Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə105/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   ...   101   102   103   104   105   106   107   108   ...   138

Dağlıq  Qarabağa  göndərilmişdir.  M.Melkonyan  Azərbaycanın 

Xocavənd  rayonunun  işğalı  zamanı  erməni  terror  dəstəsinin 

komandanı  olmuşdur.  1993-cü  ildə  Azərbaycan  ərazisində 

öldürülən  terrorçunun  Yerevanda  keçirilən  dəfn  mərasimində 

rəsmi  şəxslər,  o  cümlədən  Ermənistan  prezidenti  də  iştirak  et­

mişdir.  Ermənistanın  milli  qəhrəmanı  elan  olunmuş  bu  beynəl­

xalq  terrorçunun  adı  Müdafiə  Nazirliyinin  diversiya  mərkəzlə­

rindən  birinə  verilmişdir.

Digər bir terrorçu,  «Daşnaksütyun»  partiyasının  «Dro»  terror 

qrupunun  üzvü  Qrant  Markaryan  Dağlıq  Qarabağda  terrorçu 

dəstələri  yaradanlardan  və  Ermənistandan  gətirilən  silahlar va­

sitəsilə  buradakı  terrorçu  qrupların  silahlandırılmasında  fəal 

iştirak  edənlərdən  biri  olmuşdur.  1981-ci  ildə  Parisdə  Türkiyə 

səfirliyinə  basqının  təşkilatçısı  Vazgen  Sislyan  1992-ci  ildə 

Yerevandan  Xankəndiyə  göndərilmişdir.  O,  azərbaycanlıla­

ra  qarşı  terror  aktlarının  keçirilməsində  fəal  iştiraklarına  görə 

Ermənistan  prezidenti  Robert  Koçaryan  tərəfindən  «Qarabağ 

müharibəsinin  qəhrəmanı»  adına  layiq  görülmüşdür.  Qaraba­

ğın  dinc  azərbaycanlı  əhalisinin  qətlə  yetirilməsində  Ermə­

nistan  xüsusi  xidmət  orqanlarının  himayə  etdiyi  Əbu  Əli  və 

Hilbert  Minasyan  kimi  Yaxın  Şərq  mənşəli  terrorçular  da  fəal 

iştirak  etmişlər.



Dünyanın  m üxtəlif  məntəqələrində  qanlı  aksiyalar  tö­

rətmiş  erməni  terror  təşkilatlarının  adlarına  və  fəaliyyətinə 

qısa  nəzər  salaq:

«Armenakan»  partiyası:  1885-ci  ildə  yaradılıb.  Türkiyənin 

Van,  Muş,  Bitlis,  Trabzon  bölgələrində  və  İstanbulda  silahlı 

toqquşmalar və terror aktları  törədən  bu  partiya  İran  və  Rusiya­

da  yaşayan  ermənilərlə  əməkdaşlıqda  olub.



«Qnçak»  partiyası:  1887-ci  ildə  Cenevrədə  yaradılıb.  Qu­

rumun  əsas  məqsədi  Türkiyənin  Anadolu  bölgəsini  «Rus  və 

İran  Ermənistanları»  adlandırdıqları  əraziləri  birləşdirməklə 

«Böyük  Ermənistan»  dövləti  yaratmaqdır.  Partiyanın  proqra-

334



minin  4-cü  bəndində  göstərilir:  «Qarşıya  qoyulmuş  məqsədə 

çatmaq  üçün  təbliğat,  təşviqat,  terrorizm  və  dağıdıcı  təşkilat 

yaradılması  metodu  seçilməlidir».

«Erməni  «soyqırımı»nın  intiqamçıları»  qrupu:  1973-cü  ildə 

«Daşnaksütyun»  partiyası  tərəfindən  yaradılan  bu  terror  qrupu 

1980-1982-ci  illər  ərzində  Avstriya,  Danimarka  və  Portuqa­

liyada  türk  diplomatlarını  qətlə  yetirib;  məxfi  terror  qrupu  Dro 

və  onun  bölmələri:  Dro-8,  Dro-88,  Dro-888,  Dro-8888.  Daş­

nakların  bu  istiqamətdə  fəaliyyəti  davam  edir.



«Ermənistanın  azadlığı  uğrunda  erməni  gizli  ordusu» 

(ASALA):  1975-ci  ildə  yaradılan  təşkilatın  qərargahı  Beyrutda, 

təlim-məşq  bazaları  isə  Suriyada  yerləşir.  Təşkilatın  məqsədi 

Şərqi  Türkiyə,  Şimali  İran  və  Azərbaycanın  Naxçıvan  və  Dağ­

ıq  Qarabağ  əraziləri  üzərində  «Böyük  Ermənistan»  qurmaqdır. 

