakın  öz  təbiətindən  doğur.  Sosiologiya  cəmiyyətin,  sosial 
proseslərin  mövcud  vəziyyətini  təhlil  etməklə  kifayətlənmir, 
gələcək  dəyişmələrin  perspektivlərini  aydınlaşdırır,  həmin 
perspektivlərin  reallaşdın ması na  istiqamətlənmiş  praktik  fəa­
liyyətə  təsir göstərir.  Bu  elm  insanların  sosial  münasibətlərini 
tərəqqinin  obyektiv  tələblərinə  uyğun  olaraq  tənzim  etməsinə 
kömək  edir.  Proqnozlaşdırma  inkişafın  qanunauyğunluqlarını, 
meyllərini  dərindən  başa  düşməyə  əsaslanır,  cəmiyyəti  daha 
səmərəli  metodlarla  idarə  etməyin  müqədəm  şərti  kimi  çıxış 
edir.  Bu,  qərarların  yerinə  yetirilməsi  prosesində  vaxtında  zə­
ruri  təshihlər  aparmağa  imkan  verir.  Sosioloji  tədqiqatlar  n ə­
ticəsində  hazırlanan  tövsiyyələr  idarəetmə  orqanlarının  ehtiy­
aclarını  xeyli  dərəcədə  ödəyir,  sosial  tərəqqinin  sürətlənmə­
sində özünəməxsus rol  oynayır.
Sosial  proseslər  üzərində  həqiqi  nəzarət  konkret  infor­
masiyaya,  deməli,  konkret  sosioloji  tədqiqatlara  möhtacdır. 
Tətbiqi  sosiologiya  m üxtəlif qruplarda,  təşkilatlarda,  müəssi­
sələrdə  və  s.  sosial  inkişaf məsələlərini  daha  optimal  qaydada 
həll  etmək  sahəsində,  tövsiyyəlerin  işlənib  hazırlanmasında 
bilavasitə  iştirak  edir.  Kompleks  sosial  problemlərin  tədqiqi 
mühüm praktik əhəm iyyətə  malikdir:  bu halda cəmiyyət həya­
tının  daha  bütöv  mənzərəsini  təsəvvür  etmək,  neqativ  nəticə­
ləri  irəlicədən  gönnək,  idarəetmənin  ən  səmərəli  yollarım  və 
vasitələrini müəyyənləşdirmək mümkün olur.
Sosioloji  tədqiqatların  nəticəsi  kimi  irəli  sürülən  praktik 
tövsiyyələr  sosial  amillərin  iki  qrupuna  aid  olur.  Birinci  qrup 
obyektiv  xarakterli  amilləri  -   insanın  həyat  fəaliyyəti  şərtlərini
19


(siyasi  quruluş,  sosial  struktur,  əməyin,  məişətin  və  s.  konkret 
şəraiti,  habelə  subyektin bu  şəraitdə  real  davranışı),  ikinci  qrup 
isə  subyektiv  xarakterli  amilləri  -   subyektiv  məqamları  (məq­
sədlər,  niyyətlər,  motivlər,  maraqlar,  sərvət yönümləri,  ideoloji 
təsəvvürlər,  ictimai  rəy  və  s.jəhatə  edir.  Bunlaıın  sıx  əlaqədə 
öyrənilməsi  şəxsiyyətlərarası,  cəmiyyətdə  daha möhkəm sabit­
lik qərarlaşdırmaq vasitələrini müəyyənləşdirməyə kömək edir.
3.  İdeoloji  funksiya.  Sosiologiya  kütlələrin  ideya  tər­
biyəsi,  qeyri-elmi  baxışlarla  mübarizə  vəzifələrini  də  yerinə 
yetirir.  Sosioloji  biliklərə  yiyələnmək,  m üxtəlif səviyyəli  nə­
zəriyyələrlə  tanış  olmaq,  konkret  faktlar  əsasında  real  və­
ziyyəti  tam  təsəvvür  etmək  insana  imkan  verir  ki,  o,  ictimai 
prosesdə  öz  yerini,  mövqeyini  daha  dürüst  baş  düşsün,  onun 
fəallığı daha dolğun sosial  məna kəsb etsin.
Sosiologiya  elmi  təfəkkürün  formalaşmasında  və  inki­
şafında,  insanın ideya cəhətdən yetkinləşməsində müəyyən rol 
oynayır.  Konkret  sosioloji  tədqiqatlar  təcrübəsi  təkcə  praktik 
tövsiyyələr  işləyib  hazırlamaq  baxımından  deyil,  həm  do 
düzgün  idarəetmə,  rəhbərlik  üslubu  vərdişləri  qazanmaq  ba­
xımından  da  əhəmiyyətlidir,  çünki  sosial  qanunların  daha  də­
rindən  başa  düşlməsinə  əsaslanır.  Səmərəli,  işgüzar,  elmi  ida­
rəetmə  üslubu  tələsik,  kifayət  qədər  əsaslandırılmamış  iradi 
qərarların qarşısını  almağa kömək edir.
Sosioloq  faktları,  hadisələri  araşdırarkən  nə  qədər  ob­
yektiv,  neytral  olmağa çalışsa da,  müəyyən  sosial-siyasi  möv­
qe  tutur.  Rinata  Maynts  (AFR)  1974-cü  ildə  Torontoda  keçi­
rilmiş  VIII  ümumdünya  sosiologiya  konqresində  demişdir: 
«Siyasətə  münasibətini  müəyyən  etmək  sosiologiyanın  aktual 
vəzifələrindən biridir.  Axı  sosiologiya bir çox  cəhətdən  siyasi 
qərarların  qəbul  ediləmsi  üçün  əsasdır...  Sosiologiya  siyasətə 
təsir  göstərməkdə  başqa  sahələrə,  məsələn,  texniki  sahələrə 
nisbətən  daha böyük  imkanlara  malikdir.  Bu  halda  o  vacibdir 
ki,  sosioloqların  təsir  göstərə  bildikləri  şəxslər hansı  sferalara 
mənsubdurlar.  Qərar  qəbul  edənlər  çox  tez-tez  sosioloqların 
topladıqları  məlumatlardan  sonralar  istifadə  edirlər».  Bu  bir 
həqiqətdir ki,  sosioloq  maksimum  obyektiv  və  dəqiq  informa­
20
siya almağa maraqlı olsa da, onun tədqiqatlarının nəticələri  hər 
halda  siyasi  qiymətdən  kənarda  qalmır.  Mövzunun  seçilməsi, 
tədqiqat  problemlərinin  qoyulması,  nəticələrin  şərhi  hökmən 
sosioloq alimin  sosial-siyasi  mövqelərinin  təsirinə  məruz qa­
lır,  onun  siyasi  maraqlarından  və  sərvət  yönümlərindən  az  və 
ya çox  dərəcədə  asılı  olur.  Buraya  onu  da əlavə  etmək  lazım­
dır ki,  sosioloqun  nəticələri  və  tövsiyələri  bu  və  ya başqa də­
rəcədə  müxtəlif  sosial  qrupların  siyasi  mənafelərinə  toxunur, 
müəyyən  ideoloji  rrəna  kəsb  edir.  Sosioloqların  ideya-siyasi 
mövqeləri  müxtəlif konsepsiyalar  arasında  gedən  mübarizənin 
mühüm amillərində 
ı
 biridir.
Əhalinin  maariflənməsi,  ideyaca  yetkinləşməsi  sahə­
sində  dövlətin  fəaliyyəti  olduqca  mürəkkəb  işdir.  Bu  işin  sə ­
mərəsini  yüksəltməkdə  ictimai  rəyi,  kütləvi  informasiya  və 
təbliğat  vasitələrinin,  cəmiyyətin  siyasi  və  hüquqi  təsisatları­
nın  fəaliyyətini,  sosial  psixologiyanı,  ideoloji mövqeləri  sosio­
loji baxımdan tədqiq etmək böyük rol  oynayır.
4.  Metodoloji  funksiya.  M üxtəlif ümumilik  səviyyəsin­
də  olan  sosioloji  nəzəriyyələr,  konsepsiyalar  daha  konkret 
elmlər  sahəsinə  aid  olan  tədqiqatlar  üçün  metodoloji  əsas  ola 
bilər.  Sosial  sistemlərin  fəaliyyəti  və  inkişafının  ümumi  qanu­
nauyğunluqlarını  aşkara  çıxan  nəzəriyyələr  daha  geniş  tətbiq 
imkanlarına malikdir.  Onların  yaşamaq  və  fəaliyyət göstərmək 
hüququ  uğrunda  sərbəst  bəhsləşməsi  və  mübarizəsi  tamamilə 
qanunauyğun  haldır.  M üxtəlif  sosioloji  nəzəriyyələrin,  cərə­
yanların,  istiqamətlərin  (məs.  Antropoloji  istiqamət,  natura- 
İizm,  neopozitiniznı,  strukturalizm,  psixoloji  istiqamət  və  s.) 
özünəməxsus  məziyyətləri  və  nöqsanları,  məhdudluqları  var- 
dır.Bu  nəzəriyyələrəin,  cərəyanların  başlıca  müddəaları,  prin­
sipləri  konkret bilik  sahələrində  aparılan  tədqiqatlar üçün  həl­
ledici  məna  kəsb  edə  bilər.  Lakin,  konkret  bilik  sahələrində 
aparılan tədqiqatlar üçün  həlledici  məna kəsb edə bilər.  Lakin, 
konkret  bilik  sahəsində  əldlo  edilmiş  faktlar  həmin  müddəa­
larla,  prinsiplərlə  ziddiyyət  təşkil  edə  bilər  və  yeni  bünövrə, 
əsas  axtarışı  üçün  stimul  yarada  bilər.  Deməli  sosiologiyanın 
metodoldoji  funksiyasını  birtərəfli  başa  düşmək  doğru  olmaz­
21


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə