66
onların da ov alətləri var idi, amma insan əti ilə, hətta bir-birinin əti ilə
qidalanırdılar. Lakin adəm övladı bir çox vəhşilər kimi adamyeyənləri
də yer üzündən yox edib, ancaq hərdən mənə elə gəlir ki, bir çox nəhəng
canlılar öz görünüşünü dəyişdiyi kimi, adamyeyənlərin də tör-töküntüləri
indiyə kimi qalmaqdadır. Yəqin ki, başqa şəkildə. Bu üzdə bizlərə bənzər,
daxildə isə vəhşi və şeytani fikirlərə qul olmuş ermənilərdir. Ona görə də
onları nə din, nə iman, nə Tanrı xofu çəkindirir. Məqsədləri ev yıxmaq, qan
tökmək, məzlum erməni sifətlərilə dünyadan pul dilənməkdir. Neyləyək,
yəqin bizim də bəxtimizə belə qaniçənlərlə çarpışmaq düşüb. Xatirimə
yüz illik fransız-ingilis müharibəsinin tarixi düşür. İndi fransız da, ingi-
lis də öz evində oturub və bir-birinin sərhədlərinə hörmət və ehtiramla
yanaşırlar. Yəqin erməni də vəhşi xislətdən əl çəkər, ya da birdəfəlik həyat
səhnəsindən silinib gedər, çünki atalar demişkən yalan ayaq tutar, yeriməz,
necə ki, erməni yalanı haçansa ayaq tutub, ancaq bu gün yerimir. Bütün
dünya onu düz yola qaytarmaq üçün baş sındırır. Dırnaqarası xristian
qardaşlarının başını sığallayıb, cibinə pul-para basanlar da bu gün tutduğu
əməllərindən peşman olublar, çünki onun-bunun yalı ilə dolanmağa vərdiş
etmiş ermənilər bu dilənçi yardımların ömrünü uzatmaq istəyirlər. Əfsus,
xaricdə oturmuş erməni əsilli milyonerlər elə bu pullarla varlanmış, əldə
etdikləri yardımların bir qismini qana, qırğına, terrora, bir qismini isə
şəxsi həyatlarına xərcləyirlər. Qafqazda yaşayan erməniləri də beşdaş kimi
əllərində atıb tuturlar. Yağlanmış qarınlarının sabahını düşünə-düşünə.
Bizlər isə bu mətləblərdən hali olub sabahımız naminə bu günümüzə
əncam çəkməliyik, halbuki müvəqqəti dondurulmuş müharibənin atəş
səsləri cəbhə xəttinə yaxın ərazilərdən hər gün eşidilməkdədir. Hələ də ara-
sıra şəhid olmuş əsgərlərimizin meyitləri evlərinə gəlir. Bu açılan güllələrlə
ermənilər bizə demək istəyir ki, biz sizinlə düşmənik, bu düşmənçiliyin kökləri
heç vaxt ürəyimizdən qırılmayacaq. Biz isə xristian donuna girmiş məkrli
vahanlarıq. Bizi bura şeytan atamız göndərib ki, sizinlə qan savaşına çıxaq.
Qələbəni isə güclülər qazanır. EY AZƏRİ İNSANI, mən bu qələbənin gücünü
özümüzdə görürəm. Tariximizi sormaqla, Vətən atəşini könlümüzə sarımaqla,
dünənimizi aramaqla, bu günümüzə yarımaqla, sabahımızı qorumaqla!..
06.11.2009
67
“KREDO” NUN ON İLLİYİ MÜNASİBƏTİ İLƏ
QƏZETİN BAŞ REDAKTORU ƏLİ RZA
XƏLƏfLİYƏ AÇIQ MƏKTUB
Hörmətli Əli Rza müəllim, deyirlər ki, istedad Allahın öz sevdiyi
bəndələrinə verdiyi ən böyük mükafatdır. Bu mükafat isə istedadlı bəndənin
təkcə özünə yox, mənsub olduğu elə, elata, yurda, Vətənə və nəhayət, millətə
layiqli töhfə olur, çünki xalq öz istedadlarıyla zirvələrin fövqünə ucalır. Başqa
millətlər tərəfindən sayılıb, seçilir, varlığına, mənəviyyatına ehtiram bəslənilir.
Bütövlükdə istedadın yaratdığı nə varsa dünya evinə bəxşiş olur. Bu bəxşişlərlə
hələ ki, məhvərindən çıxmır dünya, haqqına tapınır, iblisi, şeytanı yamanlayır
və xeyir əməllərlə ümmanlayır. Yoxsa cahanın çarxı çoxdan çevrilərdi, bizim
başıbəlalı dünyamız yerlə-yeksan olardı. Müxtəlif elm sahələrində istedad par-
laya bilər. Hər sahə də yaxşı əməllərə köklənirsə, deməli, həyatın inkişafına,
ağlın, düşüncənin nurlaşmasına, saflaşmasına, bəndənin yaşam haqqına
xidmət edir. Elə insanın böyüklüyü, ucalığı da ondadır ki, öz zəkasıyla bütün
keşməkeşləri dəf edir…
İstedad hər dövrdə ağrılı bir ömür yaşayıb. Ağrısının əsas amili hər
şeyi başa düşüb dərk etməyi və bu dərkin içində sıçrayışlar, çırpıntılar,
büdrə mələr daha nələr, nələr… Əgər istedad söz adamı olubsa onlardan bir
çoxunun fəlakəti ölçüyəgəlməz olub. Millətinin, Vətəninin tale yü künü öz
çiyinlərində daşıyıb. Hər addımda laqeydliklə, təhqirlə, böhtanla, paxıllıqla,
əzabla, müsibətlə, zillətlə qarşılaşıb. Bəzən ac-susuz qalıb, bəzən tərki-
vətən olub, repressiyalarla üzləşib, gülləbaran olub, ancaq öz amalından,
əqidəsindən, məsləyindən dönməyib. Dahi Hüseyn Cavid deyirdi ki, dünyanı
mədəniyyət xilas edəcək. Xilası mədəniyyətdə görən dahilərimizin böyüklüyü
mənəviyyatdan boy göstərir. Mənəviyyat pakdırsa, göylərində ulduzları
parlaqdırsa, deməli, işığı mədəniyyətə bəs edəcək. Mənəviyyat bəsitdirsə,
deməli, mədəniyyət də kasadlaşacaq, mütiləşəcək, bayağılaşacaq və xalqın
ruhunda özünü büruzə verəcək. Mənəviyyatı bəsit olan xalq gec-tez uçuruma
yuvarlanır, könül sarayında bayquşlar ulayır. Öz ömrünü tamama yetirmiş in-
sana bənzəyir, qocalıb həyat səhnəsindən çıxır.
Əli Rza müəllim, mədəni dünya bügününü öz kitabı, elmi, qəzeti,
dərgisi, bütünlükdə mətbuatı, televiziyası, kompüteri, telefonu ilə yaşadır,
fəqət bu yaşamın içində ən önəmli yerdə ruhumuza köklənmiş mətbuatımız
durur. Mətbuatımızın nümunələri içində dəyərilə “Kredo” qəzeti məxsusi
68
fərqlənir. “Kredo” qəzeti redaksiyasında gördüyüm işıq, nur, mənəviyyat
ucalığı adamın könlündə həyat eşqini artırır, ilhama qol-qanad verir.
İyirminci əsrin əvvəllərində dahi Cəlil Məmmədquluzadənin “Molla
Nəsrəddin”i söz adamlarını ətrafına toplayıb bu dərgiylə millətə mənəvi
qida verirdi. O dərgidən dahi Sabirlər boy göstərirdi, xalqının sabahına
həyat günəşi olmaq üçün, millətin mənəvi yaddaşında öz qüdrətilə qal-
maq üçün… Allah cənnət qanunlarını pozduqları üçün Adəm babamızla
Həvva nənəmizi yerə cəza çəkməyə göndərdi. Əgər belədirsə, deməli, biz
Yaradanın verdiyi böyük cəzanın daşıyıcılarıyıq. İşıq sürəti ilə ölçülsə in-
san ömrü saniyələrə bərabərdir. Bu saniyələr içində zaman tərəzisinə bizim
günahlarımız və savablarımız yığılır. Haqq-hesab günündə hesaba alınmaq
üçün, bu bambalaca yer kürəsi isə adəm övladının qazamatıdır, ancaq
uca Tanrı bizə bütün canlılardan fərqli olaraq zəka əta edib. Bu zəkanı
həm xeyrə, həm şərə sərf edənlər var. Xeyir şəri üstələyəndə dünya nura
boyanır, düzlük zəfər çalır, şər xeyiri üstələyəndə qanlar tökülür, evlər
yıxılır, mənəviyyatlar öləziyir, mədəniyyətlər dərdə düşür. Əgər ağlını,
şüurunu halal əməllərə işlədən mənəviyyat adamları olmasaydı, yəqin
ki, Yer Kürəsi çoxdan məhv olardı. Həqiqi ilham sahiblərinin qəlbi çox
kövrək, uşaq kimi küsəyən olur. İstər təbiətdə, istərsə həyatda çəkişmələr,
döyüşmələr, dəyişmələr onlara təsir edir. Onlar daima istiqanlılığa,
səmimiyyətə, mehmannəvazlığa möhtacdırlar. Çox vaxt redaksiyaların
qapıları ağzında ümidləri qırılan bu insanlar mənəvi ucalıqdan uçuruma
doğru yuvarlanırlar. Qələmləri əllərində haray qoparır, bu harayın nalələri
könül fəğanını Tanrıya aparır…
Əli Rza müəllim, sizə nə qədər maddi və mənəvi cəhətdən üzücü və
ağır olsa da, “Kredo” adlı ağır bir yükün altına girmisiz. Bu yük sizin
çiyinlərinizə əzab-əziyyət versə də bu məşəqqətə sinə gərirsiz. Lap “Molla
Nəsrəddin” dərgisinin çəkdiyi ağrı-acıya bənzər bir ömür yaşayır sizin
qəzetiniz. Buna baxmayaraq siz zəkanızın, iradənizin gücünə qatlaşaraq
“Kredo” qəzetini yaşadırsız. Bu ağrılı yaşam bizim mənəviyyatımıza işıq
salır. Allah bu işığı sizin könlünüzdən əskiltməsin. Sizin ilhamınız aşıb-
daşır, qarşısıalınmaz sellər təki çağlayır. Biz bu qəzetdə söz adamlarının, il-
ham sahiblərinin könül dünyasına səyahət edirik. Onların ürək çırpıntılarını
duyuruq. Güclü yazanlarla zəif yazanların çarpışması, rəngarənglik, ağır
tutumlu, elmi-ədəbi yazılar qəzetin səhifələrini bəzəyir. Bu qəzetdə jur-
nalist olmayan özünə jurnalist, şair olmayan özünə şair, yazıçı olmayan
Dostları ilə paylaş: |