ASALA,  əsasən,  Türkiyə  və  Azərbaycan  vətəndaşlarına  qar­

şı  terror  aktları  həyata  keçirir.  Təşkilatın  «Əbu  Nidal»,  «Qara 

sentyabr»  kimi  terror  qrupları  ilə  əməkdaşlıq  etməsində  əsas 

fiqurlardan  biri  ASALA-nın  lideri  Akop Akopyan  olmuşdur.  Afi­

nada  1980-ci  ildə  qətlə  yetirilmiş  türk  səfirinin  ölümünə  görə 

məsuliyyəti  öz  üzərinə  götürmüş  A.Akopyan  1  avqust  1980-ci 

il  tarixdə  «Nyu-York  Tayms»  qəzetinə  verdiyi  müsahibədə  bil­

dirmişdir:  «Bizim  düşmənlərimiz  türk  rejimi,  NATO  və  bizlə 

əməkdaşlıq  etməyən  ermənilərdir».

ASALA  1980-ci  ilin  aprelində  PKK  ilə  birgə  terror  aksiya- 

arının  keçirilməsinə  dair  razılığa  gəlmiş  və  bu  niyyətini  Li­

vanda  rəsmiləşdirmişlər.  Terrorçu  təşkilat  Beyrut  şəhərində  28 

avqust  1993-cü  ildə  açıqladığı  bəyanatında  «Pantürkist  neft 

borusu»  -   Bakı—TbiIisi—Ceyhan  ilə  bağlı  layihələrinin  həyata 

keçirilməsinə  imkan  verməyəcəyini  bəyan  etmişdir.

«Geqaron»:  2001-ci  ilin  fevralında  ASALA  tərəfindən  yara­

dılmışdır.  Məqsəd  Cənubi  Qafqaz  və  Orta  Asiya  ərazilərində 

türk  mənşəli  siyasi  lider,  diplomat  və  biznesmenlərə  qarşı  ter­

ror  aktlarının  keçirilməsidir.

335



«Orli  qrupu»:  1981-ci  ildə  Fransada  yaşayan  erməni 

gəncləri  tərəfindən  yaradılıb.  Təşkilat  1987-ci  ilədək  dünya­

nın  müxtəlif  hava  limanlarında  10-dan  artıq  terror  aktı  həyata 

keçirib.


«Erməni  soyqırımı  ədalət  komandosları»:  1972-ci  ildə  Vya- 

nada  «Daşnaksütyun»  partiyasının  qurultayı  zamanı  yaradılıb. 

«Erməni  soyqırımı  ədalət  komandoslarunın  məqsədi  erməni 

əsilli  gənc  Livan  vətəndaşlarını  hərbi  birləşmələrdə  cəmləş­

dirmək,  türklər  və  azərbaycanlılara  qarşı  qanlı  terror  aksiyaları 

təşkil  etməkdir.



«Erməni  birliyi»:  1988-ci  ildə  Moskvada  yaradılmışdır. ASA- 

LA  ilə  sıx  əlaqələri  vardır,  keçmiş  sovet  məkanında  terrorçula­

rın  fəaliyyəti  üçün  onları  saxta  sənədlərlə  təmin  edir.  Dağlıq 

Qarabağa  silah  və  muzdluların  ötürülməsində  iştirak  edir.



«Demokratik  cəbhə»:  ABŞ,  Kanada  və  Qərbi  Avropada  fəa­

liyyət  göstərir.  Başlıca  məqsədi  Türkiyə  dövlətinin  parçalan­

masıdır.

«Apostol»:  2001-ci  il  aprel  ayının  29-da  Ermənistan  Müda­

fiə  Birliyi  tərəfindən  yaradılmışdır.  Təşkilatın  məqsədi  Türkiyə 

və  Azərbaycan  ərazilərində  terror  aktları  həyata  keçirməkdir.

Erməni  terrorçuları  tarixdə  ən  böyük  cinayətləri  məhz  Azər­

baycan  xalqına  qarşı  törədiblər.  Azərbaycanın  Dağlıq  Qarabağ 

bölgəsi  və  onun  ətrafındakı  7  rayonun  işğalı  zamanı  kütləvi 

vahimə  yaratmaq,  çoxlu  insan  tələfatına  nail  olmaq  məqsədi 

ilə  Ermənistanın  xüsusi  xidmət  orqanları  hərbi  əməliyyatların 

getdiyi  ərazilərdən  xeyli  uzaqda,  dinc  azərbaycanlı  əhalinin 

yaşadığı  məntəqələrdə terror aktları  təşkil  etmiş,  nəticədə  min­

lərlə  günahsız  insan  həlak  olmuşdur.

Ermənilərin  azərbaycanlılara  qarşı  sərnişin  avtobuslarında

yük  və  sərnişin  qatarlarında,  hava  yollarında,  Bakı  Metro­

politenində>,  mülki  şəxslərə  və  hərbiçilərə,  mülki  və  dövlət 

obyektlərinə  qarşi  törətdikləri  terror  aktlarının  siyahısı  bunu 

bir  daha  təsdiqləyir:

336



Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə